* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Alverdə alanla satan arasında vasitəçilik edən şəxs. Genə şəhr içrə gördü ol minval; Satır əvvəlki eşşəyi dəllal. S.Ə.Şirvani. Dəllallar ilə hiylədə şeytan da bacarmaz! Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz! Ə.Vahid. 2. Hər hansı bir işi həll etmək üçün iki nəfər arasında vasitəçilik edən adam; araçı. Əhməd orta məktəbi bitirdiyi gündən Məhərrəm əmi onun pulsuz dəllalı olmuşdu. A.Şaiq. 3. Aradüzəldən, vasitəçi. O bilirdi ki, bu qadın dəllalları fəlakətə düşmüş qurbanlarını dərhal görür. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / dəllal2 ə. alıcı ilə satıcı arasında vasitəçilik edən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dəllal2 I сущ. маклер, посредник при заключении торговых сделок II прил. маклерский ◊ dəllal bazarına döndərmək nəyi, haranı превращать, превратить в базар; dəllal bazarına dönmək превращаться, превратиться в базар
Azərbaycanca-rusca lüğət / dəllal1 is. courtier m, broker m, argent m commissionnaire ; ~ olmaq être broker
Azərbaycanca-fransızca lüğət / dəllal