* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Dayanmağa, durmağa məcbur etmək, ayaq üstə saxlamaq. Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Mir Cəlal. 2. Bir şeyin hərəkətini, gedişini, inkişafını müvəqqəti və ya həmişəlik saxlamaq. Zavodun işini dayandırmaq. // Əyləmək, gedərkən saxlamaq, durdurmaq. Qatarı dayandırmaq. Avtobusu dayandırmaq. Avtomobili dayandırmaq. – Tapdıq Mayisi və onun əlindəki dəftərləri görən kimi maşınını dayandırdı. Ə.Vəliyev. 3. Bir işi daha görməmək, nəhayət vermək, davam etdirməmək, kəsmək. Müzakirələri dayandırmaq. Danışıqları müvəqqəti dayandırmaq. Hücumu dayandırmaq. Atəşi dayandırmaq. – Tətil etməyən zavodlardan bir çoxunu təhdidlə dayandırdılar. M.S.Ordubadi. 4. Kəsmək, tamam azaltmaq. Diş ağrısını dayandırmaq. Qanı dayandırmaq. – Çay ən yaxşı tərlədici vasitədir, bundan başqa, baş ağrısını dayandırır. B.Talıblı. 5. Sözünü kəsmək, danışığını davam etdirməyə qoymamaq. Danışanı dayandırmaq yaxşı deyil. – Alqış səsləri natiqi dayandırırdı. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / dayandırmaq2 глаг. kimi, nəyi: 1. останавливать, остановить 1) прекратить движение, ход кого-л., чего-л. Qatarı dayandırmaq остановить поезд, hərəkəti dayandırmaq остановить движение, müharibəni dayandırmaq остановить войну, qırğını dayandırmaq остановить кровопролитие, işi dayandırmaq остановить работу 2) не дать чему-л. развиваться дальше (о состоянии, ощущении). Diş ağrısını dayandırmaq остановить зубную боль, qanı dayandırmaq остановить кровь 2. прекращать, прекратить (положить конец чему-л.). Müzakirələri dayandırmaq прекратить прения 3. прерывать, прервать (приостановить какое-л. действие). Məşğələni dayandırmaq прервать занятие 4. тормозить, затормозить: 1) остановить движение чего-л. с помощью тормоза. Maşını bərk dayandırmaq резко затормозить машину 2) перен. замедлять, задерживать развитие, ход чего-л. İnkişafı dayandırmaq (ləngitmək) тормозить развитие 5. стопорить, застопорить (остановить с помощью стопора)
Azərbaycanca-rusca lüğət / dayandırmaq1 f. to stop (d.), to cease (d.), to discontinue (d.), to put* an end (to), to make* an end (of); to break* off (d.), to halt (d.), to check (d.), to suspend (d.); (atı və s.) to rein / to pull up; yaradan qanaxmanı ~ to stop a wound; söhbəti ~ to cease / to stop talking; atəşi ~ to cease fire / firing; qatarı (avtomobili və s.) to stop a train (car, etc.); işi ~ to discontinue one’s work; danışığı ~ to break* off the conversation; küçə hərəkətini ~ to bring* traffic to a standstill
Azərbaycanca-ingiliscə lüğət / dayandırmaq1 f. arrêter vt, stopper vt, cesser vt, interrompre vt, suspendre vt
Azərbaycanca-fransızca lüğət / dayandırmaq1 гл. акъвазарун; avtobusu dayandırmaq автобус акъвазарун; // акъвазуниз мажбур авун, кӀвачин кьилел хуьн (тун); // атӀун (мес. рахунар, сухван тӀал); hücumu dayandırmaq гьужум акъвазарун.
Azərbaycanca-ləzgicə lüğəti / dayandırmaq