fabrik-mətbəx sözü azərbaycan dilində

fabrik-mətbəx

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fabrik-mətbəx • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fabrik
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Mətbəx
Mətbəx — iki mənada işlənir: qida hazırlanan otaq. ölkələrinə, millətlərinə görə yemək növləri, kulinariya. Mətbəx otağı — müasir evlərdə əsas otaqlardan biridir. Adətən yemək otağına yaxın yerləşir. Mətbəx otağında soyuducu, qaz və ya elektrik plitəsi, qab yuyan, qab və qazanları yığmaq üçün müxtəlif dolablar və s. olur.
Fabrik qəsəbəsi
Fabrik qəsəbəsi, zavod kəndi və ya sənaye koloniyası — bütün şəhər kompleksinin sahibi olan müəssisə (zavod, fabrik) ətrafında yerləşən yaşayış məntəqəsi mərkəzi. Bu kompleksə sənaye təyinatlı öz binaları (zavod, fabrik, anbarlar və s.), müəssisənin işçiləri üçün yaşayış binaları və adətən, məktəblər, mağazalar, kilsələr və s. daxildir. Bu tip hesablaşma müəyyən iqtisadi fəaliyyətlər üçün işçi qüvvəsinin mövcudluğunu təmin etmək üçün yaranır. Bəzi fabrik qəsəbələrinin yüksək idealları var idi, lakin bir çoxları nəzarətçi və ya istismarçı hesab olunurdu. == Həmçinin bax == Şəhər tipli qəsəbə == İstinadlar == == Əlavə ədəbiyyat == Мирков // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Блоня // Малый энциклопедический словарь Брокгауза и Ефрона.
Molekulyar mətbəx
Molekulyar mətbəx (ing. Molecular gastronomy) və ya Molekulyar kulinariya — yemək və desertlərin hazırlanmasına elmi yanaşma; fiziki-kimyəvi mexanizmləri nəzərə alan mətbəx. Molekulyar kulinariyaya alternativ kulinariya da demək olar. Molekulyar kulinariya 1992-ci ildə meydana gəlsə də, son illərdə geniş yayılmağa başlayıb. Kimyaçı Erve Tisa və fizik Nikolas Kurti yemək hazırlanmasına ciddi laborator tədqiqat tələb edən bir məsələ kimi baxırlar. Onlar əmin olublar ki, suflenin hazırlanması zamanı baş verən proseslər Veneranın atmosferinə nisbətən daha az öyrənilib. Bu zaman yeməklər vakuum şəraitində aşağı temperaturda hazırlanır. Molekulyar mətbəx inqredientlərin bişmə zamanı fiziki və kimyəvi dəyişikliklərinə əsaslanır. Belə ki, yemək hazırlanması zamanı maddənin molekulyar əlaqələrini qırdıqda, həmin maddənin yeni, qeyri-adi xüsusiyyətləri üzə çıxır. Nəticədə maddənin forması, dadı dəyişə bilər; maddəyə təsir etməklə onu molekulyar mərhələdə dəyişib ondan yeni maddə alınır.
Mətbəx (teleserial)
"Mətbəx" (rus. Кухня) — Rusiya komediya teleserialı. «ВБД Групп» QSC sifarişi ilə «Кейстоун Продакшн» tərəfindən çəklir. Serial Moskvada yerləşən «Claude Monet» fransız mətbəxi restoranında baş verən hadisələrə həsr edilib.
Mətbəx debatı
Mətbəx debatı (ing. Kitchen Debate) — ABŞ-ın vitse-prezidenti Riçard Nikson və SSRİ Nazirlər Şurasının sədri Nikita Xruşşov arasında 24 iyul 1959-cu ildə Moskvada "Sokolniki" parkının sərgi mərkəzində Amerika Milli Sərgisinin "ABŞ Sənaye Məhsulları"nın açılışında keçirilən bir sıra ekspromt dialoqlar. Sərgi, təşkilatçılarının fikrincə, istənilən amerikalının əldə edə biləcəyi bir evi nümayiş etdirdi. Ev Amerika istehlak bazarının məhsullarını nümayiş etdirən yeni məişət texnikası ilə dolu idi. == Debatlar == Mətbəx debatı 1955-ci ildə Cenevrədə keçirilən görüşdən sonra ABŞ və SSRİ liderləri arasında ilk yüksək səviyyəli görüş idi. Sərgidə mətbuat agenti kimi iştirak edən Uilyam Lyuis Safirin dediyinə görə, dialoqlar sərginin müxtəlif yerlərində, lakin əsasən şəhərətrafı evin nümunəvi mətbəxinin ərazisində aparılıb. Nikson və Xruşşov kapitalizm və sosializmin üstünlüklərini müzakirə etdilər. Müzakirələr 1957-ci ildə “Sputnik”in buraxılması ilə 1962-ci ildəki Kuba raket böhranı arasında dünya siyasi sistemləri arasında qarşıdurma fonunda baş tutmuşdu. Əksər amerikalılar belə hesab edirdilər ki, Niksonun ölkədəki populyarlığını artıran debatda qalib gəlməsi oldu. Müzakirə ABŞ-ın liderlik etdiyi yeni texnologiya olan rəngli videolentdə qeydə alınıb; debat zamanı Nikson bunu Amerikanın çoxsaylı texnoloji nailiyyətlərindən biri kimi göstərdi.
Bakı Fabrik Müfəttişliyi
Bakı Fabrik Müfəttişliyi - Rusiya Dövlət Şurasının "Sənaye haqqında nizamnamədə bəzi dəyişikliklər" barədə 1899-cu il 7 iyun tarixli qərarına əsasən yaradılmışdı. == AXC-yə qədərki tarixi == 1899-cu il 7 iyunda yaradılmışdı. Bakı Xalq Komissarları Sovetinin 1918-ci il 2 iyul tarixli qərarı ilə ləğv edilmiş, 1918 il oktyabrın 12-də Bakı sənaye rayonunda tənzimləyici orqan kimi bərpa olunmuşdu. Müfəttişlik prinsipial xarakterli məsələlərin həlli ilə yanaşı, sahibkarların qanunsuz hərəkətləri haqqında fəhlə və qulluqçuların ərizə və şikayətlərini də araşdırırdı. == AXC dövrü == 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə əmək nazirliyi yaradılmış və həmin müfəttişlik onun sərəncamına verilmişdi. Bununla əlaqədar müfəttişliyin fəaliyyət dairəsi xeyli genişlənərək, muzdlu əməyin sənətkarlıq, kustar istehsal, tikinti, dəmir yolu, çay nəqliyyatı və digər sahələrini də əhatə edirdi. Lakin həvalə olunmuş texniki vəzifələr baxımından müfəttişlik bilavasitə ticarət və sənaye nazirliyinin tabeliyində idi. Bütün Bakı sənaye rayonu 5 məntəqəyə bölünmüşdü. Onların hər birinə fabrik müfəttişi başçılıq edirdi. Fabrik müfəttişlərinin fəaliyyətini isə böyük fabrik müfəttişi əlaqələndirirdi.
Fabrik-zavod rayonu
Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon. == Tarixi == Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. == Əhalisi == Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər == İqtisadiyyatı == Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
Mətbəx (teleserial, 2012)
"Mətbəx" (rus. Кухня) — Rusiya komediya teleserialı. «ВБД Групп» QSC sifarişi ilə «Кейстоун Продакшн» tərəfindən çəklir. Serial Moskvada yerləşən «Claude Monet» fransız mətbəxi restoranında baş verən hadisələrə həsr edilib.
Parisdə mətbəx (film, 2014)
Parisdə mətbəx (rus. Кухня в Париже) – Dmitri Dyaçenkonun gözlənilən Rusiya komediya filmi. "Mətbəx" sitkomunun davamıdır. Filmin kinoteatrlarda ilk göstərilməsi 1 may 2014-cü ilə nəzərdə tutulub.

