İsveç sözü azərbaycan dilində

İsveç

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • İsveç • 98.4294%
  • isveç • 1.4127%
  • İSVEÇ • 0.1404%
  • İSveç • 0.0175%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
TV10 (İsveç)
«TV10» — «Modern Times Group» şirkətinin sahibləndiyi İsveç özəl telekanalı. Telekanal idman və sənədli filmlər üzrə ixtisaslaşmışdır. Telekanal 7 sentyabr 2010-cu ildən yayımlanır.
Azərbaycan–İsveç münasibətləri
Azərbaycan–İsveç münasibətləri — Azərbaycan Respublikası ilə İsveç Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Persidskaya və Gubernskaya küçələrinin tinində İsveçin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul R.K.Van-der-Pluq rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur. İsveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. Hətta 1995-1996-cı illər ərzində ona əvvəlcə Rusiya ilə birlikdə İsveç həmsədrlik etmişdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Sudeif İmanverdiyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Jalə Əliyeva işçi qrupunun rəhbəridir. == İqtisadi əlaqələr == === Nobel qardaşları === Nobel qardaşları şirkətinin yaradılmasının 115 illiyinə həsr olunmuş Azərbaycan poçt markaları (1994) == Ədəbi əlaqələr == İndiyə qədər üç Azərbaycan romanı İsveç dilində nəşr olunmuşur. Bunlar 1973-cü ildə çap olunan Qurban Səidin "Əli və Nino", 2000-ci ildə çap olunan Çingiz Abdullayevin "Qaranlıq simfoniyası" və 2018-ci ildə çap olunan Vahid Qazinin "Çöl Qala" romanıdır.
Kristina (İsveç kraliçası)
Kristina (7 dekabr 1626, Stokholm – 9 aprel 1689, Roma) 1632-ci ildən 1654-cü ildə taxtdan əl çəkənə qədər İsveç kraliçası idi. O, Kral II Qustav Adolf və onun həyat yoldaşı Brandenburq şahzadəsi Mari Eleonorun yeganə övladı idi. Onun doğulması gözlənildiyi kimi bir o qədər də yaxşı qarşılanmadı. Lützen döyüşündə atasının ölümündən sonra altı yaşında İsveç taxtına çıxdı. Otuz illik müharibədə protestantizm tərəfdarının qızı olan Kristina 1654-cü ildə taxt-tacdan imtina edərək katolikliyi qəbul edərək qalmaqala səbəb oldu. Qalan illərini Romada keçirərək yerli musiqi və teatr həyatının lideri oldu. Ölkəsiz bir kraliça kimi bir çox sənətçi və layihələri qoruyub. Romada onu çox yaxşı qarşıladılar və onu "Roma kraliçası" hesab edən insanların heyranlığından həzz aldılar. Kristina 1689-cu ildə vəfat edib və Vatikanda dəfn edilən azsaylı qadınlardan biridir. Kristina əhval-ruhiyyəli, ağıllı idi və kitablar və əlyazmalar, din, kimyagərlik və elmə maraq göstərirdi.
Ukraynanın İsveç səfirliyi
Ukraynanın İsveç səfirliyi (ukr. Посольство України в Королівстві Швеція) — Ukraynanın İsveçin Stoholm şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1991-ci il yanvarın 12-də Ukrayna və İsveç dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın İsveç səfirliyi yaradıldı. Ukraynanın İsveçdə olan fövqəldə və səlahiyyətli səfiri Andrey Plaxotnyuxdur. O, 2020-ci ildən bu vəzifədədir.
İsveç-Norveç
İsveç-Norveç — indiki İsveç və Norveç torpaqlarında qurulmuş uniya. 1814-cü ildə qurulmuş, 1905-ci ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmamış; Norveç parlamenti səsvermə ilə Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel'i VII Haakon adı ilə hakimiyyətə gətirərək İsveçdən ayrılmışdır. == Quruluşu == Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. İsveç kralı XIII Karl yeni birliyin kralı elan edildi. Bu vaxtı Norveçdə hələ də mübarizə aparan şahzadə Kristian Frederik işğala qarşı mübarizə aparmağa və heç olmasa Norveçin müstəqilliyini qorumağa çalışırdı. İyun ayının 30-u Rusiya, Avstriya, Prussiya və Böyük Britaniyadan gələn səfirlər onu sülhlə təslim olmağa çağırdılar. Kristian Frederik xalqın öz liderini seçməyini təklif edərkən bu yerdə Avstriya səfiri Avqust Ernst Şteigenteş bu məşhur şərhi: Müharibənin qaçınılmaz olduğunu görən İsveç, vəliəhd Karl İohannın komandanlığı altında Hvaler adalarına çıxaraq müharibəni başlatmış oldu. Langnes döyüşü kimi kiçik döyüşlərdə Norveçlilər qələbə qazansa da İsveç qalib gələrək şahzadə Kristian'ı Danimarkaya geri göndərdi. Noyabrın 4-ü XIII Karl Norveç kralı elan olundu.
İsveç Akademiyası
İsveç Akademiyası — 1786-cı ildə III Kral Qustav tərəfindən əsası qoyulmuşdur. İsveçin Kral akademiyalarından biridir. Alfred Nobelin xatirəsinə həsr olunmuş Ədəbiyyat üzrə Nobel mükafatı laureatı namizədlərini müəyyən edir. == Tarixi == İsveç Akademiyası 1786-cı ildə III Qustav tərəfindən təsis edilmişdir. Rəsmi fəaliyyətə başlayandan sonra 18 üzvü var. Akamiyanın devizi “İstedad və zövq”-dür. Akademiyanın əsas məqsədi isveç dilinin "təmizliyini, gücünü və əzəmətliliyini" daha da artırmaqdır. Bunun üçün Akademiya iki ədəd lüğət dərc etdirir.İsveç akamiyasının binası hal-hazırda Stokholm birjasının binası kimi tanınır və ilk olaraq burjuaziya üçün tikilmişdir. Alt mərtəbə ticarət mübadiləsi üçün istifadə olunurdu. Yuxarı mərtəbə isə ballar, Yeni il şənlikləri və s.
