darğın sözü azərbaycan dilində

darğın

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • darğın • 84.2105%
  • Darğın • 15.7895%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

darğın sözünün leksik mənası və izahı

  • 1 sif. 1. İncik, dərdli, küskün, pərişan, pərt. İyirmi beş bahar görmüş olan bu adam altmış xəzan keçirmiş qocalar qədər yorğun, darğın, ölgün görünürdü. A.Şaiq. Böyük bir şairin darğın xəyalı; Vətən çöllərini pərişan gəzir… S.Vurğun. Düşündürür onu insanın halı; Darğındır nə qədər fikri, xəyalı!… M.Rahim. 2. Hiddətli, qəzəbli. Darğın sular kimi coşub çağladım; Gözümdən od çıxdı, başımdan duman. M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti / darğın

darğın sözünün etimologiyası

  • 1 “Hirsli” anlamında işlədilir. Qədim bir deyimdə oxuyuruq: “heç düşün­mür­sən ki, sevgilin arğınmı, darğınmı, yorğunmu?” Dar-ğın, dar-ıl-maq sözlərindəki –ğın və -ıl şəkilçilərindən məlum olur ki, sözün kökü feildir, dar-t-maq kəlməsinin qədim kökü olan dar sözü də özünü feil kimi büruzə verir. İndi dar müstəqil olaraq feil kimi işlədilmir. M.Kaşğaridə tar sözü “разгонять”,”рассеивать”, tarıl feili isə onun məchul növü kimi açıqlanıb. Düşünmək olar ki, dağıl, darıl, darğın sözləri tarixən kökdaş olub. Darıxmaq sözü isə dar(узкий) sifəti ilə bağlıdır, qanıxmaq, otuxmaq, yadıxmaq, gecikmək sözlərinin qəlibi üzrə əmələ gəlib, “sıxılmaq” (darlaşmaq) deməkdir. Başqa ehtimal da mümkündür: dar sifətindən bərkimək, turşumaq, daşımaq, ləngimək qəlibi üzrə dar-ı-maq feili yaranıb, sonra dar-ı-ğın, dar-ı-ıl formasında düşüb. Birinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / darğın

darğın sözünün sinonimləri (yaxın mənalı sözlər)

darğın sözünün rus dilinə tərcüməsi

  • 1 диал. I прил. 1. грустный, печальный 2. обиженный II нареч. печально. Darğın baxmaq печально смотреть

    Azərbaycanca-rusca lüğət / darğın

darğın sözünün ləzgi dilinə tərcüməsi

darğın sözünün türk dilinə tərcüməsi

"darğın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#darğın nədir? #darğın sözünün mənası #darğın nə deməkdir? #darğın sözünün izahı #darğın sözünün yazılışı #darğın necə yazılır? #darğın sözünün düzgün yazılışı #darğın leksik mənası #darğın sözünün sinonimi #darğın sözünün yaxın mənalı sözlər #darğın sözünün əks mənası #darğın sözünün etimologiyası #darğın sözünün orfoqrafiyası #darğın rusca #darğın inglisça #darğın fransızca #darğın sözünün istifadəsi #sözlük