Honko sözü azərbaycan dilində

Honko

Yazılış

  • Honko • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
2014 Honkonq etirazları
2014 Honkonq etirazları, Çətir hərəkatı və ya Çətir inqilabı - 2014-cü ildə Honkonqda demokratiya tərəfdarlarının Çinin seçki sistemindəki dəyişikliklərə kütləvi şəkildə toplaşaraq etdikləri etirazlar. 2014-cü ilin sentyabrında Honkonqda demokratiya tərəfdarları Mərkəzi Hökumət Kompleksinin ətrafında aksiya keçirtdilər və Yerli İnsanların Konqresi Komissiyasının 2017-ci il Honkonq İcraedici seçkiləri üçün təklif edilən seçki reformuna aid verdiyi qərarın əleyhinə bir sıra ərazilərdə toplaşdılar.Yerli İnsanların Konqresi Komissiyasının qərarına görə, 2017-ci il Honkonq İcraedici seçkilərinə girəcək üç namizəd xüsusi komissiya tərəfindən bəyənilməlidir. Seçkidən sonra isə İcraedici vəzifəsinin başına keçməzdən əvvəl mərkəzi hökumət tərəfindən tanınmalıdır. Qərar həm də diktə edir ki, "Baş İcraedici ölkəni sevən və Honkonqu sevən bir adam olmalıdır ". Bu qərar demokratiya tərəfdarları tərəfindən Çin-Britaniya İkili Bəyannaməsinin və Honkonq Əsas qanununun pozulması kimi hesab edilir. Çin-Britaniya İkili Bəyannaməsində Baş İcraedicinin seçkilər yolu ilə seçilməsini, Honkonq Əsas qanunu isə bu seçkilərin beynəlxalq seçki standartlarına uyğun seçilməsini ifadə edir. Şagird qrupları 2014-cü ilin 22 sentyabrında Mərkəzi Hökumət Kompleksi ətrafında aksiya keçirtdilər. 26 sentyabr 2014-cü ildə bir neçə yüz insan təhlükəsizlik bariyerini aşaraq Mərkəzi Hökumət Kompleksinin qarşısındakı binaya daxil oldular. Etirazçılar polis tərfindən mühasirəyə alındılar. Bu isə daha çox adamın toplanmasına səbəb oldu.
Honkonq
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Honkonq 2018 Qış Olimpiya Oyunlarında
Honkonq 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Honkonq "A" kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Arabella Ina məxsusdur. Ölkə birinci dəfədir ki, bu idçan növündə təmsil olunacaqdır.
Honkonq Elm və Texnologiya Universiteti
Honkonq Elm və Texnologiya Universiteti (çin. 香港科技大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1980-ci ilin sonlarında Honkonqda iqtisadiyyat yönümlü ali təhsil müəssisəsinə böyük ehtiyac duyulurdu. Bu məqsədlə Honkonqun qubernatoru Edvard Youde və ser Non Tze-Yun Çunq burada yeni ali məktəb açmaq qərarına gəlirlər. 1986-cı ildən universitetin yaradılması işlərinə başlanılır. Tikinti Böyük Britaniyanın keçmiş qarnizonu olmuş Kohima düşərgəsində Təmiz Su Körfəzi yarımadasında həyata keçirilir. 1986-cı ildə planın reallaşmasının ən qızğın vaxtında Edvard Youde vəfat edir. Universitetin 1994-cü ildə açılması nəzərdə tutulsa da, bu ali təhsil müəssisəsi 1991-ci ildə fəaliyyətə başlayır. Beləliklə, 1991-ci ilin oktyabrında Honkonq Elm və Texnologiya Universitetinin rəsmi açılışı baş tutur. Yeni yaradılmış universitetin əsas uğuru buraya yüksək səviyyədə ixtisaslaşmış alimlərin cəlb olunması ilə bağlı olur.