İsveç Briqadası
İsveç Briqadası (isv. Svenska brigaden; fin Ruotsalainen prikaati) - 1918-ci ildəki Finlandiya vətəndaş müharibəsində Ağ Qaravullara dəstək olmaq üçün 400 isveçli könüllüdən ibarət yarımhərbi birləşmə. Briqada 28 mart-6 aprel tarixində baş verən Tampere döyüşündə iştirak etmişdi. Nəticədə, İsveç Briqadasının 34 üzvü həlak olmuş, 50-ə qədər döyüşçü yaralanmışdı. Tampere döyüşündə ölənlər arasında briqadanın məşhur üzvlərindən arxeoloq Aksel Boyethius və tarixçi Olof Palme də var idi.
İsveç Krallığı
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
İsveç bayrağı
İsveç bayrağı — İsveçin Dövlət bayrağı
İsveç dili
İsveç dili (isveçcə svenska) — skandinaviya dil qrupunun şərqi skandinaviya dilləri yarımqrupu, İsveçdə, Finlandiyanın bir hissəsində və Aland adalarında danışılır. On milyon dil daşıyıcısı ilə Skandinaviyada ən çox yayılmış dildir.
İsveç finləri
İsveç finləri (fin ruotsinsuomalaiset; isv. sverigefinnar) tarixi olaraq İsveç ərazisində yaşamış və ya daha sonra İsveçə köç etmiş finlərdən ibarət, İsveç ərazisində yaşayan fin dilli azsaylı xalq. İsveç finləri Finlandiyada dil baxımından azlıqda olan isveç dilli Finlandiya isveçliləri ilə qarışdırılmamalıdır. Fin kökləri olan insanlar nisbətən İsveç əhalisinin böyük hissəsini təşkil edirlər. Tarixi olaraq İsveçdə yaşan İsveç finlərinin kiçik hissəsinə əlavə olaraq, İsveçdə Finlandiyada doğulmuş və ya valideynlərindən ən az biri Finlandiyada doğulmuş 426 000 (2012-ci ildə ümumi əhalinin %4.46 demək idi) insan yaşayırdı. İsveç dili kimi fin dili də orta əsrlərdən bəri Botniya körfəzinin hər iki tərəfində danışılır. 13-cü əsrdə İsveç tərəfindən Finlandiyada aparılan hərbi əməliyyatlardan sonra Finlandiya zamanla İsveç hakimiyyətini qəbul etdi və həm Finlandiya, həm də İsveçdəki finlər İsveçin təsiri altında düşdü. Artıq 1400-cü illərdə Stokholmun say baxımından olduca böyük hissəsi fin dilində danışırdı. 1700-ci illərdə bu statistika təxminən %4 idi. Finlandiya Finlandiya müharibəsindən sonra Finlandiyanı Rusiya İmperiyasının hakimiyyəti altına salan, ancaq Torne çayının İsveç sahilindəki fin əhalini orada qoyan 1809-cu il sülhünə qədər İsveçin bir hissəsi olaraq qalırdı.
İsveç gerbi
İsveç gerbi — İsveç krallığının dövlət rəmzlərindən biridir. 2 versiyası mövcuddur == Tənzimlənən istifadə == İsveç gerbinin istifadəsi İsveç Qanun Aktı 498: 1970 ilə tənzimlənir. Aktda belə qeyd olunub: " İsveç gerbi və bayrağı müvafiq icazələr olmadan hər hansı bir əmtəə nişanı və emblemdə istifadə oluna bilməz". == Variantları == İsveçin gerbinin istifadəsi ilk dəfə 1908-ci il qanunu ilə qüvvəyə minmişdir. Bu qanun gerbin "böyük" və "kiçik" versiyası arasındakı fərqləri də rəsmi olaraq kodlaşdırır. == Böyük variant == İsveç gerbinin "böyük" versiyası əsasən arxası qalxan(eng: escutcheon) ilə təsvir olunur. Gerbin görünütüsü illər boyunca hakim sülalənin dəyişməsi ilə fərqi formalara uyğunlaşdırılıb. Gerbin ilkin forması İsveç kralı Karl Knutson tərəfindən 1448-də yaradılıb == Kiçik versiya == Gerbin kiçik versiyası İsveç höküməti və ona tabe olan dövlət qurumları tərəfindən işlənir. Bu versiyaya ölkənin pasportunda, səfirlik sənədlərində və güc strukturlarının geyimlərində rast gəlmək mümkündür.
