* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bəzək vuran, bəzək verən, bəzək işləri ustası. 2. etnoqr. Köhnə məişətdə: gəlin köçürülən qızları, yaxud varlı evlərdə qadınları bəzəndirib geyindirən. Bəzəkçi qadınlar içəri girdilər. M.S.Ordubadi. 3. məc. dan. Adamı bəzəyən, adama söz qoşan.
Azərbaycan dilinin izahlı lüğəti / bəzəkçi1 1. BƏZƏKÇİ (etn.) (Gəlin köçürülən qızları bəzəndirib geyindirmək) Bəzəkçi qadınlar içəri girdilər (Çəmənzəminli); MƏŞŞATƏ [Kərbəlayı Qurban:] Men palazı salım, sən də sabah məşşatələri tap, götür get qız axtarmağa (Çəmənzəminli); ZİNƏT VERƏN QADIN Saçlarının üstünə vurulmuş almas cıqqanı çıxarıb bir tərəfə atdı, zinət verən qadınların hər birisini bir tərəfə itələyib öz yataq otağına qaçdı (M.S.Ordubadi). 2. bəzəkçi bax nəqqaş
Azərbaycan dilinin sinonimlər lüğəti / bəzəkçi1 сущ. 1. художник-декоратор 2. этногр. женщина, наряжающая невесту 3. перен. разг. балагур, насмешник
Azərbaycanca-rusca lüğət / bəzəkçi1 i. 1. decorator; 2. a woman who adorns the bride; 3. d.d. joker, jester
Azərbaycanca-ingiliscə lüğət / bəzəkçi1 is. 1) peintre-décorateur m ; 2) femme f qui s’occupe de l’embellissement de la fiancée
Azərbaycanca-fransızca lüğət / bəzəkçi1 сущ. безегчи (1. безег ядайди, безег (дамах) гудайди, безегдин крарин устӀар; 2. этногр. тухузвай сусариз ва я варлу кӀвалера дишегьлийриз дамахдайди; дамахчи; 3. пер. рах. буфтачи, буфта гваз гафар туькӀуьрдайди).
Azərbaycanca-ləzgicə lüğəti / bəzəkçi