dəsgah sözü azərbaycan dilində

dəsgah

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəsgah • 93.5065%
  • Dəsgah • 5.1948%
  • DƏSGAH • 1.2987%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dəsgah sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Cah-calal, həşəmət, dəbdəbə, təntənə, büsat, böyük şənlik. Varlı yoxsullaşanda əlli il dəsgahını pozmaz. (Ata. sözü). Bəli, qoşun atdandı, böyük cəlal, dəsgahınan bular düşdülər yola. (Nağıl). // Bəzən kinayə, istehza ilə. Görmürsən avtomobili, dəsgahı? Özü də bu, hamısının böyüyüdür. C.Cabbarlı. [Mustafanın] görürsünüz, şəhərli kimi dəsgahları var! Mir Cəlal. 2. məc. Böyük işlər, təşəbbüs, qeyri-adi mənzərə, əla düzəldilmiş iş. [Bayram kişi:] Sel gücü də məlumdur, odur, Mingəçevirdə bir dəsgah başlanıb ki, selin-suyun gücü düz-dünyaya işıq və qüvvət verəcək. M.Rzaquluzadə. 3. məc. Bir işin təşkili üçün lazım olan şeylərin, vasitələrin və s.-nin məcmusu. Taxta məhəccərin dalında çay və xörək dəsgahı üçün xüsusi bir guşə ayrılmışdı. M.İbrahimov. 4. məc. Qurğu, kələk, tədbir. Lotular hər iki qolu bağlı, özü də çılpaq halda Rəhimin üstünə düşüb xeyli vurardılar. …Bu zaman Rəhim başa düşərdi ki, bütün bu dəsgahlar bunun üçünmüş. H.Sarabski. □ Dəsgah çıxarmaq – mane olmaq, həngamə yaratmaq. Dəsgah çıxarma, qoy işimizi görək. 5. mus. Azərbaycan xalq musiqisində irihəcmli muğam, musiqi kompleksi. Böyük salonda segah dəsgahı qurtardı, oyun havası çalınmağa başlandı. S.Rəhman. Nola, Vahid, azacıq sakit ola məclisimiz; Şur dəsgahını biz xahiş edək tarizənə. Ə.Vahid.

    Azərbaycan dilinin izahlı lüğəti / dəsgah

dəsgah sözünün sinonimləri (yaxın mənalı sözlər)

dəsgah sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. необыкновенное зрелище 2. роскошь, богатство, пышность 3. набор чайной или столовой посуды. Çay dəsgahı чайный набор 4. муз. дясгях (комплекс музыкальных мелодий) ◊ dəsgah açmaq разворачивать, развернуть, организовать, осуществлять, осуществить в широких размерах что-л.; dəsgah çıxarmaq творить безобразия

    Azərbaycanca-rusca lüğət / dəsgah

dəsgah sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. unusual / uncommon / extraordinary sight; splendour, magnificence; 2. set; çay ~ı tea set; ◊ ~ açmaq to do* or organize smth. unusual / uncommon / extraordinary

    Azərbaycanca-ingiliscə lüğət / dəsgah

dəsgah sözünün fransız dilinə tərcüməsi

dəsgah sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. тескягь, гьайбатлувал, гурлувал, чӀехи шадвал, мярекат; 2. чӀехи крар; // са кар тешкил авун (мес. чай хъун, фу тӀуьн ва мс.) патал лазим тир затӀарин, зереъатрин кӀватӀал; 3. пер. гьилле, тедбир; // dəsgah çıxarmaq маний хьун, энгелвал авун, къал кутун; 4. муз. ири мугъамдин эсер, комплекс (Азербайжан халкьдин музыкада).

    Azərbaycanca-ləzgicə lüğəti / dəsgah

"dəsgah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəsgah nədir? #dəsgah sözünün mənası #dəsgah nə deməkdir? #dəsgah sözünün izahı #dəsgah sözünün yazılışı #dəsgah necə yazılır? #dəsgah sözünün düzgün yazılışı #dəsgah leksik mənası #dəsgah sözünün sinonimi #dəsgah sözünün yaxın mənalı sözlər #dəsgah sözünün əks mənası #dəsgah sözünün etimologiyası #dəsgah sözünün orfoqrafiyası #dəsgah rusca #dəsgah inglisça #dəsgah fransızca #dəsgah sözünün istifadəsi #sözlük