imperiyası sözü azərbaycan dilində

imperiyası

Yazılış

  • imperiyası • 77.8630%
  • İmperiyası • 22.1370%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hsia imperiyası
Hsia imperiyası, Sya (407-431) — öz adını əfsanəvi Hsiadan alan hun dövləti.
Hun İmperiyası
Karolinq imperiyası
Karolinq imperiyası VIII-IX əsrlərdə Frank mənşəli Karolinqlər sülaləsinin hökmdarları tərəfindən idarə olunan paytaxtı Mets adlı bir şəhər olan imperiyadır. Sülalənin ən görkəmli üzvü olan Böyük Karl dövründə, Karolinq imperiyasının sərhədləri, indiki Fransa, Almaniya, Şimali İtaliya, Hollandiya, Belçika və İsveçrə də daxil olmaqla, Qərbi və Mərkəzi Avropanın əksər hissəsini əhatə edirdi. Karolinq imperiyası, daha sonra qurulacaq Müqəddəs Roma İmperiyasının başlanğıcı hesab edilə bilər. Karolinq dövrünün simvolu Axen kilsəsidir == Karolinq sülaləsinin yaranması == Şimali Qalliya mənşəli saray mayordromu Karl Martell (714-741), sonra isə oğlu Gödək Pipin Karolinq sülaləsinin ilk kralları hesab edilirlər. O dövrdə franklar Merovinqlər sülaləsindən olan padşahlar tərəfindən idarə olunurdu. Bu iki Karolinq sülaləsinin zadəganları bölgə rəhbərləri ilə apardıqları mübarizədə uğur qazansalar da, Merovinq padşahlarını məhv etməyə müvəffəq ola bilmədilər. Ancaq Papa Pipinin kral olmasının daha məqbul olduğunu bildirdi. Pipin 751-ci ildə Papa tərəfindən xeyir-dua aldı. Bununla Karolinq sülaləsi quruldu. 756-cı ildə Pipin Lanqobardların əlindəki İtaliyaya ekspedisiya təşkil etməklə Papaya Mərkəzi İtaliyanın şəhərlərinə vermək istədi; beləliklə də Papa dövlətinin təməli qoyuldu.
Khmer imperiyası
Khmer İmperiyası (khm. ចក្រភពខ្មែរ, Çakrphup Khmer və ya khm. អាណាចក្រខ្មែរ, Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (khm. អាណាចក្រអង្គរ, Anaçak Anqkor) və ya hindlilər tərəfindən Kambucadeşa (hind. ख्मेर साम्राज्य) — IX–XV əsrlərdə indiki Kamboca, Vyetnam, Tayland və Laos ərazisində hökmranlıq etmiş feodal khmer buddist dövləti. Keçmiş Bapnom və Çenla krallıqlarının süqutu ilə yaranan imperiya Cənub-şərqi Asiyanın əksəriyyətini və Cənubi Çinin bir hissəsini idarə edirdi. Dövlətin ən böyük irsi onun paytaxtı Anqkor şəhəri idi. Şəhərin Anqkor Vat və Bayon kimi tikililəri Khmer İmperiyasının ucsuz-bucaqsız güc və zənginliyinin, valehedici incəsənət və mədəniyyətinin, memarlıq üslublarının, estetik nailiyyətlərinin və əsrlər boyu qoruyub-saxladığı müxtəlif inanc sistemlərinin rəmzidir. Süni peyklərdən əldə edilən şəkillər Anqkor şəhərinin sənaye inqilabından əvvəlki dünyanın ən böyük şəhəri olduğunu sübut edir. Khmer İmperiyasının yaranma tarixi 802-ci il götürülür.
