güllə sözü azərbaycan dilində

güllə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • güllə • 90.2442%
  • Güllə • 9.7153%
  • GÜLLƏ • 0.0405%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Güllə
Güllə kinetik mərmi olub, odlu silahın sursatının bir hissəsidir və lülədən atılır. Onlar mis, qurğuşun, polad, polimer, rezin və hətta mum kimi müxtəlif materiallardan hazırlanır və ovçuluq, hədəf atəşi, təlim və döyüş kimi xüsusi funksiyalar da daxil olmaqla müxtəlif forma və konstruksiyalarda (nəzərdə tutulan tətbiqlərdən asılı olaraq) hazırlanır. Güllələr çox vaxt sivri olur ki, bu da onları daha aerodinamik edir. Güllə ölçüsü həm imperial, həm də metrik ölçü sistemlərində çəki və diametr ("kalibr" kimi istinad edilir) ilə ifadə edilir. Güllələr adətən partlayıcı maddələrdən ibarət olmur, lakin zərbə və nüfuzetmə zamanı kinetik enerjini ötürərək nəzərdə tutulan hədəfi vurur və ya zədələyir. == Sürəti == Bir çox patronda istifadə edilən güllələr səs sürətindən daha sürətli ilk çıxış sürəti ilə atılır — saniyədə 343 metr (quru havada 20 °C (68 °F) və beləliklə, yaxınlıqdakı hər hansı müşahidəçi atış səsini eşidənə qədər hədəflərinə qədər əhəmiyyətli məsafələr qət edə bilir. Remington 223 kimi tüfəng güllələri lülədən 4,390 km/saat (2,730 mil/saat) sürətlə çıxır. 9 mm-lik bir güllə Luger tapançasından 2,200 km/saat (1,370 mil/saat) sürətlə uçur. Eynilə, AK-47, 2,580 km/saat (1,600 mil/saat) ilk çıxış sürətinə malikdir İlk həqiqi silah Çində 1288-ci ildə Yuan sülaləsinin monqol üsyançılarına qarşı həlledici qələbə qazanmaq üçün istifadə etdiyi metal əl topunun ixtirası ilə atəş nizəsindən (çini qəlpələri atan bambuk boru) təkamül etdi. Artilleriya topu 1326-cı ildə, Avropa əl topu isə 1364-cü ildə meydana çıxdı.
Güllə atıcılığı
Güllə atıcılığı - idman növü. Olimpiya Oyunlarına atıcılığın iki növü, güllə atıcılığı və oxatma daxildir. Birinci növə pnevmatik, kiçik çaplı tapançadan və stenddən atıcılıq daxildir. Bu idman növü güllə ilə və stend atıcılığında dəqiq nişan almaq yarışlarıdır. Güllə atıcılığı kiçik kalibrli və Amerika tüfəngləri ilə, tapançalarla və revolverlərlə keçirilir. Tüfənglərdən uzanaraq, dizi üstə və ayaq üstə 25m-dən 300m məsafəyə qədər atəş açırlar. Hər atəş üçün 3 dəqiqəyə qədər vaxt ayrılır. Bu "yavaş" atıcılıq adlanır. Lakin "sürətli" atıcılıq da var: məsələn, Amerika tüfəngindən 300m məsafəyə 30 saniyə ərzində 5 atəş açmaq. Çox zaman atəş hərəkətsiz hədəflərə açılır.
İkinci güllə
İkinci güllə — toy axşamı gəlinin bakirə olmasını kəndə bildirmək üçün iki qüllə atılması adətini tənqid edən 2017-c il istehsalı qısametrajlı dram filmi. Filmin quruluşçu rejissoru və ssenaristi Natiq Rəsul, produseri Nəriman Məmmədovdur. 2013-cü ildə keçirilən "Yeni nəfəs-1" ssenari müsabiqəsinin qalibi olan film Fransada "Qadın hüquqları və Kino" festivalında nümayiş olunmuşdur.
