baza-mətbəx sözü azərbaycan dilində

baza-mətbəx

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • baza-mətbəx • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mətbəx
Mətbəx — iki mənada işlənir: qida hazırlanan otaq. ölkələrinə, millətlərinə görə yemək növləri, kulinariya. Mətbəx otağı — müasir evlərdə əsas otaqlardan biridir. Adətən yemək otağına yaxın yerləşir. Mətbəx otağında soyuducu, qaz və ya elektrik plitəsi, qab yuyan, qab və qazanları yığmaq üçün müxtəlif dolablar və s. olur.
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Molekulyar mətbəx
Molekulyar mətbəx (ing. Molecular gastronomy) və ya Molekulyar kulinariya — yemək və desertlərin hazırlanmasına elmi yanaşma; fiziki-kimyəvi mexanizmləri nəzərə alan mətbəx. Molekulyar kulinariyaya alternativ kulinariya da demək olar. Molekulyar kulinariya 1992-ci ildə meydana gəlsə də, son illərdə geniş yayılmağa başlayıb. Kimyaçı Erve Tisa və fizik Nikolas Kurti yemək hazırlanmasına ciddi laborator tədqiqat tələb edən bir məsələ kimi baxırlar. Onlar əmin olublar ki, suflenin hazırlanması zamanı baş verən proseslər Veneranın atmosferinə nisbətən daha az öyrənilib. Bu zaman yeməklər vakuum şəraitində aşağı temperaturda hazırlanır. Molekulyar mətbəx inqredientlərin bişmə zamanı fiziki və kimyəvi dəyişikliklərinə əsaslanır. Belə ki, yemək hazırlanması zamanı maddənin molekulyar əlaqələrini qırdıqda, həmin maddənin yeni, qeyri-adi xüsusiyyətləri üzə çıxır. Nəticədə maddənin forması, dadı dəyişə bilər; maddəyə təsir etməklə onu molekulyar mərhələdə dəyişib ondan yeni maddə alınır.
Mətbəx (teleserial)
"Mətbəx" (rus. Кухня) — Rusiya komediya teleserialı. «ВБД Групп» QSC sifarişi ilə «Кейстоун Продакшн» tərəfindən çəklir. Serial Moskvada yerləşən «Claude Monet» fransız mətbəxi restoranında baş verən hadisələrə həsr edilib.
Mətbəx debatı
Mətbəx debatı (ing. Kitchen Debate) — ABŞ-ın vitse-prezidenti Riçard Nikson və SSRİ Nazirlər Şurasının sədri Nikita Xruşşov arasında 24 iyul 1959-cu ildə Moskvada "Sokolniki" parkının sərgi mərkəzində Amerika Milli Sərgisinin "ABŞ Sənaye Məhsulları"nın açılışında keçirilən bir sıra ekspromt dialoqlar. Sərgi, təşkilatçılarının fikrincə, istənilən amerikalının əldə edə biləcəyi bir evi nümayiş etdirdi. Ev Amerika istehlak bazarının məhsullarını nümayiş etdirən yeni məişət texnikası ilə dolu idi. == Debatlar == Mətbəx debatı 1955-ci ildə Cenevrədə keçirilən görüşdən sonra ABŞ və SSRİ liderləri arasında ilk yüksək səviyyəli görüş idi. Sərgidə mətbuat agenti kimi iştirak edən Uilyam Lyuis Safirin dediyinə görə, dialoqlar sərginin müxtəlif yerlərində, lakin əsasən şəhərətrafı evin nümunəvi mətbəxinin ərazisində aparılıb. Nikson və Xruşşov kapitalizm və sosializmin üstünlüklərini müzakirə etdilər. Müzakirələr 1957-ci ildə “Sputnik”in buraxılması ilə 1962-ci ildəki Kuba raket böhranı arasında dünya siyasi sistemləri arasında qarşıdurma fonunda baş tutmuşdu. Əksər amerikalılar belə hesab edirdilər ki, Niksonun ölkədəki populyarlığını artıran debatda qalib gəlməsi oldu. Müzakirə ABŞ-ın liderlik etdiyi yeni texnologiya olan rəngli videolentdə qeydə alınıb; debat zamanı Nikson bunu Amerikanın çoxsaylı texnoloji nailiyyətlərindən biri kimi göstərdi.
Baza (cins)
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Baza inflyasiya
Baza təhsil
Baza yağları
Baza yağları — avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. == Növləri == Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Mətbəx (teleserial, 2012)
"Mətbəx" (rus. Кухня) — Rusiya komediya teleserialı. «ВБД Групп» QSC sifarişi ilə «Кейстоун Продакшн» tərəfindən çəklir. Serial Moskvada yerləşən «Claude Monet» fransız mətbəxi restoranında baş verən hadisələrə həsr edilib.
Baza və superstruktur
