İsalı (Gədəbəy)
İsalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Axınca çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir.
İsalı oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Axınca çayının sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarında Qazax qəzasının Qıraq Salahlı kəndindən İsa adlı şəxs bir qrup ailə ilə birlikdə Gədəbəyə qaçmış və Qızıltorpaq adlı yerdə məskunlaşmışdı. Bir qədər sonra oraya köçürülən ruslar Saratovka və İvanovka kəndlərini yaratdılar. İsa isə öz övladları ilə oranı tərk edərək indiki kəndin ərazisində məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdı. Kəndin əhalisinin böyük əksəriyyəti İsanın oğullarının nəsilləridir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 337 nəfər əhali yaşayır.