6 güllə
Altı güllə (ing. 6 Bullets) və ya digər adı ilə Qəssab (ing. The Butcher) — 11 sentyabr 2012-ci ildə nümayiş etdirilmiş və baş rolda Jan-Klod Van Dammın iştirak etdiyi döyüş filmidir. Filmin rejissoru Erni Barbaraş, ssenari müəllifləri isə Çad və İven Lou olmuşdur. Filmdəki hadisələr Moldovada baş verir, ancaq filmin çəkilişləri Rumıniyada, Buxarestdə aparılmışdır. Lakin filmin kadrlarından birində Praqa qəsri də aydın bir formada görünür və bu da o deməkdir ki, filmin çəkilişlərinin bir hissəsi Çexiyanın Praqa şəhərində aparılmışdır. == Süjet xətti == Filmin süjet xətti itkin düşmüş uşaqların axtarışında iştirak edən keçmiş muzdlu əsgərdən (Jan-Klod Van Damm) bəhs edir. O, keçmiş qarışıq döyüş sənətçisinin (Co Flaniqan) qızını tapmalıdır.
İkinci güllə (film, 2017)
İkinci güllə — toy axşamı gəlinin bakirə olmasını kəndə bildirmək üçün iki qüllə atılması adətini tənqid edən 2017-c il istehsalı qısametrajlı dram filmi. Filmin quruluşçu rejissoru və ssenaristi Natiq Rəsul, produseri Nəriman Məmmədovdur. 2013-cü ildə keçirilən "Yeni nəfəs-1" ssenari müsabiqəsinin qalibi olan film Fransada "Qadın hüquqları və Kino" festivalında nümayiş olunmuşdur.
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında-Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə və 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib. Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilmiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunub. ==Faktlar və rəqəmlər== Kişilər arasında atıcılıq ilk dəfə 1896-cı ildə Afinada keçirilən müasir Olimpiya Oyunlarına daxil edildiyi təqdirdə, qadınlar arasında atıcılıq yarışının oyunlar sırasına daxil edilməsi 1984-cü il Los Anceles Olimpiya Oyunlarına kimi uzadıldı.
Güllə keçirməyən şüşə
Güllə keçirməyən şüşə optik cəhətdən təmiz, lakin odlu silahlara qarşı davamlı olan bir şüşə növüdür. Lakin, hər hansı bir material kimi, tamamilə keçilməz deyildir. Ümumiyyətlə biri sərt və biri yumşaq olan iki və ya daha çox növ şüşənin birləşməsi nəticəsində istehsal olunur. Daha yumşaq təbəqə şüşəni parçalanmaq əvəzinə uzana bilməsi üçün onu daha elastik edir. Güllə keçirməyən təbəqələrdə istifadə olunan şüşənin hər ikisində də şüşəni şəffaf saxlamaq və pozulmuş olmayan bir görünüşü təmin etmək üçün qırılma göstəricisi təxminən eyni olmalıdır. Güllə keçirməyən şüşənin qalınlığı 19 ilə 89 mm arasında dəyişir. Güllə keçirməyən şüşə zərgərlik mağazaları və səfirliklər kimi təhlükəsizlik tələb edən binaların pəncərələrində, həmçinin hərbi və xüsusi nəqliyyat vasitələrində istifadə olunur.
Güllə atıcılığı yay Olimpiya oyunlarında
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında-Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə və 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib. Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilmiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunub. ==Faktlar və rəqəmlər== Kişilər arasında atıcılıq ilk dəfə 1896-cı ildə Afinada keçirilən müasir Olimpiya Oyunlarına daxil edildiyi təqdirdə, qadınlar arasında atıcılıq yarışının oyunlar sırasına daxil edilməsi 1984-cü il Los Anceles Olimpiya Oyunlarına kimi uzadıldı.
