Hilmi sözü azərbaycan dilində

Hilmi

Yazılış

  • Hilmi • 98.6052%
  • HİLMİ • 1.0730%
  • Hİlmi • 0.2146%
  • hilmi • 0.1073%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hilmi Cem İntəpə
Hilmi Cem İntəpə (türk. Hilmi Cem İntepe; 19 may 1992, Muğla ili) — Türkiyə aktyoru.
Hilmi Ziya Ülkən
Hilmi Ziya Ülkən (3 oktyabr 1901, Konstantinopol – 5 iyun 1974, İstanbul) – Türkiyənin görkəmli filosofu, sosioloqu. == Həyatı == Hilmi Ziya Ülkən 3 oktyabr 1901-ci ildə İstanbulda anadan olmuşdur. Hilmi Ziya Ülkənin düşüncələrinin formalaşmasında ilk öncə ailəsinin, daha çox atasının — professor Mehmet Ziya Ülkənin (1870–1951) mühüm rolu vardır.Mütəfəkkir yaradıcılığa müxtəlif liseylərdə müəllimlik etməklə başlamışdır. Alim Bursa, İstanbul, Ankara, Kabataş, Qalatasaray və başqa şəhər liseylərində 1933-cü ilə qədər işləmiş, coğrafiya, fəlsəfə, tarix, psixologiya, sosiologiya fənlərini tədris etmişdir. O, elə həmin dövrdən də elmi fəaliyyətə başlamışdır. Tədqiqat işi ilə əlaqədar bir il Berlində çalışan alim 1933-cü ildə qayıdaraq İstanbul Universitetinə müəllim təyin edilmişdir.27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. 1962-ci ildə 147 nəfər müəllimdən biri kimi Hilmi Ziya Ülkən də İstanbul Universitetindəki işinə bərpa edilir. Lakin mütəfəkkir vəzifəsindən istefa verərək, yalnız Ankara Universitetində çalışmışdır.Hilmi Ziya Ülkən 5 iyun 1974-cü ildə İstanbulda vəfat etmişdir. == Elmi yaradıcılığı == Hilmi Ziya Ülkən 1927–1929-cu illərdə fəaliyyət göstərən "Fəlsəfə və İctimaiyyat Cəmiyyəti" nin yaranmasında iştirak etmiş, cəmiyyətin nəşr orqanı olan "Fəlsəfə və İctimaiyyat Dərgisi"ndə məqalələr çıxarmışdır. Fəlsəfə cəmiyyəti ikinci dəfə Hilmi Ziya Ülkənin təklifi ilə fəaliyyətə başlamışdır.
Hüseyn Hilmi Paşa
Hüseyn Hilmi Paşa (1855, Mitilini[d] – 1922, Vyana) — II Əbdülhəmid və V Mehmed Rəşad səltənətlərində 2 dəfə — ümumlikdə 10 ay 6 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Süleyman Hilmi Tunahan
Süleyman Hilmi Tunahan (1888 – 16 sentyabr 1959, Üsküdar, İstanbul ili) — Türkiyənin XX əsrdə yetişdirdiyi görkəmli müsəlman alimlərindən. == Yəşamı == Süleyman Hilmi Tunahan 1888-ci ildə Bolqarıstanın Silistrə vilayətinin Fərhadlar kəndində anadan olub. Atası dövrünün pedaqoqlarından Hafiz Osman Əfəndidir. Soy-kökü Fateh Sultan Mehmed Xanın "Dunay xanı" kimi təyin etdiyi və öz bacısı ilə evləndirdiyi İdris bəyə gedib çıxır. Atası Osman Əfəndi təhsilini İstanbulda başa vurduqdan sonra Silistrəyə qayıdaraq, tanınmış Satırlı mədrəsəsində uzun illər boyu müəllimlik etmişdir. S.H.Tunahan ilk təhsilini Silistrədəki Satırlı mədrəsəsində alır. Daha sonra isə təhsilini davam etdirmək üçün İstanbula gələrək, Fateh mədrəsəsinə daxil olur. Süleyman Tunahanın müəllimləri arasında dövrün tanınmış alimlərindən Bafralı Əhməd Həmdi Əfəndi də vardı. Fateh mədrəsəsində təfsir, hədis, fiqh, məntiq və digər elmlərə yiyələnən Tunahan 1916-cı ildə Əhməd Həmdi Əfəndidən icazət (diplom) alır. Bundan sonra ali təhsil almaq üçün Süleymaniyyə məscidinin nəzdindəki mədrəsələrdən olan Mədrəsə əl-Mütəxassisində təfsir və hədis elmlərinə daha dərindən yiyələnən Tunahan 1919-cu ildə sözügedən mədrəsənin İslam hüququ (Fiqh) fakültəsini bitirir.
