cərrah-fizioloq sözü azərbaycan dilində

cərrah-fizioloq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cərrah-fizioloq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cərrah
Müasir tibbdə cərrah cərrahiyyə əməliyyatını həyata keçirən həkimdir. Fərqli dövrlərdə və yerlərdə fərqli ənənələr mövcud olsa da, müasir cərrah eyni zamanda lisenziyalı bir həkimdir və ya cərrahiyyə sahəsində ixtisaslaşmadan əvvəl həkimlərlə eyni tibbi təhsili almışdır. Pediatriya, stomatologiya və baytarlıq sahəsində də cərrahlar var. Cərrahların hər il dünyada 300 milyondan çox cərrahi əməliyyat apardığı təxmin edilir.
Aleksandr Hertsen (fizioloq)
Aleksandr Aleksandroviç Hertsen (rus. Герцен, Александр Александрович; fr. Alexander Herzen; 13 (25) iyun 1839, Vladimir – 11 (24) avqust 1906, Lozanna) — rus əsilli məşhur İsveçrə fizioloqu, görkəmli rus publisist, yazıçı və filosof Aleksandr İvanoviç Hertsenin oğlu. == Haqqında == Aleksandr Aleksandroviç Hertsen 1839-cu il iyunun 13-də (25) Vladimirdə Aleksandr İvanoviç Hertsen və Natalya Aleksandrovnanın (Zaxarina) ailəsində anadan olmuşdur. 1840-cı ilin martında valideynləri oğullarını əvvəlcə Moskvaya, 1847-ci ildə isə xaricə apariblar. Aleksandr Aleksandroviç uşaqlıqdan qeyri-adi qabiliyyətləri ilə seçilirdi, üç xarici dili asanlıqla mənimsəyirdi: alman, ingilis və fransız. Aleksandr İvanoviç oğlunun təhsilinə təbiət elmləri ilə başladı, bu işdə ona məşhur təbiətşünas Karl Focht kömək etdi, o bütün Hertsen ailəsi üçün fiziologiyadan mühazirə oxudu və Saşaya dərslər verdi. Saşa uğurla təbiət elmləri ilə məşğul idi və atası onu universitetdə oxumaq üçün İsveçrənin Focht şəhərinə göndərdi. Saşa Berndə tibb professoru olan Foxtun atasının evində yaşayırdı və nəvəsi Emma ilə nişanlanmışdır. 1861-ci ildə Aleksander Hertsen Bern Universitetini böyük uğurla bitirdi və tibb üzrə doktorluq dərəcəsi aldı.
Faiq Cəfərov (fizioloq)
Faiq İlahi oğlu Cəfərov (10 yanvar 1940, Nüvədi, Meğri rayonu – 30 yanvar 2008, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991), 91-lərdən. == Həyatı == Faiq İlahi oğlu Cəfərov 1940-cı ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmışdır. 1967-ci ildə o, namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüş, Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasında, baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.1972-1978-ci illərdə F.Cəfərov müalicə-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 1978-1993-cü illərdə isə Həmkarlar Komitəsi rəyasət heyətinin üzvü olmuşdür. 1990-cı ildə F.Cəfərov Moskvada Rusiya Tibb Elmlər Akademiyasının R.H.Axundov adına Normal Fiziologiya İnstitutlarında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi adına layıq görülmüşdür. 1991-ci ildə o, Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının professoru və kafedranın müdiri vəzifəsinə seçilmişdir. 1993-1995-ci illərdə Faiq Cəfərov kafedra müdiri vəzifəsində çalışmaqla yanaşı universitetin I müalcə-profilaktika fakültəsinin dekanı olmuşdur. O, eyni zamanda 1993-1994-cü illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının "Biologiya və kənd təsərrüfatı" bölməsi üzrə ekspert şurasının üzvü idi. F.Cəfərovun elmi rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 doktorluq dissertasiyası üzərində iş aparılmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 200-dən artıq elmi əsərlərdə öz əksini tapmışdır.
