hambal sözü azərbaycan dilində

hambal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hambal • 55.4217%
  • Hambal • 43.3735%
  • HAMBAL • 1.2048%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

hambal sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Belində yük daşımaqla keçinən adam. [Gülpəri] cəld nökər Cəfəri göndərib iki nəfər hambal çağırtdı, yanındakı və baqajdakı şeyləri daşıdıb ikinci klas salonuna yığdırdı. S.S.Axundov. 2. məc. Döşəmənin altına və ya evin səqfinə qoyulan tir. // Evin səqfindəki şalbanı saxlamaq üçün onun altına qoyulan paya; dayaq. …Səqfin ortalığından bir hambal verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / hambal

hambal sözünün etimologiyası

  • 1 Ərəb sözüdür (əsli həmmal), hamilə (yüklü) sözü ilə eyni kökə malikdir. Biz­­də tarixən hambal yerinə yükçü sözü işlədilib.Sözün hərfi mənası “yük” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / hambal

hambal sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 HAMBAL Burda döngələrin yeri darısqal; Oturmuş palanın üstündə hambal... (S.Vurğun); BARKƏŞ (köhn.) Dərdü qəm barkəşiyəm. köhnə peşənkəm sənə nə? (Aşıq Hüseyn); YÜKÇÜ [Rəis müavini:] Bu gün yükçülər briqadalarından birini dördüncü sahəyə göndərə bilməzsən ki? (H.Abbaszadə); YÜKDAŞIYAN Kişi qəhqəhə çəkib güldü. Necə yəni hambal – yükdaşıyan?! (Ş.Qurbanov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / hambal

hambal sözünün rus dilinə tərcüməsi

hambal sözünün inglis dilinə tərcüməsi

hambal sözünün fransız dilinə tərcüməsi

hambal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. гьамбал; 2. пер. кьев, чӀул, цуьр, чукьван, шалман; // къавун чукьвандин кӀаникай кутунвай пая; даях.

    Azərbaycanca-ləzgicə lüğəti / hambal

hambal sözünün türk dilinə tərcüməsi

hambal sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Balakən, Culfa, Goranboy) döşəmənin altından qoyulan tir. – Evin barısı qurtarıf, hamballar qoyuluf (Balakən); – Hambal öydo:lur (Goranboy) II (Daşkəsən, Əli Bayramlı, Xanlar, Kəlbəcər, Tovuz) kotana qoşulan öküzlərin birinci cütü

Azərbaycan dilinin dialektoloji lüğəti.

"hambal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hambal nədir? #hambal sözünün mənası #hambal nə deməkdir? #hambal sözünün izahı #hambal sözünün yazılışı #hambal necə yazılır? #hambal sözünün düzgün yazılışı #hambal leksik mənası #hambal sözünün sinonimi #hambal sözünün yaxın mənalı sözlər #hambal sözünün əks mənası #hambal sözünün etimologiyası #hambal sözünün orfoqrafiyası #hambal rusca #hambal inglisça #hambal fransızca #hambal sözünün istifadəsi #sözlük