Ceyhun sözü azərbaycan dilində

Ceyhun

Yazılış

  • Ceyhun • 99.7850%
  • CEYHUN • 0.1142%
  • ceyhun • 0.1008%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ceyhun
Ceyhun — kişi adı. Mənası valeh olmaq anlamına gəlir. Ceyhun Mirzəyev — Azərbaycan aktyoru, rejissor, rejissor assistenti. Ceyhun Mollazadə — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri (1992-1993). Ceyhun Məmmədov Ceyhun Məmmədov (idmançı) — sambo üzrə 9 dəfə dünya çempionu, Azərbaycan Sambo Federsiyasının prezidenti Ceyhun Məmmədov (aktyor) (d.21 iyun 1982-ci il) — aktyor Ceyhun Kərimov — şəhid Ceyhun Nağı — Azərbaycanlı jurnalist. Ceyhun Həmidova — Ceyhun Əşrəfov Digər Ceyhun — Amudəryanın başqa adı. Ceyhuni — Azərbaycanın milli rəqsi.
Ceyhun Adgözəlov
Ceyhun Adışirinov
Ceyhun Vaqif oğlu Adışirinov — Azərbaycan futbolçusu. == İdman karyerası == Ceyhun Adışirinov "Şahdağ", MOİK, "Bakılı", "MKT-Araz", "Qəbələ", "Karvan", "Qarabağ" klublarında, Azərbaycanın olimpiya və milli yığma komandalarında oynayıb. == Həbs edilməsi == 2009-cu ildə Ceyhun şəxsi avtomobili ilə magistral yolun piyadaların keçidi qadağan olunmuş yerində bir qadını vurub. Ceyhun 2009-cu ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə cəzaya məhkum edilib.
Ceyhun Allahverdiyev
Ceyhun Allahverdiyev (17 iyul 1972, Sumqayıt) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011), dosent (2006), professor (2013), prezident mükafatçısı (2022), bəstəkar, pianoçu, pedaqoq. == Həyatı == Ceyhun Kərim oğlu Allahverdiyev 17 iyul 1972-ci ildə Sumqayıt şəhərində mühəndis ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini (1979–1986) Sumqayıt şəhər 1 saylı uşaq musiqi məktəbinin fortepiano sinfində (Kəmalə Səmədzadənin sinfində), orta musiqi təhsilini isə Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda (indiki Sumqayıt Musiqi Kolleci) fortepiano sinfində (1987–1990) (Əfqan Salayevin sinfində) almışdır. Texnikumu vaxtından bir il öncə bitirərək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor Arif Məlikovun bəstəkarlıq sinfində (1990–1995) və professor Elmira Əliyevanın fortepiano sinfində (1992–1997) təhsilini davam etdirmişdir. 1995-ci ildə diplom işi kimi ilk iri həcmli əsərini – "Azərbaycan" simfoniyasını təqdim edərək bəstəkarlıq, 1997-ci ildə isə fortepiano ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspiranturanı bitirərək, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. 1999-cu ildə musiqi sənəti sahəsində qazandığı uğurlara görə Azərbaycan Gənclər günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur. Azərbaycanda keçirilən elmi konfrans və konsertlərdə çıxış edərək, həmçinin Suriyada keçirilən Beynəlxalq Uşaq Festivalında (1986), Moldovanın Tiraspol şəhərində keçirilən Beynəlxalq müsabiqədə pianoçu kimi laureat olmuş (1989), Kiprdə keçirilən Beynəlxalq simpoziumda (2001), İstanbulda keçirilən Pera Beynəlxalq Piano Festivallarında (2010, 2011, 2015) müəllif konsertləri ilə çıxış etmiş, diplomlarla təltif olunmuşdur. 1999-cu ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında müəllim vəzifəsində çalışmağa başlamış, 2006-cı ildə dosent vəzifəsində, 2013-cü ildə professor vəzifəsinə keçmiş, 2014-cü ildə isə professor vəzifəsinə təsdiq olunmuşdur. Hal-hazırda isə həmin kafedrada professor vəzifəsində çalışır.
Ceyhun Ağayev
Ceyhun Bayramov
Ceyhun Əziz oğlu Bayramov (25 iyun 1973, Bakı) — Azərbaycan diplomatı və dövlət xadimi, Azərbaycan Respublikasının xarici işlər naziri (2020-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2018–2020). == Həyatı == Əslən Gədəbəyin Nərimankənd kəndindən olan Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996–2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000–2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002–2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub. 2004–2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global", "IFLR1000" və "Legal500" tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə xarici işlər naziri vəzifəsinə təyin olunub.
Ceyhun Camalov