Rəşid Mahmudov (fizioloq)
Mahmudov Rəşid Mahmud oğlu (28 noyabr 1938, Kəsəmən, Gədəbəy rayonu) — tibb elmləri namizədi. == Həyatı və fəaliyyəti == Rəşid Mahmudov 28 noyabr 1938-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur.1952–1955-ci illərdə Füzuli adına Böyük Qaramurad kənd orta təhsil almışdır. 1955-ci ildə, Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1961-ci ildə təhsilini başa vuraraq Səhiyyə Nazirliyinin göndərişi ilə Gədəbəy rayonunun Rəsullu kənd xəstəxanasına baş həkim təyin edilmiş və 1963-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 1963–1966-cı illər arasında Azərbaycan Dövlət Tibb İnstitutunun aspiranturasında təhsil almış, 1966-cı ildən 1971-ci ilə qədər həmin institutun normal fiziologiya kafedrasında assistent kimi çalışmışdır. 1971-ci ildə normal fiziologiya kafedrasında baş müəllim kimi çalışmışdır. 1983-cü ildə "Aterosklerozun yaranmasında böyrək üstü vəzin beyin maddəsinin hormonu adrenalin və noradrenalinin (katexolaminlər) rolu" mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1991-ci ildən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuda dosent təyin edilmişdir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışır.
Cərrah Mehmed Paşa
Cərrah Mehmed Paşa (v. 10 yanvar 1604, Konstantinopol) — III Mehmed dövründə 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimidir. == Həyatı == Əsli və həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. Əndərunda yetişmiş, ardından hasoda bölüyündə cərrah olaraq xidmət etməyə başlamışdır. Ardından yeniçəri ağası təyin edilərək saraydan ayrılmışdır. Bu vəzifədə ikən 1578-ci ildə kaptan-ı dərya Piyalə Paşanın ölümüylə dul qalan Gövhərxan Sultanla nigahlandı. Çox keçmədən 15 yanvar 1580-ci ildə xanımının da təsiriylə Rumeli bəylərbəyliyinə təyin edildi. Ardından 1582-ci ilin martında Boyalı Mehmed Paşanın yerinə dördüncü vəzir olaraq divana daxil oldu. Bu vəzifədə ikən Sultan Muradın böyük oğlu Şahzadə Mehmedi sünnət etdi. Bu səbəblə bundan sonrakı illərdə "Cərrah" ləqəbiylə anıldı.
Cərrah ibn Abdullah
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. == Həyatı == Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Hüseyn Əliyev (cərrah)
Əliyev Hüseyn Kərim oğlu (11 avqust 1897, Koturlu, Cavanşir qəzası – 31 iyul 1972, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor (1939), Azərbaycan SSR əməkdar həkimi və əməkdar elm xadimi (1942). == Həyatı == Hüseyn Əliyev 11 avqust 1897-ci ildə Kəlbəcərin Qoturlu kəndində anadan olub. 1967-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetinin II qospital cərrahlıq kafedrasının müdiri və "Azərbaycan tibb jurnalı"nın baş redaktoru (1955-ci ildən) olmuşdur. Tədqiqatı, əsasən, öd yollarının iltihabı xəstəliklərinin klinikası və patologiyasına, qida borusunun plastikasına və s. həsr edilmişdir. Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və medallarla təltif edilmişdir.Tibb elmləri doktoru, professor (1939 idi. 31 iyun 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Mübariz Əliyev (cərrah)
