Bəluc sözü azərbaycan dilində

Bəluc

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Bəluc • 84.2105%
  • bəluc • 15.7895%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəluc
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Bəluc dili
Bəluc dili - İran, Əfqanıstan, Pakistan və Türkmənistan ərazilərində yayılmış dildir. Ethnologue 1978–ci ildə gerçəkləşmiş IX nəşrində bəluc dilində danışanların ümumi sayını 2.753.850 nəfər təxmin etmişdir. Hazırda bu dildə danışanların ümumi sayı 4,5 milyondan yuxarıdır. İki əsas dialektə bölünür: qərbi və şərqi. Pakistan və Əfqanıstandakı bəlucların yazısı ərəb qrafikası əsasında tərtib olunub.
Bəluc soyqırımı
Bəluc soyqırımı — Pakistan İslam Respublikası Bəlucistan üsyanı zamanı Bəlucistan əyalətində bəluc xalqına qarşı soyqırımı törətdiyi ittihamı. 2014-cü ildən bəri ölüm qrupları, eləcə də kütləvi məzarlıqların aşkar edilməsi barədə məlumatlar var. Bəluc fəalları və alimləri soyqırımın əsas günahkarları kimi Pakistan Silahlı Qüvvələrini ittiham etmişlər. Soyqırımı aktları kimi etiketlənən hərəkətlərə ayrı-seçkilik etmədən hərbi hücumlar, adam oğurluğu və məcburi itkin düşmələr, habelə məhkəməsiz həbs, işgəncə, sui-qəsd və məhkəmədənkənar qətllər daxildir. Pakistan Dövləti hər hansı soyqırım ittihamını davamlı olaraq rədd edir. == Ölənlər və itkin düşənlər == İsveçrədə məskunlaşan bəluc təşkilatının lideri Brahumdağ Buqtinin sözlərinə görə, Cenevrə Mətbuat Klubunda etdiyi çıxışda o, 2006-cı ildən bəri qırx min bəlucun öldürüldüyünü və ən azı iyirmi min bəlucun itkin düşdüyünü iddia etmişdir. Hindistan xəbər kanallarının xəbərlərinə görə, "Bəluc İtkin Şəxslərin Səsi" (VBMP) təşkilatının lideri Mama Qadir Bəluc verdiyi açıqlamada indiyə qədər ən azı 20,000 bəluc cəsədinin tapıldığını və hələ də 60,000 bəlucun itkin düşmüş halda olduğunu bildirmişdir. Pakistan xəbər saytı "The Express Tribune" Mama Qadir Bəlucun sözlərini başqa formada vermiş, Bəlucistanda 21,000 bəlucun itkin düşdüyünü və 6,000 bəlucun cəsədinin olduğunu bildirmişdir. Pakistan hökumətinin rəsmisi Can Açaqzay əyalətdə itkin düşən 2,200 nəfərin tapıldığını açıqlamışdır. O, növbəti mətbuat konfransı zamanı Bəlucistanda itkin düşdüyü bildirilən 2,700 nəfərdən 2,200-nün ailələrinə qovuşduğunu açıqlamışdır.
Birləşmiş Bəluc Ordusu
Birləşmiş Bəluc Ordusu (urdu یونائیٹڈ بلوچ آرمی‎) —Bəlucistanın ayrılması üçün döyüşən silahlı qruplaşma. Qruplaşma Pakistan hökuməti tərəfindən terror təşkilatı kimi tanınmışdır. Pakistan hökuməti 15 mart 2013-cü ildə qrupu qadağan etmişdir. Qruplaşma həmçinin, İsveçrə hökuməti tərəfindən terror təşkilatı kimi təsnif edilmişdir. 2022-ci ilin yanvarında Bəluc Respublika Ordusu Birləşmiş Bəluc Ordusu ilə birləşərək Bəluc Milliyyətçi Ordusunu yaratmışdır. Onlar hər ikisi Bəluc Milliyyətçi Ordusunun yaradılmasından sonra özlərini ləğv etdiklərini elan etmişdilər.