Kidar imperiyası
Kidar imperiyası - 300-cü illərdə yaradılmış və 500-cü illərədək hakimiyyət sürən Hun dövlətidir. == Tarixi == 330-cü ildə Şi Lenin Xan Çao dövlətini dağıtması ilə birlikdə hunlar qərbə köçərək Əfqanıstan torpaqlarına qədər gəldilər. Hunların Ki qəbiləsi tərəfindən Kidarlar Uar tayfası üzvləri idilər. Kidara hökmdarı Qrumbat haqda Roma tarixçisi Marselli Ammian "Grumbates Chionitarum rex novus " adı ilə bəhs edir. Bu "Hunların yeni hökmdarı Qrumbat" deməkdir. Kidaraların Hun dövləti olmasına başqa bir sübut da yunanların onlara "Ounnoi Kidaritai" (Kidar Hunları) adı verməsidir. Qrumbat II Şapurun müasiri olmuş, onunla müharibələr aparmışdır. II Kidara isə Kuşan İmperiyasını darmadağın edərək öz torpaqlarına birləşdirmişdi. Tarixləri haqda çox məlumat qalmasa da hökmdarların adları numizmatik dəlillərlə mövcuddur. Kidarlar həm də Qırmızı Hunlar kimi də tanınır.
Koreya imperiyası
Koreya İmperiyası (kor. 대한 제국 Dehan Jequk)— 1897-ci ildə Kvanqmu Bərpasından 1910-cu ildə Koreyanın Yaponiya ilhaqına qədər Koreyanın adı. Yeni ad suverenliyini vurğulamaq və qədim Koreyanı Samxan dövlətləri ilə bənzətmək üçün Çoson krallığının 500 il boyu idarə etdiyi dövlətə verildi. == Tarixi == === Ümumi məlumat === Çoson sülaləsinin idarə etdiyi Koreya(1392-1897) diplomatik səbəbdən Çosonun Kral tərəfindən Çindən asılı olmayaraq idarə olunduğuna görə, Tzin sülaləsindəki Çinin (1636-1912) bir müştəri səltənəti idi. XIX əsrin sonlarında Koreyanı təsir dairəsinə almaq uğrunda Koreya Tzin və Yaponiya arasındakı münaqişə zonasına çevrildi. Birinci Çin-Yapon müharibəsi Çoson dövlətinin münaqişə döyüşlərinin özünün Koreya torpağında və ətraf dənizlərdə aparıldığı üçün xarici müdaxilələrə qarşı saxladığı hər hansı bir gücün sürətlə azalmasına gətirdi. Silinən və zəif Tzin sülaləsi üzərində yeni bir üstünlük qazanması ilə Yaponiya nümayəndələri Şimonoseki müqaviləsini Tzin ilə müzakirə etdi. Müqaviləni imzalamaqla, Rusiyanın cənub genişlənməsinin qarşısını almaq üçün hazırlanmış bir addım, Yaponiya Lyaodun yarımadasını Tzindən almaq və daha da önəmlisi Koreya üzərində nəzarət etmək üçün yarışdı. Ancaq Rusiya bu razılaşmanı Çinin şimal-şərqindəki maraqlarına qarşı bir hərəkət kimi tanıdı və nəticədə Fransa və Almaniyanı Lyaoudun yarımadasının Tzinə qaytarılması lazım olduğunu söylədi. Bu zaman Yaponiya, xüsusilə daha inkişaf etmiş hesab etdiyi və təqlid etmək istədiyi millətlər tərəfindən bu cür xarici təzyiqlərə qarşı çıxa bilmədi və Lyaodun yarımadasına iddiasından imtina etdi.
Kuşan imperiyası
Kuşan dövləti və ya Kuşan padşahlığı (q.yun. Βασιλεία Κοσσανῶν; Baktriya dili: Κυϸανο, Kuşano) Bizim eranın I-III yüzilliklərində Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan ərazilərində mövcud olmuş qədim dövlət. Əhalisi əsasən kuşanlardan ibarət idi. == Tarixi == Dövlətin qurucusu, ilk dəfə İmperator unvanı alan Kucula Kadfiz idi. Kucula, qısa müddətdə, hakimiyətini, Yüeçi qəbilələrinə qəbul etdirdi. Kuculanın ölümünə qədər Kuşan dövləti, Hinduquşun o tərəfindəki Taksilaya (bugünkü Ravalpindi) qədər yayılmışdı. Kuculanın ölümündən sonra yerinə keçen Vima dönəmində də, kuşanların genişləmesi davam etdi. Hindistanda Mathuraya qədər olan bölgələr, Kuşanların hakimiyətinə daxil oldu. Kuşan dövləti, ən parlaq zamanını I Kanişka dönəmində (78-144) yaşadı. Kanişkadan sonra başa keçən hökmdarlar dönəmində Kuşanlar, Ağ Hunların hakimiyəti altına girdi.