Mübariz Yaqub oğlu Əliyev (16 aprel 1959, Füzuli) — tibb elmləri doktoru, professor. == Həyatı == Mübariz Əliyev 16 aprel 1959-cu ildə Füzuli rayonunun Yağlıvənd kəndində, müəllim ailəsində anadan olmuşdur. О, 1966-cı ildə orta məktəbə getmiş, 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Tibb Universiteti müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Universitetin cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək 1986-cı ilə qədər Sumqayıt şəhərində təcili yardım xəstəxanasında cərrah kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1986–1989-cu illərdə I Moskva Tibb Universitetində məqsədli aspiranturada təhsil almış, 1989-cu ilin iyun ayında vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adına layiq görülmüşdür. 1989-cu ildən Azərbaycan Tibb Universitetində assistent, dosent, Musa Nağıyev adına xəstəxanada, eləcə də bir sıra özəl klinikalarda məhsul cərrah vəzifələrində çalışmışdır. Hazırda həmin universitetin professoru və Tədris Cərrahlıq Mərkəzinin cərrahiyə şöbəsinin rəhbəridir. 1990–1997-ci illərdə Azərbaycan Gənc Tibb Alimləri Şurasının sədri olmuşdur. Beş monoqrafiyanın, bir metodik tövsiyənin, iki dərsliyin yeddi səmərələşdirici təklifin və dünyanın bir sıra ölkələrində çap olunmuş 120-dən çox elmi məqalənin müəllifidir.2005-ci ildə "Kəskin bağırsaq keçməzliyinin kompleks müalicəsində cərrahi detoksikasiya probleminin həlli yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır. 2009-cu ildən prezident yanında Ali Attestasiya Kommisiyasınin ekspert şurasının üzvüdür və həmin ildən etibarən Amerika Birləşmiş Ştatlarının dövlət departamenti tərəfindən tanınan səhhiyyənin təşkili üzrə, beynəlxalq dərəcəli ekspertdir.
Məmməd Bağırov (cərrah)
Məmməd Bağırov (Bağırov Məmməd Adil oğlu; 12 dekabr 1960, Zəngibasar rayonu) — Rusiya alimi; Tibb elmləri doktoru. Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi‑Tədqiqat Vərəm İnstitutunun cərrahiyyə şöbəsinin rəhbəri. == Həyatı == Bağırov Məmməd Adil oğlu 1960-cı il dekabrın 12-də Ermənistan Respublikasının Masis rayonunda anadan olub. 1984-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1985-1987-ci illərdə 53 nömrəli Moskva şəhər xəstəxanasında cərrah işləyib. 1987-ci ildə Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunda çalışıb. 1993-cü ildə namizədlik, 2003-cü ildə isə “Ağciyərin yayılmış və mürəkkəb fibrozkavernoz vərəmi xəstələrinin kompleks cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.M.Bağırov 1998-ci ildən Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun 2-ci cərrahiyyə bölməsinə rəhbərlik edib, 2011-ci ildə həmin institutun cərrahiyyə şöbəsinin müdiri təyin olunub. O, Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun və Rusiya Federasiyasının aparıcı ftiziocərrahıdır. Eyni zamanda vərəm, həmçinin ağciyər və plevranın digər patologiyaları: bronxların transsternal tıxanması, pulmonektomiya, plevropulmonektomiya, əməliyyat olunmuş ağciyərin götürülməsindən əvvəl lobektomiya, bilobektomiya, kombinə edilmiş anatomik rezeksiyalar, seqmental anatomik rezeksiyalar, əməliyyat edilmiş ağciyərin təkrar rezeksiyaları, bronxial gövdə rerezeksiyaları, kollaps-cərrahiyyə əməliyyatları (silikon möhürlə ekstraplevral pnevmoliz, torakoplastiklər), plevra patologiyasında müxtəlif əməliyyatlar, sinədaxili limfa düyünlərinin patologiyalarında əməliyyatlar zamanı bütün növ operativ müdaxilələri yerinə yetirir. O, ağciyər vərəmi, lazerin tətbiqi ilə operativ müdaxilə üzrə müxtəlif metodların müəllifidir.
