HUS sözü azərbaycan dilində

HUS

Yazılış

  • HUS • 33.3333%
  • hus • 16.6667%
  • Hus • 16.6667%
  • hUS • 16.6667%
  • HUs • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Yan Hus
Yan Hus (çex. Jan Hus) - protestantlığın atası, Qusçular hərəkatının başlanması Yan Qusun adı ilə bağlıdır. Yan Qus bir müddət Praqa Universitetində rektor kimi fəaliyyət göstərmişdir. 1415-ci ilin 6 iyul tarixində dini fikirlərindən dolayı Konstans şəhər şurasının qərarı ilə yandırılaraq edam edilmişdir. Yan Qusun ölümündən sonra onun fikirləri və elmi əsərlərinə əsaslanan 1419-1434-cü illəri əhatə etmiş Qusçular hərəkatı baş qaldırmışdır. == Həyatı və təhsili == Yan Qusun atasının arabaçı olduğu ehtimal edilir. O, ilk əvvəl Praktikdə yerləşən latın məktəbində, daha sonra isə 1390-cı ildən etibarən Praqa şəhərində təhsil almağa başlamışdır. Praqa Universitetində təhsilini başa vurduqdan sonra 1396-cı ildə magistr təhsilini almağa başladı. Yan Qus Çex dilinin yazılması üçün istifadə olunan çex əlifbasında bir sıra yeniliklər gətirdi və yazma prosesini daha da sadələşdirdi. Bohemiya krallığının kralı Venzelsin bacısı Annanın İngiltərə kralı II Riçard ilə evlənməsindən sonra Oksford Universitetində təhsil alan çex tələbələr Oxforddan olan din xadimi Con Viklifin fəlsəfi fikirlərini və kilsə siyasəti ilə bağlı olan yazılarını Praqa Universitetinə gətirməyə başldılar.
A Kind of Hush
A Kind of Hush — The Carpenters albomu.
Echinops hussonii
Echinops hussonii (lat. Echinops hussonii) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Edmund Husserl
Edmund Husserl (alm. Edmund Gustav Albrecht Husserl‎; 8 aprel 1859[…] – 27 aprel 1938[…], Frayburq im Breisqau) — Alman filosof, Fenomenologiya məktəbinin banisi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Huseyn Sastraneqara Beynəlxalq Hava Limanı
Huseyn Sastraneqara Beynəlxalq Hava Limanı (ind. Bandar Udara Internasional Husein Sastranegara) — Bandunq, Qərbi Yava, İndoneziyada hava limanı. Şəhərin mərkəzində Bandunq Mərkəzi qatar stansiyasından 2,4 km məsafədə yerləşir. Hava limanı 145 hektar ərazini əhatə edir və Yavanın cənub-qərbində mülki aviasiya sahəsinə xidmət göstərir. Hava limanı Bandunq şəhərində yerləşir və dağlar ilə əhatə olunur, beləliklə unikal xüsusiyyətlərə malikdir. Bu hava limanı indi və keçmişdə Airbus A320 seriyalları, Boeing 737, müəyyən tipli Boeing 757 və Boeing 767 (200) seriyasını idarə edə bilir. Yerli və beynəlxalq terminallarının ümumi iki sahəsi 3,5 milyon sərnişin və 16,000 m² sahənin ümumi gücü təmin edir.İki beynəlxalq hava limanlarından biri olan Böyük Bandunq metropol sahəsinə xidmət edən Qaruda İndoneziyanı, həmçinin Lion Air, Citilink və İndoneziya AirAsia aviaşirkətləri üçün nəzərdə tutulmuş Kertacati Beynəlxalq Hava Limanıdır. == Tarix == Havalimanı Andir kəndində müstəmləkə dövründə holland muhacirlər tərəfindən tikilmişdir. Hava limanı Andir Airfield adlandırıldı. Sonra isə Qərbi Yavadan olan İndoneziyanın qəhrəman təyyarəçisi Huseyn Sastraneqaranın adı ilə adlandırıldı.
