dəyirman sözü azərbaycan dilində

dəyirman

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəyirman • 54.0690%
  • Dəyirman • 45.6552%
  • DƏYİRMAN • 0.2759%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəyirman
Dəyirman — hər hansı məmulu əzib üyütmək üçündür. Əvvəllər yalnız külək və su ilə işlədilən olsalar da, sonralar elektrik mühərriki ilə işlədilməyə başlayır. Dəyirmanın seçilməsi ilkin məmulun ölçüsündən asılı olaraq aparılır. Ən kiçik dəyirman kimi kofe dənəciklərini üyüdən maşını göstərmək olar. == Un dəyirmanı == Un dəyirmanları külək, su və əl ilə işləyən olur. Buğdanın üyüdülməsində dəyirmanların ümumi prinsipini görmək olur. Ancaq burada da bəzi fərqlər mövcuddur. Müasir sənaye dəyirmanı əvvəlcə taxılı xarici hissələrdən ayırır, sonra onu uyüdüərək una çevirir. Qədimdə uzunqulaq,öküz, at, camış kimi ev heyvanlarından da dəyirmanların işlətməsində istifadə edilmişdir. İbtidai insanların sadə alətlərindən müasir qurğularadək böyük inkişaf yolu keçmişdir.
Dəyirman (dəqiqləşdirmə)
Dəyirman — bərk obyektləri üyütmək üçün mexanizm. Eyni zamanda aşağıdakı mənalara da gələ bilər: Dəyirman (qrup) — Azərbaycanda musiqi qrupu. Dəyirman (oyun) — stolüstü oyun. Dəyirman (şahmat) — şahmatda kombinasiya.
Dəyirman (qrup)
Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi. "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Tarixi == === Qrupun yaranması === Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi. === Populyarlıq qazanması === "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.
Dəyirman (roman)
Dəyirman (türk. Değirmen) məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin 1941-ci ildə satirik üslubda yazdığı qısa roman. Roman ilk dəfə 1944-cü ildə nəşr edilmişdir. Romanın bəhs etdiyi dövr 1914-cü ildir və hadisələr Osmanlı imperiyasının Sarıpınar adlanan məntəqəsində cərəyan edir. == Məzmunu == "Dəyirman" romanında uydurma bir zəlzələ hadisəsinin böyüyərək Osmanlı dövlətinin və hətta dünyanın gündəminə girən bir məsələ halına gəlməsi təsvir edilir. Sarıpınar adlanan bir bölgədə meydana gəldiyi düşünülən bir zəlzələdən sonra baş verən tragikomik hadisələr, baş verməmiş zəlzələnin zəlzələ olubmuş kimi ortaya çıxarılması cəhdi canlandırılmışdır. Anadoludakı yoxsul bir qəsəbə olan Sarıpınarın 1914-cü ildə rəhbər vəzifədə çalışanlar ruh dünyası canlandırılmış, səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır. Romandan hasil olan qənaət budur ki, dövlət məmuru olmayan hadisələri sanki baş vermiş kimi göstərməməlidir və hər kəs öz vəzifə və məsuliyyətlərinə uyğun hərəkət etməlidir. Çünki ört-basdır edilən səhvlər daha böyük problemlərə səbəb olur. === Obrazlar === Xəlil Hilmi Efendi: Vilayətin valisi, mülayim xasiyyətli və nəzakətli bir adam Rəşid bəy: Vilayətin bələdiyyə başqanı, yardımsevər bir insan Arif bəy: Vilayətin həkimi, valinin ən yaxın dostu Ömər bəy: Vilayətin zənginləridən, səxavətli bir insan Xurşid: Valinin mühafizəçisi, saf niyyətli insan Həmid bəy : Vilayətin mutasarrıfı (qubernatoru) Rüfət : Bələdiyyənin baş katibi Kızanlıklı Naciyə: Şəhərdə düzənlənən əyləncələrdə oynayan rəqqasə === Nəşr === "Dəyirman" romanı ilk dəfə 1944-cü ildə İstanbulda Semih Lütfi nəşriyyatında yayınlanmışdır.
Dəyirman (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Dəyirman daşı
Dəyirman daşları — Buğda və ya digər taxılların üyüdülməsi üçün, üyüdücülərdə istifadə olunan daşlar.
Dəyirman oyunu
