Badımcan dolması
Badımcan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.
== Lazım olan ərzaqlar ==
qoyun əti – 163 q,
badımcan – 300 q,
baş soğan – 20 q,
ərinmiş yağ – 20 q,
pomidor – 50 q,
göyərti (reyhan, keşniş) – 15 q,
darçın – 0,2 q,
qatıq – 50 q,
istiot −0,1 q, duz.
== Hazırlanma qaydası ==
Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1–2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür.