Faiq sözü azərbaycan dilində

Faiq

Yazılış

  • Faiq • 99.6781%
  • FAİQ • 0.2615%
  • faiq • 0.0604%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Faiq
Faiq — Azərbaycanlı kişi adı. Faiq Hüsiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008) Faiq Süleyman Paşa — Faiq Əlizadə — 20 yanvar şəhidi. Faiq Məmmədov Faiq Məmmədov (professor) — professor. Faiq Məmmədov (geoloq) — geoloq.
Faiq (ad)
Faiq Abdullayev
Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan – 17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, Almaniya və Fransada keçirilən elmi konqreslərdə təmsil etmişdir. == Elmi nailiyyətləri == Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi == Elmi əsərləri == Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir. == Mükafatları == 1970 — "Rəşadətli Əməyə görə" medalı 1977 — "Qırmızı əmək bayrağı" ordeni medalı 1981 — SSRİ Nazirlər Sovetinin mükafatı laureatı == İstinadlar == == Xarici keçidlər == ABDULLAYEV Faiq Məmmədəli oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005.
Faiq Adıgözəlov
Faiq Ağayev
Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.. == Yaradıcılığı == Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir. Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.
Naum Faiq
Naum Faiq (Süryanicə:ܢܥܘܡ ܦܐܝܩ; fevral 1868, Diyarbəkir – 5 fevral 1930, Nyu-Cersi) — süryani yazıçı. Bələdiyyə Məclisi Sur rayonun Ziya Göyalp Pusucu küçəsinə Naum Faiqin adının verilməsi ilə bağlı qərar qəbul edib.
Ömər Faiq
Ömər Faiq Lömən oğlu Nemanzadə (24 dekabr 1872, Azğur, Axalsıx qəzası, Tiflis quberniyası – 10 oktyabr 1937, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Azərbaycan ədibi, ictimai-siyasi xadim, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi, Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü və Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri. Axısqa türkü. == Həyatı == Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: "Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm" deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş-şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra sultan istibdadına qarşı gizli çalışan cavanlara qoşulmuşdur. == Fəaliyyəti == 1894-cü ildə, Axısqada milli münasibətlərin kəskinləşməsi dövründə vətənə qayıtmışdır.
Faiq Ələkbərli
Faiq Ələkbərli (tam adı: Faiq Qəzənfər oğlu Ələkbərli; d. 12 aprel 1977, Dəyirmandağ, Gədəbəy rayonu) — AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim. == Həyatı və təhsili == Faiq Ələkbərli 12 aprel 1977-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1994-cü ildə Dəyirmandağ kənd orta məktəbini bitirərək, fəlsəfə ixtisası üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin bakalavr pilləsinə daxil olmuş,1998-ci ildə isə bitirmişdir. 1999–2001-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin magistratura pilləsində təhsil almışdır. 2005-ci ildə "XX əsrdə Azərbaycanın İctimai-siyasi və fəlsəfi fikir tarixində M. Ə. Rəsulzadənin yeri və rolu" mövzusunda dissertasiya işini müdafiə edərək, 2006-cı ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Faiq Ələkbərli kitablarında turançılıq, türkçülük, islamçılıq, azərbaycançılıq, bütöv azərbaycançılıq, modernləşmə, milli ideologiya, milli ideya, milli kimlik, milli şüur və digər sahələr üzrə özünəməxsus yanaşmalarını formulə etmişdir. === Ailəsi === Faiq Ələkbərli ailəlidir, iki övlad var. O, həmçinin İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Rəşad Ələkbərovun dayısıdır. === Jurnalistika fəaliyyəti === Faiq Ələkbərli 1997-ci ildən 2003-cü ilə qədər jurnalistika sahəsində çalışmışdır.
