dürüst sözü azərbaycan dilində

dürüst

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dürüst • 92.8410%
  • Dürüst • 6.7822%
  • DÜRÜST • 0.3768%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dürüst sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] 1. Doğru, düzgün, düz. Dürüst söz. – Avazı idi bəsi mülayim; Üslubi dürüst, üsuli qani. Füzuli. // Həqiqi, gerçək, doğru, sadiq. Deyərlər, dərdi-eşqin adəm öldürməz, dürüstdür bu… X.Natəvan. // Düz, doğruçu, vicdanı təmiz. [Hacı Qara:] Mən sizin tamam hiylələrinizdən xəbərdaram, əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görünməzdiniz. M.F.Axundzadə. Bu Kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Ə.Haqverdiyev. 2. Zərf mənasında. Yaxşı, lazımi qaydada, lazımi kimi, düzgün, dəqiq; diqqətlə, yaxşı-yaxşı. Hacı Əbdüləzim dürüst qulaq verəndən sonra dedi: – Kişi, məgər sən öz qızının düşmənisən? Ə.Haqverdiyev. Seyid, Tahirzadənin adını, yaşını, peşəsini soruşub dürüst yazdı. Mir Cəlal. // Lazımınca, lazımi qədər, yaxşı. [Hacı Rəcəbəli:] Qəribə sual edirsən, Ata Mərdan! Bəs məlum ki, məni hələ dürüst tanımırsan. M.F.Axundzadə. Qədir bunları dürüst öyrənib yadda saxlamasa da, mətləbi başa düşürdü. Mir Cəlal. □ Dürüst etmək (eləmək) – saz eləmək, saz hala salmaq, düzəltmək. [Hacı Kərim:] Məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. M.F.Axundzadə. Bir qədər mən sənə gətirdim pul; Ki, sınan sazını dürüst eylə. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / dürüst
  • 2 f. 1) sağlam; 2) düz, doğru; 3) tamamilə, büsbütün.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dürüst

dürüst sözünün sinonimləri (yaxın mənalı sözlər)

dürüst sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DÜRÜST – SƏHV Sənin fikrin dürüstdür. Köhnə səhvlərini, keçmiş nöqsanlarını adamların üzünə tez-tez vurmağın nə mənası var (Ə.Vəliyev). DÜRÜST – YALANÇI Əgər siz dürüst adam olsaydınız, bu neçə vaxtı bu yolda görünməzdiniz (M.F.Axundzadə); Hər ikiniz yalançı və fırıldaqçısınız (C.Əmirov).

    Azərbaycan dilinin antonimlər lüğəti / dürüst

dürüst sözünün rus dilinə tərcüməsi

  • 1 1. правильный, верный, точный, доподлинный; 2. правильно, верно, точно, доподлинно;

    Azərbaycanca-rusca lüğət / dürüst
  • 2 I прил. 1. верный, правильный, точный, безошибочный. Dürüst söz верное слово, dürüst ifadə точное выражение 2. честный, правдивый (о человеке). Dürüst adam честный человек II нареч. правильно, верно, безошибочно, точно. Dürüst cavab ver отвечай верно, dürüst yaz пиши правильно, dürüst öyrənmək точно узнать (выяснить), dürüst bilmək знать точно; dürüst təyin etmək определить безошибочно, точно

    Azərbaycanca-rusca lüğət / dürüst

dürüst sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. correct, right, true, exact, precise; yeganə ~ yol the only true way; ~ cavab correct answer; sözlərin ~ işlədilməsi right use of words; ~ ünvan right address; ~ tərcümə exact translation; ~ məna the precise meaning II. z. correctly, exactly, precisely, truly, rightly; ~ cavab vermək to answer correctly; ~ tərcümə etmək to translate exactly; ~ danışmaq to tell* precisely; ~ demək to say* truly; ~ hərəkət etmək to act rightly

    Azərbaycanca-ingiliscə lüğət / dürüst

dürüst sözünün fransız dilinə tərcüməsi

dürüst sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. дуьруьст (1. дугъри, дуьзгуьн, дуьз (мес. гаф); // гьакъикъи, герчек, вафалу; дуьз, дуьзена, дугъри, виждан михьи, къени (мес. кас); 2. нареч. хъсан, лазим тир къайдада, хъсандаказ; хъсан-хъсан, дикъетдалди (мес. яб гун); // dürüst etmək (eləmək) дуьруьст авун, саз авун, дуьзарун, рас хъувун).

    Azərbaycanca-ləzgicə lüğəti / dürüst

dürüst sözünün türk dilinə tərcüməsi

"dürüst" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dürüst nədir? #dürüst sözünün mənası #dürüst nə deməkdir? #dürüst sözünün izahı #dürüst sözünün yazılışı #dürüst necə yazılır? #dürüst sözünün düzgün yazılışı #dürüst leksik mənası #dürüst sözünün sinonimi #dürüst sözünün yaxın mənalı sözlər #dürüst sözünün əks mənası #dürüst sözünün etimologiyası #dürüst sözünün orfoqrafiyası #dürüst rusca #dürüst inglisça #dürüst fransızca #dürüst sözünün istifadəsi #sözlük