2016 Orlando gecə klubu gülləbaranı
Orlando gecə klubu gülləbaranı (ing. Orlando nightclub shooting, həmçinin Orlando gecə klubu qırğını (ing. Orlando nightclub massacre)) - ABŞ-nin Florida ştatındakı Orlando şəhərində "Pulse" gey gecə klubunda 12 iyun 2016-cı il radələrində səhərə yaxın baş vermiş gülləbaran hadisəsidir. Hadisə nəticəsində qatil də daxil olmaqla 51 nəfər ölmüş, 53 nəfərdən çox insan isə yaralanmışdır. Hadisə müasir ABŞ tarixində ən böyük gülləbaran, ABŞ tarixində LGBT fərdlərinə qarşı ən böyük cinayət, və 2001-ci ildə baş vermiş 11 sentyabr terror aktlarından sonra ABŞ-də ən çox insanın öldürüldüyü terror hadisəsidir. Hadisə rəsmən daxili terrorizm aktı və qatilin İraq Şam İslam Dövləti ilə əlaqəsi olmasını qeyd etdiyinə görə İslam terrorizmi kimi qiymətləndirilmişdir. == Hücum == Hadisə 12 iyun 2016-cı ildə ABŞ-nin Florida ştatındakı Orlando şəhərində “Pulse” adlı gey gecə klubunda baş vermişdir. Hücum baş verdiyi vaxt klubda hər həftə şənbə günü təşkil olunan yığıncaq təşkil olunmuşdu ki, bu yığıncağa da daha çox Latın Amerikan mənşəli müştərilər gəlirdilər. Təxminən 2:00 am radələrində klubda 320 nəfər olduğu vaxt Mətin atəş açmağa başlamışdı. O, AR-15-tipli tüfəng və tapança ilə silahlanmışdı.
26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933)
Aqtöbedə güllələnmələr (2016)
Aqtöbe güllələnmələri 2016-ci ilin iyunun 5-də və ondan sonra Qazaxıstanın həmin şəhərində bir nəçə gün ərzində baş vermiş güllələmələr seriyasından ibarət idi. == Şərait == Qazaxıstan üçün terrorçuluq və ekstremim nadir hadisə sayıla bilər, lakin 2011-ci ildə ölkədə ilk intiharçı terror aktı da elə həmin şəhərdə baş verib. Terrordan uzaq, sakit bir ölkə olmasına baxmayaraq, son vaxtlar Qazaxıstanın əsas ixrac məhsulu olan neftin ucuzlaşması ölkədəki sabitliyi zərbə altına qoyub. Sabitliyə xələl gətirən digər səbəblərdən biri də həmin ilin aprel və may aylarında baş verən etiraz aksiyaları olub. Bundan başqa, xarici vətəndaşlara Qazaxıstanda torpaq almağa imkan yaradan qanunvericiliyə edilən son dəyişiklik də etirazları qızışdırıb. == Hücumlar == === Pallada mağazasına hücum === Hücumçuların böyük qrupu Pallada mağazasına girib, satıcını ürək hissəsindən gülləyiblər. Lakin o, təcili çağırış düyməsini basmağa imkan tapıb. Həmin satıcı aldığı güllə yarasından sonradan həlak olmuşdu. Balıqçılıq bölməsinin satıcıları da güllələnib, yaralanıblar. Düymənin basılmasından dörd dəqiqə sonra gələn təhlükəsizlik şirkətinin iki işçisi də yaralanıblar.
Atılmamış güllələr (film, 2008)
Atılmamış güllələr, və ya Çaxılmamış güllələr (erm. Չկրակված փամփուշտներ — Çkrakvats pampuştner) — ermənilərin Qarabağ müharibəsi haqqında çəkdiyi filmlərdən biri. == Məzmun == Hadisələr 1991–1994 illərin Qarabağ müharibəsi zamanı cərəyan edir. 23 yaşlı gənc şair, Ermənistanın Yazıçılar Birliyinin üzvü, Aqvan Minosyan evi tərk edib qardaşı Aşotun başçılıq elədiyi könüllü dəstəyə qoşulur. Döyüşlərin birində Aqvan ölümcül yaralanır və həlak olur. Filmin süjet xətti Aşotun == Film haqqında == Filmdə çox sayda sənədli kadrdan istifadə olunub. Film Ermənistanın hər il keçirtdiyi "Qızıl ərik" beynəlxalq kino festivalında nümayiş etdirilib.
