Juan sözü azərbaycan dilində

Juan

Yazılış

  • Juan • 98.5849%
  • juan • 1.4151%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Don Juan
"Don Juan" — hekayə dəfələrlə müxtəlif yazıçılar tərəfindən yazılmışdır. Don Juan adı məcazi olaraq "avara" mənasında işlədilir. == Don Juan əfsanəsi == Əfsanəyə görə Don Juan zadəgan bir ailənin gənc qızını başdan çıxararaq, özünə aşiq etmiş və atasını öldürmüşdür. Daha sonra məzarlıqda atasının heykəlini hörmətsiz şəkildə yeməyə dəvət etmiş və heykəl yemək təklifini qəbul etmişdir. Atasının heykəli, yeməyə Don Juanın qətli üçün gəlmişdir. Heykəl salamlaşmaq üçün əlini Don Juana uzatmış və Don Juan onun əlini sıxanda heykəl onu cəhənnəmə aparmışdır. Bu səbəblə "Don Juan" zamanımızda avaralıq üçün istifadə olunan məşhur söz halına gəlmişdir. Çox saylı fikirlərə görə Don Juanın ilk yazılı hekayəsi Tirso de Molinanın yazdığı "El burlador de Sevilla y convivado de piedra" (Sevil aldadıcısı və daşdan qonaq) -dır. Bu əsərin 1615-ci ilə aid yazılı variantının İspaniyada tapılmasına baxmayaq 1620 və ya 1625-ci ildə çap olunmuşdur. Bu obraz özünü qadınlara aşiq kimi göstərən və evlilik vəd edən avara obrazdır.
I Juan
I Juan (port. João) və ya Avizli Juan (port. João de Avis) (d. 11 aprel 1357 – ö. 14 avqust 1433) — Aviz sülaləsinə mənsub ilk Portuqaliya kralı. == Mənbə == Ana Echevarría Arsuaga: Catalina de Lancaster, edit. Nerea, 2002. ISBN 84-89569-79-7 Williamson, D. 1988. Debrett's Kings and Queens of Europe Metcalf, Alida C. (2005). Go-betweens and the Colonization of Brazil: 1500–1600.
Juan Lorensu
Juan Manuel Qonsalves Lorensu (port. João Manuel Gonçalves Lourenço; 5 mart 1954, Lobitu[d], Benquela vilayəti[d]) — anqolalı siyasətçi.26 sentyabr 2017-ci il tarixindən Anqola Respublikasının Prezidenti vəzifəsində çalışır. 2014–2017-ci illərdə isə Anqola Respublikasının Milli Müdafiə Naziri olmuşdur. == Həyatı == Lorensu 1954-cü ildə anadan olub. O, on uşaqlı bir ailədə böyüyüb. İbtidai və orta təhsilini Biye və Luanda əyalətlərində portuqal dilində almışdır. Ardınca təhsilini Luanda Sənaye İnstitutunda davam etdirmişdir.1974-cü ilin avqustunda Ponta Neqradakı azadlıq mübarizəsinə qatılmışdır. Hərbi karyerasına Anqolanın Qurtuluş Müharibəsində Portuqaliyaya qarşı döyüşərək başlamış, sonra isə Angola Vətəndaş Müharibəsi zamanı Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı partiyasının üzvü olaraq döyüşmüşdür. Lorensu artilleriya təhsili almış və daha sonra Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı Partiyasında funksionerlərdən biri olmuşdur. 1978–1982ci illərdə Lorensu Sovet İttifaqınada və Hərbi-Siyasi Akademiyada təhsil almışdır.
Juan Jesus
Juan Jesus, sadəcə Juan və ya Juje kimi də tanınır (10 iyun 1991, Belu-Orizonti) — Brazliyalı peşəkar futbolçu. "Napoli" klubunda müdafiəçi kimi çıxış edir. O, əvəllər Braziliya millisinin də şərəfini qoruyub. == Karyerası == Jesus karyerasına Braziliyanın "İnternasional" klubunun gənclər komandasında başlayıb. Joao buarada 2010-cu ildə böyük komandada debüt etdi və ilk mövsümündə 7 oyunda iştirak etdi. 2011-ci il mövsümündə Juan vaxtaşırı əsas komandada meydana çıxır və çempionluq üçün 18 oyun keçirdir. 2012-ci ilin yanvarında "İnter Milan"ın gənc braziliyalı müdafiəçi ilə maraqlandığı barədə məlumatlar ortaya çıxdı. Bütün transfer pəncərəsi ərzində Juanın alınması üçün danışıqlar gedir və nəticədə transfer pəncərəsinin son günundə transfer baş tutur. Juanın "Neradzurri"dəki debütü "Latsio" ilə son tur oyununda, gənc braziliyalı futbolçunun əsas vaxtda Dieqo Militonu əvəzləyərək meydana çıxması ilə baş tutur. Braziliyalı futbolçu avrokuboklarda ilk oyununu, Avropa Liqasının seçmə mərhələsində Rumıniya "Vaslui"sinə qarşı keçirib.
III Juan
