* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] klas. Haqsız təhqir, haqsızlıq. Çox yetər əğyardən cövrü ihanət könlümə. M.P.Vaqif. Aşmışdı hələ həddini kəndlərdə rəzalət; Hər yanda təcavüzdü, ihanətdi, həqarət! Ə.Nəzmi.
Azərbaycan dilinin izahlı lüğəti / ihanət2 ə. təhqir etmə; alçal(t)ma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ihanət