Yakut inəyi
Yakut inəyi (saxa ынах) — Saxa Respublikası ərazisində yayılmış mal-qara cinsidir. Alçaq böyü və az çəkisi ilə fərqlənir. İbtidai öküzdən törəyən Monqol mal-qara qrupundan çıxmışdır.
== Təsviri ==
Cins Uzaq Şimalın sərt şəraitində ətlik və südlük istiqamətli maldarlığın Yakut mədəniyyətinin əsasını təşkil etmişdir. 1929-cu ildə məhsuldarlığı artırmaq üçün, gətirilən xolmoqorsk və simmental cinsləri tərəfindən cinsin kütləvi assimilyasiyasına başlanıldı. Hal-hazırda, mal-qara sürüləri yalnız Even-Bıtantay uluslarında, fərdi kəndli, kolxoz təsərrüfatlarında və Novosibirsk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutununda qorunub saxlanılmışdır.
Şimal-şərqi Asiyanın Yakut kolonizasiyasının 6-7 əsrləri ərzində Mərkəzi Yakutiyadan gələn cins heyvandarlıq sahəsi şimal və şimal-şərq istiqamətlərində geniş yayılaraq Yana, İndigirka və Kolıma çaylarının aşağı hövzələrinə çatır.
Hal-hazırda inkişaf etmiş heyvandarlıq mərkəzləri zəngin yay otlaqları ilə məşhur olan Mərkəzi Saxa ovalığıdır.
Yakut inəkləri son dərəcə yüksək dözümlülük xüsusiyyətləri ilə xarakterizə olunur. Xüsusilə qışın -40 °C temperaturda sağ qalması nümunələrinə rast gəlinir.