* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] 1. Qoçaq, igid, cəsur, ürəkli, mərd. Çətin ələ düşər dilavər gözəl. Q.Zakir. Zeynəb … dilavər, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. S.S.Axundov. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında sıxılar və özünü itirərdi. Ə.Sadıq. // İs. mənasında. Dilavərlər yığıldılar. 2. Dilli, yaxşı danışmağı bacaran, məharətlə danışa bilən. O, çox dilavər adamdır. – [Gövhər qarı:] Gərək ortada mənim kimi dilavər bir adam ola ki, tükü-tükdən seçə bilə. İ.Şıxlı. Dedim: – Söz ustası, mahir, dilavər; Şairə Məhsəti sənmisən məgər? M.Dilbazi.
Azərbaycan dilinin izahlı lüğəti / dilavər3 f. 1) ürəkli, cəsarətli, qəhrəman, cəsur; 2) danışmağa mahir olan; dilli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dilavər1 Kökü azərbaycancadır, -avər isə farsca avərdən (gətirmək) məsdərinin əsasıdır. Hərfi mənası dili gətirən (yaxşı danışıq qabiliyyəti olan), məcazi mənası isə “ağıllı” deməkdir. Əsasən, dilli-dilavər şəklində işlədilir. İkinci dilavər sözü də var, farscadır, əsli dilavərd kimidir (yaddaşt sözündəki t səsi kimi, dilavərd kəlməsindəki d səsi də ixtisara düşüb), “qoçaq, igid, ürəkli” deməkdir. Buradakı dil “ürək” mənasındadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dilavər1 1. речистый, крсноречивый, искусный в разговоре; 2. бойкий, лихой, отважный;
Azərbaycanca-rusca lüğət / dilavər2 прил. 1. речистый, красноречивый; умеющий хорошо, красиво говорить, языкастый 2. бойкий, отважный, смелый, храбрый
Azərbaycanca-rusca lüğət / dilavər1 s. 1. voluble, talkative, eloquent; 2. smart, valiant, intrepid
Azərbaycanca-ingiliscə lüğət / dilavər1 [fars.] прил. 1. викӀегь, кьегьал, уьтквем, игит, рикӀ (жигар) авай, жуьрэтлу, мерд; 2. мез авай, хъсан рахаз алакьдай, хъсандиз рахадай; кӀуфал туькӀвей, мецел пайгар.
Azərbaycanca-ləzgicə lüğəti / dilavər