Rahim Hüseynov (cərrah)
Rahim Məmməd oğlu Hüseynov (1947, Salyan, Salyan rayonu) — professor, Azərbaycan Respublikasının sabiq səhiyyə naziri, "Təfəkkür" Universitetinin prorektoru, Biologiyaiya və təbiət elmləri kafedrasının müdiri, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, "Dünya informasioloqları elitası" ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatı, ehtiyatda olan tibbi xidmət polkovniki. == Həyatı == Rahim Hüseynov 1947-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə həmin şəhərdə orta məktəbi bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmiş və həkim ixtisası almışdır. Həmin il təyinatla Ordu sıralarına göndərilmiş, 1972-ci ilə qədər İvanovo (Rusiya Federasiyası) vilayətinin Teykovo şəhərində hərbi hissənin həkimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1972–1975-ci illərdə Salyan rayon mərkəzi xəstəxanasında həkim-cərrah işləmişdir. 1975-ci ildə respublika Səhiyyə Nazirliyi aparatında Müalicə-profilaktika yardımı idarəsində həkim-inspektor, 1977–1980-ci illərdə nazirliyin Ərizə və şikayətlər şöbəsinin müdiri, Kadrlar, elm və təhsil müəssisələri idarəsinin rəisi, 1980–1986-cı illərdə Müalicə-profilaktika yardımı Baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1981-ci ildə Səhiyyə Nazirliyinin Kollegiya üzvü seçilmişdir. 1986-cı ildə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.
Zülfüqar Məmmədov (cərrah)
Zülfüqar Mehdi oğlu Məmmədov (21 mart 1903 – 15 iyul 1971) — akademik, cərrahiyyə sahəsi üzrə tanınmış alim. == Həyatı == Zülfüqar Mehdi oğlu Məmmədov 1903-cü il mart ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. 1921-ci ildə Yelizavetpol (Gəncə) gimnaziyasını bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Z.Məmmədov 1936-cı ildə dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adma layiq görülmüşdür. Z.Məmmədov 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir. Z.Məmmədov Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin Ümumi cərrahlıq kafedrasında ordinator, (1926-1928), assistent (1928-1931), dosent və Operativ cərrahlıq kursunun müdiri (1931-1936) olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışmış (1938-1971), respublikada zob xəstəliyi ilə mübarizə komitəsinin sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru (1943-1946), Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri və Ümumittifaq Endokrinoloqlar Komitəsinin üzvü (1947-1971) olmuşdur. 1961-ci ildən yenicə təşkil olunmuş Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun Endokrin cərrahlığı şöbəsinə rəhbərlik etmiş, eləcə də Ümumittifaq Cərrahlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1962-1971) olmuşdur.Z.Məmmədov cərrahiyyə sahəsi üzrə tanınmış alimlərdən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini endemik ur xəstəliyinin, qalxanabənzər və böyrəküstü vəzilərin, yumurtalıqların xəstəliklərinin, eləcə də başqa endokrinoloji xəstəliklərin, həmçinin osteomilitlərin diaqnostikası və cərrahi müalicəsi, qarın boşluğu orqanlarının kəskin və xroniki xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi, yanıqların, donmaların Naftalan neftindən hazırlanmış preparatlarla müalicəsi üsullarının işlənib hazırlanması təşkil etmişdir.Alim ilk dəfə olaraq Azərbaycan Respublikası ərazisində, xüsusi ilə də Şəki, Zaqatala və Balakən rayonlarında yod çatışmazlığı nəticəsində çox sayda əhali kütləsini əhatə edən endemik ur xəstəliyinin epidemiologiyası, diaqnostikası, profilaktika və müalicəsi üsullarını müəyyən etmiş, bu sahədə geniş diapazonlu işlərin həyata keçirilməsində əməli fəaliyyət göstərmiş, yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələri səhiyyə praktikasına tətbiq edilmişdir.Z.Məmmədov 130-a qədər elmi əsərin, 8 monoqrafiyanın, "Ümumi cərrahlıq" dərsliyinin müəllifi olmuşdur. Xarici ölkələrdə keçirilən bir sıra konfrans, qurultay və simpoziumlarda elmi məruzələrlə çıxışlar etmiş, aparılan elmi tədqiqat işlərinin nəticələrinə həsr olunmuş materiallar xarici ölkələrin elmi toplularında çap edilmişdir.