Ceyhun Fikrət oğlu Camalov (17 yanvar 1983, Yenikənd, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Ceyhun Fikrət oğlu Camalov 17 yanvar 1983-cü ildə Quba rayonunun Yenikənd kəndində anadan olub. 1999-cu ildə şəhid Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəbini bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. == Hərbi Xidməti == 2016-cı ildə Ceyhun Camalov Aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsi döyüşlərində xüsusi təyinatlı kimi iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Ceyhun Cavadov
Ceyhun Seyidəhməd oğlu Cavadov (5 oktyabr 1992-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Bioqrafiyası == == Klub karyerası == === Çempionat === Ceyhun Cavadov öz peşəkar futbolçu karyerasına Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Abşeron və Neftçala klublarında start vermişdir. 2013-cü ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Rəvan klubuna transfer olmuşdur. === Kubok === 2012-ci ildə Neftçala klubunun tərkibində Azərbaycan Kubokunda iki oyun çıxmışdır.
Ceyhun Cümşüdov
Cümşüdov Ceyhun Şükür oğlu — Azərbaycan rejissoru, prodüser, aktyor. == Həyatı == Ceyhun Cümşüdov 13 yanvar 1973-cü ildə Şabran şəhərində (Dəvəçi) anadan olub.İlk orta təhsilni Şabran şəhər Tofiq Abbasov adına bir npmrəli orta məktəbində alıb.(1980-1990) Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1997-2001).Yeni Azərbaycan Partiyasının üzv seçilib.(1997) Azərbaycan Dövlət Gənclər Teatrında aktyor,(2002-2006) AzTV-də və 2006-2019 ilədək İctimai TV-də böyük rejissor,Həmkarlar ittifaqında ,təftiş komisyasının üzvü və sədri vəzifəsində çalışıb.2017 ci illərdə, vətənpərvərlik mövzusunda çəkdiyi filmlərə görə "Fədai" və "Vətən naminə" medalları ilə təltif olunub.2011-2019 ci ildək Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri ictimai birliyin üzvü və İctimayətlə əlaqələr üzrə referenti,2019 cu ilin iyun ayından həmin təşkilatın mətbuat xidmətinin rəhbəri vəzifəsində şalışır. 2015-cü ildən "peşəkar rejissorlar gidiyası"nın 2019 cü ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 2022-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində prodüser vəzifəsidə çalışır. Ailəlidir üç övladı var. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) (rejissor assistenti) Bizim jek (film, 2010) (rejissor və aktyor) Şans (film, 2004) (rejissor assistenti) Qovğalı kəndinin gecələri (film, 2008) (aktyor, prodüser) Sonuncu dərviş (film, 2009) (prodüser) 220 №-li otaq (film, 2010)(aktyor) Saqqallı uşaq (film, 2010) (qurluşçu rejissor) Gəl təzədən evlənək (film, 2012) (qurluşçu rejissor) Üç görüş (film, 2012) (qurluşçu rejissor) Yollar uzanan gün... (film, 2014) (qurluşçu rejissor) Vətənim Azərbaycan (sənədli film,2019)(ssenari müəllifi və rejissoru) 12. Sözün sehri (rejissor) 13. Ədəbi ensiklopediya (rejissor) 14. Azərbaycan klassikləri (rejissor) 15.
Ceyhun Cəfərov
Ceyhun Cəfərov (1 dekabr 1965, Yevlax) — Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. 1983–1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1986–1991-ci illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991–1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə "Pərviz" firmasında iqtisadçı-əmtəəşünas, 1993–1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994–1995-ci illərdə "Azərbərpa" İstehsalat Birliyində rəis müavini, 1995–1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996–1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000–2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006–2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011–2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2020-ci ilin avqust ayının 20-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. 2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı,1 nəvəsi var.
Ceyhun Dadaşov
Ceyhun Arif oğlu Dadaşov — Azərbaycan rejissoru və aktyoru. == Həyatı == Ceyhun Dadaşov 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1990–2000-ci illərdə Sumqayıt şəhər 33 saylı orta məktəbdə təhsil almış, 2000–2004-cü illərdə Azərbaycan Dövlət Mədədniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasının bakalavr səviyyəsini, 2004–2006-cı illərdə isə Teatr rejissoru ixtisasının magistr pilləsini bitirmişdir. 2000–2003-cü illərdə Sumqayıt şəhər "Dostluq" mədəniyyət evində "Dram dərnəyinin rəhbəri", 2003–2004-cü illərdə həmin mədəniyyət evində "Dram dərnəyinin rejissoru" vəzifələrində çalışmışdır. 