Kxmer imperiyası
Khmer İmperiyası (khm. ចក្រភពខ្មែរ, Çakrphup Khmer və ya khm. អាណាចក្រខ្មែរ, Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (khm. អាណាចក្រអង្គរ, Anaçak Anqkor) və ya hindlilər tərəfindən Kambucadeşa (hind. ख्मेर साम्राज्य) — IX–XV əsrlərdə indiki Kamboca, Vyetnam, Tayland və Laos ərazisində hökmranlıq etmiş feodal khmer buddist dövləti. Keçmiş Bapnom və Çenla krallıqlarının süqutu ilə yaranan imperiya Cənub-şərqi Asiyanın əksəriyyətini və Cənubi Çinin bir hissəsini idarə edirdi. Dövlətin ən böyük irsi onun paytaxtı Anqkor şəhəri idi. Şəhərin Anqkor Vat və Bayon kimi tikililəri Khmer İmperiyasının ucsuz-bucaqsız güc və zənginliyinin, valehedici incəsənət və mədəniyyətinin, memarlıq üslublarının, estetik nailiyyətlərinin və əsrlər boyu qoruyub-saxladığı müxtəlif inanc sistemlərinin rəmzidir. Süni peyklərdən əldə edilən şəkillər Anqkor şəhərinin sənaye inqilabından əvvəlki dünyanın ən böyük şəhəri olduğunu sübut edir. Khmer İmperiyasının yaranma tarixi 802-ci il götürülür.
Latın imperiyası
Latın İmperiyası və ya Konstantinopol Latın İmperiyası — 1204-cü ildə Dördüncü Səlib Yürüşü nəticəsində Konstantinopolun işğalı ilə qurulmuş dövlət. Səliblərin Romaniya adlandırdığı bu dövlət 57 il ayaqda qalmış, 25 iyul 1261-ci ildə Nikeya imperatoru VIII Mixael Konstantinopolu işğal etdikdən sonra, imperiya süqut etmişdir.
Maday imperiyası
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.
Makedoniya İmperiyası
Makedoniya imperiyası (Yun. Μακεδονία) — Balkan yarımadasında qədim yunan dövlət. == Tarix == == İmperiya == Makedoniyalı İsgəndər, Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi oldu. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxdı. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirdi. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs aldı. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırıldı və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə eddi. E.ə.
Mali imperiyası
Mali imperiyası — Qərbi Afrikada XIII–XIV əsrlərdən mövcud olmuşdur. Tumbuktu şəhəri Mali imperiyasının şərqə açılan qapısı idi. XIV əsrdən başlayaraq Mali imperiyası ərəb ölkələri ilə geniş ticarət əlaqələri yaratmışdır. Ölkədən qızıl və qul ixrac edilir, əvəzində duz, parça, kitab və s. alınırdı. Həmin dövrdə ölkəyə çoxlu ərəb ziyalısı və səyyahı axışıb gəlirdi. Yerli hökmdarların dəvət etdikləri ərəb ziyalıları ölkədə müsəlman dininin yayılmasına və dini müəssisələrin yaradılmasına kömək edirdilər. XVI əsrdən etibarən Mali imperiyası tənəzzül etməyə başlamışdır. == İstinadlar == == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 3–4.
