İsak sözü azərbaycan dilində

İsak

Yazılış

  • İsak • 96.5517%
  • isak • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksander İsak
Aleksandr İsak (isv. Alexander Isak ) (21 sentyabr 1999) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund FK klubunda hücumçu kimi çıxış edən peşəkar İsveç futbolçusudur. == Karyerası == === Erkən həyatı === İsak Stokholm şəhər sahəsinin Solna şəhərində anadan olmuşdur. İsakın valideynləri Eritreya vətəndaşlarıdır. O, futbolçu karyerasına altı yaşı olarkən yerli klublardan olan AİK klubunun akademiyasında başlamışdır. === AİK-dəki inkişafı === İsak əsas komanda ilə debütünü 28 fevral 2016-cı ildə İsveç Kubokunda dördüncü liqa təmsilçisi olan Tenhults klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə meydana daxil olmuşdur. 16 yaşında olan İsak görüşdə bir qolla yadda qalmış və komandası 6-0 hesabı ilə qalib gəlmişdir. 7 aprel 2016-cı ildə baş məşqçi Andres Alm İsaka Allsvenskandakı ikinci oyun günündə start heyətində yer vermişdir. O, gənc hücumçu həmkarı Karlos Strandberq ilə birlikdə Östersunds klubuna qarşı oyunda iştirak etmişdir.
İsak Rabin
İshaq Rabin (1 mart 1922[…], Qüds, Britaniya Fələstini[d] – 4 noyabr 1995[…], Tel-Əviv) — İki dəfə İsrailin baş naziri (1974–1977 və 1992–1995), İsrailin müdafiə naziri (1984–1990). İshaq Rabin 1922-ci il martın 1-də o zamanlar Fələstinin tərkibində olan Yerusəlimdə anadan olub. Onun ailəsi bir ildən sonra Təl-Əvivə köçmüşlər. Valideynləri qatı sionist və yəhudi dövlətinin yaradılmasını hədəfləyən kampaniyalarda fəal şəkildə iştirak etmişdirlər. Rabinin komandanlığı ilə İsrail 1967-ci il iyunun əvvəlində Altı günlük müharibədə Misirə, Suriyaya, İordaniyaya sarsıdıcı zərbələr vurur. Rabin bir ildən sonra hərbi karyeradan imtina edib beş il Birləşmiş Ştatlarda İsrailin səfiri olur. İshaq Rabin 1994-cü ildə Yasir Ərəfat və Şimon Pereslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. İshaq Rabinin qatili Eqal Amir dəfələrlə ona qarşı sui-qəsd etmək istəsədə son anda fikrindən daşınmışdır. 1995-ci il noyabrın 4-də Rabin Təl-Əvivdə Çar meydanında kütlə qarşısında çıxış edir. Rabinin nitqini eşitmək və ona dəstək verməkdən ötrü yüz min adam meydana yığışmışdı.
İsak Dinesen
Karen Blinksen (ing. Baronessa Karen Kristenze von Bliksen-Fineke; 17 aprel 1885[…] – 7 sentyabr 1962[…]) — danimarka və ingilis dilində əsərlər yazan danimarkalı müəllif və yazıçı. İngilis dilli ölkələrdə İsak Dinesen, alman dilli ölkələrdə Taniya Bliksen, Oskeola və Pierre Andrezel təxəllüsləri ilə məşhurdur. Karen Keniyada yaşayarkən yazdığı Afrika xaricində əsəri vəBabetta bayramı hekayəsi ilə məşhurlaşıb. Bu iki əsər əsasında çəkilən filmlər Oskar mükafatına layiq görülüb. O, həmçinin Danimarkada hekayələr toplusu olan Yeddi Qotik Nağıl əsəri ilə tanınır. Blinksenin bir neçə dəfə Ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi də irəli sürülüb. Karen Dinesen, Kopenhagenin şimalında, Runqstedlund malikanəsində dünyaya gəldi. Atası Vilhelm Dinesen (1845–1895), Yutlandiya torpaq mülkiyyətçilərinin ailəsindən olan bir yazıçı və ordu zabiti idi; həyat yoldaşı İnqeborq Vestenholz (1856–1939) varlı bir Unitar burjua tacir ailəsindən idi. Karen Dinesen, üç bacı və iki qardaşdan ibarət bir ailədə ikinci uşaq idi.
