* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Tələb. [Ağamərdan:] Siz də mənim yerimə razı olub, hakimi-şər yanına adam göndərib bildiribsiniz ki, Hacı Qafur tapşırdığı pulu onun bacısına verməsin ki, onunla iddianız var. M.F.Axundzadə. □ İddia etmək (eləmək) – tələb etmək, istəmək. …O səbəbə Xudayar bəy Zeynəbi boşamazdı ki, qorxurdu şərir adamların birisi Zeynəbi ala və başlaya Xudayar bəydən səğirlərin mal-mülkünü iddia eliyə. C.Məmmədquluzadə. Səfər qardaşının qanını bütün kənddən iddia edirdi. S.S.Axundov. 2. Haqlı-haqsız bir fikrin üstündə inad etmək, bir şeyi başqalarına da qəbul etdirməyə çalışmaq. Mirzə Cəlil iddia edirdi ki, Pəri arvadın dili baldan şirin, xasiyyəti çox mülayimdir. Ə.Vəliyev. 3. Özünə isnad etdiyi bir keyfiyyətin, sifətin başqaları tərəfindən də qəbul və təsdiqinə çalışma, özü haqqında böyük fikirdə olma. İddiası böyükdür. Böyüklük iddiasında olmaq. Çirkin olduğu halda gözəllik iddiasındadır. İgidlik iddiasında olmaq. – Seyr edib boş iddiadan başqa bir şey görmədim. H.Cavid. İddiaya (…iddiasına) düşmək – …xəyalına düşmək, xəyalında olmaq, …xəyalından keçmək, …iddiasında olmaq. Firontək iddiayə düşsəm nə əcəb; Çox zövqlidir abü havası Misrin. S.Ə.Şirvani. Bu bir Allah vergisidir ki, hər qələm əhlinə nəsib olmaz, hər ədiblik iddiasına düşəni məsud qılmaz. F.Köçərli. [Nemət kişi:] Bu cür qəhrəmanlıq iddiasına düşənin yəqin kəlləsi boşdur. M.Hüseyn. 4. Lovğalıq, təşəxxüs, təkəbbür, özünü yüksək tutma. □ İddia eləmək (satmaq) – lovğalanmaq, təşəxxüslənmək. İddia eləmə, Vahid, quru bir canın var; Onu da sən gərək öz yarına qurban edəsən. Ə.Vahid. ◊ İddiası yerə-göyə sığmamaq – çox lovğa, təşəxxüslü, özü barəsində çox böyük fikirdə olan adam haqqında. [Salmanın] ağardığını, əl-ayağa düşdüyünü görən Şirzad düşündü: iddiası yerə-göyə sığmırsa da, özü yaman qorxaqdır. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / iddia2 ə. 1) bir işə qalxma; 2) tələb, istək, dilək; 3) təşəxxüs, lovğalıq; 4) mənəmlik; 5) bir fikrin doğru olub-olmadığını təsdiq etmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / iddia3 1) nəyə isə mülkiyyət hüququnun bildirilməsi; 2) kreditorun, alıcının, müştərinin borcunun qaytarılması, zərərin ödənilməsi, alınan əmtəədə yaxud görülən işdə aşkarlanan qüsurların aradan qaldırılması haqqında ərizə; 3) kreditorun hüquqlarının pozulması ilə bağlı yaranan mübahisənin könüllü nizamlanması haqqında kreditorun borc alana ünvanladığı tələb; 4) məhkəmə, yaxud arbitraj qaydasında iddiaçının cavabdehə qarşı irəli sürdüyü, təqdim etdiyi və onlar arasında bağlanmış müqavilənin şərtlərinə, yaxud iddiaçının qanundan irəli gələn hüquqlarına əsaslanan tələb; 5) pozulmuş və ya mübahisəli hüququn, qanunla qorunan mənafeyin müdafiəsi üçün məhkəməyə, arbitraja, yoldaşlıq məhkəməsinə və münsiflər məhkəməsinə edilən müraciət; 6) tələb; 7) haqlı-haqsız bir fikrin üstündə inad etmək, bir şeyi başqalarına da qəbul etdirməyə çalışmaq; 8) özünə isnad etdiyi bir keyfiyyətin, sifətin başqaları tərəfindən də qəbul və təsdiqinə çalışma, özü haqqında böyük fikirdə olma; 9) lovğalıq, təşəxxüs, təkəbbür, özünü yüksək tutma.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / iddia3 1. İDDİA, FORS 2. iddia bax lovğalıq 3. iddia bax tələb
Azərbaycan dilinin sinonimlər lüğəti / iddia1 1. претензия, притязание, оспаривание, требование; 2. требование, иск; 3. спесь, самомнение, чванство, гордость;
Azərbaycanca-rusca lüğət / iddia2 I сущ. 1. притязание, претензия на что-л. Ağalıq iddiası притязание на господство, alimlik iddiası притязание на ученость; ərazi iddiaları территориальные притязания 2. юрид. иск. İddia vermək предъявить иск, qarşılıqlı iddia встречный иск, ilk iddia первоначальный иск 3. утверждение, настаивание на чем-л. Əsassız iddialar необоснованные утверждения 4. высокомерие, надменность, спесивость II прил. исковой. İddia ərizəsi исковое заявление; iddia etmək, eləmək: 1. претендовать, притязать на что-л. 2. утверждать, настаивать. Əksini iddia etmək утверждать обратное, настаивать на обратном, nə iddiasına düşmək претендовать на что, iddiasında olmaq nəyin см. iddiasına düşmək; iddia satmaq важничать, вести себя высокомерно; iddiası böyükdür, iddiası yerə-göyə sığmır kimin очень высокого мнения о себе кто
Azərbaycanca-rusca lüğət / iddia1 i. pretension, claim; ~ etmək to put* in a claim (for), to pretend (to), to lay* claim (to)
Azərbaycanca-ingiliscə lüğət / iddia1 [ər.] сущ. иддя (1. тӀалаб (суддалди тӀалабзавай затӀ, кар), дяве (судда); // iddia etmək (eləmək) тӀалаб авун (тӀалаб хъувун), кӀан хьун (хкӀан хьун), тӀалабун; 2. гьахъ алаз-алачиз са фикирдин кьилел акъвазун, са затӀ масабурувни кьабулиз гуз алахъун; 3. вичин гьакъинда чӀехи фикирда хьун; // iddiaya (...iddiasına) düşmək фикирда гьатун, ...фикир аваз хьун, ...хиялдай фин; 4. дамах, лавгъавал, такабурвал, вичи-вич вине кьун; iddia eləmək (satmaq) лавгъавал авун, дамах къачун); ** iddiası yerə-göyə sığmamaq гзаф лавгъа, кьама ялар авай, вичин гьакъинда гзаф еке фикирда авай касдин гьакъинда.
Azərbaycanca-ləzgicə lüğəti / iddia