Günəhir
Günəhir — Azərbaycan Respublikasının Lənkəran rayonunun Qəgiran inzibati ərazi vahidində kənd.
== Əhalisi ==
Əhalisi 944 nəfərdir.
== Toponimiyası ==
Tədqiqatçılara görə, oykonim bir qədər təhrifə uğramış, əslində Quynahir olmalıdır. Talış dilində quynahir "qatı, sıx duman" deməkdir. Kəndin ərazisi ilin çox vaxtı dumanlı, çənli olduğundan belə adlandırılmışdır.
== Tarixi ==
25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Bəliton, Horavenc və Şivlik kəndləri Günəhir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bəliton kəndi olmaqla Bəliton kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.