güzəşt sözü azərbaycan dilində

güzəşt

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • güzəşt • 95.3288%
  • Güzəşt • 3.7578%
  • GÜZƏŞT • 0.9134%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarşılıq-güzəşt budaq cümləsi
Qarşılaşdırma budaq cümləsində baş və budaq cümlənin məzmunu bir- biri ilə qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir və ya biri digərinə güzəştə gedir. Qarşılaşdırma budaq cümləsi də məzmunla bağlıdır. Budaq cümlənin bu növündə budaq cümlə başcümlədəki hər hansı suala cavab vermir. Budaq cümlənin bu növü baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümlə ilə nə qədər? bağlayıcı sözü, -sa, -sə şəkilçisi və da, də, belə ədatları ilə əlaqələnir. Məs.: Müəllim nə qədər danışsa da, yaxşı cavab ala bilmirdi. Nə qədər qoca olsam da, deyərəm min cavana. Hara gedir-getsin, əlimdən qurtara bilməyəcək. Qarşılaşdırma budaq cümləsində bağlayıcı söz işlənməyə də bilər: Məs.: Mehman yorulsa belə, işdən doymurdu.
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması münasibətilə güzəştlər haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə de-fakto tanınması münasibətilə həyata keçirilmiş humanizm aktı. == Qanunun qəbul edilməsi == Bu barədə qanun 1920-ci ilin fevral 9-da Azərbaycan parlamenti tərəfindən qəbul edilmişdir. Qanuna əsasən, 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin Antanta ölkələri tərəfindən de-fakto tanınması münasibətilə, cinayət törətmiş şəxslər və vergiödəyənlər barəsində müəyyən əsaslarla güzəştlər elan edilmişdi. Üç hissədən (ümumi, hərbi və vergilər) ibarət olan qanun Azərbaycanda yaşayan əcnəbilərə də şamil olunurdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin tanınması == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Balı, 2004.
Güzəştli Ticarət Zonası
Güzəştli Ticarət Zonası (GTZ) və ya Güzəştli Ticarət Razılığı — üzv ölkələr arasında müəyyən məhsullara azad ticarəti təmin edən ticarət bloku. Bu sözügedən məhsullar üzərində bəzi tariflərin aradan qaldırılmasını nəzərdə tutur. GTZ ticarət anlaşmasının bağlanması ilə əldə olunur. Bu iqtisadi inteqrasiyanın ilk səviyyəsidir. GTZ və azad ticarət zonası (ATZ) arasında fərq o qədər də böyük olmaya bilər, çünki Tarif və Ticarət üzrə Baş Sazişə görə, istənilən GTZ-nin məqsədi sonda ATZ yaratmaqdır. Bunun üstünlükləri Dünya Ticarət Təşkilatına üzv olan ölkələrin təcrübəsində görünür .

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.62 dəfə / 1 mln.
2002 ••••••••• 10.28
2003 ••••••• 7.87
2004 •••••• 7.07
2005 •••••••• 8.77
2006 •••••••••• 11.26
2007 •••••••• 9.30
2008 ••••••• 7.55
2009 ••••••••••••• 15.68
2010 •••••••••••• 13.89
2011 ••••••••• 10.04
2012 •••••• 6.97
2013 ••••••••• 11.23
2014 •••••••••• 11.50
2015 ••••••••• 10.21
2016 •••••••••••••••••••• 24.99
2017 •••••••••••••• 17.07
2018 •••••••••••••••••• 22.32
2019 ••••••••••••••• 17.66
2020 ••••••••••••••••••• 23.74

güzəşt sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Başqasının xeyrinə olaraq bir şeydən və ya öz fikrindən əl çəkməyə razılaşma, əl çəkmə. // Alış-verişdə qiyməti aşağı salma. // Bağışlama, keçmə (borc, günah haqqında). ◊ Güzəşt etmək (eləmək) – 1) bax güzəştə getmək 1-ci mənada. [Nərgiz:] Mən səadəti öz doğma bacıma güzəşt eləyə bilmədim… B.Bayramov; 2) alış-verişdə qiyməti aşağı salmaq. [Konduktor] uzaqdan gələn yolçulara, görünür, güzəşt edirdi. Qantəmir; 3) köhn. keçmək, ötmək. Altmışı sinnim eləyibdir güzəşt. Ə.Nəzmi; 4) bağışlamaq, təqsirindən keçmək. Uşağa güzəşt etmək. – [Nazir:] Fəqət mən bu dəfəlik sizə güzəşt edirəm. S.Hüseyn. Güzəştə getmək – 1) başqasının xeyrinə bir şeydən əl çəkmək. Rəşid atasının kövrəldiyini və danışarkən səsinin titrədiyini hiss edib, istər-istəməz güzəştə getdi… M.Hüseyn; 2) bax güzəşt etmək 2 və 3-cü mənalarda. Qiymətdə güzəştə getmək.

