* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Alıcı quşu ov üzərinə saldırmaq, ovu tutmaq üçün uçurmaq. Tərlan gəmişdirib Çənlidə küsər; Gələr qıya çalar Koroğlu səni. “Koroğlu”. Gəmişdirib xanlar tülək tərlanı; Diddirib tökərdi yazıq heyvanı. H.K.Sanılı. Tərlanları gəmişdirmək Gəraybəyə tükənməz bir zövq verirdi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / gəmişdirmək2 Alıcı quşlara şikar almağı öyrətmək, onları şikar üçün şirnikdirmək (ovçu alıcı quşu şikara buraxmazdan əvvəl acıqlandırır, buna “quş küsdürmək” deyirlər). (“Koroğlu” dastanının lüğəti) Dağların başında yel kimi əsər, Bir qılınca yetmiş yeddi baş kəsər, Tərlan gəmişdirib Çənlidə küsər Gələr qıya, çalar Koroğlu səni. (“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikası / gəmişdirmək1 глаг. затравливать, затравить (охотясь, поймать или умертвить зверя, птицу с помощью ловчих птиц)
Azərbaycanca-rusca lüğət / gəmişdirmək1 гл. гъуьрчен къуш гьавалатун, ахъаюн (гъуьрч кьун патал гъуьрчен винел).
Azərbaycanca-ləzgicə lüğəti / gəmişdirmək