İsak Başeviz Singer
İsaak (İtsxok, Ayzek) Başevis-Zinger (idiş יצחק באַשעװיס‎ — İtsxok Başevis (hərfi tərcüməsi "Şevanın qızı" — yazıçının anasının adı), əsl soyadı Zinger, ing. Isaac Bashevis Singer; 14 iyul 1904[…], Leonçin[d], Mazovets voyevodluğu – 24 iyul 1991[…]) — yəhudi əsilli ABŞ yazıçısı, korrektor, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1978). Polşa yəhudisi İsaak Başevis-Zinger əsərlərini idişdə yazsa da, çox güman ki, həyatının böyük bir hissəsini ABŞ-də yaşadığına görə ədəbi aləmdə daha çox amerikan yazıçısı kimi tanınır. Onun uşaqlıq illəri Varşavanın yəhudi məhəlləsində keçmişdi. Atası ravvin olduğundan oğlunun təlim-tərbiyəsinin ortodoks yəhudi prinsipləri əsasında aparılmasına xüsusi diqqət yetirmişdi. Kiçik Zinger bir tərəfdən yəhudi qanunlarını, iudey və aramey mətnlərini əzbərləməli olmuş, o biri tərəfdən isə elmi kitablar və rus klassiklərinin əsərlərini oxumuşdu. Kənddə keçirdiyi yay ayları isə gələcək yazıçının soydaşlarının həyat və məişəti ilə yaxından tanış olmasına, özünün dediyi kimi, "yəhudi tarixinin içərisində" yaşamasına imkan yaratmışdı. Atasının ravvin kimi görmək istədiyi İsaak Zinger bir müddət Varşavadakı yəhudi ruhani seminariyasında təhsil almışdı. Lakin sonra fikrini dəyişmiş və "Ədəbi vərəqlər" adlı yəhudi jurnalında çalışmağa başlamışdı. İlk hekayələri bu jurnalda çap edilmişdi.
İsak Stianson Pedersen
İsak Stianson Pedersen (4 iyun 1997) — İslandiyalı xizək yürüşçüsü. İsak Stianson Pedersen İslandiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. İsak Stianson Pedersen birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Pedersen 3:24.57 saniyəlik nəticəsi ilə 80 atlet arasında 55-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Arxangelsk teleqülləsi (İsakoqorka)
Arxangelsk teleqülləsi- Arxangelsk in Isakoqorska rayonunda yerləşən televiziya və yayım qülləsidır . Yüksəklik 208 metrdir, televiziya qülləsi Arxangelskdəkı ən hündür binadır və Rusiyada ən yüksək televiziya qüllələri siyahısında 11-ci yerdədir. == Tikinti == Arxangelskdə yeni bir televiziya qülləsi qurma qərarı uzun mübahisələr və müzakirələrdən sonra alındı Belə bahalı layihənin həyata keçirilməsinin motivasiyası Arxangelsk və ətraf şəhərlərdə yayımlanan televiziya və radio yayımı əlverişsiz vəziyyətdə olması idi .Regional televiziyanın daha da inkişaf etdirilməsi üçün ən azı bölgənin mərkəzi şəhərlərinə - Arxangelsk , Severodvinsk , Novodvinsk şəhərlərinə sərbəst televiziya ötürməsini təmin etmək lazım idi. Ancaq Arxangelskin mərkəzi hissəsində yerləşən 160 metr yüksəklikdəki köhnə televiziya qülləsi bu vəzifəni yerinə yetirə bilmədi. Bundan əlavə, sıx çoxmərtəbəli binalar sayəsində, televiziya qülləsinin bölgənin mərkəzi hissəsinin elektromaqnetik mühitini pisləşdirdi və əhalinin sağlamlığına zərər verdi. Ancaq şəhər mərkəzindən və sığınacaqdan uzaq