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə — Babi Yar qətliamında öldürülmüş uşaqlara qoyulmuş abidə. Abidə Ukraynanın Kiyev şəhəri ətrafında yerlşir. == Haqqında == Babi Yar qətliamı 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynanın Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı baş verib. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülüb. Babi Yar qətliamı öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürülən 42-43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından öldürülən 50 min nəfərdən say baxımından geri qalsa da, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşüb. Tədqiqatçıların hesablamalarına görə Babiy Yar qətliamında 150 minə yaxın yəhudi güllələnib, lakin bu saya 3 yaşa qədər öldürülmüş uşaqlar daxil deyil çünki onları saymırdılar. Uşaqları öldürəndə çox vaxt gülləyə qənaət etmək məqsədilə onları çox vaxt ya dəyənəklə vurub ya da torpağa basdırıb öldürürdülər. Abidə 30 sentyabr 2001-ci ildə qoyulub. Heykəltəraşı Valeri Medvedyev, memarı isə Yuriy Melniçukdur və R.Buxarenkodur. Abidə bürüncdəndir və mərmər postamentin üzərinə qoyulub.
Elcernon üçün güllər
Elcernon üçün gül (ing. Flowers for Algernon) — Daniel Kizin elmi fantastika janrında yazdığı hekayə. 1960-cı ildə "Ən yaxsı qısa elmi fantastik hekayə" nominasiyasında "Hyuqo" mukafatına layiq görülmüşdür. Sonradan Kiz hekayədəki süjetin əsasında eyniadlı roman yaratdı. Bu əsər 1966-cı ildə "Ən yaxsı roman" nominasiyasında "Nebula" mükafatına layiq görülmüşdür. == Süjet == Baş qəhrəman plastik qab istehsal edən müəssisədə döşəməsilən işləyən 37 yaşlı kəmağıl Çarli Qordondur (romanda Çarlinin 32 yaşı var və o, çörəkxanada süpürgəçi işləyir). Doktor Ştrauss və doktor Nemyur intellektin əməliyyat yolu ilə artırılması üzrə eksperiment keçirirlər. Əməliyyat Elcernon (ing. Algernon) adlı siçan üzərində uğurla keçiriləndən sonra alimlər eyni əməliyyatı insan üzərində aparmaq fikrinə düşür və yazıb-oxumağı öyrənmək arzusunda olan Çarli könüllü olaraq eksperimentə qoşulur. Əsər Çarlinin baş verənlər haqqında apardığı hesabatlar formasında yazılıb.
Las-Veqas Strip gülləbaranı (2017)
Las-Veqas Strip gülləbaranı , Paradays, Nevadadakı Las-Veqas Stripdə təşkil olunan dördüncü "Route 91 Harvest" Kantri musiqi festivalında baş vermiş silahlı hücum. Müğənni Ceyson Oldinin bitməkdə olan performansı sırasında Mandalay Bay hotelinin 32-ci mərtəbəsindəki bir nişançı, Las-Veqas bulvarında toplaşan musiqi festivalı iştirakçılarına atəş açıb. Hadisəni törədən şəxsin Meskit, Nevadada yaşayan 64 yaşındakı Stiven Kreyq Peddok olduğu aydın olub və qatil, hadisə yerində intihar etmiş şəkildə tapılıb. Ən azı 60 nəfərin ölümü və 527 nəfərin yaralanması ilə ABŞ tarixinin ən ölümcül hücumu oldu.
Mirzə Güllər
Mirzə Güllər xanım (19 əsr, Cavad k. – 1914-cü ildən sonra Şamaxı) — xanəndə. 19-cu əsrdə yaşayıb-yaratmış ilk azərbaycanlı peşəkar xanəndə qadın. O dövrdə qadınların çadrasız məclislərdə görünməsi yasaq olduğuna görə kişi paltarında çıxış etmişdir. 1890-cı illərdən Şamaxıda xanəndəlik etmiş, xanəndə Mirzə Məhəmmədhəsənin yaradıcılığından bəhrələnmiş, Şamaxı musiqi məclislərində iştirak etmişdir. Azərbaycanın digər bölgələrində də el məclislərində məşhurlaşmışdı. “Şur”, “Mahur–Hindi”, “Rast”, “Segah”, “Heyratı-Kabili”, “Bayatı-Şiraz”, “Bayatı-Qacar” muğamlarını xüsusi məlahətlə oxumuşdur. 1914-cü ildə Kiyevdə “Monarx-Rekord”, “Ekstrafon” səsyazma şirkətində Mirzə Güllərin ifasında bir neçə muğam və mahnılar qrammofon valına yazılmışdır.
Müqəddəs Fransiskonun gülləri (film, 1950)
Müqəddəs Fransiskonun gülləri (it. Francesco, giullare di Dio) — 1950-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir.