Husi
Husilər və ya Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş dəstəyə verilən addır.Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husi yə görə verilmişdir.2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004`cü ildə silahlı ixtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Husilər
Husilər və ya Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş dəstəyə verilən addır.Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husi yə görə verilmişdir.2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004`cü ildə silahlı ixtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Huso
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Huso huso
Adi ağ balıq (lat. Huso huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin ağ balıq cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır. == Yayılması == Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır.
Hussem Aouar
Hussem Aouar (30 iyun 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Olimpik Lion === Aouar Lion akademiyası vasitəsilə inkişaf etmişdir. Aouar əsas komanda ilə debütünü 16 fevral 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə AZ Alkmaar klubu ilə qarşılaşmada Serji Darderi əvəz etmişdir. Həmin görüşdə Olimpik Lion UEFA Avropa Liqasının 1/8 final mərhələsində AZ Alkmaara 4-1 hesabı ilə qalib gəlmişdir. Aouar ilk qolunu isə bir həftə sonra cavab qarşılaşmasında vurmuşdur. Həmin görüşdə isə klubu evdə 7-1 hesabı ilə qələbə qazanmışdır. O, Liqa 1-də debütünü 16 aprel 2017-ci ildə etmiş, lakin oyun yarımçıq dayandırılmış və 3 həftə sonra qələbə Liona verilmişdir. O, Monako klubuna 2-1 hesabı ilə məğlub olduqları görüşdə son yarım saatı meydanda olmuşdur. == Şəxsi həyatı == Aouarın valideynləri Əlcəzair vətəndaşlarıdır.
Husçular
Husçular hərəkatı (həmçinin Husçu müharibələri və Bohemiya müharibələri kimi də adlanır) — Yan Qus tərəfdarlarının 1419–1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirdiyi reformasiya xarakterli hərakat. Bu müharibələr Avropada odlu silahların həlledici rol oynadığı ilk müharibə idi. Husçu döyüşçülərinin çoxu piyadalar idi, onların daha çoxsaylı zirehli cəngavər orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr müharibələr tarixində inqilab yaratdı. Lakin sonda, bu hərəkat qəti nəticəsi olmayan hərəkat idi. == Hərəkatın yetişməsi == XIV əsrin ortalarında Çexiya kralı IV Karl (1342–1378) Müqəddəs Roma imperiyasında imperator seçildi. Çexiya bu imperiyanın tərkibində ən güclü dövlətə çevrildi. Çexiya kralı imperator seçmək hüququ almış knyazlar içərisində birinci yeri tutdu. IV Karl müharibələrə etməkdən çəkinirdi. Lakin o torpaq satın almaq, övladlarına dövlət üçün sərfəli olan nikahlar bağlatmaq yolu ilə Çexiya krallığının ərazisini genişləndirə bildi. IV Karl iri feodalların da hüquqlarını məhdudlaşdırmağa da cəhd göstərsə də, bu sahədə böyük uğur qazana bilmədi.
Husçular hərəkatı
Husçular hərəkatı (həmçinin Husçu müharibələri və Bohemiya müharibələri kimi də adlanır) — Yan Qus tərəfdarlarının 1419–1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirdiyi reformasiya xarakterli hərakat. Bu müharibələr Avropada odlu silahların həlledici rol oynadığı ilk müharibə idi. Husçu döyüşçülərinin çoxu piyadalar idi, onların daha çoxsaylı zirehli cəngavər orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr müharibələr tarixində inqilab yaratdı. Lakin sonda, bu hərəkat qəti nəticəsi olmayan hərəkat idi. == Hərəkatın yetişməsi == XIV əsrin ortalarında Çexiya kralı IV Karl (1342–1378) Müqəddəs Roma imperiyasında imperator seçildi. Çexiya bu imperiyanın tərkibində ən güclü dövlətə çevrildi. Çexiya kralı imperator seçmək hüququ almış knyazlar içərisində birinci yeri tutdu. IV Karl müharibələrə etməkdən çəkinirdi. Lakin o torpaq satın almaq, övladlarına dövlət üçün sərfəli olan nikahlar bağlatmaq yolu ilə Çexiya krallığının ərazisini genişləndirə bildi. IV Karl iri feodalların da hüquqlarını məhdudlaşdırmağa da cəhd göstərsə də, bu sahədə böyük uğur qazana bilmədi.
