dalğalanmaq sözü azərbaycan dilində

dalğalanmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dalğalanmaq • 80.9524%
  • Dalğalanmaq • 16.6667%
  • DALĞALANMAQ • 2.3810%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

dalğalanmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Suyun üzərində dalğa əmələ gəlmək; ləpələnmək, təlatüm etmək. Dəniz dalğalanır. – Yağlanmış su dalğalandıqca, göy qurşağı kimi rəng verib rəng alırdı. M.Hüseyn. 2. Küləyin təsiri ilə dalğa kimi tərpənmək, enib-qalxmaq; yellənmək. Bayraqlar dalğalanır. – Göy yamacın ətəyində, kəndciyəz; Dörd yanında dalğalanır tarlalar. A.Şaiq. 3. məc. Hərəkətə gəlmək, həyəcana gəlmək, coşmaq. Dalğalandı Sabirlərin ümman dünyası… B.Vahabzadə. İnsan nərəsindən, yerin səsindən; Dalğalanır Bakı, çalxanır Xəzər. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / dalğalanmaq

dalğalanmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 yellənmək — tərpənmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / dalğalanmaq
  • 3 1. DALĞALANMAQ Sənin kimi dalğalanır ürəyimdə sözüm, dəniz! (S.Rüstəm); LƏPƏLƏNMƏK Günün axır şəfəqləri ahəstəcəsinə ləpələnən suya düşüb onda xüsusi gözəllik vücuda gətirirdi (T.Ş.Simürğ); MÖVCLƏNMƏK Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dəryatək mövclənirdi.. (Ə.Haqverdiyev); TƏLATÜMƏ GƏLMƏK “Ura!” sədası fırtınadan təlatümə gələn bir dərya kimi insan izdihamını titrətdi (M.İbrahimov). 2. DALĞALANMAQ Başında dalğalansa üç boyalı bayrağı; O zaman zənn edərəm bütün cahan mənimdir (A.İldırım); YELLƏNMƏK Yelləndikcə kiçik yüyrük; Gedib dəyir bu ulduzdan o ulduza (X.Rza).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dalğalanmaq

dalğalanmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. волноваться, вздыматься, бушевать (волнам); 2. колыхаться, развеваться;

    Azərbaycanca-rusca lüğət / dalğalanmaq
  • 2 глаг. волноваться, плескаться. Dəniz dalğalanır море волнуется 2. перен. колыхаться, заколыхаться. Taxıl (zəmiləri) dalğalanır колышатся хлеба 3. развеваться, реять. Bayraqlar dalğalanırdı развевались знамена

    Azərbaycanca-rusca lüğət / dalğalanmaq

dalğalanmaq sözünün inglis dilinə tərcüməsi

dalğalanmaq sözünün fransız dilinə tərcüməsi

dalğalanmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. лепе акьалтун, лепе алаз хьун; лепе гун; 2. лепеяр хьиз юзун, лепе гун (мес. гар акьадамаз пайдахди, никӀи); 3. пер. къалабулух акатун, гьерекат акатун, къизмиш хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / dalğalanmaq

Oxşar sözlər

#dalğalanmaq nədir? #dalğalanmaq sözünün mənası #dalğalanmaq nə deməkdir? #dalğalanmaq sözünün izahı #dalğalanmaq sözünün yazılışı #dalğalanmaq necə yazılır? #dalğalanmaq sözünün düzgün yazılışı #dalğalanmaq leksik mənası #dalğalanmaq sözünün sinonimi #dalğalanmaq sözünün yaxın mənalı sözlər #dalğalanmaq sözünün əks mənası #dalğalanmaq sözünün etimologiyası #dalğalanmaq sözünün orfoqrafiyası #dalğalanmaq rusca #dalğalanmaq inglisça #dalğalanmaq fransızca #dalğalanmaq sözünün istifadəsi #sözlük