İşıldaquş
İşıldaböcəklər (lat. Lampyridae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
2000-dək növü məlumdur. Fəsilənin nümayəndələri qaranlıqda qeyri-adi fosforlu işıq saçma kimi xüsusiyyətlərə malikdirlər. İşıldayan böcəklərin rəngləri tutqun bozumtul olaraq, yetkinlərinin bədənlərində işıqvermə qabilliyəti olduğundan onlara "sehirli gecə fənərləri" də deyirlər. Qanadlı işıldayan böcəklərin yalnız erkəkləri gecələr qısa müddət ərzində "fənərlərini yandıraraq" işıq saçırlar.
Böcəklərin işıqvermə orqanları qarnının sonunda olub, orada şəffaf qabıq altında iri fotogen hüceyrələrlə traxeyalardan ibarətdir. Traxeyalar hüceyrələrə oksigenlə birləşməsi nəticəsində və sinir düyünlərinin nizama düşməsi ilə fosforlu parıltı əmələ gətirir. Bu cücülər, demək olar ki, dünyanın hər yerinə yayılıblar. Erkəkləri yaxşı uçur, bədəni uzunsovdur.