İsveç kralı
İsveç kralı (isv. Kung av Sverige) — İsveçin dövlət başçısı. Hazırda yalnız təmsilçi və diplomatik funksiyaları yerinə yetirir (1975-ci il Konstitusiyasına uyğun). Hazırda İsveç, 4 əsas qanundan ibarət olan Konstitusiyada təsbit edilən demokratiya və konstitusiyalı monarxiyadır. Kral və kral ailəsinin üzvləri İsveçdə və xaricdə müxtəlif rəsmi, qeyri-rəsmi və digər nümayəndəlik vəzifələrini icra edirlər. Hazırda İsveç kralı 15 sentyabr 1973-cü ildə babası Qustav VI Adolfun ölümündən sonra XVI Karl Qustavdır. == Konstutsion hüquq və səlahiyyətləri == 1 yanvar 1975-ci ildə qüvvəyə minmiş ölkənin yeni Konstitusiyasına görə bütün icra hakimiyyəti hökumətə və parlamentə verildi. Baş nazirin namizədliyi və vəzifədən azad edilməsinə görə məsuliyyət Riksdağın sədrinə verildi və Baş nazir istədiyi digər nazirləri təyin və vəzifədən azad etdi. Riksdaq tərəfindən qəbul edilmiş qanun sənədləri kral sanksiyası olmadan qanuna çevrilə bilər: baş nazir və ya başqa bir nazir bunları "hökumət adından" imzalayır. 1917-ci ildə yazılmamış presedent qurulduğuna baxmayaraq, V Qustav parlamentarizm ideyasını dəstəkləməkdən başqa bir şansının olmadığını söylədi və Baş nazir Nils Edenə gizli məsləhətçilərlə məsləhətləşmələri dayandıracağını və ölkənin siyasətinə qarışmayacağını vəd etdi; 1971-ci ildə dörd əsas partiya tərəfindən müəyyən edilmiş müddətdə bir kompromis əldə edildi və monarxiyanın rolu və onun konstitusiya hüquqları mövzusunda İsveçdəki siyasi müzakirələrdə əksəriyyətin konsensusuna təsir göstərməyə davam edir.
İsveç kronu
İsveç kronu (İsveçcə:svensk krona) - 1873-cü ildən bəri istifadə edilən İsveçin rəsmi pul vahidi. İsveç kronu İsveçlə yanaşı Aland adalarınında rəsmi pul vahidi hesab olunur. 2006-cı ilə olan infilyasiya 4.4% təşkil edir..
İsveç kürdləri
İsveç kürdləri (kürd. Kurdên Swêdê; isv. Kurder i Sverige) - İsveçdə yaşayan kürd icmasına verilən ümumi ad. İsveç kürdləri əsasən ölkə paytaxtı Stokholm və İsveçin əsas şəhərlərindən olan Uppsalada yaşamaqdadırlar. 1970-ci ildən etibarən kürdlərin İsveçdə müntəzəm olaraq məskunlaşması başlamışdır. Rəsmi məlumatlara görə ölkədə 83.600 nəfər kürd əsilli şəxs yaşayır və bu şəxslərin əksəriyyəti İsveçdə anadan olan yeni generasiyanən nümayəndələridir. 2004-cü ildə yaradılan və Börlenge şəhərini təmsil edən Dalkurd FK futbol klubu ölkədəki yerli kürd icmasının əsas simvollarından hesab olunur. Dalkurd FF 2017-ci il Superettan (əhəmiyyətinə görə ikinci futbol çempionatı) mövsümündə II yeri tutaraq, ölkənin əsas futbol çempionatı olan Allsvenskanda iştirak etmək hüququ əldə edib.
İsveç modeli
İsveç modeli və ya Skandinaviya modeli — İsveç, Norveç, Finlandiya, İslandiya və Danimarka kimi Şimali Avropa ölkələrində tətbiq olunan oxşar əmək qüvvəsi, təhsil və sosial siyasətlərlə xarakterizə olunan sosial-iqtisadi model. Bu model siyasi anlayış olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil edir. == Tarixi == İsveç cəmiyyət sistemi və siyasət irsi 1970-ci illərdə xüsusilə İsveç modeli termini ilə xarakterizə olunmuşdur. Buna baxmayaraq, İsveç modeli 1930-1970-ci illərdə inkişaf etmişdir. 1990-cı illərin əvvəllərində Skandinaviya ölkələrində ağır iqtisadi böhran səbəbindən əsaslı dəyişikliklər və islahatlar həyata keçirilmişdir. 1994-cü ildən təqribən 2000-ci ilə qədər sosial dövlətin əsasında həyata keçirilən islahatlar Danimarkanın o dövrdəki sosial demokrat Baş naziri Pol Nurup Rasmussen tərəfindən həyata keçirilmişdir. Rasmussen Danimarkanın əmək qüvvəsi və sosial siyasətini elastiklik və təhlükəsizlik adlanan yeni bir yönə doğru yönləndirdi. Beləliklə, işsizliyin və kasıblığın aradan qaldırılması təmin olundu. Yante qanunu (isv. Janteloven) olaraq adlandırılan bərabərlik tələbləri, İsveçi sərvətin bölüşdürülməsində Avropa dövlətləri içində ən çox fərqlənən dövlətə çevirmişdir.
İsveç tarixi
İsveç tarixi - müasir İsveç dövləti 1397-ci ildə yaradılmış Kalmar Birliyinin XVI əsrdə dağılmasından sonra yaranmışdır. XVII əsrdə İsveç İmperiyası Avropada superdövlət olaraq yüksəlməyə başladı. Lakin sonradan XVIII və XIXəsrlərdə İsveç öz ərazilərinin çox hissəsini itirdi, ölkənin şərq torpaqlarının demək olar hamısı Rusiya tərəfindən işğal olundu. İsveçin daxil olduğu sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri İsveç bütün müharibələrdə neytral mövqe tutmuşdur. == İsveç qədim dövrdə == İsveç ilk dəfə Romalı tarixçi Tasitin "Germaniya" əsərində tarix səhnəsinə çıxmışdır. O bir neçə kralın olduğunu deyir. İsveçin qədim tarixi üç yerə bölünür6 əfsanəvi, yarıəfsanəvi və real. === Əfsanəvi İsveç tarixi === == Erkən tarixi == == Orta əsrlər == Orta əsrlərdə indiki İsveç ərazisində vikinqlərin güclü dövləti mövcud idi. Vikinqlər VIII əsrdən başlayaraq üç əsr müddətində İsveçdə hakim qüvvə olmuşlar. Onların hakimiyyəti XI əsrdə xristianlıqın yayılması ilə başa çatmışdır.
