izlə sözü azərbaycan dilində

izlə

Yazılış

  • izlə • 93.9394%
  • İzlə • 3.0303%
  • İZLƏ • 3.0303%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Barmaq izləri
Barmaq izi - hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Barmaq izləri müxtəlif cinayətlərin açılmasında istifadə edilməkdədir. Barmaq uclarındakı dəri qabarmalarının təşkil etdiyi naxışlar, bir-birini kəsən və ya bir-birinə paralel, oval yaxud dairəvi cizgilərin hərəkətləri ilə meydana çıxarılır. Mürəkkəblə tam islanmış bir süngərə toxundurulan barmaq daha sonra bir kağıza basılarsa, barmaq ucundakı naxış mürəkkəb sayəsində kağıza keçər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək şübhəli bir vəziyyətdə yeni izlərlə müqayisə edilərək dəyərləndirilir. Dərimizin hər tərəfinə paylanan tər bezləri, vücudumuzun hər bölgəsində müxtəlif sıxlıqdadır. Barmaq uclarımıza da bir çox tər bezi yerləşdirilmişdir. Barmağımızla hər hansı bir əşyaya toxunduqda tər bezlərinin deşiklərindən çıxan tərimiz, toxunduğumuz yerdə qalır və barmaq izi naxışımızın həmin yerə keçməsinə səbəb olur. Barmaq izini buraxan tərin doxsan doqquz faizi sudur. Qalan bir faizlik qismində yağ turşuları, yağ, esterlər, amin turşusu və duzlar var.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kinomuzda zərif izlər (film, 2019)
"Kinomuzda zərif izlər" — rejissor Sənan Sultanovun filmi. AzTV istehsalıdır. == Məzmun == Azərbaycan rejissoru, ssenaristi Zeynəb Kazımovanın həyat və yaradıcılığına həsr olunmuşdur.
Silinməyən izlər... (film, 2011)
Silinməyən izlər... — görkəmli kinorejissor, Azərbaycanın xalq artisti Tofiq Tağızadənin həyat və yaradıcılığından bəhs edən çoxseriyalı sənədli televiziya filmi. == Məzmun == Sənədli serial kinomuzda və teatrda silinməyən izlər qoyan sənətkarlardan bəhs edir. == Seriyalar == Silinməyən izlər... Ələsgər Ələkbərov Silinməyən izlər... Tofiq Tağızadə Silinməyən izlər... Yusif Vəliyev == Film haqqında == "Görüş", "Uzaq sahillərdə", "Əsl dost", "Əmək və qızılgül", "Matteo Falkone", "Arşın mal alan", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm...", "Dədə Qorqud", "Bağ mövsümü", "O dünyadan salam", "Bəxt üzüyü", "Anlamaq istəyirəm", "Qaladan tapılan mücrü", "Qızıl qaz", "Ac həriflər", "Babamızın babasının babası" filmlərindəki kadrlardan istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operatorlar: Rüfət Sarabi, Əliağa Rzayev Montaj: Araz Əjdərov, Rəşad Rəhimov Qrafika: Təkin Əfəndiyev Videomateriallar: Fuad Əhmədov Rejissor assistenti: Cavid Babayev İnzibatçı: Etibar Almazov Redaktor: Səyavuş Məmmədov === Filmdə iştirak edənlər === İranə Tağızadə (əməkdar incəsənət xadimi) Oqtay Mirqasımov (xalq artisti) Elçin (xalq yazıçısı) Mayis Ağabəyov (xalq rəssamı) Xuraman Qasımova (xalq artisti) Arman Tağızadə (Tofiq Tağızadənin nəvəsi) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. == Virtual məkanda izləmə == Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. == İzləmə tətbiqləri == İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
İzlənilən (film, 1995)
