gurlamaq sözü azərbaycan dilində

gurlamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gurlamaq • 92.3077%
  • Gurlamaq • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

gurlamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bərkdən səslənmək, gurultu qoparmaq, guruldamaq. Hiddət ilə ruzigar gurlar; Qar parçaları səmaya fırlar. A.Şaiq. // Eyni mənada odlu silahlar haqqında. Minomyotlar gurladı. Uzaqvuran toplar aramsız gurlayırdı. // Eyni mənada gurultulu səs çıxaran çalğı alətləri haqqında. Təbil gurladı. – Şeypurlar gurladı, ov bitdi. Çəmənzəminli. [Qacar:] Gurlasın dağlarda şeypurun səsi; Sabah alınmalı Şuşa qələsi! S.Vurğun. 2. Qalın və güclü səs çıxarmaq, bu cür səslə danışmaq. Qoca gurladı. – [Ayrım qızının] gurlayan (f.sif.) səsini hər kəs eşitsə idi, onun bir kişi olduğuna inanardı. A.Şaiq. // Bərk səslənmək. Bu suallar birər-birər Dəmirqayanın qulağında gurlayırdı. H.Nəzərli. 3. məc. Güclü bir qüvvə ilə başlamaq, qopmaq. Pəncərədən izdihama tamaşa edən xanımlar, qızlar 1825-ci ildə baş vermiş dekabristlər üsyanının yeni bir qüvvətlə gurlayacağından qorxub tir-tir əsirdilər. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / gurlamaq

gurlamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

gurlamaq sözünün rus dilinə tərcüməsi

  • 1 греметь, грянуть, рокотать, грохотать, громыхать

    Azərbaycanca-rusca lüğət / gurlamaq
  • 2 глаг. 1. греметь: 1) издавать громкие звуки, загреметь. Toplar gurlayırdı гремели пушки 2) перен. говорить громким, возбуждённым голосом. Tribunadan gurlamaq греметь с трибуны 3) перен. пользоваться громкой славой, известностью. Şöhrəti gurlayır kimin гремит слава чья 2. грохотать. Maşınlar gurlayırdı грохотали машины

    Azərbaycanca-rusca lüğət / gurlamaq

gurlamaq sözünün inglis dilinə tərcüməsi

gurlamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кӀевидаказ ванун, ван кутун (мес. шейпурри, трубайри); гур-гур авун, гъур-гъур авун (мес. моторди); хьурхьур авун (мес. гару); гум-гум (къум-къум) авун (мес. тфенгри, тупари); дум-дум авун (мес. далдамри); багърагъун, къукърумарун (мес. цавари); 2. гъургъурун, яцӀу ва гужлу ван акъудун, гьахьтин ванцелди рахун; 3. пер. гужлу са къуватдалди авалун, акъатун (мес. гъулгъула).

    Azərbaycanca-ləzgicə lüğəti / gurlamaq

Oxşar sözlər

#gurlamaq nədir? #gurlamaq sözünün mənası #gurlamaq nə deməkdir? #gurlamaq sözünün izahı #gurlamaq sözünün yazılışı #gurlamaq necə yazılır? #gurlamaq sözünün düzgün yazılışı #gurlamaq leksik mənası #gurlamaq sözünün sinonimi #gurlamaq sözünün yaxın mənalı sözlər #gurlamaq sözünün əks mənası #gurlamaq sözünün etimologiyası #gurlamaq sözünün orfoqrafiyası #gurlamaq rusca #gurlamaq inglisça #gurlamaq fransızca #gurlamaq sözünün istifadəsi #sözlük