6 mart 2003-cü ildən — 2014-cü ilə qədər Dövlət Pantomima Teatrının aktyorvəzifəsində çalışmış və eyni zamanda elə həmin tearda rejissoru fəaliyyəti ilə də məşqul olmuşdur. O, M. Musabəyov "Şəngül, Şüngül, Məngül" – (Məngül, Kupa), Ç. Aytmatov "Manqurt" – (Juanjuan döyüşçüsü), B. Xanızadə "Zibillik pərvanələri" – (Hamlet, Skripkaçı), B. Xanızadə "Eşq" – (Ulduz, Vərəq), Z. Zeynalov "Maska" -(Üçbucaq), A. Kamyu "İnsan" -(Polis, Vəkil, Ərəb), B. Xanızadə "Kölgə" -(Sərxoş), A. Məmmədov "Korlar" – (Həyat)A. Ekzüperi "Balaca şahzadə" – (qızılgül), Şeyx Əttar "Uçuş" – (Saliq) və sairə tamaşalar da oynamış "Mən və Mən", Manqurt" kişi tamaşalara quruluş vermişdir. 2015-ci ildən etibarən – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "SABAH" qruplarında – pedaqoq kimi fəaliyyət göstərərək — "Aktyor sənəti", "Səhnə hərəkəti", "Qılınc təlimi", "Səhnə döyüşü" kimi fənnləri tədris edir. Eyni zamanda 2017-ci ildən etibarən — Gənc Tamaşaçılar Teatrı (Plastik həll üzrə rejissor) və "Dövlət Uşaq Filarmoniyası"nda – Teatr studiyasının rəhbəri və rejissoru vəzifəsində çalışır. 2010-cu ildə "Dünya Gənclərinin Alyansı" ictimai birliyinin apardığı sorğuya görə 2009-cu ilin "Gənc İstdadlı Aktyor" nominasiyası üzrə qaliblərdən biri oldum və Fəxri. 2015 – "Fəxri Mədəniyyət işçisi" döş nişanı.
Ceyhun Dünyamalıyev
Ceyhun Gözəlzadə
Ceyhun Hacıbəyli
Ceyhun Əbdülhüseyn bəy oğlu Hacıbəyli (3 (15) fevral 1891, Şuşa – 22 oktyabr 1962, Paris) — yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf. AXC qurulana qədər "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" və digər qəzetlərlə əməkdaşlıq etmiş, 1917-ci ildə "İttihad" qəzetinin redaktoru olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilir. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edir. AXC işğal edildikdən sonra mühacirətdə fəaliyyət göstərir. Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edir. Bu nəşrlərdə əsasən Sovet hökumətinin işğalçı siyasəti ilə bağlı məqalələr dərc etdirir. "İlk müsəlman Respublikası Azərbaycan", "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları" adlı elmi əsərlərin müəllifidir. Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnallarının redaktoru olub. Azərbaycanlı musiqiçi, bəstəkar Üzeyir Hacıbəyovun qardaşıdır.
Ceyhun Hacıbəyov
Ceyhun Əbdülhüseyn bəy oğlu Hacıbəyli (3 (15) fevral 1891, Şuşa – 22 oktyabr 1962, Paris) — yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf. AXC qurulana qədər "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" və digər qəzetlərlə əməkdaşlıq etmiş, 1917-ci ildə "İttihad" qəzetinin redaktoru olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilir. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edir. AXC işğal edildikdən sonra mühacirətdə fəaliyyət göstərir. Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edir. Bu nəşrlərdə əsasən Sovet hökumətinin işğalçı siyasəti ilə bağlı məqalələr dərc etdirir. "İlk müsəlman Respublikası Azərbaycan", "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları" adlı elmi əsərlərin müəllifidir. Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnallarının redaktoru olub. Azərbaycanlı musiqiçi, bəstəkar Üzeyir Hacıbəyovun qardaşıdır.
Maestro Ceyhun
Ceyhun Təhmasib oğlu İsmayılov (Maestro Ceyhun; 27 iyun 1975, Sumqayıt) — musiqiçi, skripka ifaçısı, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Ceyhun İsmayılov 1975-ci ildə Sumqayıtda doğulub. Əslən Qubadlıdandır. Sumqayıt Musiqi Texnikumunda və Konservatoriyada təhsil alıb. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Ceyhun Hidayətli
Ceyhun Əbiyev
Ceyhun Əbiyev (24 oktyabr 1974, Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Ceyhun Əbiyevin beynəlxalq turnirlərdə debütü 1996-cı ildə Vayle şəhərində (Danimarka) baş tutan Avropa Çempionatında oldu. Turnirin 1/8 final mərhələsində Ceyhun Əbiyev Ermənistan nümayəndəsi Nşan Munçyana 1:10 hesabı ilə məğlub oldu və mübarizəsini başa vurdu. 2002-ci ildə də Ceyhun Əbiyev Avropa Çempionatında uğursuz çıxış elədi. Rusiyanın Perm şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Ceyhun Əbiyev Rusiya nümayəndəsi Sergey Kazahova məğlub oldu və mübarizəsini başa vurdu. Ceyhun Əbiyevin Dünya Çempionatlarında debütü 2003-cü ilin iyulunda Tailandda baş tutdu. Turnirin təsnifat mərhələsində Özbəkistan nümayəndəsi Otabəy Mamacanova 32:22, 1/8 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Səlim Səlimova 28:24 hesabları ilə qalib gələn Ceyhun Əbiyev turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Pakistan nümayəndəsi Kərim Numan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ceyhun Əbiyev rəqibinə 15:20 hesabı ilə məğlub oldu və medalın bir addımlığında mübarizəsini dayandıraraq Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2004-cü ildə Ceyhun Əbiyev üçüncü dəfə Avropa Çempionatında mübarizə apardı.
