dadamal sözü azərbaycan dilində

dadamal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dadamal • 90.9091%
  • Dadamal • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dadamal sözünün leksik mənası və izahı

  • 1 sif. dan. Bir şeyə (adətən arzu edilməyən şeyə) dadanmış, öyrəşmiş; vərdişli, adətkərdə. □ Dadamal olmaq (öyrənmək, düşmək) – adət etmək, öyrəşmək, dadanmaq, vərdiş etmək. Bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin. C.Məmmədquluzadə. Dadamal öyrətmək – dadandırmaq, alışdırmaq, öyrətmək.

    Azərbaycan dilinin izahlı lüğəti / dadamal

dadamal sözünün etimologiyası

  • 1 Sözün kökü “dad”dır, amma feil deyil. Fel dad-a (dad-a-n-maq...) sözü­dür (boşa, yaşa qəlibi üzrə), -mal isə feilə artırılmış şəkilçidir (sağmal, dəyməl söz­lərində də var); -mal feildən sifət düzəldən şəkilçi olub, indi məhsuldarlığını itirib. Dadamal “bir şeyin dadını bilmək və ona ciddi meyil etmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dadamal

dadamal sözünün rus dilinə tərcüməsi

  • 1 повадившийся делать что-нибудь, пристрастившийся (к чему)

    Azərbaycanca-rusca lüğət / dadamal
  • 2 I прил. 1. повадившийся ходить куда-л. (о скоте) 2. перен. повадливый (пристрастившийся к чему-л. нехорошему) II в знач. сущ. о человеке с повадками, привычками (отрицательными)

    Azərbaycanca-rusca lüğət / dadamal

dadamal sözünün inglis dilinə tərcüməsi

dadamal sözünün fransız dilinə tərcüməsi

dadamal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. рах. са куьник (хушуниз текъвер са затӀуник, пис амалдик) даданмиш хьайи, вердиш хьайи, ктканвай; dadamal olmaq (öyrənmək, düşmək) адет авун, даданмиш хьун, вердиш хьун, чир хьун, куткун (са чӀуру амал); dadamal öyrətmək даданмишарун, куткурун, чирун (чӀуру амал).

    Azərbaycanca-ləzgicə lüğəti / dadamal

dadamal sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağcabədi, Cəbrayıl, Çənbərək, Hamamlı, Xanlar, Qazax) öyrəşmiş, dadanmış, alışmış. – Dadamal qoyun südü içdi (Ağcabədi); – Pişik ətə dadamaldu (Cəbrayıl); – Toğlu dadamaldı deyn çox kökəlif (Çənbərək); – Bizim Göyərçin inəx’ yaman dadamaldı (Hamamlı) ◊ Dadamal olmax (Gəncə, Xanlar) – öyrəşmək, alışmaq, dadanmaq. – Danamız dadamal olub (Gəncə); – Çovannar quyruğ asdarına dadamal oloy yaman (Xanlar)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#dadamal nədir? #dadamal sözünün mənası #dadamal nə deməkdir? #dadamal sözünün izahı #dadamal sözünün yazılışı #dadamal necə yazılır? #dadamal sözünün düzgün yazılışı #dadamal leksik mənası #dadamal sözünün sinonimi #dadamal sözünün yaxın mənalı sözlər #dadamal sözünün əks mənası #dadamal sözünün etimologiyası #dadamal sözünün orfoqrafiyası #dadamal rusca #dadamal inglisça #dadamal fransızca #dadamal sözünün istifadəsi #sözlük