Hüseyn əl-Husi
Hüseyn əl-Husi (ərəb. حسين بدر الدين الحوثي‎; 1956—2004) — Yəmən zeydilərinin lideri. == Həyatı == Ənsarullah adlı hərəkatın ilk lideri olan bu şəxs Bədrəddin Husinin böyük oğludur. O 1956–2004-cü illərdə yaşayıb. Tez-tez İran və Livana səfərlər edib. Sudan respublikasında şəriət elmi üzrə ali təhsil alan Hüseyn Əl-Husi ölkədəki zeydilərlə birlikdə 1990-cı ildə Hizbul Haqq partiyasını yaradır. 1993-cü ildə ölkənin parlament seçkilərində yüksək səs toplayaraq, məclis üzvü olur. Lakin 1997-ci ildə siyasi səbəblərdən deputat mandatından imtina edərək, Husilər hərəkatını yaradır. 2004-cü ildə ABŞ və İsrail əleyhinə apardığı təbliğatlar nəticəsində hakimiyyətin təzyiqi ilə qarşılanır. Həmin il Yəmən ordusu və Husilər arasında qarşıdurma yaşanır.
Mohammed Hussein Hasan Zaroug
Mohammed Hussein Hasan Zaroug — Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Noor Husin
Noor Husin (3 Mart 1997-ci ildə Əfqanıstanın Məzari-Şərif şəhərində anadan olub) — Liqa 2 təmsilçilərindən olan Notts Kaunti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Əfqanıstan futbolçusudur. == Karyerası == === Ridinq === Husin hələ uşaq olarkən Əfqanıstanda baş verən müharibəyə görə ailəsi İngiltərəyə köçməyə məcbur olmuşdur. Husin burada Ridinqin akademiyasında futbol oynamağa başlamışdır. 2015-ci ilin oktyabr ayının ortalarında Husin Hemel Hemstid Taun klubuna icarəyə verildi. 2016-cı ilin yanvar ayında yenidən Ridinq klubuna geri döndü. 2015-16 mövsümünün sonunda Husin Ridinq klubunu tərk edəcəyini açıqladı. === Kristal Palas === Ridinq klubunu tərk etdikdən sonra Husin 2016-cı ilin yayında Kristal Palas klubu ilə müqavilə imzaladı.31 yanvar 2017-ci ildə Husin Liqa 2 təmsilçilərindən olan Akkrinqton Stenli klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Husin klubu ilə debütünü 4 fevral 2017-ci ildə Notts Kaunti klubu ilə oyunda etmişdir. Husin debüt oyununda qolla yadda qalmışdır. === Notts Kaunti === 12 yanvar 2018-ci ildə Husin Liqa 2 təmsilçilərindən olan Notts Kaunti klubu ilə 18 aylıq müqavilə imzalamışdır.
Qazi Husrev bəy mədrəsəsi
Qazi Husrev bəy mədrəsəsi (bosn. Gazi Husrev-begova medresa) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yerləşən mədrəsə. Mədrəsənin əsası 1537-ci ildə Qazi Husrev bəy tərəfindən qoyulmuşdur. Bosniya və Herseqovinada ən qədim təhsil ocaqlarından hesab edilir. == Tarixi == Qazi Husrev bəy XVI əsrin birinci yarısında Bosniya sancağının sancaqbəyi olmuşdur (1480—1541). O, Sarayevo şəhərinin infrastrukturuna öz töhfəsini vermişdir. 8 yanvar 1537-ci ildə Qazi Husrev bəy şəhərdə mədrəsə təşkil etmişdir. Hazırda mədrəsə onun adınını daşıyır. Mədrəsənın binası çoxbucaqlıdır. Onun orta hissəsi sinif otaqları üçün ayrılmışdır.