Ceyhun Səmədov
Jeyhun Samedov və ya Ceyhun Səmədov ― azərbaycanlı ifaçı və bəstəkar. 2019-cu ildə ifa etdiyi "Tufan var" və 2022-ci ildə ifa etdiyi "Getmə" mahnısı 2023-cü ildə Azərbaycan reytinqlərində ilk yerləri tutub. == Haqqında == Ceyhun Səmədov 1990-cı il dekabrın 18-də Bakı şəhərində anadan olub. Orta təhsilini altıncı sinifə qədər 10 nömrəli məktəbdə daha sonra isə 76 nömrəli məktəbdə alıb. 2008-ci ildə Yusif Qasımlı ilə birlikdə "Sirat" rok qrupunu yaradıb. Daha sonra qrupa Anar Bünyad da qoşulub. Qrup fəaliyyət göstərdiyi 5 il ərzində 15 mahnı bəstələyib ifa ediblər. "Röya", "O dönəcək", "Sərxoş" kimi mahnıları daha çox tanınıb. 2013-cü ildə "Sirat" rok qrupu dağılıb. 2015-ci ildə Okaberlə birlikdə "Zibil maşını" mahnısını, 2016-cı ildə isə "Çağır gəlim" adlı mahnını birlikdə ifa edirlər.
Ceyhun Abbasov
Ceyhun Həsən oğlu Abbasov (4 iyul 1972, Naxçıvan) — "Avrora Qrup" unun prezidenti, Ölkənin iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. == Həyat və fəaliyyəti == 1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini "Mühəndis-elektronik-konstruktor" ixtisasını üzrə təhsil alıb . 1992-ci ildən etibarən bizneslə məşğuldur. Avropa, ABŞ, Böyük Britaniya, Mərakeş və digər ölkələrdə biznes görüşləri, konfransları seminarlarında iştirak edib. Hazırda fəaliyyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un prezidenti kimi davam etdirir. Ailəlidir, iki övladı var. == Biznes fəaliyyəti == Ceyhun Abbasov "Avrora Qrup" unun prezidenti kimi fəaliyyət göstərir. Onun fəaliyyət istiqaməti əsasən sənaye mərkəzində fəaliyyət göstərən zavodlarda İsveçrənin "Buhler", İtaliyanın "İmaforni", "CFT" avadanlıqları qurulması və makaron fabrikində İtaliyanın "Favo", vafli zavodunda Avstriyanın "Frans Haaz" şirkətinə məxsus avadanlıqlar qurulmasında dəstək göstərmək və taminat işlərinin yüksəldilməsindən ibarətdir.
Ceyhun Cəlilov
Ceyhun Ramiz oğlu Cəlilov (1987, Şahbuz) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Baş naziri (2024-cü ildən), Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (2023–2024). == Həyatı == Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirmişdir. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurmuş, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirmişdir. Ceyhun Cəlilov 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışmışdır. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuşdur. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.
Ceyhun Nuriyev
Ceyhun Nuriyev — Azərbaycan Premyer Liqasında və Azərbaycan millisində "Zirə"nin yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu. == Karyerası == === Klub === Ceyhun Nuriyev — Azərbaycan Premyer Liqasında və Azərbaycan millisində "Zirə"nin yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı yüksək səviyyəli. === Beynəlxalq === Nuriyev böyüklərdən ibarət Azərbaycan yığmasında debütünü 25 mart 2024-cü ildə Bolqarıstanla yoldaşlıq görüşündə keçirib.
Ceyhun Hacızadə
Ceyhun Hüseynov
Ceyhun Həsənov
Ceyhun Həsənov (kapitan) (azərb. Ceyhun Aydın oğlu Həsənov‎) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Ceyhun Həsənov (general-leytenant) (azərb. Ceyhun Əkbər oğlu Həsənov‎) – Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı.
B-3 (Ceyhun Səlimov) metrostansiyası
8 Noyabr — Bakı metrosunun 29 may 2021-ci ildə istifadəyə verilən stansiyası. Stansiyaya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib. Hal-hazırda istifadəyə verilən bu metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. "8 Noyabr" stansiyası 29.05.2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Stansiyaya daxil olan qatarlarda Oqtay Zülfüqarovun bəstələdiyi "Şənlən, mənim xalqım" mahnısından fraqment səslənir.
Ceyhun Abbasov (biznesmen)
Ceyhun Abbasov (gizir)

