Hunter sözü azərbaycan dilində

Hunter

Yazılış

  • Hunter • 96.8254%
  • hunter • 3.1746%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
Hunter × Hunter personajlarının siyahısı
Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Fırikısı və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Kirıa Zorıdikkı, Kurapika və Leorio Paradinayt ilə tanışır və dostlaşır. Baxmayaraq obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsinda superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin Kimera Qarışqaları kimi fantastik varlıqları da ehtiva edir. == Baş rollarda == === Qon Fırikısı === Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese), Elinor Holt (1999 series, English), Megumi Han (2011 series, Japanese), Erica Mendez (2011 series, English)Qon Fırikısı (ゴン=フリークス, Gon Furīkusu) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası olan Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır.
Demon Hunter
Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.
Vampire Hunter D: Bloodlust
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Personajlar == == Xarici keçidlər == Vampire Hunter D: Bloodlust — Internet Movie Database saytında.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.25 dəfə / 1 mln.
2006 ••• 0.23
2011 •••• 0.26
2012 •••• 0.26
2013 •••••••• 0.58
2014 ••••• 0.34
2015 ••••••••• 0.68
2019 •••••••••••••••••••• 1.53

Oxşar sözlər

#hunter nədir? #hunter sözünün mənası #hunter nə deməkdir? #hunter sözünün izahı #hunter sözünün yazılışı #hunter necə yazılır? #hunter sözünün düzgün yazılışı #hunter leksik mənası #hunter sözünün sinonimi #hunter sözünün yaxın mənalı sözlər #hunter sözünün əks mənası #hunter sözünün etimologiyası #hunter sözünün orfoqrafiyası #hunter rusca #hunter inglisça #hunter fransızca #hunter sözünün istifadəsi #sözlük