olan İsakoqorka sənaye ərazisində tikilən daha yüksək televiziya qülləsi ekoloji baxımdan insanlar üçün daha az təhlükəli idi və kifayət qədər məsafə üçün sabit bir siqnal ötürməsinə imkan verirdi. == Əlavə istifadə == 22 avqust 2004-cü ildə Rusiya Federasiyasının Dövlət Bayrağı Günündə Arxangelsk vilayətinin tarixində ilk dəfə olaraq "Birləşmiş Rusiya" partiyasının regional şöbəsi Rusiya bayrağını bölgənin ən yüksək binasına yerləşdirdi. Yeni bir televiziya qülləsi qurulması zamanı verilən vədlərə baxmayaraq, regional televiziya siqnalı Xolmoqori kəndinə çatmır, ona görə də bir çox yerli sakinlər yerli televiziya proqramlarını izləyə bilmirlər.
Mito İsaka
Mito İsaka (25 yanvar 1976, Saytama prefekturası) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 15 qol vurub.
İsakan (Urmiya)
İsakan (fars. عيسي كان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
İsakənd
İsakənd (Tovuz)
İsakənd (Soyuqbulaq)
İsakənd (fars. عيسي كند‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 389 nəfər yaşayır (63 ailə). Əhalisini kürdlər təşkil edir.
İsakənd (Tovuz)
İsakənd — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Oykonim İsa (şəxs adı) və kənd komponentlərindən düzəlib, "İsanın kəndi" mənasındadır. Yerli əhali kəndi qeyri-rəsmi olaraq Aşağı və Yuxarı İsakənd adı ilə adlandırır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, Kicik Qafqazın yamacında yerləşir. Kənddə İsakənd kənd klubu fəaliyyət göstərir. Kənddə İsakənd kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə İsakənd tibb məntəqəsi yerləşir.
Raxil İsakoviç
Raxil İsakoviç (rus. Рахиль Семёновна Исакович; 1866, Odessa, Xerson quberniyası – təq. 1930) — İctimai xadim, Odessada xeyriyyəçilik və qadınların karaite təhsilinin inkişafına mühüm töhfə verdi. 1866-cı ildə Odessada Karaite Manqubi ailəsində anadan olub. Odessa Qadın Dövlət Gimnaziyasında təhsil alıb. Onun fəaliyyətinin əsas məqsədi dinindən və milliyyətindən asılı olmayaraq yoxsul karaitlərə və digər aztəminatlı həmvətənlərə qayğı göstərmək idi. O, həm də kasıb valideynlərin uşaqlarına kömək edərək xalq təhsilinin ehtiyaclarına çox vaxt və pul sərf etdi. Könüllü ianələrin toplanması və xeyriyyə gecələrindən gələn gəlirlər sayəsində o, müəllimlər E.Z Kaplanovskaya və A.M Telal ilə birlikdə 1903-cü ildə qızlar üçün məktəb açmağa müvəffəq oldu. 1906-cı ildə təhsil müəssisəsi kimi yüksək reputasiya qazanan bu məktəb İsakoviçin təklifi ilə hər iki cinsdən olan uşaqlar üçün məktəb statusu alan oğlanlar üçün dövlət məktəbi ilə birləşdirildi. İsakoviç məktəblə birbaşa maraqlanmaqla yanaşı, hər bir şagirdin taleyində iştirak edirdi.

isak sözünün leksik mənası və izahı

Oxşar sözlər

#isak nədir? #isak sözünün mənası #isak nə deməkdir? #isak sözünün izahı #isak sözünün yazılışı #isak necə yazılır? #isak sözünün düzgün yazılışı #isak leksik mənası #isak sözünün sinonimi #isak sözünün yaxın mənalı sözlər #isak sözünün əks mənası #isak sözünün etimologiyası #isak sözünün orfoqrafiyası #isak rusca #isak inglisça #isak fransızca #isak sözünün istifadəsi #sözlük