Marksist superstruktur, marksist cəmiyyət nəzəriyyəsində insanın subyektivliyi ilə cəmiyyətin maddi varlığının vəhdətinin ilkin formasıdır. Forma müəyyən dərəcədə obyektiv, müəyyən dərəcədə subyektivdir. İnfrastruktur məhsuldar qüvvələrdən və istehsal münasibətlərindən (işçi-işəgötürənin əmək şəraiti, əmək bölgüsü, mülkiyyət münasibətləri və s.) ibarətdir. Marksist nəzəriyyədə infrastruktur, superstrukturu təşkil edən mədəniyyət, institutlar, siyasi qüvvələr münasibətləri, rollar, rituallar və dövlət kimi cəmiyyətin digər münasibətlərini və düşüncələrini müəyyən edir. Güman edilir ki, superstruktur və infrastruktur arasındakı əlaqə dialektik xarakter daşıyır, "dünyada" rmövcud olan eal varlıqlarla arasında heç bir fərq qoyulmur.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.). Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur. Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır.
Qotard baza tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
Parisdə mətbəx (film, 2014)
Parisdə mətbəx (rus. Кухня в Париже) – Dmitri Dyaçenkonun gözlənilən Rusiya komediya filmi. "Mətbəx" sitkomunun davamıdır. Filmin kinoteatrlarda ilk göstərilməsi 1 may 2014-cü ilə nəzərdə tutulub.
102-ci Hərbi baza
102-ci Rusiya hərbi bazası (rus. 102-я российская военная база, erm. Ռուսաստանի 102-րդ ռազմական բազա) — Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası. Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. == Alayların təyinatı və şəxsi heyəti == 128-ci motoatıcı alay: Alay 3 motoatıcı tabor (biri BMP-2, biri BTR-80, biri isə avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23–4 "Şilka", BRDM maşının bazasında "Strela" və ZU-23–2), özüyeriyən artilleriya divizionu ("Qvozdika"), artilleriya divizionu (D-30 haubitsalar), tank bölüyü (T-72 tankları) olmaqla 750 nəfər şəxsi heyətdən ibarətdir.
Baza verilənlərin proqramlaşdırma dilləri
Baza verilənlərin proqramlaşdırma dilləri — bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə görə fərqlənir. İlk bazalar böyük informasiya massivlərinin emalına və müəyyən əlamətə görə bir qrup informasiyanın seçilməsinə ehtiyac olanda yaradılmışdır. Bunun üçün strukturlaşdırılmış sorğular dili SQL (structured query language) dili yaradılmışdır. O güclü riyazi nəzəriyyəyə əsaslanmaqla verilənlər bazasını effektiv emal etməyə imkan yaradır. Böyük verilənlər bazalarını idarə etmək, onları effektiv emal etmək üçün VBİS (verilən bazasının idarəetmə sistemi) yaradıldı. Hal-hazırda dünyada 5 aparıcı VBİS istehsalçısını göstərə bilərik: Microsoft (SQL Server), İBM (DB2), Oracle Software AG (Adabas), İnformix Sybase. Onların məhsulları şəbəkədə minlərlə istifadəçinin eyni zamanda işini dəstəkləyir, verilənlər bazaları isə paylanmış şəkildə bir neçə serverdə saxlanıla bilər.
2 nömrəli Bakı Baza Tibb Kolleci
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir. Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. == Direktorları == Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
2 nömrəli Bakı Baza Tibb Məktəbi
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir. Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. == Direktorları == Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.

Oxşar sözlər

#baza-mətbəx nədir? #baza-mətbəx sözünün mənası #baza-mətbəx nə deməkdir? #baza-mətbəx sözünün izahı #baza-mətbəx sözünün yazılışı #baza-mətbəx necə yazılır? #baza-mətbəx sözünün düzgün yazılışı #baza-mətbəx leksik mənası #baza-mətbəx sözünün sinonimi #baza-mətbəx sözünün yaxın mənalı sözlər #baza-mətbəx sözünün əks mənası #baza-mətbəx sözünün etimologiyası #baza-mətbəx sözünün orfoqrafiyası #baza-mətbəx rusca #baza-mətbəx inglisça #baza-mətbəx fransızca #baza-mətbəx sözünün istifadəsi #sözlük