Bəluc Milliyyətçi Ordusu
Bəluc Milliyyətçi Ordusu (urdu بلوچ نیشنلسٹ آرمی) —Bəlucistan əyalətinin ayrılması uğrunda döyüşən silahlı qruplaşma. Qruplaşma 11 yanvar 2022-ci ildə Bəluc Respublika Ordusu və Birləşmiş Bəluc Ordusunun birləşməsindən yaradılmışdır. Onlar hər ikisi Bəluc Milliyyətçi Ordusunun yaradılmasından sonra özlərini ləğv etdiklərini elan etmişdilər. Yarandığı gündən qruplaşmaya 2023-cü ildə Pakistan dövlətinə təslim olan qurucusu Gülzar İmam rəhbərlik edirdi. Gülzarın təslim olmasından sonra dəstənin gücü xeyli azalmışdır. Sərfüraz Bəngülzay Gülzarın yerinə keçmiş və 2023-cü ilin dekabrında təslim olana qədər qrupun rəhbəri olmuşdur. Qruplaşma ali liderinin və üzvlərinin təslim olmasından sonra ləğv olunmuşdur.
Bəluc Respublika Ordusu
Bəluc Respublika Ordusu (urdu بلوچ ریپبلکن آرمی) — Pakistanın Bəlucistan regionunda silahlı qruplaşma. 2010-cu ilin sentyabrında Pakistan hökuməti Bəluc Respublika Ordusunu qadağan etmişdir. 2022-ci ilin yanvarında Bəluc Respublika Ordusu Birləşmiş Bəluc Ordusu ilə birləşərək Bəluc Milliyyətçi Ordusunu yaratmışdır. Onlar hər ikisi Bəluc Milliyyətçi Ordusunun yaradılmasından sonra özlərini ləğv etdiklərini elan etmişdilər.
Məhəmməd xan Bəluc üsyanı
Məhəmməd xan Bəluc üsyanı — Nadir xan Əfşara qarşı Samarra döyüşündən sonra meydana çıxmış üsyan. Üsyan elə onun sərkərdələrindən biri olan Məhəmməd xan Bəluc tərəfindən başladılmışdır. Nadir xanın Osmanlı İraqında Samarra döyüşündə məğlub olmasından sonra bu yürüş zamanı Bağdadı mühasirəyə almış 12 minlik dəstənin komandanı olan Məhəmməd xan Bəluc Mesopotamiyadan qaçaraq İranın cənubuna gəldi. O, Nadirin Topal Osman Paşa qarşısında fəaliyyəti boyunca ilk və sonuncu dəfə məğlubiyyətə uğramasından sonra Məhəmməd xan Bəluc onun nüfuzunun sasıldığı qənaətinə gərələrək üsyan qaldırdı. Onun üsyanı İran körfəzi bölgəsində cərəyan edən Şeyx Əhməd Mədani üsyanı ilə ittifaq halında idi. Nadir xan Şiraz valisini üsyanı yatırmaq üçün Meqasetsə göndərdi. Lakin oraya çatdıqdan sonra o da Nadir xana qarşı üsyan qaldırdı və İsfahana yürüşə edə bilmək üçün ordu toplamağa başladı. Bu əsnada Məhəmməd xan Bəluc döyüşçü toplamaq üçün Bəndərə yollandı və orada ona qoşulmaq istəməyən bəzi sakinləri qətlə yetirdi. Razılaşanları orduya topladıqdan sonra Şiraza getdi və buradan İsfahan yürüşlərinə hazırlaşmağa başladı. Nadirin məktubunda bunlar yazılmışdı: Məhəmməd xan Bəluc Nadir xanın təklifini rədd etdi və bu məktubu belə cavabladı: Nadir bu cavabı öyrəndikdən dərhal sonra danışıqları dayandırdı və Şiraza doğru hərəkətə başladı.
Bəlucistan
Bəlucistan əyaləti — Pakistanın ən qərbdəki və ən böyük əyaləti. Bəlucistan (tarixi ərazi) — Bəlucların yaşadığı ərazi Sistan və Bəlucistan ostanı — İranın cənub-şərqində ostan.
Bəlucistan (Pakistan)
Bəlucistan — Bəlucların yaşadığı ərazi == Coğrafi mövqe == == Tarix == Bəlucistan xanlığı 1758-1795-ci illərdə mövcud olmuşdur.
Bəlucistan (tarixi ərazi)
Bəlucistan — Bəlucların yaşadığı ərazi == Coğrafi mövqe == == Tarix == Bəlucistan xanlığı 1758-1795-ci illərdə mövcud olmuşdur.
Bəlucistan şəhərləri
Aşağıda 2017-ci ildə əhalisi 40.000-dən çox olan Bəlucistanın bütün şəhərlərinin siyahısı verilmişdir.