Honkonq Həmkarlar İttifaqları Konfederasiyası
Honkonq Həmkarlar İttifaqları Konfederasiyası — Honkonqun ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. == Tarixi == Konfederasiya 1990-cı ilin iyul ayında yaradılıb. O dövr ölkədə işçilərin hüquqlarını qoruyan 80 xırda təşkilat fəaliyyət göstərirdi. Eyni məqsəd və prinsip uğrunda mübarizə aparan bu qurumlar vaxt keçdikcə birgə işin daha effektiv olacağı qərarına gəlirlər və birləşərək sözügedən qurumu yaradırlar. Konfederasiyanın tarixində iki irimiqyaslı etiraz aksiyası olub. Onlardan biri 2003-cü ildə ölkənin aparıcı mədən şirkəti işçilərinin 5 günlük tətilidir. Səbəb işçlərin bir neçə ay müddətində maaşlarının yalnız 70 faizini almaları olub. Belə ki, həmkarlar ittifaqı və müəssisə rəhbərliyi arasında danışıqlar zamanı mədən rəsmiləri maaşın yarı faizini növbəti dəfə alacaqlarını deyib, lakin bu sözə əməl etməyib. Etirazlarını bir neçə saatla başlayan işçilər nəticə əldə etmədiklərini görüb uzunmüddətli tətil keçirmək qərarına gəliblər. Mədən işçiləri öz etirazlarını 5 gün ərzində işə çıxmamaqla bildiriblər.
Honkonq Universiteti
Honkonq Universiteti (ing. University of Hong Kong) — Asiyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet Çinin Honkonq şəhərindəki Pokfulam ərazisində yerləşir. == Tarixi == Honkonq Universitetinin təməli 16 mart 1910-cu ildə həmin dövrdə Honkonq qubernatoru olan Frederik Luqard tərəfindən qoyulub. Universitetin yaradılmasında məqsəd çinli gənclərin istifadəsinə ən müasir ali təhsil müəssisəsini vermək olub. Universitetin rəsmi açılışı 11 mart 1911-ci ilə təsadüf edir, 1887-ci ildən fəaliyyət göstərən Tibb Kolleci də həmin il universitetə birləşdirilir. Bir il sonra universitetdə mühəndislik və incəsənət fakültələri açılır. 1916-cı ilin dekabrında Honkonq Universiteti 23 tələbə və 5 fəxri məzunla ilk yığıncağını keçirir. Yaradılmasından on il keçdikdən sonra - 1921-ci ildə universitetə ilk qız tələbələr qəbul edilir. 1927-ci ildə burada çin Tədqiqatları Məktəbi yaradılır.
Honkonq bayrağı
Honkonq bayrağı və ya Çin Xalq Respublikası Honkonq Xüsusi Rəhbərlik Bölgəsi Bayrağı, (ŸƏnənəvi Çin dili: 中華人民共和國香港特別行政區區旗; Sadələşdirilmiş Çin dili: 中华人民共和国香港特别行政区区旗), qırmızı zəmin üzərində Honkonqa xas bahunya çiçəyini təmsil edən beş tac yarpaqdan ibarətdir. Zəmin rəngi qırmızı Çin Xalq Respublikasının rəsmi bayrağına bağlı qalınaraq seçilmişdir. Honqkonq bayrağı 16 fevral 1990-cı ildə dizayn olunmuş və 4 aprel 1990-cı ildə yeddinci Çin Milli Xalq Məclisinin üçünü iclasında qəbul edilmişdir. Böyük Britaniyanın tabeliyindən çıxaraq, Çin Xalq Respublikasına bağlanma şənliklərinin keçirildiyi 1 iyul 1997-ci ildə ilk dəfə rəsmi olaraq qaldırılmışdır. Bayrağın dəqiq istifadə yerləri və qaydaları Çin Xalq Respublikasının paytaxtı Pekində iclasda hazırlanmışdır. 1843-cü ildən 1997-ci ildə ingilislərin Honkonq üzərindəki səlahiyyətlərini Çin Xalq Respublikasına verdiyi vaxta qədər Honqkonq bayrağı bir neçə dəfə dəyişilmişdir. Bunan əvvəlki bayrağın sol tərəfinin üst hissəsində qalan ingilis bayraq simgəsi və sağ hissəsinin ortasında ağ dairə içində olan Honqkonq simgəsindən ibarət idi. == Dizayn == ==== Simvol ==== Bayrağın dizaynında milli, siyasi və dini amillərin izlərini görmək olar. Bayrağın ən əsas xüsusiyyəti rəngidir. Minillər boyunca Çin insanının həm günlük həyatında, həm də şənlik və dini bayramlarda istifadə etdiyi qırmızı milliyyətçiliyi təmsil edir.