Dəyirman — qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlar dairəvi əyləşirlər. Başçı əlində çubuq, başı papaqsız ortada dayanır. Qalan uşaqların başında papaq olur. Başçı çubuğu yerə vurub uşaqları qorxudur. Hamı əl çala-çala deyir: — Tağı-tağı, tağbatağı… Bu sözləri 4–5 dəfə təkrar edəndən sonra başçı sağdan bir uşağın papağını götürüb öz başına qoyur. Papağı götürülən uşaq da yanında olan uşağın papağını götürüb öz başına qoyur. Bu hərəkət dairənin sonuna qədər gedir. Bu minvalla papaqgötürmə 4–5 dəfə dövrə vurur. Papaqlar tez hərlənir, uşaqlar əl vurub "Tağı-tağı, tağbatağ" deyirlər.
Dəyirman qrupu
Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi. "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Tarixi == === Qrupun yaranması === Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi. === Populyarlıq qazanması === "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.
Dəyirman dərəsi yaşayış yeri
Dəyirman dərəsi yaşayış yeri — Yuxarı Yaycı kəndindən şərqdə Ağbulağın yaxınlığında yerləşir. Burada dağ çayının sağ sahilində qaya parçalarından tikilmiş dördkünc formalı bina qalıqları və boru şəklində yonulmuş iri qaya parçalarına rastlanmışdır. Yerli əhalinin məlumatına görə burada vaxtilə dəyirman olmuşdur. Lakin hazırda о tamamilə dağıdılmışdır. Yaşayış yerindən Erkən Orta əsrlərə aid bir neçə keramika parçası aşkar olunmuşdur. Yaşayış yerini III–X əsrlərə aid etmək olar.
Dəyirman FK
Dövrün dəyirmanı (kitab)
Dövrün dəyirmanı — Musa Yaqub tərəfindən yazılmış poema və şeirlər toplusu. == Haqqında == “Dövrün dəyirmanı” adlanan kitab şairin 75 yaşı münasibətilə işıq üzü görüb. Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri müşayiət edir. Kitab şairin “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında yeni şeirlərlə başa çatır. “Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.
Dərnəgül Dəyirmanı (1991)
Dərnəgül dəyirmanı (film, 1991)
Dəyirmandağ
Dəyirmandağ — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyirmandağ kəndi Gərgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Dəyirmandağ kənd Soveti yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Koruşdu olmuş və ərazidəki eyniadlı bulaqla birlikdə koruşdu nəslinin adını daşımışdır. Sonralar Dərələyəz mahalından muradlı nəslinə mənsub, Qarabağdan qaraqoyunlulara mənsub, Dağıstandan gümüşlü nəslinə mənsub ailələr gələrək bu kənddə məskunlaşmışlar. Kənd ətəyində yerləşdiyi dağın adını daşıyır. == Coğrafiyası və iqlimi == Kənd Dəyirmandağın ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1240 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Faiq Qəzənfəroğlu — Jurnalist-filosof; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri namizədi. Rizvan Cəfərli — Hüquqşünas, şair-publisist. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dəyirmandağ bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəyirmandərə (Nəmin)
Dəyirmandərə (fars. دگرماندرق‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 518 nəfər yaşayır (103 ailə).
Dəyirmankeşi (Astara, İran)
Dəyirmankeşi (fars. دگرمانكشي‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (44 ailə).
Dəyirmanlar
Dəyirmanlar (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Baxçakürd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mixaylovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Dəyirmanlar kəndi, Mixaylovka kənd inzibati ərazi vahidi Dəyirmanlar kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Dəyirmanlar olmuşdur. Yaşayış məntəqəsini 1949-cu ildə Xanlar rayonundakı Mixaylovka kəndindən ayrılmış molokan ailələri saldığına görə əvvəlcə Novomixaylovka, sonralar isə Mixaylovka adlandırılmışdır. Kənddə 1950-ci illərdə Ermənistandan qanunsuz olaraq zorla köçürülmüş xeyli azərbaycanlı ailə də məskunlaşmışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 432 nəfər əhali yaşayır.