Bəlucistan əyaləti
Bəlucistan əyaləti — Pakistanın ən qərbdəki və ən böyük əyaləti. Qərbdən İran, şimal-qərbdən Əfqanıstan, şimal-şərqdən və şərqdən Pəncab və Sind əyalətləri ilə həmsərhəddir. Cənubda Oman körfəzinə sahili vardır. Əyalət bugünkü sərhədləriylə 1 iyul 1970-ci ildə meydana gəlmişdir.
Bəluclar
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Dost Məhəmməd (Sistan və Bəlucistan)
Dost Məhəmməd — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Hirmənd şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,902 nəfər və 1,328 ailədən ibarət idi.
Sistan və Bəlucistan
Sistan və Bəlucistan — İranın cənub-şərqində ostan. Tarixi Bəlucistan bölgəsinin qərb hissəsini təşkil edir. Ostanın ərazisi 178.431 km²-dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 2.405.742 nəfər əhali yaşayır. Əhalinin etnik tərkibini bəluclar (əhalinin 1/2-i), Sistani xalqı, brahuilər və s. təşkil edir.
Sistan və Bəlucistan (ostan)
Sistan və Bəlucistan — İranın cənub-şərqində ostan. Tarixi Bəlucistan bölgəsinin qərb hissəsini təşkil edir. Ostanın ərazisi 178.431 km²-dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 2.405.742 nəfər əhali yaşayır. Əhalinin etnik tərkibini bəluclar (əhalinin 1/2-i), Sistani xalqı, brahuilər və s. təşkil edir.
Sistan və Bəlucistan ostanı
Sistan və Bəlucistan — İranın cənub-şərqində ostan. Tarixi Bəlucistan bölgəsinin qərb hissəsini təşkil edir. Ostanın ərazisi 178.431 km²-dir . 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 2.405.742 nəfər əhali yaşayır. Əhalinin etnik tərkibini bəluclar (əhalinin 1/2-i), Sistani xalqı, brahuilər və s. təşkil edir.
Bəlucistan Azadlıq Cəbhəsi
Bəlucistan Azadlıq Cəbhəsi (urdu بلوچستان لبریشن فرنٹ) — Bəlucistan regionunda fəaliyyət göstərən silahlı qruplaşma. Qruplaşma 1964-cü ildə Dəməşqdə Cümə Xan tərəfindən yaradılmış, 1968–1973-cü illərdə İranın Sistan və Bəlucistan ostanında və 1973–1977-ci illərdə Pakistanın Bəlucistan əyalətində baş verən qiyamda mühüm rol oynamışdır. Buna baxmayaraq, qruplaşmanın üsyanı həm Pakistanda, həm də İranda məğlub olmuş və qruplaşmanın statusu 2004-cü ilə qədər məlum deyildi. Qruplaşma 2004-cü ildə Allah Nəzər Bəluc 2003-cü ildə qrupa komandanlıq etməsindən sonra yenidən meydana çıxmışdır. O vaxtdan bəri qrup mülki şəxslərə, jurnalistlərə, hökumət rəsmilərinə və hərbçilərə hücumlara görə məsuliyyəti öz üzərinə götürmüşdür.
Bəlucistan Azadlıq Ordusu
Bəlucistan Azadlıq Ordusu — mərkəzi Əfqanıstanda yerləşən bəluc etnomillətçi militant separatçı təşkilat. Bəlucistan Azadlıq Ordusunun ilk qeydə alınmış fəaliyyəti 2000-ci ilin yayında, Pakistan hakimiyyətinə qarşı bir sıra bombalı hücumların məsuliyyətini öz üzərinə götürdükdən sonra olmuşdur. Təşkilat Pakistan, Birləşmiş Krallıq və ABŞ tərəfindən terror təşkilatı siyahısına salınmışdır. Bəlucistan Azadlıq Ordusu əsasən Pakistanın ən böyük əyaləti olan Bəlucistanda fəaliyyət göstərir və burada Pakistan Silahlı Qüvvələrinə, mülki şəxslərə və xarici vətəndaşlara qarşı hücumlar həyata keçirir.

"bəluc" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəluc nədir? #bəluc sözünün mənası #bəluc nə deməkdir? #bəluc sözünün izahı #bəluc sözünün yazılışı #bəluc necə yazılır? #bəluc sözünün düzgün yazılışı #bəluc leksik mənası #bəluc sözünün sinonimi #bəluc sözünün yaxın mənalı sözlər #bəluc sözünün əks mənası #bəluc sözünün etimologiyası #bəluc sözünün orfoqrafiyası #bəluc rusca #bəluc inglisça #bəluc fransızca #bəluc sözünün istifadəsi #sözlük