Ömər Hilmi Əfəndi
Ömər Hilmi Əfəndi (2 mart 1886, Konstantinopol – 6 aprel 1935, İsgəndəriyyə) — 35-ci Osmanlı sultanı V Mehmedin ikinci oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Ömər Hilmi Əfəndi 2 mart 1886-cı ildə Üsküdar sarayında dünyaya gəldi. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı Şahzadə Mehmed Rəşad, anası isə ubıx olan Mihrəngiz xanımdır. Uşaqlığını güclü nəzarət altında yaşayan Ömər Hilmi Əfəndi, atasının 1909-cu ildə taxta çıxmasıyla Dolmabağça sarayına köçürüldü. 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Ziyayəddin Əfəndi və Nəcməddin Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi. Qardaşıyla birlikdə Birinci Dünya müharibəsinə qatılmış, atasının vəfatının ardından Dolmabağça sarayından ayrıldı və ailəsiylə birlikdə Nişantaşındakı köşkə köçürüldü. Türkiyə Cumhuriyyətinin qurulması və Osmanlı ailəsinin sürgün edilişinin ardından 1924-cü ilin mart ayında ölkəni tərk etdi və anası Mihrəngiz xanım, qızı Əminə və oğlu Namiqlə birlikdə əvvəlcə Budapeştə, daha sonra İsveçrəyə, ardından Nitsaya getdi. 38 yaşında sürgünə gedən Ömər Hilmi Əfəndi ömrünün geri qalan 11 ilini Nitsada keçirdi. Bu illər ərzində qızı Əminə Mukbilə Sultanı əmisi V Muradın oğlu Mehmed Səlahəddin Əfəndinin nəvəsi Əli Vasib Əfəndi ilə evləndirdi.
İbrahim Hilmi Paşa
İbrahim Hilmi Paşa (1747, Konstantinopol, Osmanlı imperiyası – 1825) — III Səlim və IV Mustafa səltənətlərində ümumilikdə 8 ay 20 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Çelebizâde Âsım, Târih, İstanbul 1282, I, 119-121, 211-212, 231, 300; Câbi Said, Târih (haz. M. A. Beyhan), Ankara 2000, s. 111, 114, 122, 138; İmam Mehmed Efendi, Cerîde, Süleymaniye Ktp., Zühdü Bey, TY, nr. 453, vr. 31b, 33a, 34a-b; Abdülfettah Şefkat Bağdâdî, Zeyl-i Hadîka (Hadîkatü’l-vüzerâ içinde), s. 13-15 (azil ve tayin tarih ve sıraları sıhhatli değildir); Vâsıf, Târih, İÜ Ktp., TY, nr. 6013, vr. 149a, 287b; Yayla İmâmı Risâlesi: Târîh-i Vekāyi-i Selimiyye (haz. Fahri Ç. Derin, TED, III, [1973] içinde), s.
II Abbas Hilmi Paşa
II Abbas Hilmi Paşa (14 iyul 1874[…], İsgəndəriyyə – 19 dekabr 1944, Cenevrə) — Misirin son xədivi. == Həyatı == 14 iyul 1874-cü ildə İsgəndəriyyədə dünyaya gəldi. Atası Misir xədivi Kavalalı Tofiq Paşa, anası isə Əhməd Tosun Paşa soyundan Əminə İlhamidir. İlk təhsilini İsgəndəriyyədə aldıqdan sonra qardaşı Mehmed Əli ilə birlikdə Vyanaya göndərildi. Burada ikən atasının ölüm xəbərini aldı və Osmanlı dövləti tərəfindən Misir xədivi elan edildi (7 yanvar 1892). Osmanlı hökuməti bu əsnada Avropadakı təmsilçilərinə teleqraf yollayaraq yeni xədiv üzərindəki nüfuzunu göstərmək məqsədilə, Abbas Hilminin Misirə gedərkən öncə İstanbula gələcəyini, daha sonra burada ona təsis edilən xüsusi gəmiylə İsgəndəriyyəyə yollanacağını bildirdi. Ancaq Abbas Hilmi Paşa bir bəhanə taparaq İstanbula getməkdən boyun qaçırdı və Avstriya imperatoru Frans İosif tərəfindən ona hədiyyə olunan gəmiylə Qahirəyə yola düşdü. Abbas Hilmi Paşanın çox gənc olması və təcrübəsizliyi səbəbilə Osmanlı hökuməti illərlə Misirdə fövqəladə təmsilçisini saxlamağa davam etdi və bölgədə məşhurlaşan Qazi Əhməd Muxtar Paşanı xədiv müşaviri təyin etdi. Bununla onlar xədivi, Misir üzərində böyük nüfuz sahibi olan İngiltərənin təzyiqindən uzaq tutmağa çalışdılar. Xədivliyinin ilk illərində ingilis ağalığına və ordudakı ingilis təsirinə müxalif olan Abbas Hilmi Paşa bu səbəblə Qahirədəki İngiltərə konsulu və təmsilçiləriylə anlaşmazlıq yaşadı.