Honkonq dolları
Honkonq dolları — Honkonqda istifadə edilən valyuta. Dünya valyuta birjalarında və foreks bazarlarında kodu HKD və ya HK$ olaraq qeyd olunur. 1 Honkonq dolları 100 sentdən ibarət olub təqribi olaraq 0.128896 ABŞ dollarına bərabərdir.Honkonq dolları Honkonq Mərkəzi Bankı sayılan və onun monetar siyasətini idarə edən "Hong Kong Monetary Authority" tərəfindən emissiya olunur.
Honkonq gerbi
Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Regional Emblemi 1 iyul 1997-ci ildə Honq-Konqun suverenliyinin Böyük Britaniyadan Çin Xalq Respublikasına verilməsindən sonra istifadəyə verilmişdir. Emblem dairəvi şəkildə Honq-Konqun regional bayrağı ilə eyni dizayn elementlərinə malikdir. Xarici ağ üzük Ənənəvi Çin və İngilis qısa formasında ərazinin rəsmi adı olan "Hong Kong" başlığı ilə göstərilir. == Tarix == === Müstəmləkə nişanı === Müstəmləkə nişanı 1843-cü ildən bu və ya digər versiyada 1959-cu ildə verilmiş gerblə əvəz olunana qədər istifadə olunurdu. Bir neçə düzəliş zamanı nişan ideyası qaldı. Ön planda sol tərəfdəki iskeledə üç tacir və bir yığın yük təsvir edilmişdir. Arxa planda, konik təpələrlə dəstəklənən limanda kvadrat formalı bir gəmi və Çin tullantıları var idi. Yuxarıda Böyük Britaniyanın kral silahları var idi.
Honkonq prezidentləri
Honkonqda ölkə başçısına "suaşxi" - yəni, padşah deyilir. Amma Şərq ölkələrinin bir çoxundan fərqli olaraq burada diktatura rejimi yoxdur. Honkonq 1915-ci ildən Çindən azadlıq istəmişdir və 1922-ci ildən azad muxtariyyət olmuşdur. Burada seçkilər 10 ildən bir keçirilir.
Honkonq qripi
Honkonq qripi (yaxud 1968-ci il qrip pandemiyası) — 1968-1969-cu illərdə baş qaldıran və dünya üzrə 1 milyona yaxın insanın ölümü ilə nəticələnən qrip pandemiyası. Bu qrip Influenza A virusunun H3N2 ştamı tərəfindən yaranır. Bu ştam antigen dəyişikliyi yolu ilə H2N2 ştamından törəmişdir. İlk dəfə Honkonqda aşkar edildiyi üçün pandemiyaya da məhz bu şəhərin adı verilmişdir. == Kliniki məlumat == Bu qripin simptomları 4-5 gün, bəzi simptomlar isə 2 həftəyədək davam edir. Pandemiyanın baş verdiyi 1968-1969-cu illərdə əsasən 65 yaşdan yuxarı şəxslər bu xəstəlikdən vəfat edirdilər. == Virusologiya == 1968-ci ildə virusa qarşı vaksin xəstəliyin ABŞ-da pik həddə çatmasından bir ay sonra yaradılmışdır. Həm H2N2, həm də H3N2 pandemik qrip ştamları quş qripi viruslarının genlərini daşıyır. Yeni alt növlər quş və insan qripi virusları ilə yoluxmuş donuzlarda yaranmış və tezliklə insanlara keçmişdir. == İstinadlar == == Ədəbiyyat == Blakely, Debra E., Mass Mediated Disease: A Case Study Analysis of Three Flu Pandemics and Public Health Policy, Lanham: Lexington Books, 2006, 148–196, ISBN 0-7391-1387-9 .