Faiq Ələkbərov

Faiq Sadıqov
Faiq Nurəhməd oğlu Sadıqov (tam adı:Sadıqov Faiq Nurəhməd oğlu;) — Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı və təhsili == Sadıqov Faiq Nurəhməd oğlu 1956-cı il avqustun 19-da Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olub. 1963-73 illərdə Ləki qəsəbə 6 saylı orta məktəbdə, 1973-1978-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 1978-ci ildə Azərbaycan KP MK-nın göndərişi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Yevlax Radio Verilişləri Redaksiyasında redaktor kimi əmək fəaliyyətinə başlayıb. 1991-94-ci illərdə "Ədalət" qəzetinin Qarabağ bölgəsi üzrə cəbhə müxbiri işləyib. Birinci Qarabağ müharibəsinin ən qaynar nöqtələrindən hazırladığı xəbərlər və digər janrlarda hazırladığı materiallar “Ədalət” qəzetində və digər nəşrlərdə davamlı olaraq dərc edilib. 1996-cı ildə yenidən dövlət televiziyasına qayıdıb. Televiziyanın İnformasiya proqramları studiyasında ən mühüm ictimai-siyasi hadisələr, o cümlədən dövlət başçısının müxtəlif tədbirləri, səfərləri və görüşləri barədə video-materialların efirə hazırlanmasında redactor kimi fəaliyyət göstərib. Televiziyanın xüsusi müxbiri kimi Prezidentlər Heydər Əliyevi və İlham Əliyevi Fransa, Böyük Britaniya, Çin, Rusiya, Bolqarıstan, Latviya, Sloveniya, Xorvatiya və digər ölkələrə səfərlərində müşaiyət edib. Ailəlidir. İki övladı var.
Faiq Hacıyev
Faiq Hacıyev (22 may 1999, Azərbaycan) — Azərbaycan Premyer Liqasında Turan-Tovuz komandasında müdafiəçi kimi çıxış edən azərbaycanlı peşəkar futbolçudur. == Karyera == === Klub === 21 sentyabr 2019-cu ildə Faiq Hacıyev Azərbaycan Premyer Liqasında “Qəbələ”nin “Səbail”lə oyununda debüt etmişdir. Faiq Hacıyev 2021-ci il iyunun 11-də “Qəbələ” tərəfindən azad edilib.
Faiq Balabəyli
Balabəyli Faiq Ağaş oğlu (23 fevral 1964, Sabirabad, Astraxanbazar rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib.
Faiq Baxşəliyev
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Faiq Bağırov
Faiq Nüsrət oğlu Bağırov (1962) — azərbaycanlı diplomat. Faiq Bağırov (1976) — azərbaycanlı atlet.
Faiq Bağırzadə
Bağırzadə Faiq Məmməd oğlu (20 mart 1926, Bakı – 30 mart 1988, Bakı) — geologiya elmləri doktoru (1964), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983), Əməkdar elm xadimi (1980), Bakı Dövlət Universitetinin rektoru və Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Haqqında == Faiq Bağırzadə 20 mart 1926-cı ildə Bakı şəhərində anadan olmuş, 132 saylı orta məktəbi bitirmişdir. Ali təhsilini 1940-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Geoloji-kəşfiyyat fakültəsində alan Bağırzadə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Faiq Bağırzadə əmək fəaliyyətinə 1949-cu ildə "Qobustanneftqaz kəşfiyyatı" trestinin kontorunda mühəndis-geoloq olaraq başlamışdır. O, həmçinin 1949-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Neft və qaz yataqlarının geologiyası kafedrası nəzdində aspiranturaya daxil olmuşdur. 1951–1953-cü illərdə "Azneft" Birliyinin "Dənizdə kəşfiyyat qazması" trestinin "Neft Daşları" idarəsində mühəndis-geoloq işləmişdir. Habelə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji-Kəşfiyyat İnstitutunun çöl tematik partiyasında mühəndis-geoloq və partiya rəisi vəzifəsində çalışmışdır. Faiq Bağırzadə 1952–1954-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Neft və qaz yataqlarının geologiyası kafedrasında assistent vəzifəsini icra etmiş, 1954–1962-ci illərdə kafedranın baş müəllimi və dosenti işləmiş, 1962–1965-ci illərdə isə Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsinin dekanı olaraq fəaliyyət göstərmişdir. Faiq Bağırzadə 1964–1965-ci illərdə Myanma İttifaqı Respublikasın Ali və Orta İxtisas Təhsili Nazirliyinin xətti ilə Ranqun Texnoloji İnstitutunun professoru vəzifəsinə təyin olunmuşdur. Həmin institutda məruzələrlə çıxış edən Bağırzadə ingilis dilində "Neft və yeraltı geologiya" mühazirələr məcmuəsini çap etdirmişdir.
Faiq Bulud
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.
Faiq Cabbarov
Faiq Cabbarov — Azərbaycan futbolçusu.
Faiq Cəfərov
Faiq Cəfərov (fizioloq) — tibb elmləri doktoru (1990), professor (1991). Faiq Cəfərov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı (27.12.1995).