Maratha İmperiyası
Maratha İmperiyası, Maratx dövləti və ya Maratha konfederasiyası (marathi मराठा साम्राज्य) — 1674-1820-ci illərdə mövcud olmuş və əsası Maratxlar sülaləsindən olan Şivaçi tərəfindən qoyulmuş dövlət. Onun ərazisi indiki Hindistanın Maxaraştra ştatına uyğun gəlir. == Tarixi == 1674-cü ildə Maratx kəndlilərinin çıxışı Şivaçinin başçılıq etdiyi Maratx dövlətinin yaradılması ilə nəticələndi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əhməd şah müstəqil Əfqan dövlətinin əsasını qoydu. Bu zaman Maratx dövləti Hindistanda ən böyük siyasi qüvvəyə çevrilmişdi və ümumhindistan miqyasında hegemonluğa can atırdı. 1759—1761-ci illərdə Hindistan uğrunda Əfqan-Maratx müharibəsi baş verdi. 1761-ci ilin yanvarın 14-də Panipat döyüşü müharibənin sonu oldu. Məğlub olan Maratx dövləti bir daha özünə gələ bilmədi. Panipat döyüşü həm də Böyük Moğol İmperiyasının süqutu demək idi. Lakin əfqanlar ölkədə möhkəmlənə bilməyib buranı tərk etdilər.
Mauriya imperiyası
Mauriya İmperiyası — Qədim Hindistanda dövlət.(e.ə. 317-e.ə. 180-ci illər.) Paytaxtı Pataliputra, indiki Patna şəhəri. Əsası Mauriya sülaləsindən olan Çandraqupta tərəfindən qoyulan bu dövlət əsr yarım Hindistanda mövcud olmuşdu. == Şimali Hindistan E.ə. VI-IV əsrlərdə == Eramızdan əvvəl VI-IV əsrlərdə Hindistanın şimal-qərbində hələ xırda dövlət birləşmələri öz varlığını saxlayırdı. E.ə. VI əsrin sonunda bu ərazi İran Əhəməni dövlətinə birləşdirilmişdi və iyirminci satraplığa daxil idi. Hisndistanın bu vilayəti Əhəmənilərə ildə 360 talant (təxminən 9 ton) qızıl qum göndərirdi. Əhəməni dövləti zəifləyən zaman hind satraplığı tabeçilikdən çıxdı.
Monqol imperiyası
Monqol imperiyası (monq. Их Монгол Улс), köhnə mənbələrdə Monqol feodal imperiyası — XIII əsrdə yaranmış Monqol imperiyası. == Tarixi == XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207–1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219–1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.
Moğol imperiyası
Böyük Moğol İmperiyası (fars. گورکانیان‬‎, translit. Gūrkāniyān; urdu مغلیہ سلطنت‬, translit. Mughliyah Saltanat) və ya Baburlu İmperiyası (fars. امپراتوری مغولی هند‎, translit. Empīrāturī-ye Moġolī-ye Hend) — 1526–1859-cu illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
Nikeya imperiyası
Nikeya İmperiyası — IV Xaçlı yürüşü dövründə səlibçilərin 1204-cü ildə Konstantinopolu ələ keçirib burada Latın imperiyasını qurması ilə ona qarşı qurulan ortodoks, yunan dilli Bizanslı əsilzadələrin Egey dənizi sahillərində qurduqları ən böyük imperiya Nikeya imperiyası idi. İmperiya 1204–1261-ci illərdə mövcud olmuşdur. Paytaxtı Nikeya (İznik) şəhəri idi. == Yaranması və I Teodor Laskaris == Nikeya imperiyası ilə eyni zamanda Bizans torpaqlarında digər müstəqil və vassal dövlətlər yaranmışdır. Bu dövlətlər aşağıdakılardır: Adriatik dənizi sahillərində, ilk zamanlar indiki Şimali Yunanıstanı və Albaniyanı əhatə edən və sonralar Makedoniya və Qərbi Trakiyanı ələ keçirən Epir Despotluğu. Despotluğun mərkəzi Arta şəhəri idi. Qurucu Mixail Komnenos Dukas idi Anadolunun Qara dənizin şərq sahillərini əhatə edən mərkəzi Trabzon şəhəri olan Trabzon imperiyası. Trabzon imperiyasını Gürcü çarlarından dəstək alan David Komnenos və Aleksios Komnenos qardaşları tərəfindən qurulmuşdur. Bitinyada (Kiçik Asiya yarımadasının şərqi) I Teodor Laskaris tərəfindən qurulan və mərkəzi İznik (Nikeya) olan Nikeya imperiyası. Frank dövlətinin vassallığında olan Afina düklüyü Morada Açeya düklüyü Selanik krallığı Ədirnə, Şərqi Trakiya və Yunanıstanın bəzi mühüm dəniz limanları Venedik krallığına qatılmışdı.
