diyez sözü azərbaycan dilində

diyez

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • diyez • 58.3333%
  • Diyez • 41.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Diyez işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Do Diyez Minor Sonatası (Şopen)
Do diyez minor noktyurn — solo fortepiano üçün olan 20 nömrəli do diyez minor sonatası Lento con gran espressione, P 1, No. 16, KKIVa/16, polyak bəstəkarı Frederik Şopen tərəfindən 1830-cu ildə bəstələnmiş, 1870-ci ildə isə çap olunmuşdur. Şopen bu əsəri böyük bacısı Lüdvikaya həsr etmiş və qeyd etmişdir: İkinci konsertimin çalışmasına başlamazdan əvvəl hazırlıq üçün bacım Lüdvikaya. Əsər bəstəkarın ölümündən 26 il sonra çap olunmuşdur və adətən, sürətli olduğu üçün Lento con gran espressione adlandırılmışdır. Bəzən də bu əsər "Xatirə" (Reminiscence) adlanıb. Noktyurn daha sonra Holokostdan sağ çıxmağı bacaran Nataliya Karp tərəfindən ifa olunmuşdur. O, bu əsəri Nazi komandirlərindən biri Amon Goata ifa etmiş və Amon musiqidən çox təsirləndiyi üçün onu öldürməmişdir. == Musiqili Struktur == Lento con gran espressione kimi tanınan bu əsər 4/4 ölçüsündə yazılıb. Əsər mülayim və eyni zamanda da qəmgin motivlərlə başlayir, daha sonra isə əsas mövzu 5-ci taktdan ifa olunmağa başlayır. Sağ əl əsas mövzunu çaldığı müddətdə sol əl leqato şəklində qırıq-qırıq akkordlarla musiqinin gözəlliyinə fərqli rəng qatır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2010 ••••••••••• 0.09
2015 •••••••••••••••••••• 0.17

diyez sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. муз. диез (нотный знак, требующий повышения на полутон ноты, перед которой он поставлен) II прил. диезный

    Azərbaycanca-rusca lüğət / diyez

"diyez" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#diyez nədir? #diyez sözünün mənası #diyez nə deməkdir? #diyez sözünün izahı #diyez sözünün yazılışı #diyez necə yazılır? #diyez sözünün düzgün yazılışı #diyez leksik mənası #diyez sözünün sinonimi #diyez sözünün yaxın mənalı sözlər #diyez sözünün əks mənası #diyez sözünün etimologiyası #diyez sözünün orfoqrafiyası #diyez rusca #diyez inglisça #diyez fransızca #diyez sözünün istifadəsi #sözlük