fabrik-mətbəx sözünün leksik mənası və izahı

  • 1 [lat. fabrica və ər. mətbəx] Mexaniki üsulla çoxlu yemək hazırlanan iri ictimai iaşə müəssisəsi. Qabaqcıl fabrik-mətbəx. Bakıda ilk fabrikmətbəx 1930-cu ildə işə salınmışdır.

    Azərbaycan dilinin izahlı lüğəti / fabrik-mətbəx

fabrik-mətbəx sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. фабрика-кухня (крупное предприятие общественного питания с массовым механизированным приготовлением пищи)

    Azərbaycanca-rusca lüğət / fabrik-mətbəx

fabrik-mətbəx sözünün inglis dilinə tərcüməsi

fabrik-mətbəx sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#fabrik-mətbəx nədir? #fabrik-mətbəx sözünün mənası #fabrik-mətbəx nə deməkdir? #fabrik-mətbəx sözünün izahı #fabrik-mətbəx sözünün yazılışı #fabrik-mətbəx necə yazılır? #fabrik-mətbəx sözünün düzgün yazılışı #fabrik-mətbəx leksik mənası #fabrik-mətbəx sözünün sinonimi #fabrik-mətbəx sözünün yaxın mənalı sözlər #fabrik-mətbəx sözünün əks mənası #fabrik-mətbəx sözünün etimologiyası #fabrik-mətbəx sözünün orfoqrafiyası #fabrik-mətbəx rusca #fabrik-mətbəx inglisça #fabrik-mətbəx fransızca #fabrik-mətbəx sözünün istifadəsi #sözlük