I Abbas Hilmi Paşa
I Abbas Hilmi Paşa və ya Kavalalı Hilmi Paşa (d. 1 iyul 1812 - ö. 13 iyul 1854) — Osmanlıların Misir və Sudan hakimi. == Həyatı == 1 iyul 1812-ci ildə Ciddədə dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın oğlu Tosun Paşa, anası isə xanımı Bamba xanımdır. Babasının yaşlı olması səbəbilə Misirin idarəsini əmisi İbrahim Paşa ələ almış, ancaq bir neçə ay sonra o da vəfat etmiş, nəticədə Abbas Hilmi Paşa Misir hakimiyyətinə gətirilmişdir (10 noyabr 1848). Gənclik illəriylə bağlı yetərli məlumat yoxdur. Səltənəti əlinə aldıqdan sonra qəbul etdiyi ilk fərmanla anası Bamba xanımı Misirin Validə Paşası elan etdi. Bu, Misir tarxində bir ilk idi və Misirdəki Osmanlı mədəniyyətinə olan rəğbəti göstərirdi. Misirdəki səltənətinin ilk illərində Avropanın təsiriylə başlayan reformasiya hərəkatına qarşı çıxdı və xüsusilə babasının zamanında açılan bəzi müəssisələr və məktəblər bağlandı.
Kavalalı İbrahim Hilmi Paşa
Kavalalı İbrahim Hilmi Paşa və ya İbrahim İlhami Paşa (d. 3 yanvar 1836 - ö. 9 sentyabr 1860) — Osmanlıların Misir və Sudan hakimi I Abbas Hilmi Paşanın böyük oğlu. == Həyatı == 3 yanvar 1836-cı ildə Qahirədə dünyaya gəldi. Atası Osmanlıların Misir və Sudan hakimi Abbas Hilmi Paşa, anası isə onun xanımlarından Mehvəş xanımdır. 1849-cu ildə möhtəşəm bir mərasimlə sünnət edildi. 1854-cü ilin martında İstanbuldan göndərilən bir elçi Osmanlı sultanı Əbdülməcidin, 10 yaşlı qızı Münirə Sultanı Misir hakiminin oğluyla nişanlamaq istədiyi bildirdi. Verilən bu qərardan məmnun olduğunu bildirən atası Abbas Hilmi Paşa dərhal hazırlıqlara başladı. Cütlüyün həmin ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi. Gəlinə nişan hədiyyəsi olaraq olduqca dəyərli ziynət əşyaları, Çindən gətirilən çini qablar və ətirlər təqdim edildi.
Hilmilli
Xilmilli, Hilmilli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Keçmişdə Qozluçay da adlandırılmışrdır. Oykonim xil (xıl//hil Azərbaycan dilinin dialektlərində "dəstə, sürü, qrup" mənalarında işlənir) və milli (etn.) komponentlərindən düzəlib, "milli tayfası" mənasındadır. Görünür, millilər bu kəndin ilk sakinləri olmuşlar. Ərazidə onların adlarını əks etdirən mineral bulaq da var. Kənd Hilmilli variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Qozluçayın sahilində, dağətəyi ərazidə qərar tutur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1681 nəfər əhali yaşayır. == Din == Kənddə "Molokan ruhani-xristian" dini icması fəaliyyət göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.06 dəfə / 1 mln.
2002 ••••••• 6.85
2003 ••••••••••••••••• 18.50
2004 •••••••••••••• 14.49
2005 ••••••••••• 11.47
2006 •••••••••••••••••••• 21.62
2007 •••••••••••••••••••• 21.78
2008 •••••••••••••••••• 19.00
2009 •••• 3.36
2010 •• 1.82
2011 •• 1.20
2013 0.58
2014 0.51
2016 0.35
2018 0.15
2019 0.56
2020 0.53

"hilmi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hilmi nədir? #hilmi sözünün mənası #hilmi nə deməkdir? #hilmi sözünün izahı #hilmi sözünün yazılışı #hilmi necə yazılır? #hilmi sözünün düzgün yazılışı #hilmi leksik mənası #hilmi sözünün sinonimi #hilmi sözünün yaxın mənalı sözlər #hilmi sözünün əks mənası #hilmi sözünün etimologiyası #hilmi sözünün orfoqrafiyası #hilmi rusca #hilmi inglisça #hilmi fransızca #hilmi sözünün istifadəsi #sözlük