İsmayıl Məmmədov (cərrah)
İsmayıl Məhəmməd oğlu Məmmədov (27 dekabr 1918, Naxçıvan – 24 noyabr 2006, Sankt-Peterburq) — Azərbaycan sovet cərrahı, Azərbaycanda tibb təhsili və səhiyyəsində xidmətləri olan, Azərbaycan Respublikasının "əməkdar elm xadimi" (2000), Azərb. SSR Tibb institutunun ümumi cərrahiyə kafedrasının professoru Azərb, SSR səhiyyə nazirliyinin 4- cü xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri(1974), Tibb institutunun elmi işlər üzrə prorektoru (1975) == Həyatı == İsmayıl Məmmədov 27 dekabr 1918-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olmuşdur. Professor İsmayıl Məmmədov ilk təhsilini doğulduğu Nehrəm kəndində aldıqdan sonra Naxçıvan Tibb Texnikomuna daxil olmuş 1938 ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.Qaraçuğ kənd sovetliyində Feldşer məntəqəsinin müdiri kimi əmək fəaliyyətinə başlamış İ.Məmmədov daha sonra Nehrəm kənd həkim məntəqəsinin müdiri eyni zamanda Naxçıvan rayon Səhiyyə şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır. 10 oktyabr 1939-cu ildə ordu sıralarına çağırılmış və 1946 cı ilin (7 il) sentyabr ayınadək hərbi xidmətdə olmuşdur. 2 ci dünya müharibəsinin başlandığı ilk günlərdən Litva sərhəddindəki hərbi hissədə xidmətə bağlamışdır. Leninqrad şəhərinin 900 günlük blokadası zamanı İjorsk taborunda baş feldşer kimi qulluq etmişdir. Bu taborda xidmətlərinə görə "Qırmızı Ulduz" ordeni və müxtəlif medallarla təltif olunmuşdur. 1946-cı ilin sentyabrında ordudan tərxis olunduqdan sonra İ.Məmmədov Vətəninə- Naxçıvana qayıtmışdır. İ.Məmmədov burada köhnə vəzifəsində çalışmış və 1947-ci ilin avqustunda Azərbaycan Respublikasının göndərişi ilə Leninqrad şəhərinə gələrək I Leninqrad Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və hospital cərrahiyyə kafedrasında kliniki ordinator vəzifəsində saxlanmışdır.
Mehdi Bağırov (həkim-cərrah)
Mehdi Bağırov Abbas oğlu (20 dekabr 1915, Naxçıvan – 27 mart 2004, Naxçıvan) — həkim-cərrah. Səhiyyə əlaçısı, SSRİ xalq həkimi və Azərbaycan SSRİ əmakdar həkimi olmuşdur. == Tibbi fəaliyyəti == 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə profilaktika fakültəsini bitirmiş; 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Kiyev hərbi dairəsində xidmət etmiş, Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmış; 1946-cı ildə ordudan tərxis olunduqdan sonra Naxçıvanda cərrah işləmiş, muxtar respublikada cərrahiyyənin bünövrəsini qoymuşdur. Moskvada həkimləri Təkmilləşdirmə İnstitunun urologiya kafedrasında elmi axtarışlar apararaq, Naxçıvan MSSR-də böyrək daşı xəstəlikləri və onların müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş; 1946–1966-cı illərdə, eyni zamanda, Naxçıvan Tibb Məktəbində cərrahiyyədən dərs demiş; 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində işləmiş; 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. == Mükafatları == Xalq arasında böyük nüfuzu olan Mehdi Bağırov hələ 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilərək, müxtəlif orden və medallarla təltif edilmişdir. Lenin ordeni, Qırmızı ulduz, Xalqlar dostluğu və s. ordenlərlə təltif edilmişdir.
