İsveçr sözü azərbaycan dilində

İsveçr

Yazılış

  • İsveçr • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan-İsveçrə futbol matçlarının siyahısı
31. avqust 1996 Bakı DÇ Azərbaycan – İsveçrə 1:0 11. oktyabr 1997 Sürix DÇ İsveçrə – Azərbaycan 5:0 15. oktyabr 2019 Bakı, Azərbaycan AÇSO Azərbaycan – İsveçrə 0:1 12. noyabr 2020 İsveçrə AÇSO İsveçrə – Azərbaycan 2:1 25. oktyabr 2014 Beringen ,Belçika AÇİM İsveçrə – Azərbaycan 1:2 25. oktyabr 2014 Beringen, Belçika AÇSO İsveçrə – Azərbaycan 1:2 20. avqust 2009 Bakı UEFA AL Bakı – Bazel 1:3 27. avqust 2009 Bazel UEFA AL Bazel – Bakı 5:1 21. yanvar 2015 Antalya YO Qarabağ – Sürix 1:1 21.
Azərbaycan - İsveçrə futbol oyunu
Azərbaycan - İsveçrə futbol oyunu 31 avqust 1996-cı ildə, DÇ-1998-in seçmə mərhələsi çərçivəsində Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. Seçmə mərhələnin 3-cü qrupunda oynayan Azərbaycan və İsveçrə komandaları, dünya birinciliyinə vəsiqə verən yerlərdən biri uğrunda mübarizə aparırdılar. Görüş məşqçi Kazbek Tuayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın sensasiyalı qələbəsi ilə nəticələnib — 1:0. Oyunu Rışard Vuyçikin rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edirdi. Bu qələbə futbol üzrə Azərbaycan yığmasının rəsmi görüşlərdə qazandığı ilk qələbə idi. Onu da qeyd etmək lazımdır ki, bu matç yekunda Azərbaycan milli komandasının həmin seçmə turnirdə uduzmadığı yeganə oyun olmuşdur. Azərbaycan və İsveçrə komandalarının görüşü 3-cü qrupun ikinci oyunu olmalı idi. Buna qədər Azərbaycan yığması səfərdə Norveç yığmasına 5:0 hesablı darmadağınla məğlub olmuşdu və qrupun autsayderi sayılırdı. İsveçrə yığması isə 1996-cı ilin iyununda Avropa çempionatında iştirak etmişdi və yeni baş məşqçi Rolf Fringerin rəhbərliyi altında ilk oyununu keçirməli idi. İsveçrə bu oyunda aşkar favorit idi..
Azərbaycan–İsveçrə futbol matçları
31. avqust 1996 Bakı DÇ Azərbaycan – İsveçrə 1:0 11. oktyabr 1997 Sürix DÇ İsveçrə – Azərbaycan 5:0 15. oktyabr 2019 Bakı, Azərbaycan AÇSO Azərbaycan – İsveçrə 0:1 12. noyabr 2020 İsveçrə AÇSO İsveçrə – Azərbaycan 2:1 25. oktyabr 2014 Beringen ,Belçika AÇİM İsveçrə – Azərbaycan 1:2 25. oktyabr 2014 Beringen, Belçika AÇSO İsveçrə – Azərbaycan 1:2 20. avqust 2009 Bakı UEFA AL Bakı – Bazel 1:3 27. avqust 2009 Bazel UEFA AL Bazel – Bakı 5:1 21. yanvar 2015 Antalya YO Qarabağ – Sürix 1:1 21.
Azərbaycan–İsveçrə münasibətləri
Azərbaycan–İsveçrə münasibətləri — Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Birjevaya küçəsi 14 ünvanında İsveçrənin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Klottyu rəhbərlik etmişdir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin yanvar ayının 21-də qurulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Elton Məmmədov olmuşdur. 4 mart 2016-cı il tarixindən Bahar Muradova işçi qrupunun rəhbəridir.
Ermənistan–İsveçrə münasibətləri
İsveçrə—Ermənistan münasibətləri — İsveçrə və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. 23 dekabr 1991-ci ildə İsveçrə Ermənistanın müstəqilliyini tanımışdır. O vaxtdan bəri ölkələr arasında diplomatik əlaqələr davam edir. Ermənistanın İsveçrədəki və İsveçrənin Ermənistandakı səfiri (Tiflisdəki) 2002-ci ildə akkreditə olunmuşdur. 9 ildən sonra, 2011-ci ildə İsveçrə İrəvanda səfirlik açmışdır. Ermənistanınsəfirliyi isə Cenevrədə, Birləşmiş Millətlər Təşkilatındakı Ermənistan nümayəndəliyindədir. İsveçrə 16 dekabr 2003-cü ildə erməni soyqırımını tanımışdır. Ölkədə soyqırımın inkar edilməsi cərimə ilə cəzalandırılır. İsveçrədə 4000-6000 arası erməni yaşayır və Ermənistanda 26 İsveçrə vətəndaşı vardır.