Osmanlı imperiyası
Osmanlı imperiyası və ya Osmanlı dövləti (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.
Palmira imperiyası
Palmira İmperiyası (260–273) paytaxtı Palmirada yerləşən, 3-cü əsrin ikinci yarısında yaradılmış olan və müasir Suriya, Fələstin, Livan, Misir və Anadolunun bəzi hissələrini əhatə edən qısa ömürlü imperiyadır. Roma İmperiyasının Suriya əyalətinin qubernatoru Odaenatus qardaşı oğlu Maconius tərəfindən öldürüldükdən sonra, hakimiyyətin idarəsi onun arvadı Zenobia və oğlu Vabalathusun əlinə keçdi. Zenobia Roma imperiyasının iradəsnin ziddinə gedərək hökmranlığını və Palmiranın ərazisini Suriyanın cənubundakı Busra şəhərinə və Misirin qərbindəki ərazilərə genişləndirərək qısamüddətli Palmira imperatorluğunu yaratmışdır. Daha sonra şimalda Antakyanı aldı. Qısa müddətdə Anadolunun cənub və şərqini, Fərat və Dəclə hövzəsinin bir hissəsini, Suriya, Fələstin, Sinay yarımadasının və Misirin əhəmiyyətli bir hissəsini ələ keçirən imperiyanın Roma rəhbərliyinin diqqətini çəkməsi çox çəkmədi. 272-ci ildə imperator Aurelian itirilmiş torpaqları geri almaq üçün Palmira səfərinə çıxdı. Şərqdə hərtərəfli hərbi əməliyyatlara başlayan imperator qısa müddətdə Antakya və Homs şəhərlərini ələ keçirərək Palmiraya çatdı və Sasanilərə sığınmaq üzrə olan Kraliça Zenobiya və oğlunu sağ-salamat əsir götürüb İtaliyaya apardı. Bu əsnada dağıdılmayan şəhərdə 273-cü ildə üsyanlar başlayanda imperator Aurelian yenidən Palmiraya gəldi və bu dəfə əsgərlərinəə şəhəri qarət etməyə icazə verdi. Bu dağıntı Palmira şəhərinin dağılmasına səbəb olmuş, bundan sonra şəhər köhnə günlərinə heç vaxt qayıda bilməmişdir. Şəhər imperiya tərəfindən Roma əsgərlərinin legionlarının qalacağı hərbi bazaya çevrilmişdir.
Portuqaliya imperiyası
Portuqaliya imperiyası (port. Império Português) — tarixdə birinci qlobal imperiya.
Qalliya imperiyası
Qalliya imperiyası və ya İmperium Galliarum eramızın 3-cü əsrində Roma İmperiyasının şimal sərhəddində germanların hücumlarına reaksiya olaraq eramızın 260–274-cü illəri arasında qurulmuş Roma əyalətləri olan Aşağı Germania, Yuxarı Germania, Rhaetia, Galliya, Britaniya və İspaniyaya əyalətlərindən ibarət olan və Romaya sadiq müvəqqəti hərbi imperiyadır. Romaya sadiq qalmasına baxmayaraq, üsyançı kimi qəbul edilən Postumus, imperiyanın ilk paytaxtı Kölndə əsgərləri tərəfindən taclandırılmışdır. Paytaxt daha sonra Kölndən Trierə köçürülmüşdür. Aurelianus Châlons döyüşündə I Tetricusu məğlub etdikdən sonra Qalliya İmperiyası eramızın 274-cü ilində yenidən Roma İmperatorluğunun tərkibinə daxil edilmişdir. == Qalliya imperiyası hökmdarları == == Əlavə ədəbiyyat == Lothar Bakker: Der Augsburger Siegesaltar. In: Badischen Landesmuseum Karlsruhe (Hrsg.): Imperium Romanum. Römer, Christen, Alamannen. Die Spätantike am Oberrhein. Theiss, Stuttgart 2005, ISBN 3-8062-1954-0, S. 96–101. John F. Drinkwater: The Gallic Empire.