ceyhun sözünün leksik mənası və izahı

  • 1 coşğun, coşan (Amu-Dərya çayının qədim adı).

    Azərbaycan kişi adlarının izahlı lüğəti / ceyhun
  • 2 1. Amu-Dərya çayının adı. 2. Ümumiyyətlə, dəniz, dərya mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti) Mirzə Rövşənə dedi ki, məni Ceyhun çayının o biri üzünə çatdır. Sonra əlavə etdi ki, ay oğul, padşah ov üçün Ceyhunun kənarına gələndə atın belinə qalxıb onun yanına gedib deyərsən: “Ey nankor padşah! Sən bu ata görə atamın gözlərini çıxartdırdın. İndi bax gör həmin at necə at olub!” (Paris nüsxəsi, 1-ci məclis)

    Azərbaycan dastanlarının leksikası / ceyhun
  • 3 1. Amu-Dərya çayının adı. 2. Ümumiyyətlə, dəniz, dərya. Gecə-gündüz vaqtı-bivaqt ağlaram, Çeşmim yaşı ceyhun olur, sellənir, Yaz mövsimi bülbül dil-dil ötəndə, Bağ-bağçalar nərgizlənir, güllənir.                                                 (“Qurbani”)

    Azərbaycan dastanlarının leksikası / ceyhun

"ceyhun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ceyhun nədir? #ceyhun sözünün mənası #ceyhun nə deməkdir? #ceyhun sözünün izahı #ceyhun sözünün yazılışı #ceyhun necə yazılır? #ceyhun sözünün düzgün yazılışı #ceyhun leksik mənası #ceyhun sözünün sinonimi #ceyhun sözünün yaxın mənalı sözlər #ceyhun sözünün əks mənası #ceyhun sözünün etimologiyası #ceyhun sözünün orfoqrafiyası #ceyhun rusca #ceyhun inglisça #ceyhun fransızca #ceyhun sözünün istifadəsi #sözlük