fərsəng sözü azərbaycan dilində

fərsəng

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • fərsəng • 86.3636%
  • Fərsəng • 9.0909%
  • FƏRSƏNG • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fərsəng
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.

fərsəng sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] köhn. Təxminən 5-6 kilometrlik məsafə. [Odabaşı:] Şəhərdən on-on beş fərsəng kənara sağ-sol göz işlədikcə ağanın əmlakı idi. Ə.Haqverdiyev. Ordu Gəncədən İsfahan kəndinə qədər olan on iki fərsəng yolu xalqın şadlıq səsləri, musiqi nəğmələri altında keçirdi. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / fərsəng

fərsəng sözünün etimologiyası

  • 1 (Parəsəng variantı da var) farscadır, bir fərsəng 3 milə, o da min gəzə bərabərdir. (bir gəz bir dəvə addımının məsafəsi olub). Deməli, bir fərsəng 4 min dəvə addımıdır, bu da təxminən 6-7 km edir. Səng hissəsi farsca “daş” deməkdir. Yolun kənarında hər 6 km-dən bir daş basdırılırmış. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / fərsəng

fərsəng sözünün sinonimləri (yaxın mənalı sözlər)

fərsəng sözünün rus dilinə tərcüməsi

fərsəng sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. ağac (uzunluq ölçüsü).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"fərsəng" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fərsəng nədir? #fərsəng sözünün mənası #fərsəng nə deməkdir? #fərsəng sözünün izahı #fərsəng sözünün yazılışı #fərsəng necə yazılır? #fərsəng sözünün düzgün yazılışı #fərsəng leksik mənası #fərsəng sözünün sinonimi #fərsəng sözünün yaxın mənalı sözlər #fərsəng sözünün əks mənası #fərsəng sözünün etimologiyası #fərsəng sözünün orfoqrafiyası #fərsəng rusca #fərsəng inglisça #fərsəng fransızca #fərsəng sözünün istifadəsi #sözlük