Oryol güllələnməsi
Oryol güllələnməsi və ya Medvedev güllələnməsi — 11 sentyabr 1941-ci ildə XDİK əməkdaşları tərəfindən Oryol şəhərinin şimalında yerləşən Medvedev meşəsində, Oryol həbsxanasının siyasi məhbuslarının güllələnməsi. Güllələnmə zamanı İkinci (Valentin Arnold, Mixayıl Stroylov) və Üçüncü (Xristian Rakovski, Sergey Bessonov, Dmitri Pletnyov) Moskva proseslərinin iştirakçıları, Mariya Spiridonova, Pyotr Petrovski, Olqa Kamenyova, Varvara Yakovleva, alman riyaziyyatçı Frits Noser, Azərbaycan SSR Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı Cəmil bəy Vəzirov, azərbaycanlı şair, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz ilə birlikdə 157 nəfər dövlət və elm xadimi güllələnib. Güllələnmə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya tərəfindən İosif Stalinin rəhbərlik etdiyi SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən sanksiyalaşdırılıb. Güllələnənlər "məğlubiyyət təbliğatını aparmaqda, yeni təxribatları törətmək üçün qaçış planı hazırlamaqda" günahlandırılırdılar. 1980-ci illərin axırında Oryol ətrafında güllələnənlərin əksəriyyəti bəraət qazanırlar. 1990-cı ildə isə güllələnmiş 108 nəfərin ittihamı ləğv edilir. == Güllələnmə haqqında qərarın qəbul edilməsi == SSRİ Ali Sovetinin 22 iyun 1941-ci ildə verdiyi göstərişə əsasən SSRİ-nin qərb bölgələrində eləcə də Orlovsk bölgəsində hərbi vəziyyət elan edildi. X.Rakovskinin qohumu L.Tinevanın xatirələrinə əsasən "Almanlar Oryol şəhərinə yaxınlaşanda siyasi məhbusları yerində saxlayıb, bütün cinayətkarları daha uzaq düşərgələrə göndərdilər. 5 sentyabr 1941-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının xalq komissarı Lavrenti Beriya və onun müavini Boqdan Kobulovun göstərişi ilə, I xüsusi bölmə SSRİ XDİK həbsxana rəhbərliyi ilə birgə, əksinqilabi cinayətdə günahlandırılan və Oryol həbsxanasında cəza çəkən 170 nəfərin siyahısını tərtib etdilər. I xüsusi bölmə rəisi L. Baştakovun və həbsxana rəhbəri M.Nikolskinin imzası ilə təsdiqlənmiş siyahıda məhbuslar haqqında qısa məlumatlar yer alıb.
Sevgi gülləri (albom)
Sevgi gülləri – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 14 mahnı daxildir. == Hazırlanması == Albomdakı bütün mahnıların bəstəsi Eldar Mansurova aiddir. Aygün Kazımova albomdakı "Bir daha" mahnısını Samir Bağırovla, "Niyə danırsan ?" mahnısını Səməd Səmədovla duet şəklində ifa etmişdir.
Yerusəlim gülləbaranı (2021)
Yerusəlim gülləbaranı — 21 noyabr 2021-ci ildə Yerusəlimdə baş verən gülləbaran. Şərqi Yerusəlimdən olan 42 yaşlı fələstinli Fadi Əbu Şıxaydəm 2019-cu ildə Cənubi Afrikadan köçən 26 yaşlı israillini qətlə yetirmişdir. O, daha dörd nəfəri (bir ravvin də daxil olmaqla) yaralamış, sonradan polis tərəfindən öldürülmüşdür. Zərərçəkənlər dua etmək üçün hərəkət edərkən hücumu törədən şəxs gülləbarana başlamışdır. İsrail rəsmiləri Əbu Şıxaydəmin tur bələdçisinə dəfələrlə atəş açdığını və daha sonra Eyn-Keremdəki Hadassa Tibb Mərkəzində öldüyünü bildirmişdir. Silahlı şəxs bir ravvini və yeşiva tələbəsini yaralmışdır. Polislər dərhal atəş açan şəxsə atəş açaraq cavab verdilər. Polislərdən ikisi yüngül xəsarətlər almışdır. == Cinayətkar == Silahlı şəxs Fadi Əbu Şəxaydəm Yerusəlimin Şuafət məhəlləsində olan Rəşidiyyə orta məktəbində müəllim idi. O, Həmas üzvü kimi tanınırdı və bu ərazidə İsrail turizminə qarşı aksiyalard iştirak etməklə yanaşı, müntəzəm olaraq Məbəd dağında moizələr söyləyirdi.