Sadiq Huseyni Şirazi
Sadiq Şirazi (tam adı:ərəb. صادق الحسيني الشيرازي‎, fars. صادق حسینی شیرازی‎; 1 avqust 1942 və ya 22 avqust 1942, Kərbəla) — ilahiyyatçı alim; Seyid; Ayətullah əl-üzma == Həyatı == Sadiq Şirazi 1 avqust 1942-ci ildə (H.Q. 20.12.1360) İraqın Kərbəla şəhərində anadan olmuşdur. == Müəllimləri == O Kərbəla və Nəcəfdə oxumuşdur. Müəllimləri olmuş şəxslər: Ayətullah-əl üzma Məhdi Huseyni Şirazi. (Atası) Ayətullah-əl üzma Hacı Seyid Məhəmməd Huseyni Şirazi. (Qardaşı) Ayətullahəl-üzma Seyid Hadi Milani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Rza İsfahani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Şahrudi. Ayətullahəl-üzma Hacı Şeyx Məhəmməd Sidqi Mazandarani.
Tofiq Huseyn
Tofiq Hüseyn, Tofiq Yadulla oğlu Hüseynov - Azərbaycan şairi, publisist, Azərbaycanın Əməkdar Jurnalisti, “Tərəqqi” medalına layiq görülüb (2005). == Həyatı == Hüseyn Tofiq Yadulla oğlu 1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kənddində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universtitetini bitirəndən sonra təyinatla Əli Bayramlı şəhərinə göndərilib, burada çıxan “İşıq” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. Şöbə müdiri, məsul katib vəzifələrində işləyib. 1990-cı ildə alternativ Əli Bayramlı Şəhər Sovetinə deputat seçilib. 1991-cı ildə yeni yaradılan Hacıqabul rayonunda “Hacıqabul” qəzetinin ilk baş redaktoru təyin olunub. 1993-cı ildə “Həyat”qəzetinin cənub bölgəsində, 1997-cı ildən hal-hazıra kimi “Respublika” qəzetinin Muğan-Şirvan bölgəsində xususi müxbir kimi çalışır. Mətbuatda səmərəli fəaliyyətinə görə 2005-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2013-cü ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. == Ədəbi fəaliyyəti == Ədəbi fəaliyyətə 1964-cı ildə ADU-nun “Lenin tərbiyəsi uğrunda“ qəzetində dərc olunan “Yarpaq “şeiri ilə başlayıb. 1965-cı ildə Xəlil Rza Ulutürkün “Uğurlu yol” u ilə Masallı rayon qəzeti “Çağırış” da dərc olunan sil-silə şeirləri ədəbi iştimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Xalid Huseyni
Xalid Hüseyni (ing. Khaled Hosseini, fars. خالد حسینی‎; 4 mart 1965[…], Kabil) — Əfqan əsilli ABŞ yazıçısı və həkimi. == Həyatı == Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabildə diplomat ailəsində anadan olmuşdur. O, ailəsi ilə birlikdə əvvəlcə Fransaya köçüb, daha sonra 1980-ci ildə ABŞ-dən siyasi sığınacaq alaraq ora köçmüşdür. Gənc yaşlarından Amerikanın Kaliforniya Ştatında məskunlaşan Xalid hazırda Şimali Kaliforniyada yaşayır. Evlidir, iki övladı var.Xalid Hüseyninin ilk əsəri "Çərpələng uçuran" romanıdır. == Kitabları == Çərpələng uçuran (ing. The Kite Runner, 27 may 2003) Min möhtəşəm günəş (ing. A Thousand Splendid Suns, 22 may 2007) [1] Və dağlardan səda gəldi (ing.
Yəməndə husi çevrilişi
Yəməndə husi çevrilişi — 2014-cü ilin 19 sentyabr tarixindən etibarən Yəməndə başlamış siyasi böhran və böhranın ardından ölkədə vətəndaş qarşıdurması ilə müşahidə edilən dövlət çevirilişi. Ölkədə baş verən qarşdurmanın 2015-ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istefa vermək məcburiyyətində qalmışdır. Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir. Salehin dönəmində onun əsas silahdaşlarından sayılan və vitse-prezident vəzifəsini icra etmiş Mənsur Hadinin hakimiyyətə gətirilməsi ölkə daxilində sabitliyin bərpa edilməsində yetərli olmadı. Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdir.
