Dema sözü azərbaycan dilində

Dema

Yazılış

  • Dema • 33.3333%
  • DEMA • 33.3333%
  • dema • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Comərd demantoid təzahürü
== Yerləşməsi == Comərd kəndinin 2,5 km. şimal-qərbində yerləşir. == Ümumi məlumat == Sahənin şimal-şərq hissəsində qalınlığı 4-4,5 m. olan bazalt qatı aşkar edilib. Bu qat xırda qırıntılı konqlomerata keçən xırda qırıntılı qravelitlə təmsil olunur. Qırılma pozulmaları boyu sərt düşən çatlıq sistemləri aşkar edilib. Burada nazik xrizotil-asbest damarcıqları nəzərə çarpır. Damarcıqların eni 1,5 m, uzunluğu 1,5-2 m.-dir. Onların qalınlığı 0,5 sm.-dən 3 sm. arasında dəyişir.
Demak sultanlığı
Demak sultanlığı — XV əsrin son rübündə qurulan və təxminən bir əsr həyat sürən Yava adasındakı müstəqil ilk müsəlman dövləti. == Tarixi == Öncələri Yavanın şimal sahillərində bir liman şəhəri olan Demak, bu gün zamanla sahilin geniş qumsallarla əhatə olunması üzündən dənizdən bir neçə mil içəridə qalmış kiçik bir yaşayış mərkəzidir. Yava adətinə görə Demak hökmdarlarının soyunun, XV əsrin son rübündə bölgəyə yerləşən Cek Ko-po (Ç. Ko-po əmi) adındakı Çinli zəngin bir müsəlman tacirdən gəldiyi qəbul edilir. Yava vəqayinamələrində ilk Demak hökmdarının, son Macapahit kralı ilə daha sonrakı illərdə saraydan qovulan Çinli bir şahzadədən doğulan Raden Patah (Ərəbcəsi Fəttah) olduğu anladılır. Yenə eyni qaynaqlara görə bu sıralarda zəif düşən Macapahit Hindu Buddist dövləti Demakın hücumlarıyla ortadan qalxmışdır. Demakın ikinci hökmdarı, portuqaliyalıların Rodim deyə adlandırdıqları Bədrəddin (və ya Qəmərəddin) təxminən 1504-cü ildə ölüncə yerinə keçən oğlu (və ya qardaşı) Trenggana Demak dövlətinin ən güclü hökmdarı idi. Daha sonrakı Yava qaynaqlarında onun 1524-cü ildən etibarən "sultan" ünvanını aldığı qeyd edilir. Trenggana, birincisi 1505–1518, ikincisi 1521–1546-cı illər arasında olmaq üzrə iki dönəm hökmdarlıq etdi. Bu iki dönəm arasındakı üç il içində qayını Cepara hakimi Patih Yunus hökm sürmüşdür.Trenggana dövründə Demak zənginlik və əhali sayı baxımından zirvəyə çatdı. Trenggana o bölgənin önəmli limanlarını Demaka bağlamağa çalışdığı kimi hələ müsəlman olmayan Yavanın iç bölgələrinə də basqınlar etdi və XI əsr Çin qaynaqlarının Macapahitlərin önəmli liman şəhəri olaraq göstərdikləri Tubanı fəth etdi (1527).
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Demandol
Demandol (fr. Demandolx, oks. Demandòus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04069. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 135 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 89 yaşında (15-64 yaş arasında) 57 nəfər iqtisadi fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64.0%, 1999-cu ildə 60.0%). Fəal 57 nəfərdən 50 nəfəri (33 kişi və 17 qadın), 7 nəfər işsizdir (2 kişi və 5 qadın).
Demarkasiya xətti
Demarkasiya xətti(fr. demarcation – ayırma) – 1) hərbidə: döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt (zolaq); 2) məğlub olmuş dövlətin ərazisini işğal zonalarına ayıran xətt; 3) qonşu dövlətlər arasında mübahisə obyekti olan ərazidə müvəqqəti müəyyənləşdirilən xətt (zolaq). Demarkasiya xətti döyüşən tərəflər arasında, işğal edən, yaxud münaqişə aparan dövlətlər arasında xüsusi sazişlə müəyyənləşir; 4) tibdə: sağlam toxumada ölgün sahə (qanqren, sekvester), yaxud yad cisimlə sərhəddə əmələ gələn reaktiv iltihab zonası.
Jan Fransua Demanj
Jan Fransua Demanj (1789-1839) — Peterburq universitetinin ərəb dili kafedrasının müdiri, filoloq. == Həyatı == Jan Fransua Demanj 1789-cu ildə anadan olmuşdu. Jan Fransua Demanj Parisdə ərəb dilini öyrənmişdi. İlk müəllimi Antuan İsaak Silvestr de Sasi olmuşdu. S. Uvarovun təşəbbüsü ilə Peterburq universitetinə ərəb dili müəllimi dəvət olunmuşdu. Jan Fransua Demanj 1839-cu ildə vəfat edib.
Kazımbinə demantoid təzahürü
== Yerləşməsi == Comərd təzahüründən 3,5 km. şimal-qərbdə yerləşir. == Ümumi məlumat == Sahəsinin mərkəzi hissəsində xromit daşıyan serpentinitləşmiş hiperbazitlər çıxır. Çatlarda və onların serpentinitlərlə təmaslarında izometrik formada demantoid dənələri müşahidə edilir. Həmin dənələrin ölçüləri lap nazikdən 1,5 mm. arasında dəyişir. Çat zonalarında kiçik boşluqlarda serpentinləşmiş dunitlərlə, nadir hallarda isə nazik çat təmaslarında xırda dənə və örtük halında demantoidlər qeyd edilib.
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. == Demarkasiya xəttinin yaradılması == Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.
Mak Demarko
Mak Demarko (ing. Mac DeMarco; 30 aprel 1990, Dankan[d], Britaniya Kolumbiyası) — Kanadalı müğənni-bəstəkar, multi-instrumentalist və prodüser. Demarko altı studiya albomu buraxdı; Rock and Roll Night Club (2012), 2 (2012), Salad Days (2014), Another One (2015), This Old Dog (2017), Here Comes the Cowboy (2019). Onun musiqi üslubu "mavi dalğa" və "slaker rok", kimi təsvir edilmişdir, özü bunu "cizz caz" adlandırır.

"dema" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dema nədir? #dema sözünün mənası #dema nə deməkdir? #dema sözünün izahı #dema sözünün yazılışı #dema necə yazılır? #dema sözünün düzgün yazılışı #dema leksik mənası #dema sözünün sinonimi #dema sözünün yaxın mənalı sözlər #dema sözünün əks mənası #dema sözünün etimologiyası #dema sözünün orfoqrafiyası #dema rusca #dema inglisça #dema fransızca #dema sözünün istifadəsi #sözlük