İlkə Özyüksəl
İlkə Özyüksəl (türk. İlke Özyüksel) — Türkiyə müasir beşnövçülük idmançısı, Olimpiya Oyunlarının iştirakçısı.
İlkə Özüksəl 26 fevral 1997-ci ildə Ankarada anadan olub. Onun atası İlkə anadan olanda təqaüdçü, anası isə məktəbdə məsləhətçi işləyirdi. Ana 15 yaşında göz hipertoniyası səbəbindən görmə qabiliyyətini itirir. Görmə qüsurlu olmasına baxmayaraq, onun anası ali təhsil alır və eyni zamanda ən uğurlu tələbə olur.
Doğuşdan iki həftə sonra İlkə ağır xəstələnir. Həkimlər əvvəlcə xərçəngdən şübhələndilər, lakin üç günlük konfrans üçün Türkiyədə olan ABŞ-da yaşayan başqa bir mütəxəssis ona müalicə edilmədikdə ölümlə nəticələnə bilən infantil hemangioma diaqnozu qoyur. İlkə lazer terapiyası keçirir və sağ qala bilir. O, beş damar əməliyyatı keçirmək məcburiyyətində qalır.