hikkə sözü azərbaycan dilində

hikkə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hikkə • 93.4783%
  • HİKKƏ • 6.5217%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.23
2009 ••••••••••••••••••• 0.32
2010 •••••• 0.09
2013 ••••••••• 0.15
2014 •••••••••••••••••••• 0.34
2015 •••••••••••••••••••• 0.34
2017 •••••••••• 0.16
2019 ••••••••• 0.14

hikkə sözünün leksik mənası və izahı

  • 1 is. 1. Təşəxxüs, lovğalıq, iddia, mənəm-mənəmlik; tərslik. Hikkəsindən əl çəkməmək. – Qartal qıyıltısı dumanı dəlir; İnsan hikkəsinin sahili yoxdur. M.Araz. Dəyişmirsən fikrini; Lap bu dünya dağıla; Öz hikkəndə qalmısan; Sən boğula-boğula. B.Vahabzadə. 2. Acıq, hirs. Aslan isə barıt kimi açılır, bəzən qəhərlənir və hikkəsindən ağlayırdı. S.Rəhimov. [Zərnigar xanım] önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğulaboğula: – Gördünmü, ay bala, – dedi, – atan mənim başıma nə oyun açdı? İ.Şıxlı.

    Azərbaycan dilinin izahlı lüğəti / hikkə

hikkə sözünün sinonimləri (yaxın mənalı sözlər)

hikkə sözünün rus dilinə tərcüməsi

  • 1 злость, упрямство, гнев

    Azərbaycanca-rusca lüğət / hikkə
  • 2 сущ. 1. упрямство (неуступчивость, несговорчивость, настаивание на своем вопреки здравому смыслу). Hikkəsini yeritmək проявить упрямство, hikkəsindən etmək nəyi делать из упрямства что 2. злоба, злость, гнев. Hikkəsindən ağlamaq плакать от злости; hikkə boğur kimi злоба душит кого, hikkəsindən ağzı köpüklənir от злости пена на губах у кого; hikkəsini üstünə tökmək kimin сорвать (выместить) злобу на ком

    Azərbaycanca-rusca lüğət / hikkə

hikkə sözünün inglis dilinə tərcüməsi

hikkə sözünün fransız dilinə tərcüməsi

hikkə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. дамах, лавгъавал, мацӀахайвал, зун-зун лугьун; терсвал; 2. хъел, хъел атун.

    Azərbaycanca-ləzgicə lüğəti / hikkə

hikkə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) qoturluq (xəstəlik); 2) m. paxıllıq; 3) m. öz sözünü yeritmə; tərslik.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"hikkə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hikkə nədir? #hikkə sözünün mənası #hikkə nə deməkdir? #hikkə sözünün izahı #hikkə sözünün yazılışı #hikkə necə yazılır? #hikkə sözünün düzgün yazılışı #hikkə leksik mənası #hikkə sözünün sinonimi #hikkə sözünün yaxın mənalı sözlər #hikkə sözünün əks mənası #hikkə sözünün etimologiyası #hikkə sözünün orfoqrafiyası #hikkə rusca #hikkə inglisça #hikkə fransızca #hikkə sözünün istifadəsi #sözlük