İsveç İmperiyası
İsveç İmperiyası (isv. Stormaktstiden, "Böyük gücün dövrü") 17 və erkən 18-ci əsrlər ərzində Baltik regionunun böyük hissəsinin ərazi olaraq idarə edən Avropanın tarixi böyük gücü. İmperiyanın başlanğıc tarixi Qustav II Adolfun taxta çıxıb hakimiyyəti ələ aldığı 1611-ci il, süqut tarixi isə Şimal müharibəsindən sonra böyük torpaq sahələrini itirdiyi 1721-ci il qəbul edilir.1632-ci ildə Qustav Adolfun ölümündən sonra imperiya uzun periodlar ərzində kiçik monarxların regentləri kimi davranan Oksenstierna ailəsi kimi zadəganlar tərəfinən idarə olunmağa başladı. Yüksək zadəganlığın maraqları vahidlik siyasəti ilə ziddiyyət təşkil etdi (yəni, padşahlar və kəndlilər tərəfindən bəyənilən İsveç qəbilələri statusunda ənənəvi bərabərliyi dəstəkləyirdilər). Faktiki ali idarəetmə dövründə əldə edilən ərazilərdə təhkimçilik hüququ ləğv edilmədi və İsveçdə şəxsi mülklərin qurulma tendensiyası da mövcud idi. 1680-ci ilin Böyük Azaltması zadəganların bu səylərinə son verdi və onlardan kraldan əldə etdikləri mülkləri yenidən onun ixtiyarına verməyi tələb etdi. Təhkimçilik hüququ Müqəddəs Roma İmperiyasında və İsveç Estoniyasında qazanılan hökmranlıqlarda qüvvədə qaldı və burada vahidlik siyasətinin sonradan tətbiq edilməsi əldə etdikləri müqavilələr tərəfindən əngəlləndi. Otuz illik müharibədəki qələbələrdən sonra İsveç İkinci Şimal Döyüşü əsnasında 1658-ci ildə Roskilde müqaviləsi ilə əsas düşməni Danimarkanın zərərsizləşdirilməsiylə böyük güc dövrünün zirvəsinə çatdı. Bu müharibənin gedişatında, sonrakı Skan müharibəsində olduğu kimi, İsveç də imperatorluğunu yalnız ən yaxın müttəfiqi olan Fransanın dəstəyi ilə qoruya bildi. İsveç kralı XI Çarlz imperiyanı möhkəmləndirdi.
İsveç şəhərləri
== İstinadlar ==
İsveç-Norveç birliyi
İsveç-Norveç — indiki İsveç və Norveç torpaqlarında qurulmuş uniya. 1814-cü ildə qurulmuş, 1905-ci ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmamış; Norveç parlamenti səsvermə ilə Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel'i VII Haakon adı ilə hakimiyyətə gətirərək İsveçdən ayrılmışdır. == Quruluşu == Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. İsveç kralı XIII Karl yeni birliyin kralı elan edildi. Bu vaxtı Norveçdə hələ də mübarizə aparan şahzadə Kristian Frederik işğala qarşı mübarizə aparmağa və heç olmasa Norveçin müstəqilliyini qorumağa çalışırdı. İyun ayının 30-u Rusiya, Avstriya, Prussiya və Böyük Britaniyadan gələn səfirlər onu sülhlə təslim olmağa çağırdılar. Kristian Frederik xalqın öz liderini seçməyini təklif edərkən bu yerdə Avstriya səfiri Avqust Ernst Şteigenteş bu məşhur şərhi: Müharibənin qaçınılmaz olduğunu görən İsveç, vəliəhd Karl İohannın komandanlığı altında Hvaler adalarına çıxaraq müharibəni başlatmış oldu. Langnes döyüşü kimi kiçik döyüşlərdə Norveçlilər qələbə qazansa da İsveç qalib gələrək şahzadə Kristian'ı Danimarkaya geri göndərdi. Noyabrın 4-ü XIII Karl Norveç kralı elan olundu.
İsveç baş nazirləri
== İsveç baş nazirlərinin siyahısı ==
İsveç şəhərlərinin siyahısı
== İstinadlar ==
İsveç əyalətlərinin siyahısı
İsveç əyalətləri - (isv. län) İsveçin ən böyük inzibati bölgüləridir. İsveç 21 əyalətə bölünür.
İsveç–Qazaxıstan münasibətləri
İsveç–Qazaxıstan münasibətləri (qaz. Швед-Қазақ қарым-қатынасы; isv. Sverige-Kazakiska relationer) — İsveç Krallığı ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik münasibətlər 7 aprel 1992-ci ildə qurulmuşdur. == Səfirliklər == Qazaxıstanın İsveçdəki səfirliyi 2013-cü ildən fəaliyyət göstərir. Fövqəladə və Səlahiyyətli Səfir: Dastan Eleukenovdur. İsveçin Qazaxıstandakı səfirliyi 2010-cu ildən fəaliyyət göstərir. Fövqəladə və Səlahiyyətli Səfir: Kristian Kamilldir. == Ali səviyyədə görüşləri == 2004-cü ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İsveç Krallığına rəsmi səfər edir. 2006-cı ilin fevralında İsveç Baş nazirinin birinci müavini Bosse Rinqholm bir işçi nümayəndə heyətinin başında Qazaxıstana səfər edir.