Dəyirmanlar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəyirmanlı
Dəyirmanlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dəyirmanlı oyk. Kürdəmir r-nunun Yenikənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim "dəyirman olan yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1655 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dəyirmanlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəyirmantəpə
Dəyirmantəpə — Xaçmaz rayonu ərazisində qədim yaşayış yeri. Orta əsrlərə aid yaşayış yeri rayonunun Maşıoba və Çuxuroba kəndləri arasında yerləşir. Maşıoba kəndindən 500 m qərbdə yerləşən tarixi abidə. == Haqqında == Dəyirmantəpə yaşayış yeri bir-birindən 30-40 m aralı iki təpə üstündədir. Bəzən elmi ədəbiyyatda Xırmantəpə də adlandırılır. Dəyirmantəpədə arxeoloji qazıntı işləri aparılmamışdır. Orta əsrlərə aid şirli və şirsiz gil qab, kömür qırıqları, kül və heyvan sümükləri tapılıb. I Dəyirmantəpə nisbətən kiçikdir və V-VIII əsrlərə aid edilir. II Dəyirmantəpə ətrafında müdafiə məqsədli xəndək var və IX-XIV əsrlərə aid edilir. Dəyirmantəpə yaşayış yerində XIV əsrdən həyat söndükdən sonra əhali əsasən Xaçmaz yaşayış yerində məskən salmağa başlayır.
Dəyirmantəpə yaşayış yeri
Dəyirmantəpə — Xaçmaz rayonu ərazisində qədim yaşayış yeri. Orta əsrlərə aid yaşayış yeri rayonunun Maşıoba və Çuxuroba kəndləri arasında yerləşir. Maşıoba kəndindən 500 m qərbdə yerləşən tarixi abidə. == Haqqında == Dəyirmantəpə yaşayış yeri bir-birindən 30-40 m aralı iki təpə üstündədir. Bəzən elmi ədəbiyyatda Xırmantəpə də adlandırılır. Dəyirmantəpədə arxeoloji qazıntı işləri aparılmamışdır. Orta əsrlərə aid şirli və şirsiz gil qab, kömür qırıqları, kül və heyvan sümükləri tapılıb. I Dəyirmantəpə nisbətən kiçikdir və V-VIII əsrlərə aid edilir. II Dəyirmantəpə ətrafında müdafiə məqsədli xəndək var və IX-XIV əsrlərə aid edilir. Dəyirmantəpə yaşayış yerində XIV əsrdən həyat söndükdən sonra əhali əsasən Xaçmaz yaşayış yerində məskən salmağa başlayır.
Dəyirmanyanı
Dəyirmanyanı — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Mığıdərə inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dəyirmandərəsi olmuşdur. Kəndi XIX əsrdə Məlikpəyəsi kəndindən dənkanlı, imamverdiuşağı və Malxələf kəndindən ibrahimuşağı nəsillərinə mənsub ailələr Dəyirman çayının (Həkəri çayının qolu) dərəsində, köhnə dəyirmanın yanında saldıqları üçün yaşayış məntəqəsi əvvəlcə Dəyirman dərəsi, sonralar isə Dəyirmanyanı adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənd 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Mədəniyyəti == Kəndin ərazisinə elektrik, rabitə və qaz xətləri çəkilmiş, kənddə ibtidai məktəb, kitabxana mövcud olmuşdur. == Coğrafiyası və iqlimi == Kəndin ərazisi Kiçik Qafqaz dağ massivinə mənsub olan Qarabağ vulkanik yaylasının ətəyində yerləşir.
Dəyirmanyeri yaşayış yeri
Dəyirmanyeri yaşayış yeri — Babək rayonunun Zeynəddin kəndi yaxınlığında eneolit-tunc dövrlərinə aid yaşayış yeri. == Ümumi məlumat == Bu qədim yaşayış yeri 1973-cü ildə aşkar olunmuşdur. Sahəsi 3 hektardır.Yaşayış yerində səpələnmiş halda xeyli maddi mədəniyyət qalıqları var. Mədəni təpəqənin üst hissəsi tikinti işləri zamanı dağılmışdır. Əldə olunmuş materialların əksəriyyəti gil qab nümunələrindən ibarətdir. Qabların bir hissəsi saman qarışıq palçıqdan kobud şəkildə, digərləri isə səliqəli hazırlanmışdır. Qabların üstü anqoblanmış, bəziləri şüyrələnmişdir. Tapıntılar içərisində dən daşları, həvəng və dəstələr var. Abidə eradan əvvəl 5-2-ci minilliklərə aid edilir.
Həsən Dəyirmanı (Talış)
Həsən Dəyirmanı (fars. حسن دايرمان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (31 ailə).

