* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Toxunma şeylərin (xalça, corab, parça və s.-nin) ayrı-ayrı halqaşəkilli düyünləri. İlmə salmaq. İlmə vurmaq. – Ustabaşı kənarda durub … təlimat verir, qabarlı əllər ilmə düyürdü. Çəmənzəminli. Qız keçib dəzgah arxasında oturdu, barmaqları ilk ilmələri vurarkən gözlərində dərhal, bir zaman nanəli dərədə gördüyü çiçəklərin xəyalı hərəkətə gəlib canlandı. Ə.Məmmədxanlı. Onun hər ilməsində, hər xalında və hər gülündə Hikmətin ağ və möhkəm barmaqları görünürdü. Mir Cəlal. 2. Kisə kimi şeyləri açıb-bağlamaq, asmaq üçün qaytan. Ondan çantanın ilməyini qoluna taxmağı xahiş etdi. Ə.Əbülhəsən. // bax ilgək 1-ci mənada. Yaxamın ilməsi yox; Qırılıb düyməsi yox: Məni qoyub gedəli; Üzümün gülməsi yox. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / ilmə2 сущ. петля: 1. см. ilgək 2. нитяное колечко, образующееся при вязании, плетении. İlməni sökmək (açmaq) спустить петлю
Azərbaycanca-rusca lüğət / ilmə1 i. noose, loop; boğazını ~yə salmaq to put* one’s neck in the noose; Təyyarə göydə ilmə vurdu The plane made a loop in the sky
Azərbaycanca-ingiliscə lüğət / ilmə1 сущ. 1. кваг; 2. ханжакӀ; багъ, къайтан (мес. киседин, гьебедин сив ахъайиз кӀевун патал).
Azərbaycanca-ləzgicə lüğəti / ilmə