Adolf Fredrik (İsveç kralı)
Adolf Fredrik (isv. Adolf Fredrik, alm. Adolph Friedrich‎; 14 may 1710[…], Qottorp sarayı[d], Şlezviq-Holşteyn – 12 fevral 1771[…]) — 1751–1771-ci illərdə İsveç kralı. == Həyatı == Adolf Fredrik 14 may 1710-cu ildə Şlezviq şəhərində anadan olmuşdur. O, Holşteyn-Qottorp sülaləsindən idi. Fredrik 16 sentyabr 1727-ci ildə Lübek knyaz-yepiskopu olmuşdur. O, 18 iyun 1739-cu ildən Holşteyn-Qottorp hökmdarı idi. 1741–1743-cü illərdə Rusiya ilə müharibədə İsveçin məğlubiyyətindən sonra rusları razı salmaq məqsədilə 23 iyun 1743-cü ildə imperatriça Yelizaveta Petrovna Riksdaq tərəfindən İsveç taxtının varisi seçilmişdir. Adolf Fredrik 1751-ci ildə taxta çıxmışdır. O, II Fridrixin bacısı Luiza Ulrika Prussiyalı ilə evlənmişdir.
Azərbaycan-İsveç futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 02.09.2000 Bakı DÇSO Azərbaycan – İsveç 0:1 07.10.2001 Stokholm DÇSO İsveç – Azərbaycan 3:0 27.03.2023 Stokholm AÇSO İsveç – Azərbaycan 5:0 16.11.2023 Bakı AÇSO Azərbaycan – İsveç -:- === U-21 === 01.09.2000 Bakı DÇSO Azərbaycan – İsveç 0:5 06.10.2001 Stokholm DÇSO İsveç – Azərbaycan 0:0 20.11.2022 Türkiyə YO Azərbaycan – İsveç 1:8 === U-19 === 06.10.2011 İsveç AÇSO İsveç – Azərbaycan 0:1 15.10.2013 Landskruna, İsveç AÇSO İsveç - Azərbaycan 5:1 === U-17 === === Klublar === 01.08.2013 Bakı UEFA AL Qarabağ – Gefle 1:0 08.08.2013 Evle UEFA AL Gefle - Qarabağ 0:2 17.07.2014 Boras UEFA AL seç. mər. Elfsborq – İnter Bakı 0:1 24.07.2014 Bakı UEFA AL seç. mər. İnter Bakı – Elfsborq 0:1, p.
Azərbaycan-İsveçrə futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 31. avqust 1996 Bakı DÇ Azərbaycan – İsveçrə 1:0 11. oktyabr 1997 Sürix DÇ İsveçrə – Azərbaycan 5:0 === U-21 === 15. oktyabr 2019 Bakı, Azərbaycan AÇSO Azərbaycan – İsveçrə 0:1 12. noyabr 2020 İsveçrə AÇSO İsveçrə – Azərbaycan 2:1 === U-19 === 25. oktyabr 2014 Beringen ,Belçika AÇİM İsveçrə – Azərbaycan 1:2 === U-17 === 25. oktyabr 2014 Beringen, Belçika AÇSO İsveçrə – Azərbaycan 1:2 === Klublar === 20. avqust 2009 Bakı UEFA AL Bakı – Bazel 1:3 27. avqust 2009 Bazel UEFA AL Bazel – Bakı 5:1 21. yanvar 2015 Antalya YO Qarabağ – Sürix 1:1 21.
Azərbaycan - İsveçrə futbol oyunu
Azərbaycan - İsveçrə futbol oyunu 31 avqust 1996-cı ildə, DÇ-1998-in seçmə mərhələsi çərçivəsində Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. Seçmə mərhələnin 3-cü qrupunda oynayan Azərbaycan və İsveçrə komandaları, dünya birinciliyinə vəsiqə verən yerlərdən biri uğrunda mübarizə aparırdılar. Görüş məşqçi Kazbek Tuayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın sensasiyalı qələbəsi ilə nəticələnib — 1:0. Oyunu Rışard Vuyçikin rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edirdi. Bu qələbə futbol üzrə Azərbaycan yığmasının rəsmi görüşlərdə qazandığı ilk qələbə idi. Onu da qeyd etmək lazımdır ki, bu matç yekunda Azərbaycan milli komandasının həmin seçmə turnirdə uduzmadığı yeganə oyun olmuşdur. == Arxa plan == Azərbaycan və İsveçrə komandalarının görüşü 3-cü qrupun ikinci oyunu olmalı idi. Buna qədər Azərbaycan yığması səfərdə Norveç yığmasına 5:0 hesablı darmadağınla məğlub olmuşdu və qrupun autsayderi sayılırdı. İsveçrə yığması isə 1996-cı ilin iyununda Avropa çempionatında iştirak etmişdi və yeni baş məşqçi Rolf Fringerin rəhbərliyi altında ilk oyununu keçirməli idi. İsveçrə bu oyunda aşkar favorit idi..
Azərbaycan–İsveç futbol matçları
== Kişilər == === Əsas milli komanda === 02.09.2000 Bakı DÇSO Azərbaycan – İsveç 0:1 07.10.2001 Stokholm DÇSO İsveç – Azərbaycan 3:0 27.03.2023 Stokholm AÇSO İsveç – Azərbaycan 5:0 16.11.2023 Bakı AÇSO Azərbaycan – İsveç -:- === U-21 === 01.09.2000 Bakı DÇSO Azərbaycan – İsveç 0:5 06.10.2001 Stokholm DÇSO İsveç – Azərbaycan 0:0 20.11.2022 Türkiyə YO Azərbaycan – İsveç 1:8 === U-19 === 06.10.2011 İsveç AÇSO İsveç – Azərbaycan 0:1 15.10.2013 Landskruna, İsveç AÇSO İsveç - Azərbaycan 5:1 === U-17 === === Klublar === 01.08.2013 Bakı UEFA AL Qarabağ – Gefle 1:0 08.08.2013 Evle UEFA AL Gefle - Qarabağ 0:2 17.07.2014 Boras UEFA AL seç. mər. Elfsborq – İnter Bakı 0:1 24.07.2014 Bakı UEFA AL seç. mər. İnter Bakı – Elfsborq 0:1, p.