Əbu Übeydə ibn Cərrah
Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah (ərəb. أبو عبيدة عامر بن عبدالله بن الجراح‎; 583, Məkkə – 639, Emmaus[d]) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi. == Həyatı == Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir.
Əziz Əliyev (cərrah-onkoloq)
Əziz Cəmil oğlu Əliyev (16 yanvar 1975, Bakı) — tibb elmlər doktoru, professor. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru (14 dekabr 2015-ci ildən). Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır (may 2013-cü ildən). == Həyatı == Əziz Cəmil oğlu Əliyev 16 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olub. Təhsilini Azərbaycan Respublikasının Dövlət proqramıi xətti ilə Amerika Birləşmiş Ştatlarında davam etdirərək Nyu-York Universitetini bitirib. Daha sonra Pittsburg Tibb Universitetinin (ABŞ) rezidenturasına qəbul olunub və rezidentura müddətində əsas diqqət baş və boyun şişlərinin cərrahi müalicəsi yönəldilib. Amerika Birləşmiş Ştatlarında Memorial Sloan-Kettering Xərçəng mərkəzində “Baş və boyun onkologiyası” üzrə 2 illik proqramı uğurla bitirdikdən sonra cərrah-onkoloq diplomuna layiq görülüb. Avstriyada cərrahlıq üzrə tibb diplomu təsdiqləndikdən sonra Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində işləyib.
Əli ibn İsa ibn Cərrah
Əli ibn İsa ibn Davud ibn Cərrah (859 – 1 avqust 946, Bağdad) — Abbasilər xilafətində fars əsilli məmur.Abbasilər hökumətində uzun müddət xidmət keçmiş ailədən olan Əli ibn İsa Abbasilər sarayında hakimiyyətə yüksəlmiş, 913–917-ci, 918–923-cü və 927–928-ci illərdə vəzir vəzifəsində çalışmışdır. Əli ibn İsanın Abbasilər dövlətinin süqutu ilə nəticlənən tənəzzülü ilə üst-üstə düşən siyasi karyerası keşməkeşli olmuş, rəqibi Əbülhəsən Əli ibn Fərat və onun tərəfdarları ilə tez-tez sürgünlərə səbəb olmuş hakimiyyət mübarizəsi ilə yadda qalmışdır. İbn Fəratın səxavətindən və israfçılığından fərqli olaraq, Əli ibn İsa fitnə-fəsadın sərt və qətiyyətli rəqibi olmuş, bu ona çoxlu düşmənlər qazanmışdır. Buna baxmayaraq, o, sonrakə illərdə idarəetmə üzrə istedadı və dürüstlüyü səbəbindən "yaxşı vəzir" kimi yadda qalmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === van Berkel, Maaike M. L. (2013). "ʿAlī b. ʿĪsā b. Dāʾūd b. al-Jarrāḥ". In Fleet, Kate; Krämer, Gudrun; Matringe, Denis; Nawas, John; Rowson, Everett (eds.).
Əl-Cərrah ibn Əbd-ül-Lah əl-Həkəmi
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. == Həyatı == Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Əl-Cərrah ibn Əbd-ül-Lah əl Həkəmi
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. == Həyatı == Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.

Oxşar sözlər

#cərrah-fizioloq nədir? #cərrah-fizioloq sözünün mənası #cərrah-fizioloq nə deməkdir? #cərrah-fizioloq sözünün izahı #cərrah-fizioloq sözünün yazılışı #cərrah-fizioloq necə yazılır? #cərrah-fizioloq sözünün düzgün yazılışı #cərrah-fizioloq leksik mənası #cərrah-fizioloq sözünün sinonimi #cərrah-fizioloq sözünün yaxın mənalı sözlər #cərrah-fizioloq sözünün əks mənası #cərrah-fizioloq sözünün etimologiyası #cərrah-fizioloq sözünün orfoqrafiyası #cərrah-fizioloq rusca #cərrah-fizioloq inglisça #cərrah-fizioloq fransızca #cərrah-fizioloq sözünün istifadəsi #sözlük