dəyirman sözünün leksik mənası və izahı

  • 1 is. Dəni üyüdüb una və ya yarmaya çevirmək üçün müxtəlif qurğuları olan karxana, müəssisə. Yel dəyirmanı. Su dəyirmanı. Buxar dəyirmanı. – Dəyirmanın yaraşığı torba-çuvaldır. (Ata. sözü). Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. C.Məmmədquluzadə. □ Qəhvə dəyirmanı – qəhvə üyütmək üçün kiçik maşın (dəyirman). Əl dəyirmanı – əllə hərəkətə gətirilən, yarma və s. üyütmək üçün kiçik maşın. ◊ Dəyirman kimi üyüdüb tökmək – çox danışmaq, boş-boş danışmaq. Dəyirman xoruzu – çox sağlam, qıvraq adam haqqında. Dəyirman şahadı – dəyirmanda üyüdülən dəndən götürülən üyütmə haqqı. Dəyirmanın boğazından salsan (altdan) diri çıxar – son dərəcə zirək və diribaş adam haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / dəyirman

dəyirman sözünün etimologiyası

  • 1 ”Bir yerdə fırlanmaq”mənasını əks etdirən təqir sözü olub. Təkər sözü də etimoloji baxımdan “dəyirmi”deməkdir. Tərmək kəlməsi mənbələrdə “fırlanan”kimi açıqlanıb. “Dairə” anlamında tir (təqirə) sözü işlədilib. Bunlar sübut edir ki, təkər, dəyirmi, dəyirman sözləri eyni kök zəminində əmələ gəlib. Dəyir­man kəlməsinin birinci hissəsi (dəyir, dəqir) “oxu ətrafında fırlanan” deməkdir, -man isə daşın fırlanmasının çoxluğunu bildirir. Bəzi türk dillərində dəyirmançı sözünün yerinə ügütücü (üyüdən) işlədilir. Tekrə, takirmə sözləri ilə dəyirman (daşı dəyirmi olan) qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dəyirman

dəyirman sözünün rus dilinə tərcüməsi

  • 1 1. мельница; 2. мельничный;

    Azərbaycanca-rusca lüğət / dəyirman
  • 2 I сущ. мельница: 1. предприятие по размолу зерна. Buxar dəyirmanı паровая мельница, elektrik dəyirmanı электрическая мельница, yel dəyirmanı ветряная мельница, su dəyirmanı водяная мельница, dəyirmanda dən üyütmək молоть зерно на мельнице 2. здание мельницы 3. машина для раздробления твёрдых веществ II прил. мельничный. Dəyirman pərləri мельничные крылья; əl dəyirmanı (kirkirə) ручная мельница; dəyirman şahadı зерно, взимаемое на мельнице за помол ◊ dəyirmanı yaxşı üyüdür хорошо ест, съедает с большим аппетитом что-л.; dəyirman kimi üyütmək молоть языком; dəyirman bildiyini edər, çax-çax baş ağrıdar собака лает, ветер носит; dəyirmanın başından ölü salsan, ayağından diri çıxar продувная бестия (о плуте, пройдохе, хитром человеке); dəyirmandan darı gedən kimi getmək исчезать, исчезнуть как просо в жерновах мельницы; yel dəyirmanları ilə vuruşmaq сражаться, воевать с ветряными мельницами (бесполезно тратить силы в борьбе с мнимой опасностью); dəyirman xoruzu kimi (о разжиревшем, обнаглевшем человеке); dəyirmanına daş atmaq kimin вставлять палки в колёса кому, dəyirmanına su tökmək kimin лить воду на чью мельницу; dəyirmanı torpaq verir несёт чепуху, говорит что попало

    Azərbaycanca-rusca lüğət / dəyirman

dəyirman sözünün inglis dilinə tərcüməsi

  • 1 i. mill; yel ~ı windmill; su ~ı watermill; buxar ~ı steammill; ◊ bir kəsin ~ına su tökmək to play into smb.’s hands; ◊ yel ~ı ilə vuruşmaq (Don Kixotluq etmək) to fight* windmills, to tilt at windmills

    Azərbaycanca-ingiliscə lüğət / dəyirman

dəyirman sözünün fransız dilinə tərcüməsi

dəyirman sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. регъв; su dəyirmanı цин регъв; əl dəyirmanı гъилин регъв(ер); // регъуьн (мес. къван); ** dəyirman kimi üyüdüb tökmək гзаф рахун, буш-буш рахун; dəyirman xoruzu регъуьн кӀек, гзаф сагълам, къеврягь касдин гьакъинда; dəyirman şahadı регъуьн шагьад (регъве техил регъуьн патал регъуьхъбанди къачудай гьакъи); dəyirmanın boğazından salsan (altdan) diri çıxar гзаф зиринг, дирибаш касдин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / dəyirman

dəyirman sözünün türk dilinə tərcüməsi

"dəyirman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəyirman nədir? #dəyirman sözünün mənası #dəyirman nə deməkdir? #dəyirman sözünün izahı #dəyirman sözünün yazılışı #dəyirman necə yazılır? #dəyirman sözünün düzgün yazılışı #dəyirman leksik mənası #dəyirman sözünün sinonimi #dəyirman sözünün yaxın mənalı sözlər #dəyirman sözünün əks mənası #dəyirman sözünün etimologiyası #dəyirman sözünün orfoqrafiyası #dəyirman rusca #dəyirman inglisça #dəyirman fransızca #dəyirman sözünün istifadəsi #sözlük