Kanton (İsveçrə)
İsveçrə kantonu (alm. Kantone‎, fr. cantons, it. cantoni, romanş chantuns) — federativ dövlət kimi İsveçrənin ərazi quruluşu. İsveçrə Konfederasiyasının ən böyük dövlət ərazi vahidi. Paytaxt Bern şəhəridir.
Pərinçək İsveçrəyə qarşı
Pərinçək İsveçrəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozuntusu haqqında Türkiyə vətəndaşı Doğu Pərinçəkin 10 iyun 2008-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 15 oktyabr 2015-ci il tarixdə qəbul edilmiş qərar. Ermənistan Hökumətinə prosesə müdaxilə etmək və əlavə olaraq iclasda iştirak etmək hüququ verilib. Türkiyə, Ermənistan və Fransa Hökumətləri işdə üçüncü tərəf qismində çıxış etmişdir. Ərizəçi 1942-ci ildə doğulub və Ankarada yaşayır. O, hüquq elmləri doktorudur və Türkiyə İşçi Partiyasının sədridir. 2005-ci ildə ərizəçi İsveçrədə üç ictimai xarakterli tədbirdə iştirak edib. Sözügedən tədbirlərdə ərizəçi “Erməni soyqırımı” kimi Hitlersayağı yalanlara inanmayın”, “Odur ki, kürd problemi və erməni məsələsi hər şeydən əvvəl problem sayılmır və ümumiyyətlə mövcud olmayıb...” kimi bəyanatlarla çıxış edib. Bundan sonra ərizəçi özü tərəfindən yazılmış “Böyük Güclər və Erməni məsələsi” adlı kitabçaları ətrafdakılara paylayıb. Kitabçada o, 1915-ci ildə və ondan sonrakı illərdə baş verən hadisələrin soyqırım olduğunu inkar edib. 15 iyul 2005-ci il tarixdə İsveçrə-Ermənistan Assosiasiyası ərizəçinin yuxarıda qeyd olunan birinci bəyanatı ilə bağlı ona qarşı cinayət qaydasında şikayət edib.
Qədim İsveçrə İttifaqı
İsveçrə ittifaqı — 1291-ci ildən 1798-ci ilə qədər Mərkəzi Avropada fəaliyyət göstərmiş dövlət birliyi. 1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma Alman İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburq xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar. 1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Qlarus və Zug kantonlarıyla Lüzern, Sürix və Bern şəhər dövlətləri də birliyə qatılaraq XV əsrə qədər varlığını davam etdirən (Sürix bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I Çarlza qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır. 1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq.
Ukraynanın İsveçrə səfirliyi
Ukraynanın İsveçrə səfirliyi (ukr. Посольство України в Швейцарській Конфедерації) — Ukraynanın İsveçrənin Bern şəhərində yerləşən səfirliyi. Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 6-da Ukrayna və İsveçrə dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1992-ci ildə isə Ukraynanın İsveçrə səfirliyi yaradıldı. Ukraynanın İsveçrədə olan fövqəldə və səlahiyyətli səfiri Artyom Rıbçenxodur. O, 2018-ci ildən bu vəzifədədir.
Vest-Hind şirkəti (İsveçrə)
İsveçrə Vest-Hind şirkəti (isv. Svenska Västindiska kompaniet) — 1786-cı ildə Qərbi Hindistanla ticarət etmək üçün İsveçdə qurulan ticarət şirkəti. XVIII əsrdə İsveç hökuməti zaman zaman Qərbi Hindistanla birbaşa ticarət açmağı düşünürdü, lakin müstəmləkə dövlətləri xarici gəmilərin öz koloniyalarının limanlarına girməsinə icazə vermədiyi üçün bu planlar yalnız kağız üzərində qaldı. 1745-ci ilin dekabrında "Abraham & Yakob Arvedson və şirkət" ticarət evi bu cür ticarəti həyata keçirmək imtiyazını qazandı, lakin Stokholmdakı İspan elçisi o qədər sərt etiraz etdi ki, şirkət onu tərk etmək məcburiyyətində qaldı. Ticarət heyəti imtiyazı digər tacirlərə vermək niyyətində idi, lakin bunun üçün heç bir istək göstərmədilər. ABŞ İstiqlal müharibəsi dövründə dörd Qərbi Hindistan limanında ticarətə icazə verildi və kral oradan gələn bütün İsveç gəmilərinə bəzi gömrük rahatlığı verdi.