Faiq Hüsiyev
Faiq Hüsiyev (tam adı: Hüsiyev Faiq Nuruş oğlu; 7 noyabr 1970, Sumqayıt) — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini (2009–2015); Teleradio Akademiyasının rektoru (2015–2021); AZTV Analitik qrupun rəhbəri (2021 h/h). == Həyatı == Faiq Hüsiyev 7 noyabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı orta məktəbi bitirib. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. 1993–1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd" mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. 1997–1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, 1998–2005-ci illərdə "Beynəlxalq proqramlar" redaksiyasında böyük redaktor vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları" departamentinin rəisi vəzifəsində işləyib.
Faiq Həsənov
Faiq Həsənov (şahmatçı) — şahmat hakimi.
Faiq Kəlbəliyev
Faiq Kəlbəliyev(tam adı:Kəlbəliyev Faiq İsfəndiyar oğlu) — texnika elmlər doktoru, professor. == Həyatı və təhsili == Kəlbəliyev Faiq İsfəndiyar oğlu 17 fevral 1937-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkəradab kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutun (indiki Neft Akademiyası) energetika fakültəsini bitirmişdir. 1964-cü ildə keçmiş SSRİ Elmlər Akademiyası Energetika İnstitutunun aspiranturasını bitirmişdir. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === 1965-1968-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Energetika İnstitutunda baş elmi işci olmuşdur. 1968-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasında çalışır. 1983-cü ildən buxar və qaz turbinləri və istilik elektrik stansiyaları kafedrasının müdiridir. Tədqiqatları maddələrin kritikdən yüksək parametrlərində işləyən qurğularda istilik mübadiləsinin və temperatur rejimlərinin öyrənilməsinə həsr olunmuşur. Bu sahədə elmi məktəbin yaradıcısıdır. 100-ə yaxın elmi-metodik əsərin, o cümlədən 10-dan çox dərslik və dəsr vəasitinin müəllifidir.
Faiq Mirzəyev
Faiq Mirzəyev — azərbaycanlı aktyor, teleaparıcı. == Həyatı == 1965-ci ildə Quba şəhərində anadan olub. 1972-ci ildə Quba şəhəri 2 saylı orta məktəbinin 1-ci sinfinə gedib. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsinə daxil olub və 1992-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Musiqili Komediya teatrına dəvət alıb. O eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında və “İlham” miniatür teatrının səhnəsində də bir sıra yaddaqalan obrazlar yaradıb. Faiq Mirzəyev 1996-cı ildən sənət taleyini televiziyaya bağlayaraq Qubada fəaliyyət göstərən “Xəyal“ və “Qütb” televiziyalarının təşəkkül tapmasında böyük əmək sərf edib. O, 2007-ci ildən Azərbaycanda ilk rəqəmsal televiziya kimi fəaliiyətə başlayan və yayım dairəsi daha geniş olan RTV-nin yaranmasıda fəal iştirak edib. Bu televiziyada o, aparıcı kimi işə başlayaraq yaradıcılıq departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. RTV-də çalışdığı 5il müddətində Faiq Mirzəyev yerli televiziya kadrlarının hazırlanmasnda və bir çox müəllif verilişlərinin ərsəyə gəlməsində nəinki bir müəllif və aparıcı kimi hətta çox bacarıqlı rejissor kimi də fəaliyyət göstərmişdir. Hal-hazırda Faiq Mirzəyev ARB TV-də ömrünü Azərbaycan teatr və kino sənətinə həsr etmiş korifey sənətkarlarımızın,elm, təhsil və siyasət sahəsində caləşan görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən “Ömrün fəsilləri” verilişinin layihə rəhbəri, aparıcısı və rejissorudur.
Faiq Musayev
Faiq Nəsib oğlu Musayev — alim, kimya elmləri doktoru, ABŞ-nin Virciniya Universitetinin professoru. == Həyatı == Faiq Musayev 1952-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. Həmin universiteti Lenin təqaüdü ilə bitirmişdir. == Elmi fəaliyyəti == Hərbi xidməti başa vurduqdan sonra AMEA-nın Qeyri-üzvi və Fiziki kimya İnstitutunun "Quruluş kimyası" laboratoriyasında elmi fəaliyyətə başlamışdır. Kompleks birləşmələrin sintezi, quruluşu və xassələrinin öyrənilməsi sahəsi üzrə elmi tədqiqat işləri ilə məşğul olmuşdur. 1979-cu ildə elmlər namizədi, 1991-ci ildə doktorluq dərəcəsi almışdır. 1993-cü ildən 1998-ci ilədək Tayvanda "Quruluş kimyası" laboratoriyasında fəaliyyət göstərmişdir. 1998-ci ildə Yeni Zelandiya, Braziliya və ABŞ-dən dəvət almışdır. 1998-ci ildən ABŞ-nin Virciniya Universitetinin "Quruluş kimyası" laboratoriyasında çalışır.