Azərbaycan–İsveçrə futbol matçları
== Kişilər == === Əsas milli komanda === 31. avqust 1996 Bakı DÇ Azərbaycan – İsveçrə 1:0 11. oktyabr 1997 Sürix DÇ İsveçrə – Azərbaycan 5:0 === U-21 === 15. oktyabr 2019 Bakı, Azərbaycan AÇSO Azərbaycan – İsveçrə 0:1 12. noyabr 2020 İsveçrə AÇSO İsveçrə – Azərbaycan 2:1 === U-19 === 25. oktyabr 2014 Beringen ,Belçika AÇİM İsveçrə – Azərbaycan 1:2 === U-17 === 25. oktyabr 2014 Beringen, Belçika AÇSO İsveçrə – Azərbaycan 1:2 === Klublar === 20. avqust 2009 Bakı UEFA AL Bakı – Bazel 1:3 27. avqust 2009 Bazel UEFA AL Bazel – Bakı 5:1 21. yanvar 2015 Antalya YO Qarabağ – Sürix 1:1 21.
Azərbaycan–İsveçrə münasibətləri
Azərbaycan–İsveçrə münasibətləri — Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Birjevaya küçəsi 14 ünvanında İsveçrənin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Klottyu rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin yanvar ayının 21-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Elton Məmmədov olmuşdur. 4 mart 2016-cı il tarixindən Bahar Muradova işçi qrupunun rəhbəridir.
Ermənistan–İsveçrə münasibətləri
İsveçrə—Ermənistan münasibətləri — İsveçrə və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. 23 dekabr 1991-ci ildə İsveçrə Ermənistanın müstəqilliyini tanımışdır. O vaxtdan bəri ölkələr arasında diplomatik əlaqələr davam edir. Ermənistanın İsveçrədəki və İsveçrənin Ermənistandakı səfiri (Tiflisdəki) 2002-ci ildə akkreditə olunmuşdur. 9 ildən sonra, 2011-ci ildə İsveçrə İrəvanda səfirlik açmışdır. Ermənistanınsəfirliyi isə Cenevrədə, Birləşmiş Millətlər Təşkilatındakı Ermənistan nümayəndəliyindədir. İsveçrə 16 dekabr 2003-cü ildə erməni soyqırımını tanımışdır. Ölkədə soyqırımın inkar edilməsi cərimə ilə cəzalandırılır. İsveçrədə 4000-6000 arası erməni yaşayır və Ermənistanda 26 İsveçrə vətəndaşı vardır.
Estoniyada isveçlilər
Estoniyada isveçlilər və ya Baltik isveçləri — Estoniya ərazisində yaşayan isveçlilər nəzərdə tutulur. Onlar orta əsr Estoniyasının tarixinə öz tövhəsimi vermiş və İkinci Dünya müharibəsinin sonlarına qədər seçilmiş milli azlıqlardan olmuşdur. == Tarixi == Sahil isveçləri qədim və sonradan yenidən bölgəyə almanlar tərəfindən köçürülmüş Skandinaviyalıların yörəmələridirlər. X-XI əsrlər bölgəyə vikinqlər sonradan isveçlilər və nəhayətdə almanlar köç etmişlər. Onlar indiki Estoniyanın sahil ərazilərini X-XVIII əsrlərdə nəzarətdə saxlamışlar. 1561—1721-ci illər ərzində,estonların indiki ərazilərini İsveç nəzarətdə saxlamışdır. Bu səbəbdən Estoniyada isveçələrin sayı XVII əsrdə pik dönəminə çatmişdir. Onlar bölgədə sayı 12 000 təşkil edirdi. On zamanlar az əhaliyə malik estoniyanın 5 % - 10 % arasınl təşkil edirdilər. Estoniyanın Rusiya imperiyasına birləşməsindən sonra regionda yaşayan almanlar özlərinin sosial-iqtisadi mövcudluğu ilə yanaşı mədəni kimliklərini qoruyub saxlaya bilmişdilər.
Futbol üzrə İsveç çempionatı
Allsvenskan (isv. Allsvenskan) — İsveçin futbol üzrə ən yüksək liqası. 1924-cü ildə təsis edilmişdir. == Tarixi == 1896-1925-ci illər arasında İsveç klubları arasında İsveç Çempionatı (isv. Svenska Mästerskapet) keçirilirdi. Daha sonra isə bu turniri Allsvenskan əvəz etdi. İlk belə yarışmanın qalibi QAİS klubu olmuşdur. 1987-ci ilə kimi çempionatın rəsmi adı I Divizion idi və yalnız bu ildən müasir ismi ilə adlandırıldı. == Format == Allsvenskan mövcud olduğu müddət ərzində həm payız-yaz, həm də yaz-payız sistemi ilə keçirilmişdir. 1982-1990-cı illərdə çempionatın sonunda pley/off maçları keçirilirdi.
Kanton (İsveçrə)
İsveçrə kantonu (alm. Kantone‎, fr. cantons, it. cantoni, romanş chantuns) — federativ dövlət kimi İsveçrənin ərazi quruluşu. İsveçrə Konfederasiyasının ən böyük dövlət ərazi vahidi. Paytaxt Bern şəhəridir.
