Portuqaliyalı Juana (Kastiliya kraliçası)
Portuqaliyalı Yuanna (port. Joana de Portugal) (20 mart 1439 – 12 dekabr 1475, Madrid, Madrid vilayəti[d]) — Kastiliya və Leon kralı IV Henrinin xanımı, Portuqaliya infantası.
== Həyatı ==
Yuanna 1455-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Eleonoradır. Atası doğumundan 6 ay öncə vəfat etmişdi və taxta azyaşlı qardaşı V Afonso çıxarılmışdı. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında balaca Yuanna ilə Kastiliyaya qaçmağa məcbur oldu.
Uşaqlıq illəri Kastiliyada keçən Yuanna 21 may 1455-ci ildə Kordovada xalası oğlu olan Kastiliya kralı IV Henriylə evləndi. Bu, kralın ikinci evliliyi idi və ilk evliliyindən övladı olmamışdı. Cütlüyün bu nigahdan 6 ildən sonra yalnız bir qızı - Yuanna dünyaya gəldi.