Xarici İşlər Nazirliyi (İsveçrə)
İsveçrə Xarici İşlər Nazirliyi (alm. Eidgenössisches Departement für auswärtige Angelegenheiten‎, fr. Département fédéral des affaires étrangères, it. Dipartimento federale degli affari esteri) — İsveçrənin xarici əlaqələrini davam etdirməklə məsul olan orqan. 1849-cu ildə Xarici İşlər Nazirliyinin funksiyaları müəyyən dərəcədə olan "Siyasi Departament" yaradılmışdır. Ancaq ənənəvi olaraq bu departamentə beynəlxalq məsələlərin həlli üçün əsas rol verilmişdir və nüfuzlu valideynlərin gənc aristokratı həmişə başçı təyin edilirdi. Federal Xarici İşlər Nazirliyi Berndəki mərkəz ofisindən və 300-dən çox xarici missiyadan (səfirliklər, konsulluqlar və koordinasiya ofislərindən) ibarətdir. Mərkəzi aparat dörd şöbədən ibarətdir: Siyasi İdarəetmə, Beynəlxalq Hüquq Bürosu, İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə İdarəsi və Koporotiv idarəetmə. Dövlət Federal Xarici İşlər Nazirliyinin təxminən üçdə biri Berndə, qalanları isə ölkədən xaricdə vəzifə yerinə yetirməkdədir.
Yeni il İsveçrədə
Yeni il İsveçrədə — İsveçrədə təntənə ilə qeyd olunan bayram İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.
İsveçrə
İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir.
İsveçrə 1956 Avroviziya Mahnı Müsabiqəsində
İsveçrə 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. İsveçrəni müsabiqədə bir çox ölkədən fərqli olaraq bir müğənni təmsil etmişdir. Liz Assia əvvəlcə "Das alte Karussell" mahnısı ilə çıxış etmişdir. Daha sonra isə isə "Refrain" mahnısını ifa etmişdir. Onun ikinci oxuduğu "Refrain" mahnısı müsabiqənin qalibi olmuşdur. Müsabiqənin nəticələri açıqlanmadığı üçün ilk mahnının tutduğu yer və xal, həmçinin qalib mahnının topladığı xal məlum deyil.
İsveçrə 2012 Avroviziya Mahnı Müsabiqəsində
İsveçrə 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
İsveçrə 2015 Avropa Oyunlarında
İsveçrə — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. İsveçrə ümumilikdə 130 idmançı ilə təmsil olunub.
İsveçrə 2019 Avropa Oyunlarında
İsveçrə Avroviziya Mahnı Müsabiqəsində
İsveçrə Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 60 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə yalnız 1995, 1999, 2001 və 2003-cü illərdə Avroviziyada iştirak etməmişdir. İsveçrə müsabiqəyə ev sahibliyi edən ilk ölkə olmuş və həmin müsabiqədə ölkə təmsilçisi Liz Assia ifa etdiyi "Refrain" mahnısı ilə İsveçrəyə müsabiqədə ilk qələbəsini yaşatmışdır. İsveçrə Avroviziyada ikinci qalibiyyətini 1988-ci ildə Selin Dionun ifa etdiyi "Ne partez pas sans moi" adlı mahnı ilə qazanmışdır. Müsabiqədəki qalibiyyətindən sonra Selin Dion dünyada şöhrət qazanmışdır. İsveçrə eyni zamanda dörd dəfə müsabiqəni 0 xalla başa vurmaqla və həmçinin, doqquz dəfə müsabiqədə sonuncu yeri tutmaqla özünə məxsus antirekordlara da malikdir. İsveçrənin dörd rəsmi dili var; Fransız, Alman, İtalyan və Romanş dilləri. Ötən əsrdə Avroviziya qaydalarına əsasən hər bir ölkə yalnız öz milli dilində səslənən mahnılar ilə müsabiqədə çıxış edə bilərdi və həmin dövr ərzində digər ölkələrdən fərqli olaraq İsveçrə istənilən dörd dildən birində səslənən mahnılar ilə Avroviziyada iştirak edə bilmişdir. İsveçrə indiyədək 23 fransız dilində, 15 ingilis dilində, 12 alman dilində, 10 italyan dilində və bir romanş dilində səslənən mahnı ilə Avroviziyada təmsil olunmuşdur. Ölkəyə müsabiqədə qalibiyyət gətirən hər iki mahnı fransız dilində ifa edilmişdir.