Polşa-İsveç müharibəsi (1626-1629)
Polşa-İsveç müharibəsi (1626-1629) —17-ci əsrdə İsveç İmperiyası ilə Polşa arasındakı qarşıdurmanın dördüncü döyüşüdür. (1600-1611, 1617-1618 və 1620-1625-ci illərdən sonra). 1626-cı ildə başlamış və dörd il sonra Altmark müqaviləsi ilə, sonra Stuhmsdorfdakı Stuhmsdorf müqaviləsi ilə başa çatmışdır. == Hadisələr == === 1626 === Müharibənin ilk qarşılaşması, II Gustaf Adolfun rəhbərliyi altındakı 4.900 nəfərlik bir İsveç ordusunun Jan Stanisław Sapieha rəhbərliyi altındakı 2000 nəfərlik Polşa-Litva Birliyi qüvvələrini pusquya saldığı Latviya yaxınlığında baş verdi. Litva komandiri Jan məğlub oldu və əsəb pozuntusu keçirdi. 1626-cı ilin mayında Kral II Gustaf Adolf Krallıq Prussiyasını işğal etməyə başladı. 125 gəmidən ibarət bir donanmanın müşayiəti ilə 8 mindən çox (1000 süvari də daxil olmaqla) əsgərdən ibarət İsveç qüvvələri Baltiysk yaxınlığında Prussiya Hersoqluğu ərazisinə çıxdılar. Bu hərəkat Reç Pospolita üçün sürpriz oldu, müdafiəyə gecikdilər və II Gustaf Prussiyanın passiv dəstəyi ilə asanlıqla 16 şəhəri ələ keçirdi. Bu şəhərlərin əksəriyyətində protestantlar yaşayırdılar və ortaq dindaşları hesab etdikləri Lüteran İsveç qüvvələrinə qapılarını açdılar. Ancaq İsveç Kralı öz kiçik ordusunu və müdafiə donanmasını qoruyan Dansiq (Qdansk) şəhərini ala bilmədi.
Pərinçək İsveçrəyə qarşı
Pərinçək İsveçrəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozuntusu haqqında Türkiyə vətəndaşı Doğu Pərinçəkin 10 iyun 2008-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 15 oktyabr 2015-ci il tarixdə qəbul edilmiş qərar. Ermənistan Hökumətinə prosesə müdaxilə etmək və əlavə olaraq iclasda iştirak etmək hüququ verilib. Türkiyə, Ermənistan və Fransa Hökumətləri işdə üçüncü tərəf qismində çıxış etmişdir. == Faktlar == Ərizəçi 1942-ci ildə doğulub və Ankarada yaşayır. O, hüquq elmləri doktorudur və Türkiyə İşçi Partiyasının sədridir. 2005-ci ildə ərizəçi İsveçrədə üç ictimai xarakterli tədbirdə iştirak edib. Sözügedən tədbirlərdə ərizəçi “Erməni soyqırımı” kimi Hitlersayağı yalanlara inanmayın”, “Odur ki, kürd problemi və erməni məsələsi hər şeydən əvvəl problem sayılmır və ümumiyyətlə mövcud olmayıb...” kimi bəyanatlarla çıxış edib. Bundan sonra ərizəçi özü tərəfindən yazılmış “Böyük Güclər və Erməni məsələsi” adlı kitabçaları ətrafdakılara paylayıb. Kitabçada o, 1915-ci ildə və ondan sonrakı illərdə baş verən hadisələrin soyqırım olduğunu inkar edib. 15 iyul 2005-ci il tarixdə İsveçrə-Ermənistan Assosiasiyası ərizəçinin yuxarıda qeyd olunan birinci bəyanatı ilə bağlı ona qarşı cinayət qaydasında şikayət edib.
Qədim İsveçrə İttifaqı
İsveçrə ittifaqı — 1291-ci ildən 1798-ci ilə qədər Mərkəzi Avropada fəaliyyət göstərmiş dövlət birliyi. == İttifaqın yaranması == 1291-ci ildə Uri, Şvis və Untervalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma Alman İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburq xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar. 1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Qlarus və Zug kantonlarıyla Lüzern, Sürix və Bern şəhər dövlətləri də birliyə qatılaraq XV əsrə qədər varlığını davam etdirən (Sürix bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I Çarlza qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır. 1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq.
Rus-İsveç müharibəsi (1808-1809)
1808–1809-cu illərdə Rus-İsveç müharibəsi (Finlandiya müharibəsi), İsveç və fin tarixşünaslığında Fin müharibəsi adlanır — Fransa və Danimarka tərəfindən dəstəklənən Rusiyanın İsveçə qarşı apardığı müharibə. Rus-İsveç müharibələrindən sonuncusu. Müharibə Rusiyanın qələbəsi və Fridrixsqam sülh müqaviləsinin bağlanması ilə başa çatdı. Müqaviləyə əsasən Finlandiya İsveçdən alınaraq Böyük Finlandiya knyazlığı adı ilə Rusiya imperiyasının tərkibinə daxil edildi. == Müharibənin səbəbləri və məqsədləri == 1807-ci ilin yayında imperator I Aleksandr və I Napoleon Rusiya-Prussiya-fransız müharibələrinə son qoyaraq Tilzit sülhünü imzaladılar. Elə bu vaxtI Aleksandr İsveç kralı IV Qustava Napoleon ilə barışmaq üçün vasitəçiliyini təklif etdi. Sülh müqaviləsinin şərtlərindən biri Rusiya imperiyasının Böyük Britaniyanın kontinental blokadasına — Napoleonun təşkil etdiyi iqtisadi və siyasi sanksiyalar sisteminə daxil olması idi. Həmçinin, Danimarka krallığı da blokadaya qoşulmağı planlaşdırırdı. Buna cavab olaraq 1807-ci ilin avqustunda Birləşmiş Krallığın hərbi dəniz qüvvələri Kopenhagenə hücum etdi və bütün Danimarka donanmasını ələ keçirdi. Rusiya imperatorluq evinin Danimarka və Qolşteyn sarayları ilə qohumluq əlaqələri var idi.
