Heydərli (Pəmbək)
Heydərli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 14 km cənub-qərbdə, Hallavar və Böyük su adlanan kiçik çayların sahilində
yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim heydərli tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə topənimdir.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 158 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 265
nəfər, 1908-ci ildə 357 nəfər, 1914 - cü ildə 461 nəfər, 1916-cı ildə 343 nəfər, 1919 - cu ildə 1328 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd erməni təcavüzünə məruz
qalaraq kəndin sakinləri - azərbaycanlılar deportasiya olunmuşdur.
İndiki Ermənistanda sovet
hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına qayıda bilmişlər.
Burada 1922-ci ildə 294 nəfər, 1926-cı ildə 324 nəfər, 1931-ci ildə 398 nəfər, 1987-ci ildə 1350 nəfər azərbaycanlı yaşamışdır.