imperiya sözü azərbaycan dilində

imperiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • imperiya • 88.6827%
  • İmperiya • 11.3173%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

imperiya sözünün leksik mənası və izahı

  • 1 [lat.] 1. Başında imperator duran monarxist dövlət. 2. İri imperialist müstəmləkəçi dövlət. Britaniya imperiyası. – 1905-ci il inqilabı Rusiya imperiyasında yaşayan bütün xalqların həyatında yeni dövr açdı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / imperiya

imperiya sözünün etimologiyası

  • 1 Əvvəllər latın dilində istənilən hərbi birləşmənin komandiri “imperator” adlanırdı. Tədricən bu söz baş komandan mənasında işlənməyə başladı. E.ə. 31-ci ildən Oktavian Sezar Romanın mütləq hakimi oldu. O həmçinin özünü Avqust adlandırmağa başladı. Ancaq bir çox titul və vəzifələrdən ən əhəmiyyətlisi “imperator” sayılırdı. Oktavian Sezar Roma ordusunun baş komandanı idi və məhz bu onun özünü qüdrətli, hakimiyyətini isə sarsılmaz edirdi. Bu səbəbdən də Avqustun tətbiq etdiyi idarəçilik üsulu imperiya adını aldı. 476-cı ildə imperiyanın qərb hissəsi dağılsa da, şərq hissəsi hələ də mövcud idi. Konstantinopolda özünü Roma imperatoru adlandıran padşahlar 1453-cü ilədək hökmranlıq etdilər. Qərbdə bu titulu 800-cü ilədək – Roma papası Böyük Karlı imperator elan edənədək tanımadılar. Romalılar bir çox qeyri-Roma xalqlarını idarə etdiklərindən indi tərkibinə əhalisi ayrı dildə danışan və ayrı mədəniyyətə mənsub olan bir neçə ölkənin daxil olduğu dövlət imperiya hesab olunur. Başqa dildə danışan və başqa mədəniyyətə aid olan ölkələri idarə etmək üçün əlindən gələni edən dövlətin siyasəti isə imperialist siyasət, ya da sadəcə, imperializm adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / imperiya

imperiya sözünün rus dilinə tərcüməsi

  • 1 истор. I сущ. империя: 1. крупное монархическое государство, главой которого является император. Roma imperiyası Римская империя 2. крупная империалистическая колониальная держава с её владениями. Britaniya imperiyası Британская империя II прил. имперский. İmperiya siyasəti имперская политика

    Azərbaycanca-rusca lüğət / imperiya

imperiya sözünün inglis dilinə tərcüməsi

imperiya sözünün fransız dilinə tərcüməsi

imperiya sözünün ləzgi dilinə tərcüməsi

"imperiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#imperiya nədir? #imperiya sözünün mənası #imperiya nə deməkdir? #imperiya sözünün izahı #imperiya sözünün yazılışı #imperiya necə yazılır? #imperiya sözünün düzgün yazılışı #imperiya leksik mənası #imperiya sözünün sinonimi #imperiya sözünün yaxın mənalı sözlər #imperiya sözünün əks mənası #imperiya sözünün etimologiyası #imperiya sözünün orfoqrafiyası #imperiya rusca #imperiya inglisça #imperiya fransızca #imperiya sözünün istifadəsi #sözlük