İzlənilən (ing. The Hunted) — baş rolda Kristofer Lambertin oynadığı döyüş filmi. == Məzmun == Yaponiyaya iş görüşməsi keçirən amerikalı biznesmen Pol Rasin yapon qız Kirana ilə tanış olur. Gecəni otel otağında bir yerdə keçirdikdən sonra, qız Rasinin getməsini istəyir. Rasin otağı tərk etsə də, liftdə olanda otağın açarının özündə olduğunu görür və qaytarmaq üçün Kirananın yanına dönür. Otağa daxil olarkən Kirananın 3 nindzanın əhatəsində olduğunu görür. Kirananın öldürmək üçün göndərilən nindzaların başçısı Kindzö qızın son arzusu ilə maskasını çıxarıb üzünü göstərir. Olaya müdaxilə edən Rasin nindzaların zəhərli surikeni ilə yaralanır. Kirinanın isə başı kəsilir. Uğurlu cərahiyyə əməliyyatı nəticəsində Rasin sağ qalır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Səmada kimyəvi izlər
Kimyəvi izlər (ing. chemtrails ) sui-qəsd nəzəriyyəsinin bir hissəsidir və bu anlayışa görə dünyanı gizli idarə edən qüvvələr və ya "işğal hökuməti" gizli şəkildə sərnişin təyyarələrindən müəyyən "kimyəvi maddələr" püskürür. Sui-qəsd nəzəriyyəçiləri iddia edirlər ki, bu cür təyyarələr qeyri-adi kondensasiya izləri qoymaqla seçilir. Lakin realda səma üzərində yaranan bu izlərin həqiqətən kimyəvi olduqlarını isbat edən heç bir sübut yoxdur. == Mövzu ilə bağlı fikirlərin yaranması tarixi == Bu konsepsiyanın mənşəyi Amerika Birləşmiş Ştatlarının 1967-1972-ci illərdə Vyetnam ( Vyetnam Müharibəsi ), Kamboca ( Kamboca Kampaniyası ) və Laos ( Laos Vətəndaş Müharibəsi ) üzərində buludlara gümüş yodidi səpdiyi Popay əməliyyatı ilə əlaqələndirilir ki, bu da bu ölkələrin ərazisi üzərində daha çox yağıntıya səbəb olmuşdu. Hava şəraitinin dəyişdirilməsi texnologiyalarının hərbi məqsədlər üçün istifadəsinə qadağa hazırda Ətraf Mühitin Dəyişdirilməsi Vasitələrinin Hərbi və ya Hər hansı digər Düşmən İstifadəsinin Qadağan edilməsi haqqında Konvensiyaya ( ENMOD ) uyğundur. SSRİ-nin təşəbbüsü ilə hazırlanmış bu konvensiya, xüsusən ABŞ, Rusiya və Çin tərəfindən ratifikasiya edilmişdir.1996-cı ilin avqustunda ABŞ Hərbi Hava Qüvvələri hava silahları üçün ideyalar təklif edən "Hava güc çoxaldıcısı kimi: 2025-ci ildə havaya sahib olmaq" məqaləsini dərc etdi. Bu məqalə kimyəvi izlər ideyası üçün təkan oldu. 2 oktyabr 2001-ci ildə ABŞ Konqresi ekzotik silah sistemlərinin təsnifatının bir hissəsi kimi ilk dəfə olaraq "chemtrails" termininindən istifadə edərək H.R. 2977 aktını qəbul etdi.2007-ci ildə yerli Luiziana televiziyası səmanın üzərində izlər və bariumun həddindən artıq yüksək konsentrasiyasını - milyonda 6,8 hissə olduğunu bildirir. Sonradan sözlər geri götürülməli oldu (konsentrasiya min dəfə az) - buna baxmayaraq, geniş ictimaiyyət arasında bu nəzəriyyənin yayılmasına kömək edən məhz bu hadisə oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2011 •••• 0.26
2012 •••• 0.26
2013 ••• 0.15
2016 ••••• 0.35
2017 ••••• 0.33
2020 •••••••••••••••••••• 1.46

"izlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#izlə nədir? #izlə sözünün mənası #izlə nə deməkdir? #izlə sözünün izahı #izlə sözünün yazılışı #izlə necə yazılır? #izlə sözünün düzgün yazılışı #izlə leksik mənası #izlə sözünün sinonimi #izlə sözünün yaxın mənalı sözlər #izlə sözünün əks mənası #izlə sözünün etimologiyası #izlə sözünün orfoqrafiyası #izlə rusca #izlə inglisça #izlə fransızca #izlə sözünün istifadəsi #sözlük