Ukraynanın İsveçrə səfirliyi
Ukraynanın İsveçrə səfirliyi (ukr. Посольство України в Швейцарській Конфедерації) — Ukraynanın İsveçrənin Bern şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 6-da Ukrayna və İsveçrə dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1992-ci ildə isə Ukraynanın İsveçrə səfirliyi yaradıldı. Ukraynanın İsveçrədə olan fövqəldə və səlahiyyətli səfiri Artyom Rıbçenxodur. O, 2018-ci ildən bu vəzifədədir.
Vest-Hind şirkəti (İsveçrə)
İsveçrə Vest-Hind şirkəti (isv. Svenska Västindiska kompaniet) — 1786-cı ildə Qərbi Hindistanla ticarət etmək üçün İsveçdə qurulan ticarət şirkəti. XVIII əsrdə İsveç hökuməti zaman zaman Qərbi Hindistanla birbaşa ticarət açmağı düşünürdü, lakin müstəmləkə dövlətləri xarici gəmilərin öz koloniyalarının limanlarına girməsinə icazə vermədiyi üçün bu planlar yalnız kağız üzərində qaldı. 1745-ci ilin dekabrında "Abraham & Yakob Arvedson və şirkət" ticarət evi bu cür ticarəti həyata keçirmək imtiyazını qazandı, lakin Stokholmdakı İspan elçisi o qədər sərt etiraz etdi ki, şirkət onu tərk etmək məcburiyyətində qaldı. Ticarət heyəti imtiyazı digər tacirlərə vermək niyyətində idi, lakin bunun üçün heç bir istək göstərmədilər. ABŞ İstiqlal müharibəsi dövründə dörd Qərbi Hindistan limanında ticarətə icazə verildi və kral oradan gələn bütün İsveç gəmilərinə bəzi gömrük rahatlığı verdi.
Xarici İşlər Nazirliyi (İsveç)
İsveç Xarici İşlər Nazirliyi (isv. Utrikesdepartementet) — İsveç Krallığının digər dövlət və beynəlxalq təşkilatlarla əlaqələrdən məsul olan mərkəzi hökumət orqanı. == Tarixi == Xarici İşlər Nazirliyinin tarixinə görə 1791-ci ildə Kral III Qustav Beynəlxalq yazışma üçün kral kabineti yaradır. 1840-cı ildə təşkilat adını dəyişərək rəsmi olaraq Xarici İşlər Nazirliyi adını aldı.
Xarici İşlər Nazirliyi (İsveçrə)
İsveçrə Xarici İşlər Nazirliyi (alm. Eidgenössisches Departement für auswärtige Angelegenheiten‎, fr. Département fédéral des affaires étrangères, it. Dipartimento federale degli affari esteri) — İsveçrənin xarici əlaqələrini davam etdirməklə məsul olan orqan. == Tarixi == 1849-cu ildə Xarici İşlər Nazirliyinin funksiyaları müəyyən dərəcədə olan "Siyasi Departament" yaradılmışdır. Ancaq ənənəvi olaraq bu departamentə beynəlxalq məsələlərin həlli üçün əsas rol verilmişdir və nüfuzlu valideynlərin gənc aristokratı həmişə başçı təyin edilirdi. == Quruluş == Federal Xarici İşlər Nazirliyi Berndəki mərkəz ofisindən və 300-dən çox xarici missiyadan (səfirliklər, konsulluqlar və koordinasiya ofislərindən) ibarətdir. Mərkəzi aparat dörd şöbədən ibarətdir: Siyasi İdarəetmə, Beynəlxalq Hüquq Bürosu, İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə İdarəsi və Koporotiv idarəetmə. Dövlət Federal Xarici İşlər Nazirliyinin təxminən üçdə biri Berndə, qalanları isə ölkədən xaricdə vəzifə yerinə yetirməkdədir.
Yeni il İsveçrədə
Yeni il İsveçrədə — İsveçrədə təntənə ilə qeyd olunan bayram İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 37.08 dəfə / 1 mln.
2002 •••••• 13.70
2003 ••••••••••••• 33.46
2004 ••••••••••••• 33.69
2005 ••••••••••••• 33.06
2006 ••••••••••••• 32.88
2007 •••••••••••• 29.60
2008 ••••••••••••••• 39.47
2009 •••••••••••••• 35.20
2010 ••••••••••••••••••• 50.29
2011 •••••••••••••••••• 47.70
2012 •••••••••••••••••••• 53.09
2013 ••••••••••••••••• 45.07
2014 ••••••••••••••••••• 49.42
2015 •••••••••••••• 36.07
2016 •••••••••• 26.03
2017 •••••••••• 23.90
2018 ••••••••• 22.02
2019 •••••• 14.88
2020 •••••••••• 25.99

isveç sözünün leksik mənası və izahı

isveç sözünün rus dilinə tərcüməsi

isveç sözünün fransız dilinə tərcüməsi

"isveç" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#isveç nədir? #isveç sözünün mənası #isveç nə deməkdir? #isveç sözünün izahı #isveç sözünün yazılışı #isveç necə yazılır? #isveç sözünün düzgün yazılışı #isveç leksik mənası #isveç sözünün sinonimi #isveç sözünün yaxın mənalı sözlər #isveç sözünün əks mənası #isveç sözünün etimologiyası #isveç sözünün orfoqrafiyası #isveç rusca #isveç inglisça #isveç fransızca #isveç sözünün istifadəsi #sözlük