Faiq Mustafayev
Faiq İsmayıl oğlu Mustafayev (1923, Bakı – 1977, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Bariton səsli müğənni 1952-ci ildən ADOBT-nin solisti olub (müəyyən fasilələrlə). Respublikanın əməkdar artisti idi, səhnədə canlı və təbii görünürdü. Səsini obrazın xarakterinə uyğun olaraq məharətlə idarə edə bilirdi. Əsas partiyaları: Həsən xan ("Koroğlu"), Nofəl ("Leyli və Məcnun"), Süleyman ("Arşın mal alan"), Şahvələd ("Aşıq Qərib"), Əbdüləli bəy ("Sevil"), Tonio ("Məzhəkəçilər"), Qraf Tomson ("Qaratoxmaq qadın"), komendant ("Kornevil zəngləri"), Aleko ("Aleko").
Faiq Məmmədov
Faiq Məmmədov — Əslən Azərbaycanlı olan Beşiktaş klubunun 9 nömrəli formanı tərlədən ulduz oyunçusu.
Cabbar Faiqov
Faiq Abdullayev (professor)
Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan – 17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, Almaniya və Fransada keçirilən elmi konqreslərdə təmsil etmişdir. == Elmi nailiyyətləri == Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi == Elmi əsərləri == Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir. == Mükafatları == 1970 — "Rəşadətli Əməyə görə" medalı 1977 — "Qırmızı əmək bayrağı" ordeni medalı 1981 — SSRİ Nazirlər Sovetinin mükafatı laureatı == İstinadlar == == Xarici keçidlər == ABDULLAYEV Faiq Məmmədəli oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005.
Faiq Ağayev (dəqiqləşdirmə)
Faiq Ağayev (d. 1971) — Azərbaycanın populyar estrada müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2008). Faiq Ağayev (rəssam) (d. 1943) — natürmortçu-rəssam, Azərbaycan Respublikasının Əməkdar rəssamı (1992). Faiq Ağayev (milli qəhrəman) (1969–1991) — Azərbaycanın milli qəhrəmanı.
Faiq Ağayev (milli qəhrəman)
Faiq Ağayev (6 iyun 1969, Papravənd, Ağdam rayonu – 23 dekabr 1991, Meşəli) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1969-cu il 6 iyun tarixində Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam rayon polis şöbəsinin tərkibində yaranmış polis alayına daxil olur. == Döyüşlərdə iştirakı == 1991-ci il 23 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalır. Erməni quldurları günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetirirdilər. Azərbaycanlı hərbçilər yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi. O son ana qədər mövqeyini tərk etmədi və son nəfəsinə qədər vuruşdu. Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verdi.
Faiq Ağayev (müğənni)
Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.. == Yaradıcılığı == Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir. Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.
Portret... Bəstəkar Faiq Sücəddinov (film, 2017)
Portret... Bəstəkar Faiq Sücəddinov — rejissor Elnurə Kazımovanın 2017-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Faiq Sücəddinovun 70 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə bəstəkar Faiq Sücəddinovun əsərlərindən, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə edilmişdir.
Səid Faiq Abasıyanıq
Səid Faiq Abasıyanıq (türk. Sait Faik Abasıyanık) (18 noyabr 1906 ya da 22 noyabr 1906 və ya 23 noyabr 1906 Adabazarı, Sakarya ili — 11 may 1954, İstanbul) — Türk şair, tərcüman (fransız dili) və yazıçı.
Səid Faiq Abasıyanığın ev-muzeyi
Səid Faiq Abasıyanığın ev-muzeyi (türk. Sait Faik Abasıyanık Müzesi) — Türkiyənin İstanbul şəhərində yazıçı Səid Faiq Abasıyanığın tarixi ev-muzeyi. Bu, yazıçının İstanbulda, Burqas adasında yaşadığı və əsərlərini yazdığı malikanədir. Ev 11 may 1964-cü ildə muzey kimi fəaliyyət göstərməyə başlamışdır. Tikili Darülşafaka Cəmiyyəti tərəfindən təmir olunmuşdur. Səid Faiq Abasıyanıq Mədəni İrsi və Səid Faiq Abasıyanıq Məsləhət Komitəsi Türkiyənin tanınmış yazıçılarını açılışa dəvət etmişdir. Muzeyi işçi heyəti idarə edir. Giriş pulsuzdur.