Zanbaq gülləri
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Zanbaq gülləri (rəsm əsəri)
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Zaqatalanın qızıl gülləri (film, 1972)
Zar yolunda osetin qaçqınların güllələnməsi
Zar yolunda osetin qaçqınların güllələnməsi (gürc. ოსი ლტოლვილების ჩაცხრილვა ძარის გზაზე; rus. Расстрел осетинских беженцев на Зарской дороге) — Gürcüstanın Cənubi Osetiya bölgəsində, mərkəz Tsxinvali şəhərinin yaxınlığında yerləşən Zar kəndinin inzibati ərazisində gürcü hərbiçilər tərəfindən döyüş bölgəsindən çıxarılan etnik osetin qaçqınlara qarşı həyata keçirilmiş kütləvi silahlı hücum. Silahlı hücum qaçqınların daşındığı yük maşını və avtomobillərdən ibarət avtomobil karvanını hərəkət vəziyyətində olduğu zaman gülləbaran ediləməsi ilə gerçəkləşdirilmişdir. Tarix ədəbiyyatlarına Zar qətliamı və ya Zar yolunda faciə kimi keçmiş hadisə nəticəsində çoxu uşaq, qadın və yaşlılar olmaqla 36 nəfər öldürülmüşdür. == Hadisə == Hadisə 1992-ci ilin 20 may tarixində Cənubi Osetiya müharibəsindən qaçan etnik osetinlilərə məxsus avtomobil və yük maşını karvanlarının Zar kəndinin ərazisində keçən yolda atəşə tutulması ilə baş vermişdir. Zar kəndi tanınmamış Cənubi Osetiya Respublikasının paytaxtı Tsxinvali şəhərinin yaxınlığında yerləşməkdədir. Hadisənin baş verdiyi gün Zar kəndi gürcü qüvvəllərinin təmas xəttinə yaxın bölgədə yerləşirdi və qonşuluqda yerləşən Kekhvi və Kurt kəndləri gürcü döyüşlərin nəzarəti altında idi. Hadisə şahidlərinin ifadələrinə görə ilk atəş, heç bir dayan xəbərdarlığı olmadan avtomobil karvanının hərəkətdə olduğu zaman açılmışdı. Ölümcül yarası olan 11 yaşlı oğlannın cəsədi, hadisə yerindən 50 metr kənarda aşakarlanması osetin qaçqınlarınını gülləbarandan qaçmağa çalışdığını, ancaq gürcü silahlılar tərəfindən təqib edildiyini göstərmişdir.
Güllələnmiş heykəllər
Güllələnmiş heykəllər — Şuşa şəhərində yerləşən abidə. == Tarixi == 1982-ci ildə Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəli ucaldıldı. 1992-ci il birinci Qarabağ müharibəsi zamanı heykəllər erməni vandalizmi nəticəsində zərər görmüşdür. Natəvanın baş barmağı yox idi, Üzeyir bəyin eynəyi sındırılmışdı, Bülbülün isə tunc alnı qabarmışdı. Ermənilər heykəlləri Ermənistana aparıb, orada əridib satmaq fikrində idilər. Lakin bundan xəbər tutan Polad Bülbüloğlu, Heydər Əliyevə müraciət etmişdir. Görülmüş tədbirlər nəticəsində, Heydər Əliyev tərəfindən 1993-cü ildə həmin heykəllər Bakıya gətirilib, 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilib. 2020-ci il ikinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-i Şuşa şəhərini azad etmişdir. 2021-ci ildə İlham Əliyevin göstərişi ilə heykəllər İncəsənət muzeyindən götürülüb, yenidən Şuşa şəhərinə gətirilmişdir.