Qana İmperiyası
Qana İmperiyası — İndiki cənub-şərq Mavritaniya və qərbi Malidə yerləşirdi.
Qupt İmperiyası
Qupta imperiyası — Təqribən 320–570-ci illərinə qədər Hindistanda mövcud olmuş imperiya. Ərazisi indiki Şimali və Mərkəzi Hindistan, Pakistan və Banqladeşin bəzi torpaqlarını əhatə edirdi. Qupta imperiyası dövrü Hindistanın qızıl çağı adlandırılır. == İmperiyanın yaranması, inkişafı və süqutu == Qupta soyadı 4–5 əsrlərdə Şimali Hindistanın böyük hissəsinə hakim olan imperiya ailəsi ilə Hindistan tarixində həkk edilmişdir. Lakin, Qupta adının bi ailə və ya klan adı olaraq çox qədim tarixə gedir. Buna ən məşhur nümunə Mauriya İmperiyası qurucusu Çandraqupta Mauriya və Aşokanı Buddizmə çevirən keşiş Upaqupta, sonrakı dövrlərdə isə Satavahana zamanında Pariqupta, Sivaqupta, Sivaskandaqupta kimi bəzi məmur adlarıdır. Prakrit dilindəki Qotiputa, Sanskritdəki Gautiputranın qarşılığıdır. Gotiputa Qupta ailəsinə məxsus bir qadının oğludur. Qotiputa adı imperiyadan əvvəl qayalardakı yazılarda azı 12 dəfə yazılmışdır. Bu yazıların analizi, Quptaların, Şimali Hindistanın və Dəkkən yaylasının müxtəlif bölgələrinə aid olduqlarını və fərqli peşələrlə (çatmış, keşiş, döyüşçü, yazar, zərgər və s.) məşğul olduqlarını göstərir.
Qupta imperiyası
Qupta imperiyası — Təqribən 320–570-ci illərinə qədər Hindistanda mövcud olmuş imperiya. Ərazisi indiki Şimali və Mərkəzi Hindistan, Pakistan və Banqladeşin bəzi torpaqlarını əhatə edirdi. Qupta imperiyası dövrü Hindistanın qızıl çağı adlandırılır. == İmperiyanın yaranması, inkişafı və süqutu == Qupta soyadı 4–5 əsrlərdə Şimali Hindistanın böyük hissəsinə hakim olan imperiya ailəsi ilə Hindistan tarixində həkk edilmişdir. Lakin, Qupta adının bi ailə və ya klan adı olaraq çox qədim tarixə gedir. Buna ən məşhur nümunə Mauriya İmperiyası qurucusu Çandraqupta Mauriya və Aşokanı Buddizmə çevirən keşiş Upaqupta, sonrakı dövrlərdə isə Satavahana zamanında Pariqupta, Sivaqupta, Sivaskandaqupta kimi bəzi məmur adlarıdır. Prakrit dilindəki Qotiputa, Sanskritdəki Gautiputranın qarşılığıdır. Gotiputa Qupta ailəsinə məxsus bir qadının oğludur. Qotiputa adı imperiyadan əvvəl qayalardakı yazılarda azı 12 dəfə yazılmışdır. Bu yazıların analizi, Quptaların, Şimali Hindistanın və Dəkkən yaylasının müxtəlif bölgələrinə aid olduqlarını və fərqli peşələrlə (çatmış, keşiş, döyüşçü, yazar, zərgər və s.) məşğul olduqlarını göstərir.
Roma imperiyası
Roma imperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 395-ci illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutmuş dövlət. Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur. == Tarixi == İmperiyanın tarixi qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr — Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə.
Hu Çao imperiyası
Hu Çao dövləti — 330-351-ci illər arası Çində mövcud olmuş Hun dövlətidir.