Ömər Faiq Nemanzadə
Ömər Faiq Lömən oğlu Nemanzadə (24 dekabr 1872, Azğur, Axalsıx qəzası, Tiflis quberniyası – 10 oktyabr 1937, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Azərbaycan ədibi, ictimai-siyasi xadim, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi, Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü və Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri. Axısqa türkü. == Həyatı == Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: "Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm" deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş-şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra sultan istibdadına qarşı gizli çalışan cavanlara qoşulmuşdur. == Fəaliyyəti == 1894-cü ildə, Axısqada milli münasibətlərin kəskinləşməsi dövründə vətənə qayıtmışdır.
Faiq Bağırov (atlet)
Faiq Bağırov (3 fevral 1976) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Faiq Bağırov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 800 metr məsafəyə qaçış turnirində 1:58.40 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Faiq Bağırov (diplomat)
Faiq Nüsrət oğlu Bağırov (13 noyabr 1962, Bakı) — diplomat. == Həyatı == 1962-ci il noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1983-cü ildə Sovet İttifaqında hərbi tərçüməçi, 1984–1986-cı illərdə isə baş hərbi tərcüməçi kimi çalışıb. 1986–1988-ci illərdə Bakıda Xarici Tələbələr Şurasında mütəxəssis olub.
Faiq Ağayev (hərbçi)
Faiq Ağayev (6 iyun 1969, Papravənd, Ağdam rayonu – 23 dekabr 1991, Meşəli) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1969-cu il 6 iyun tarixində Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam rayon polis şöbəsinin tərkibində yaranmış polis alayına daxil olur. == Döyüşlərdə iştirakı == 1991-ci il 23 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalır. Erməni quldurları günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetirirdilər. Azərbaycanlı hərbçilər yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi. O son ana qədər mövqeyini tərk etmədi və son nəfəsinə qədər vuruşdu. Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verdi.
Faiq Cəfərov (hərbçi)
Cəfərov Faiq Əliqulu oğlu (1 may 1974, Şiləvəngə, Cəlilabad rayonu – 19 avqust 1999, Azərbaycan) — gizir, Azərbaycanın Milli Qəhrəmanı (27 dekabr 1995), Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda xüsusi fəallıq göstərmiş şəxs. == Həyatı == Faiq Cəfərov 1974-cü il may ayının 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1991-ci ildə Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başlamışdır. Sərhəd Qoşunlarında xidmət etdiyi dövrdə Azərbaycanın cənub hüdudlarının mühafizəsində fərqlənmişdir. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərmiş, həmin döyüşlərdə ağır yaralandığı üçün Faiq Cəfərov ehtiyata buraxılır. Bir müddət sonra öz həyatını dövlətçiliyimiz və xalqımıza xidmət etməyə bağlayan qəhrəmanımız bir ildən sonra yenidən orduya qayıdır. Faiq Cəfərov 1999-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur. == Ailəsi == Ailəli idi, iki övladı var. == Milli Qəhrəman == Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğlu "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Faiq Sadıqov (dirijor)
Faiq Sadıqov (tam adı:Sadıqov Faiq Əbülfəz oğlu) — Azərbaycan Respublikası Əməkdar artisti, Prezidentin fərdi təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (2024) == Həyatı == Faiq Əbülfəz oğlu Sadıqov 10 oktyabr 1948-ci ildə anadan olub. İlk musiqi təhsilini Gəncədə Qəmbər Hüseynli adına Musiqi məktəbinin tar sinfində alıb. Asəf Zeynallı adına Musiqi Texnikumundan məzun olduqdan sonra təhsilini Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Xalq çalğı alətləri şöbəsində davam etdirib. Burada iki il oxuduqdan sonra dirijorluq sahəsini seçib, Əhəd İsrafilzadədən sənətin sirlərini öyrənib. 1979-cu ildən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində çalışıb. Bu kollektivlə Avropa və Azərbaycan bəstəkarlarının çoxsaylı əsərlərinin orkestrləşdirilməsinə nail olub. 13 may 2024-cü il tarixində, 76 yaşında Bakı şəhərində vəfat edib.

faiq sözünün leksik mənası və izahı

"faiq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#faiq nədir? #faiq sözünün mənası #faiq nə deməkdir? #faiq sözünün izahı #faiq sözünün yazılışı #faiq necə yazılır? #faiq sözünün düzgün yazılışı #faiq leksik mənası #faiq sözünün sinonimi #faiq sözünün yaxın mənalı sözlər #faiq sözünün əks mənası #faiq sözünün etimologiyası #faiq sözünün orfoqrafiyası #faiq rusca #faiq inglisça #faiq fransızca #faiq sözünün istifadəsi #sözlük