Honkonq və Koulun Həmkarlar İttifaqları Şurası
Honkonq və Koulun Həmkarlar İttifaqları Şurası — Honkonqun ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. == Tarixi == Şura 1984-cü ildə yaranıb. Şura yaranan vaxtdan bu günə kimi ölkədə yetərincə nüfuza malik olan bir qurumdur. == Tərkibi == Təşkilat əsasən xidmət, rabitə və səhiyyə işçilərini özündə birləşdirir. Şura 30 min üzvü özündə cəmləşdirir. == Rəhbərləri == Hazırda təşkilata Tonq Vun Fay rəhbərlik edir. == Beynəlxalq münasibətlər == Şura Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. == Mənbə == Afaq HÜSEYNOVA. Honq Konq və Koulun Həmkarlar İttifaqları Şurası Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. "Ülfət" qəzeti, 24 noyabr 2012-ci il.
Honkonq Çin Universiteti
Honkonq Çin Universiteti (çin. 香港中文大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Ma-şuy Lyu, Şa Tin rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1957-ci ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri birgə Honkonq Çin Ali Təhsil Assosiasiyası yaradır və hökumət tərəfindən tanınır. 1959-cu ildən bu üç kollecin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanır. 1963-cü ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri Honkonq Çin Universiteti adı altında birləşdirilir. İki il sonra universitetdə Təhsil (Pedaqogika) Məktəbi açılır. 1976-cı ildə qərar qəbul edilir və bu qərara əsasən Honkonq Çin Universiteti kollegial universitet elan edilir, bir il sonra isə Tibb Məktəbi yaradılır. 1986-cı ildə bu ali məktəbdə Şo Kolleci, 1991-ci ildə Mühəndislik Məktəbi, 2005-ci ildə hüquq fakültəsi açılır. 2006-cı ildə universitetdə iki kollec (Morninqsayd və SH Ho), 2007-ci ildə isə daha üç kollec - CW Çu, Vu Yi Sun və Li Vu Sinq istifadəyə verilir. Hər kollecin ayrıca yataqxana, yeməkxana, idman zalı, kitabxana və digər obyektləri mövcuddur.
Honkonq İncəsənət Muzeyi
Honqkonq İncəsənət Muzeyi (ing. The Hong Kong Museum of Art; çin. 香港藝術館香港藝術館) — 1962-ci ildə Honqkonq meriyasının binasında açılıb, 1991-ci ildə isə Çimsaçoy rayonunda onun üçün açılan xüsusi binaya köçüb. Honqkonq Mədəniyyət və İstirahət Nazirliyinin idarəsinə tabedir. Honqkonq parkında yerləşən Çay Qabları Muzeyi də İncəsənət Muzeyinin bir bölməsidir. == Muzey haqqında == Muzeyin əsas vəzifəsi çin mədəniyyətinin qorunub saxlanması və yerli ustaların əsərlərinin təşviqidir. Muzeyin kolleksiyasında 16 mindən çox incəsənət nümunəsi, onlar arasında Çin və Honqkonq rəssamları, heykəltaraş və xəttatlarının əsərləri və tarixi əhəmiyyət kəsb edən bir çox obyektlər saxlanılır. Daimi sərgilərdən başqa, beynəlxalq əməkdaşlıq çərçivəsində muzeydə xarici əsərlərin kolleksiyaları nümayiş olunur. Muzey çərşənbə axşamı və Çin Yeni İlinin ilk iki günü istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. İş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 10-dan 18-dək; şənbə, bazar və bayram günlərində saat 10-dan 19-dək; katoliklərin Milad ərəfəsində və Çin Yeni il ərəfəsində saat 10-dan 17-dək.
Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar (2019)
2019-cu ildə Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar — Çinə ekstradisiyanı nəzərdə tutan mübahisəli qanun layihəsinin parlamentə təqdim olunmasından sonra başlayıb. Nümayişlər başlayandan sonra mübahisəli sənədin təsdiqi təxirə salınıb. Etirazlar 1997-ci ildən bəri Honkonqda ən izdihamlı kütləvi aksiya sayılır.
Honkonqdakı məscidlərin siyahısı
Honqkonqdakı məscidlərin siyahısı aşağıdakılardır:
Honkonq–İsrail münasibətləri
İsrail–Honkonq — Honkonq və İsrail arasında ikitərəfli beynəlxalq diplomatik münasibətlər. İsrailin Honkonqda bir konsulluğu var. Honkonq isə Çinin Tel-Əvivdəki səfirliyində yerləşən Honkonq İqtisadi və Ticarət Bürosu tərəfindən təmsil olunur. == Tarixi == 1958-ci ildə iş adamı Viktor Zirinsky Honkonqda İsrailin fəxri konsulu təyin edildi və 1985-ci ildə Honkonq və Makao üçün baş konsul təyin edildikdə İsrail rəsmi diplomatik bir nümayəndə göndərilənə qədər bu vəzifədə çalışdı. Honkonqun texnoloji startaplara marağı iki ölkə arasında əlaqələrin artmasına səbəb oldu. Honkonq Xüsusi İnzibati Bölgəsindəki bir hökumət idarəsi olan InvestHK, İsrail iş adamlarına şəhərdəki işlərində kömək edəcəyini söylədi. İsrail startapları 500.000 ABŞ dolları həcmində investisiya, Honkonq səfəri, Asiya müəssisələrinin icraçı direktorları ilə təlimlər və bölgədəki böyük texniki tədbirləri ziyarət etmək təklif edən xüsusi inkişaf proqramına qəbul edildi. 2015-ci ildə İsrail Honkonq ilə texnologiya və tədqiqat sahələrində əməkdaşlığı artırmaq üçün bir saziş imzalanır. Yeni proqram sənaye sektorunda tədqiqat layihələrini inkişaf etdirmək üçün qurulur. Honkonqda sahibkarlar İnnovasiya və Texnologiya Fondu (ITF) tərəfindən idarə olunan ESS (Enterprise Support Scheme) proqramı vasitəsilə maliyyələşmə əldə etdilər.
Çin Honkonq Universiteti
Honkonq Çin Universiteti (çin. 香港中文大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Ma-şuy Lyu, Şa Tin rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1957-ci ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri birgə Honkonq Çin Ali Təhsil Assosiasiyası yaradır və hökumət tərəfindən tanınır. 1959-cu ildən bu üç kollecin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanır. 1963-cü ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri Honkonq Çin Universiteti adı altında birləşdirilir. İki il sonra universitetdə Təhsil (Pedaqogika) Məktəbi açılır. 1976-cı ildə qərar qəbul edilir və bu qərara əsasən Honkonq Çin Universiteti kollegial universitet elan edilir, bir il sonra isə Tibb Məktəbi yaradılır. 1986-cı ildə bu ali məktəbdə Şo Kolleci, 1991-ci ildə Mühəndislik Məktəbi, 2005-ci ildə hüquq fakültəsi açılır. 2006-cı ildə universitetdə iki kollec (Morninqsayd və SH Ho), 2007-ci ildə isə daha üç kollec - CW Çu, Vu Yi Sun və Li Vu Sinq istifadəyə verilir. Hər kollecin ayrıca yataqxana, yeməkxana, idman zalı, kitabxana və digər obyektləri mövcuddur.
HonKong
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.

Oxşar sözlər

#honko nədir? #honko sözünün mənası #honko nə deməkdir? #honko sözünün izahı #honko sözünün yazılışı #honko necə yazılır? #honko sözünün düzgün yazılışı #honko leksik mənası #honko sözünün sinonimi #honko sözünün yaxın mənalı sözlər #honko sözünün əks mənası #honko sözünün etimologiyası #honko sözünün orfoqrafiyası #honko rusca #honko inglisça #honko fransızca #honko sözünün istifadəsi #sözlük