Kərkük qəzası (Osmanlı imperiyası)
Kərkük qəzası (türk. Kerkük Kazâsı) — Osmanlı İmperiyasının Mosul vilayətinin Şəhr-i Zor sancağında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. == Əhali == 1891–ci ildə Parisdə nəşr edilmiş "Asiya Türkiyəsinin inzibati coğrafiyası: Kiçik Asiyada hər bir vilayətin statistikası, təsviri və təhlili" (II cild) kitabında fransız əsilli coğrafiyaşünas və şərqşünas Vital Küne (fr. Vital Cuinet) tərəfindən verilən məlumatlara əsasən ümumi sayı 30.000 nəfər olan qəza əhalisinin 28.000 nəfərini müsəlman türkmanlar, 1.600 nəfərini yəhudilər, 400 nəfərini isə xristian xaldeylər təşkil edirdi. Kərkük şəhərində türk və kürd dillərində, qəzanın kəndlərində həmçinin ərəb və xaldey dillərində danışılırdı. Qəzada ən iri yaşayış yerləri (4730 ev) Kərkük şəhəri, (əhalisi əsasən əkinçiliklə məşğul olan ərəblərdən ibarət) Məlha, (798 ev; kişi cinsindən 1704 nəfər) Altunköprü, (əhalisi kürdlər olan) Şivan və (756 ev; kişi cinsindən 1750 nəfər) Tuzxurmatu kəndləri idi. == İnzibati bölgü == Vital Künenin məlumatlarına əsasən qəza Kərkük şəhərindən və 310 kəndi əhatə edən 5 nahiyyədən ibarət idi: Altunköprü nahiyyəsi Məlha nahiyyəsi Şivan nahiyyəsi Tuzxurmatu nahiyyəsi Kil nahiyyəsi == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Chéhrizor. — Cazas du Sandjak de Chéhrizor.
Ləyaqət medalı (Osmanlı imperiyası)
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Millət (Osmanlı imperiyası)
Millət (türk. millet, ərəb. ملة‎ — milla‎) — Osmanlı imperiyasında "şəxsi hüquq"la bağlı müstəqil məhkəmə. Bunun əsasında hansısa konfessional bir cəmiyyətin öz qanunları əsasında özünü idarə etməsinə icazə verilirdi. Adətən "sistem" adlandırılmasına baxmayaraq, XIX əsrə qədər Osmanlı imperiyasında indi retrospektiv olaraq "millət" adlandırılanların təşkili heç də sistemli deyildi. Əksinə, qeyri-müsəlmanlara bütövlükdə "millət" üçün ümumi struktur olmadan, sadəcə olaraq, öz icmaları daxilində əhəmiyyətli dərəcədə muxtariyyət verilmişdi. İmperiya daxilində müxtəlif dini icmalara uyğun gələn müxtəlif millətlər anlayışı XVIII əsrə qədər ortaya çıxmamışdı. Baxmayaraq ki, XV əsrdə belə bir sistemin mövcud olmadığı indiki ədəbiyyatda qəbul edilir, XIX–XX əsrlərdə millət sisteminin mövcudluğu onu Fateh Sultan Mehmed dövrünə bağlayan çoxsaylı təməl miflərlə əsaslandırılmışdır. XIX əsrdə Osmanlı imperiyasında milliyətçiliyin yüksəlişi zamanı həyata keçirilən Tənzimat islahatları nəticəsində bu termin qanunla qorunan etnolinqvistik azlıq qrupları üçün istifadə edilmişdir. Millət sistemi müasir halından əvvəlki dini plüralizm nümunəsi adlandırılmışdır.
