dərgəh sözü azərbaycan dilində

dərgəh

Yazılış

  • dərgəh • 77.7778%
  • DƏRGƏH • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dərgəh sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] klas. 1. Astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah. [Xaqani:] Nizami! Lütf ilə soruşsan nəyəm? Sənin dərgahında aciz bəndəyəm. M.Rahim. 2. məc. din. Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti mənasında (bəzən “Allah”, “həqq” sözləri ilə). Yarəb, kərəm et ki, xarü zarəm; Dərgahə bəsi ümidvarəm. Füzuli. …Həmşəriləri təziyə məclisinə … qoymayanda … başlarını salardılar aşağa və özözlərinə deyərdilər: – Allah, şükür dərgahına! C.Məmmədquluzadə. Xəlifə onların hər birinə tək-tək cavab verib, onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. M.S.Ordubadi. □ Əllərini Allah dərgahına qaldırmaq (qalxızmaq) – Allaha müraciətlə əllərini göyə qaldırıb ona yalvarmaq, raz-niyaz etmək. [Sona xanım:] Əziz Allah, dərgahına qalxızmışam əllərimi! Ə.Haqverdiyev. 3. məc. tənt. Ev. Peymanını pozan xəyal həmdəmim; Dərgahıma sayə salmayacaqdır. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / dərgəh

dərgəh sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

DƏRGAH, DƏRGƏH f. «qapı yeri» 1) kandar, astana; 2) oturulan yer, olan yer; 3) qapı; 4) padşahın, hakimin və b. evi; saray; 5) bax təkyə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"dərgəh" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dərgəh nədir? #dərgəh sözünün mənası #dərgəh nə deməkdir? #dərgəh sözünün izahı #dərgəh sözünün yazılışı #dərgəh necə yazılır? #dərgəh sözünün düzgün yazılışı #dərgəh leksik mənası #dərgəh sözünün sinonimi #dərgəh sözünün yaxın mənalı sözlər #dərgəh sözünün əks mənası #dərgəh sözünün etimologiyası #dərgəh sözünün orfoqrafiyası #dərgəh rusca #dərgəh inglisça #dərgəh fransızca #dərgəh sözünün istifadəsi #sözlük