Əbdülmalik əl-Husi
Əbdülmalik əl-Husi (ərəb. عبد الملك الحوثي‎) (1 yanvar 1979) — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. == Həyatı == Hüseyn Bədrəddin əl-Husinin qardaşı olan Abdulmalik əl-Husi 1979-cu ildə dünyaya gəlib. Özəl təhsil müəssisəsində dərs almış Abdulmalik ailəsinin elimi təcrübəsindən bəhrələnərək, 13 yaşında atası tərəfindən Əllamə kimi elmi ada layiq görülüb. O 2004-cü il hadisələrində mübarizə meydanında qardaşının yanında önəmli yer tutub. 2004-cü il hadisələri bir müddət sonra yenidən təkrarlanır. 2005-ci ildə Yəmən hökuməti Husilərə qarşı təhdid siyasəti yürüdür. Belə ki, həmin ildə baş vermiş qiyamda 700 nəfər öldürülür, 2708 nəfər yaralanır. O zaman hərəkatın başında duran Abdullah Ayza ər-Rezami təslim olmaq məcburiyyətində qalır. Heç şübhəzis, Yəmən və Bəhreyn qiyamları həm İran, həm də Hizbullah ilə möhkəm mənəvi bağlılığı var.
Elseid Husay
Elseid Husay (2 fevral 1994, Şkoder) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Latsio" və kapitanı olduğu Albaniya millisində sağ cinah müdafiəçisi kimi çıxış edir. Husay müdafiənin hər iki cinahında oynaya bilir. == Karyera == Elseid anadan olandan iki ay sonra atası Gezim, 1990-cı illərdə iş və daha yaxşı həyat dalınca İtaliyaya köçən bir çox alban kimi İtaliyaya mühacirət edir. Elseidin özü anası və nənəsi ilə Şkoderdə qalır. Gezim Husay, İtaliyada futbol agenti Marco Pikkioli ilə görüşərək oğlunun oyununa baxmağı təklif etdi, lakin Elseidin cəmi 10 yaşı olduğu üçün Pikkioli Gezimə gözləməyi tövsiyə edir. Elseidin 14 yaşı tamam olanda İtaliyaya gedir və Pikkiolinin köməyi ilə, "Fiorentina" klubuda daxil olmaqla bir neçə baxışdan keçir, ancaq ona real maraq göstərən yalnız "Empoli" klubu olur. === Empoli === Hüsay "Emploi"nin əsas heyətinə ilk dəfə 2011/12 mövsümündə dəvət edilir və 9 oktyabr 2011-ci ildə "Empoli"nin "Varese" ilə qarşılaşmasında adı oyunun iştirak ərizəsinə daxil edilir. Ancaq Husay bu oyunda meydana çıxmır. Husay peşəkar səviyyədə ilk oyununu, 24 noyabr 2011-ci ildə İtaliya Kubokunda "Fiorentina"ya qarşı oyunda keçirdir.2012/13 mövsümundən başlayaraq futbolçu "Empoli"nin əsas heyət oyunçusuna çevrilir.
Astragalus husseinovii
Hüseynov gəvəni (lat. Astragalus husseinovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Təbiətdə 35-45 sm hündürlüyünə boy verən kolcuqdur. Yarpaqları 4-5 cüt dar-xətvarı yarpaqcıqlardan təşkil olun¬muşdur. Paxlasının saplağı 3 mm uzunluqda olub yatıq ağ parlaq tüklüdür. Paxlasının uzunluğu 3,5 sm eni isə 3-4 mm ola bilir. May ayında çiçəkləyir, iyul-avqust ayları arasında meyvə verir. == Ekologiyası == Daşlı yamaclarda daha çox rast gəlinir. Təbiətdə toxum vasitəsilə çoxalır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2018 •••••••••••••••••••• 0.15

"hus" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hus nədir? #hus sözünün mənası #hus nə deməkdir? #hus sözünün izahı #hus sözünün yazılışı #hus necə yazılır? #hus sözünün düzgün yazılışı #hus leksik mənası #hus sözünün sinonimi #hus sözünün yaxın mənalı sözlər #hus sözünün əks mənası #hus sözünün etimologiyası #hus sözünün orfoqrafiyası #hus rusca #hus inglisça #hus fransızca #hus sözünün istifadəsi #sözlük