Müqəddəs Roma imperiyası
Müqəddəs Roma imperiyası (lat. Sacrum Imperium Romanum; alm. Heiliges Römisches Reich‎) — əsası 962-ci ildə Almaniya imperatoru I Otto tərəfindən qoyulmuş və 1806-cı ilə qədər mövcud olmuş imperiya. Bu imperiya erkən orta əsrlər ərzində inkişaf etməyə başlamış və 1806-cı ildə Napoleon müharibələri dövründə süquta uğramasına qədər Qərbi və Mərkəzi Avropa regionlarında mövcud olmuş çoxmillətli imperiya idi. 962-ci ildən sonra imperiyanın ən böyük ərazisi Almaniya krallığı hesab olunsa da, bu imperiyanın ərazisinə Bohemiya krallığı, Burqundiya krallığı, İtaliya krallığı və bir çox başqa ərazilər də daxil idi. 25 dekabr 800-cü ildə Papa III Leonun Frank kralı Böyük Karlı imperator təyin etməsi ilə birlikdə 476-cı ildə qədim Qərbi Roma İmperiyasının süqutundan üç əsr sonra bu titul yenidən Qərbi Avropada canlandırıldı. Titul 888-ci ilə qədər, həmçinin 896-cı ildən 899-cu ilə qədər Karolinqlər sülaləsində qaldı. Həmin tarixdən etibarən İtaliya idarəçiləri bu titul uğrunda vətəndaş müharibəsinə daxil oldu və sonuncu italyan iddiaçı I Berenqarın 924-cü ildə ölümünə qədər bu mübarizə davam etdi. 962-ci ildə özünü Böyük Karlın davamçısı hesab edən I Ottonun imperator təyin edilməsi nəticəsində "imperator" titulu yenidən canlandı və imperiyanın mövcudiyyətini qoruduğu növbəti səkkiz əsr boyunca davam etdi. Bəzi tarixçilər Böyük Karlın tacqoyma tarixini imperiyanın başlanğıcı kimi qəbul etsə də, başqa tarixçilər I Ottonun hakimiyyətə gəlməsini başlanğıc qəbul edir.
Naxçıvan qəzası (Osmanlı imperiyası)
Naxçıvan qəzası — Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyaləti nin qəzalarından biri.Nahçıvan Kazası 7 nahiyeden ibarətdi.
Osmanlı imperiyası Birinci dünya müharibəsində
Osmanlı imperiyası Birinci dünya müharibəsində — Osmanlı imperiyası, İttifaq dövlətlərindən biri kimi Birinci dünya müharibəsində iştirak etmişdir. == Müharibə ərəfəsində == Balkan müharibələri beynəlxalq vəziyyətin daha da kəskinləşməsinə səbəb oldu. Bu müharibələr Balkan yarımadasında Türkiyənin ağalığına son qoymaqla yanaşı, Balkan dövlətləri arasında ziddiyyətləri kəskinləşdirdi. Balkan dövlətlərinin arxasında böyük dövlətlər dururdular və bir-biriləri ilə Yaxın Şərqdə nüfuz uğrunda mübarizə aparırdılar. Balkan dövlətlərini öz təsirləri altına salmaq uğrunda mövcud qruplaşmalar arasında güclü mübarizə gedirdi. 1913-cü ilin dekabrında general Liman fon Sanders başda olmaqla Türkiyəyə yeni alman hərbi nümayəndəliyi gəldi. Bu nümayəndəliyə Balkan müharibələri dövründə dağıdılmış türk ordusunu yenidən təşkil etmək tapşırılmışdı. Nümayəndəliyin başçısı İstanbulda yerləşən birinci türk korpusunun komandanı təyin edilirdi. Paytaxtda olan türk qoşunlarının alman generalına tabe edilməsi, əslində Almaniyanı boğazların ağasına çevirirdi. Buna görə də general Limanın nümayəndəliyi təbii olaraq Rusiyanın hakim dairələrində güclü həyəcana səbəb oldu.

"imperiyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#imperiyası nədir? #imperiyası sözünün mənası #imperiyası nə deməkdir? #imperiyası sözünün izahı #imperiyası sözünün yazılışı #imperiyası necə yazılır? #imperiyası sözünün düzgün yazılışı #imperiyası leksik mənası #imperiyası sözünün sinonimi #imperiyası sözünün yaxın mənalı sözlər #imperiyası sözünün əks mənası #imperiyası sözünün etimologiyası #imperiyası sözünün orfoqrafiyası #imperiyası rusca #imperiyası inglisça #imperiyası fransızca #imperiyası sözünün istifadəsi #sözlük