İsveçrə Federal Texnologiya İnstitutu
İsveçrə Federal Texnologiya İnstitutu (alm. Eidgenössische Technische Hochschule Zürich‎, ing. Federal Institute of Technology Zurich) — Avropanın ən nüfuzlu, yüksək tədqiqat göstəricilərinə malik elm və texnologiyalar mərkəzidir. İnstitut İsveçrənin böyük şəhəri Sürixdə, Avropanın mərkəzində yerləşir. 7 fevral 1854-cü ildə İsveçrə dövlətinin Federal parlamenti "Dəqiq, siyasi və humanitar elmlər məktəbi ilə birgə Federal politexnik məktəbin yaradılması haqqında" qanun qəbul edir. Federal politexnik məktəb 16 oktyabr 1855-ci ildən fəaliyyətə başlayır və Sürix şəhərindəki müxtəlif binalarda ilk dərslər keçirilir. Məktəbin əsas məqsədi milli infrastrukturun gələcəyini qurmaq, bütün sahələr üzrə ölkədə peşəkarlıq səviyyəsini və milli elitanın karyerasını inkişaf etdirməkdir. Məktəb yeni binaya köçmək üçün memarlar arasında müsabiqə təşkil edir və nəticədə memar Qotfrid Zemper qalib gəlir. 1858-1864-cü illərdə onun layihəsi əsasında ali məktəbin binaları tikilir. 1911-ci ildən Politexnik Məktəbi Federal Texnologiya İnstitutu adlanır.
İsveçrə Federal sarayı
İsveçrə Federal sarayı (alm.Bundeshaus; fr.Palais fédéral; it.Palazzo federale; lat.Curia Confoederationis Helveticae) İsveçrənin Bern şəhərində yerləşən və İsveçrə Federal Məclisinə ev sahibliyi edən tarixi bina. Saray memar Hans Auer tərəfindən dizayn edilmiş və 1 aprel 1902-ci ildə istifadəyə verilmişdir. Binanın tikilməsinə 7.198.000 İsveçrə frankı xərclənmişdir. Sarayın qübbəsinin iç hissəsində İsveçrə gerbi təsvir olunmuşdur. Gerbin ətrafinda Latınca "Unus pro omnibus, omnes pro uno" (Birimiz hamımız, hamımız birimiz üçün) yazısı yazılmışdır. Qübbənin üzərində isə İsveçrənin 22 kantonunun (1902-ci il) gerbi ilə bəzədilmişdir. Daha sonra qurulan Yura kantonunun gerbi mozaikanın xaricində təsvir olunmuşdur.
İsveçrə Konfederasiyası
İsveçrə (alm. Schweiz‎, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft‎, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir.
İsveçrə Milli Bankı
İsveçrə Milli Bankı (alm. Schweizerische Nationalbank‎) — İsveçrə Konfederasiyasının mərkəzi bankı.
İsveçrə Patrulu (aerobatika eskadronu)
İsveçrə Patrulu (fr. Patrouille Suisse) İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1964-cü il 22 avqust tarixində qurulmuşdur. Uçuşlar üçün Northrop F-5 təyyarələri istifadə olunur. 2016-cı ilin iyun ayında Leuwarden aviabazasında təşkil edilən hava şousunda havada toxunuş baş verib, pilot katapult edərək qurtulub. 15 iyun 2023-cü il tarixində təlim zamanı komandanın 2 təyyarəsi hava bir-birinə toxunub, təyyarələrdən birinin burnu qoparaq evin fasadına dəyib. Təyyarə qəza enişi edə bilib.
İsveçrə Prezidentlərinin siyahısı
İsveçrə Silahlı Qüvvələri
İsveçrə Silahlı Qüvvələri — İsveçrəni qorumaq məsuliyyəti daşıyan ordu. İslahatçı protestantlar və Roma Katolik Kilsəsi tərəfindən təşkil olunur. İsveçrə Konstitusiyasının 147-ci maddəsində hüquqi cəhətdən təsbit olunmuşdur. 512 keşişlə təmsil olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2020 •••••••••••••••••••• 0.13

"isveçr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#isveçr nədir? #isveçr sözünün mənası #isveçr nə deməkdir? #isveçr sözünün izahı #isveçr sözünün yazılışı #isveçr necə yazılır? #isveçr sözünün düzgün yazılışı #isveçr leksik mənası #isveçr sözünün sinonimi #isveçr sözünün yaxın mənalı sözlər #isveçr sözünün əks mənası #isveçr sözünün etimologiyası #isveçr sözünün orfoqrafiyası #isveçr rusca #isveçr inglisça #isveçr fransızca #isveçr sözünün istifadəsi #sözlük