    Azərbaycan dilinin izahlı lüğəti / güzəşt

güzəşt sözünün etimologiyası

  • 1 Farsca qozəştən, yəni keçmək (əsası: qozər) feili ilə bağlıdır. Başqa bir qozəştən isə (əsası: qozar) “qoymaq” deməkdir (müq.et: bina-güzar-lıq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / güzəşt

güzəşt sözünün sinonimləri (yaxın mənalı sözlər)

güzəşt sözünün rus dilinə tərcüməsi

  • 1 1. уступка, скидка; 2. снисхождение, компромисс;

    Azərbaycanca-rusca lüğət / güzəşt
  • 2 сущ. 1. уступка: 1) отказ от чего-л. в соответствии с желанием, требованием другого. Xahişə görə güzəşt уступка по просьбе, çarəsiz güzəşt вынужденная уступка 2) отказ от чего-л. по каким-л. причинам. Şəraitə görə güzəşt уступка по обстоятельствам, əmlak güzəşti уступка имущества 3) отступление от назначенной первоначальной цены. Beş manat güzəşt уступка на пять манатов 2. скидка: 1) уменьшение какой-л. суммы, понижение цены на что-л. Malların güzəştlə satılması продажа товаров со скидкой 2) перен. снижение требований к кому-л., к чему-л. Heç bir güzəşt olmadan без какой-л. скидки 3. послабление (снижение требовательности к кому-л.); снисхождение; поблажка. Güzəştə yol vermək допускать послабление 4. льгота (полное или частичное освобождение от соблюдения общих правил, выполнения каких-л. обязанностей). Əlillər üçün güzəştlər льготы для инвалидов, müharibə iştirakçıları üçün güzəştlər льготы для участников войны, hamiləliyə görə güzəştlər льготы по беременности, vergi güzəştləri налоговые льготы; qarşılıqlı güzəşt компромисс, güzəştə getmək kimə идти на уступку (уступки), уступать, уступить: 1. делать, сделать уступку кому-л. 2. делать, сделать скидку 3. делать, сделать послабление; güzəşt eləmək см. güzəştə getmək

    Azərbaycanca-rusca lüğət / güzəşt

güzəşt sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. concession; ~ə getmək 1) to compromise, to make* concessions (to); 2) (qiymətdə) to bate (d.), to abate (d.), to take* off (d.); qarşılıqlı ~ mutual concessions; 2. (qiymətdə) abatement, deduction, reduction; ~ etmək 1) to give* a reduction (d.); 2) məc. to make* allowance (for); 3) (əfv etmək) to excuse (d.), to forgive* (d.), to pardon (d.)

    Azərbaycanca-ingiliscə lüğət / güzəşt

güzəşt sözünün fransız dilinə tərcüməsi

güzəşt sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. гуьзешт (авун), гъил къачун, гъил чӀугун; // мас агъуз авун (маса къачуз-маса гунин крара); ** güzəşt etmək (eləmək) гуьзешт авун а) кил. güzəştə getmək; б) мас агъуз авун (са затӀ маса гудамаз ва я маса къачудамаз); в) куьгьн. алатна фин, алатун; г) тахсирдилай гъил къачун; güzəştə getmək гуьзештдиз фин а) гъил къачун (масадан хийир патал са затӀунилай); б) кил. güzəşt etmək (б,в).

    Azərbaycanca-ləzgicə lüğəti / güzəşt

güzəşt sözünün türk dilinə tərcüməsi

güzəşt sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) keçmə, keçid; 2) əksil(t)mə, azal(t)ma, en(dir)mə (malın qiyməti haqqında); 3) bağışlama, əfvetmə; 4) keçdi, ötdü, getdi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"güzəşt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#güzəşt nədir? #güzəşt sözünün mənası #güzəşt nə deməkdir? #güzəşt sözünün izahı #güzəşt sözünün yazılışı #güzəşt necə yazılır? #güzəşt sözünün düzgün yazılışı #güzəşt leksik mənası #güzəşt sözünün sinonimi #güzəşt sözünün yaxın mənalı sözlər #güzəşt sözünün əks mənası #güzəşt sözünün etimologiyası #güzəşt sözünün orfoqrafiyası #güzəşt rusca #güzəşt inglisça #güzəşt fransızca #güzəşt sözünün istifadəsi #sözlük