Güllər Pərisi
Güllər Pərisi (1790, Faxralı – 1925, Faxralı, Gürcüstan Sovet Sosialist Respublikası[d]) — XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı qadın aşıq və şairə. == Həyatı == Güllər Pərisi 1790-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Həyatı və fəaliyyəti çox az məlumat bəlli olsa da, onun kənddə və uzun ömür ömür yaşadığı bilinməkdədir. Bəzi rəvayətlərdə onun 135 il yaşadığı iddia edilməkdədir. Mütəxəsislər dövrümüzə qədər gəlib çatan əsərlərinə əsasən onun şair və aşıq olaraq yüksək bacarığa sahib olduğunu bildirməkdədirlər. Onun dövrümüzə gəlib çatan şeirlərinin bəzilərindən anlaşıldığı qədərilə qardaşı məişət mövzusunda problemlər yaşamış və Osmanlı hakimiyyəti altında olan Qarsa qaçmağa məcbur olmuşdur. Bu hadisə Güllər Pərisinin şeirində də öz əksini tapmışdır: Güllər Pərisi qardaşının əhv edilməsi üçün Rusiya imperiyasının Qafqaz canişinin yanına da getmişdir.
Gülləkeçirməz jilet
Bronjilet 1901-ci ildə odlu silahlardan açılan güllələrin təsirini azaltmaq və partlayış nəticəsində yarana bilən qəlpələrdən qorunmaq üçün Jan Szczepanik və Kazimierz Żegleń adlı iki polyak tərəfindən icad edilmişdir. Yumşaq jiletlər toxunmuş və ya qatlanmış liflərdən ibarətdir və istifadəçini kiçik çaplı tapançaların, cüt mərmiləri ilə əl qumbarası kimi partlayıcıların qəlpələrindən mühafizə edir. Tüfəng patronlarına qarşı əlavə müdafiə məqsədi üçün jiletlərdə metal və ya keramik plitələr də istifadə edilə bilər. Metal hissələr və ya sıx toxunmuş təbəqələr bıçaq kimi yaxın məsafədən zərər yetirə biləcək silahlara qarşı da müdafiəni təmin edə bilər. Yumşaq jiletlər daha çox polis qüvvələri, xüsusi şəxslər, xüsusi mühafizəçilər və mühafizəçilər tərəfindən, sərt təbəqəli jiletlər isə əlbəyaxa döyüş əsgərləri, xüsusi hissələr və girovların xilasetmə qrupları tərəfindən geyinilir. Çağdaş gövdə zirehləri arasında polad jiletlə yanaşı, zirehli dəbilqə kimi digər qoruyucu geyimlər də var. Polis və hərbçilər tərəfindən istifadə edilən polad jiletlər çiyinlərə və yan tərəflərə də müdafiəni təmin edə bilər. Bomba zərərsizləşdirən dəstələrinin istifadə etdiyi müdafiə geyimi isə ağır zireh və dəbilqə ilə yanaşı üzün və onurğanın müdafiəsini də təmin edir.

güllə sözünün leksik mənası və izahı

  • 1 is. Top, tüfəng, tapança kimi odlu silahlardan atmaq üçün qurğuşundan düzəldilmiş girdə və uzunsov mərmicik. Top gülləsi. Tüfəng gülləsi. – [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq böyründən çıxmışdı. Ə.Sadıq. [Ovçu:] Niyə tələsdiniz? – dedi, – yaxşı ki güllələriniz dəymədi… M.Rzaquluzadə. □ Güllə açılmaq – atəş açılmaq, atılmaq (odlu silah haqqında). Yarım saat keçmədən soldan bir güllə açıldı. H.Nəzərli. Güllə atmaq – odlu silahdan atmaq, atəş açmaq. Havaya birbirinin ardınca üç güllə atdım. M.Rzaquluzadə. Səhərə yaxın dalbadal iki güllə atıldı. İ.Şıxlı. Güllə boşaltmaq – bax güllə atmaq. Bir haray yuxuma güllə boşaltdı; Bir duyğu səsiymiş oyadan məni… M.Araz. Güllə yağdırmaq, gülləyə basmaq (tutmaq) – hər tərəfdən çoxlu güllə atmaq. [Nəbi] qaçaqlar gələn kimi onları gülləyə basıb pərən-pərən edir. “Qaçaq Nəbi”. …Quldurlar bunları təzədən gülləyə tutdular. S.S.Axundov. ◊ Güllə kimi – 1) çox tez, çox cəld, çox sürətli. Rəna qapıdan güllə kimi çıxdı. S.Rəhman. O, … dəftəri götürüb güllə kimi pilləkənlə üzüaşağı yüyürür. Ə.Məmmədxanlı; 2) çox kəskin, çox ağır, çox təsirli. Paşanın sözü Həsən xana güllə kimi dəydi. “Koroğlu”. Axırıncı söz güllə kimi Rüstəm kişinin sinəsini dəldi. M.İbrahimov. Güllə mənzili – güllə atılan yerdən güllənin düşdüyü yerə qədər olan məsafə. Kəndə qədər bir güllə mənzili qalmışdı. Güllə sıxmaq – odlu silahı hədəfə yapışdıraraq vurmaq. Cibimdə silahım olsaydı, ürəyimə bir güllə sıxardım. Mir Cəlal. [Ələmdar] öz gülləsini Müqim bəyin kürəyinə sıxıb ağasının ciyərini çıxartdı. S.Rəhimov. Güllə tökmək – ərinmiş metaldan güllə qayırmaq. Gülləni gülləyə düzmək – çoxlu güllə atmaq, ara vermədən atəş açmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / güllə

güllə sözünün etimologiyası

güllə sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. пуля (небольшой свинцовый снаряд для стрельбы из ручного огнестрельного оружия и пулемётов). Dağıdıcı güllə разрывная пуля, pulemyot gülləsi пулемётная пуля; güllə hədəfə dəydi пуля попала в цель, güllə dəlib-keçdi nəyi, haranı пуля пробила (пронзила) что, güllə ilişib-qaldı harada пуля застряла где, в чём; güllə yan keçdi kimdən, nədən пуля пролетела мимо кого, чего II прил. пулевой (полученный от поражения пулей). Güllə yarası пулевое ранение; top gülləsi артиллерийский снаряд, güllə atmaq стрелять, güllə açıldı произошёл выстрел, güllə boşaltmaq см. güllə atmaq, güllə yağdırmaq обстреливать, gülləyə basmaq осыпать пулями, gülləyə tutmaq см. gülləyə basmaq ◊ güllə kimi быстро, пулей, как пуля; sözləri güllə kimi dəydi kimə слова сразили как пуля кого

    Azərbaycanca-rusca lüğət / güllə

güllə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. bullet; ~ qayırmaq to mould bullets; ~ atmaq to shoot* (at), to fire (at); ~ yağdırmaq to fire (at) intensively; ~yə basmaq / tutmaq to fire (at) intensively, to centre fire (on)

    Azərbaycanca-ingiliscə lüğət / güllə

güllə sözünün fransız dilinə tərcüməsi

güllə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. гуьлле, ккӀал (тфенгдин, тупунин ва мс.); // гуьлледин, ккӀалдин; güllə yarası гуьлледин хер; // güllə yağdırmaq гуьллеяр къурун, гуьлле гун, гуьллейрин хура ттун; ** güllə kimi а) гуьлле хьиз, гзаф фад, зирингдаказ, зарбдаказ, тадиз; б) гзаф залан, гзаф эсер ийидай, акьадай (гаф); güllə mənzili гуьлледин мензил (тфенгдай акъатай гуьлледи лув гудай кьван чка, мензил); güllə tökmək цӀурай металлдикай гуьллеяр расун; gülləni gülləyə düzmək сад-садан гуьгъуьналлаз гуьлле гун, гзаф гуьллеяр ягъун, ара датӀана ягъун (цӀай хкадардай яракьдай).

    Azərbaycanca-ləzgicə lüğəti / güllə

güllə sözünün türk dilinə tərcüməsi

"güllə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#güllə nədir? #güllə sözünün mənası #güllə nə deməkdir? #güllə sözünün izahı #güllə sözünün yazılışı #güllə necə yazılır? #güllə sözünün düzgün yazılışı #güllə leksik mənası #güllə sözünün sinonimi #güllə sözünün yaxın mənalı sözlər #güllə sözünün əks mənası #güllə sözünün etimologiyası #güllə sözünün orfoqrafiyası #güllə rusca #güllə inglisça #güllə fransızca #güllə sözünün istifadəsi #sözlük