III Con (port. João III de Portugal) və ya Dindar Con (port. João o Piedoso) (d. 7 iyun 1502 - ö. 11 iyun 1557) — Portuqaliya kralı. Atası Aviz sülaləsinə mənsub I Manuel, anası isə Kastiliyalı İzabella və Araqonlu Ferdinandın qızı Mariya idi. Atasının vəfatının ardından 1521-ci ildə hələ 19 yaşında ikən taxta çıxdı. Onun səltənət illərində Portuqaliya krallığı Asiyada və Yeni dünyada olan ərazilərini genişləndirdi. Hindistandan gələn ədviyyat yolu portuqalların nəzarəti altına düşdü. Üstəlik, ilk dəfə onun səltənətində Çindəki Min sülaləsi və Yaponiya krallıqları ilə diplomatik əlaqələr quruldu.
Juan Manuel
Con Manuel (port. João Manuel) (3 iyun 1537 – 2 yanvar 1554, Lissabon) — Portuqaliya kralı III Con və Avstriyalı Ketrinin yetkinlik yaşına çatan yeganə oğlu, Portuqaliya infantı. == Həyatı == Con Manuel 3 iyun 1537-ci ildə Evora sarayında dünyaya gəldi. Atası Portuqaliya kralı III Con, anası isə Kastiliyalı Yuanna və Habsburqlu Filipin ən kiçik qızı Ketrin idi. Özündən öncə dünyaya gələn 4 qardaşı körpə yaşlarında vəfat etdiyi üçün hələ 2 yaşında ikən 1539-cu ildə Portuqaliya taxtının vəliəhdi - infant elan edildi. Bununla yanaşı səhhəti olduqca zəif idi. Yaxın qohumluq əlaqələri olan İspaniya və Portuqaliya monarx ailələri arasında baş tutan evliliklər gənc infantın zəif səhhətinin başlıca səbəbi olaraq görülür. 11 yanvar 1552-ci ildə Con Manuel həm dayısı, həm də bibisi qızı olan Avstriyalı Yuanna ilə evləndirildi. Ancaq çox keçmədən 2 yanvar 1554-cü ildə Con Manuel vəfat etdi. Onun ölüm səbəbi vərəm və ya diabet olaraq göstərilir.
İnfant Juan
İnfant Con (port. Infante Don João) (13 yanvar 1400, Santaren[d] – 18 oktyabr 1442) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. 11 il boyunca Portuqaliyanın ən ali hərbi rütbəsi olan Portuqaliyanın Baş Məmuru (port. Condestável de Portugal) ünvanını daşımışdır. == Həyatı == İnfant Con 1400-cü ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 18 yaşı tamam olduqdan sonra atasının istəyi və Papa V Martinin təsidqi ilə Müqəddəs Ceyms Orderinin ustadı elan olundu. Həmin il (1418) qardaşı İnfant Henriylə birlikdə Seutaya əlavə donanma apardılar və bölgəni mühasirədən azad etdilər.
Don-Juan gölü
Don Juan gölü (lat. Don Juan) — Antarktidanın Viktoriya Torpağı, Rayt vadisində yerləşən kiçik göl. Dünyanın ən duzlu gölü statusuna namizəddir. == Tarixi == Göl 1961-ci ildə helikopter pilotları Don Ro (Don Roe) və Con Hiki (John Hickey) tərəfindən aşkarlanmışdır. Göldə onların şərəfinə adlandırılmışdır. Kəşf zamanı havada -30 °C olmasına baxmayaraq göl donmamışdır. 1977-ci ildə gölün sahəsi 0,25 km² təşkil edirdi. Gölün sahəsi 1995-ci ildə isə 0,03 km², dərinliyi isə 0,1 metrə qədər azalmışdır. Qrunt sularınln səthə çıxdığı yer olaraq düşünülür. Quru və sərt iqlimdə yerləşməsi və güçlü küləklər gölə böyük təsir göstərir.
Don Juan (opera)
Don Covanni və ya Cəzalandırılmış əxlaqsız (KV 527, it. Don Giovanni ossia Il dissoluto punito) — "Şən drama" (it. dramma giocoso) iki pərdəli Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu opera. Operanın ilk premyerası 29 oktyabr 1787-ci ildə Praqada Məhəllə teatrının (çex. Stavovské divadlo) səhnəsində oynanılır. 7 may 1788-ci ildə isə Vyanada təkrar oynanılır. Opera həm "Don Covanni…" həm də "Don Juan…" kimi də adlandırılır. Çünki personajın adı ispanca don Xuan (isp. Don Juan), fransızca don Juan, italyanca isə don Covanni (it. Don Giovanni) kimi tələfüs edilir.
Juan Barboza Rodriqis
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. == Elmi fəaliyyəti == Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Elmi işləri == A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Juan Bernardu Vieyra
Juan Bernardu Vieyra — Qvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009). 1939-cu ildə anadan olmuş Vieyra 1978-1980-ci illərdə ölkənin baş naziri, 1980-1999-cu illərdə prezidenti olub. 2005-ci ildə yenidən prezident vəzifəsinə seçilib. Peşəcə elektrik olan Vieyra 1960-cı ildə Portuqaliya müstəmləkəçiləriylə partizan mübarizəsi aparan Qvineya Afrika Azadlıq Partiyasına qoşulur. Tezliklə hərəkatın əsas liderlərindən olur və "Nino" ləqəbi qazanır. Dövlət müstəqilliyi elan ediləndən (1973) sonra Milli Xalq Assambleyasının sədri, daha sonra baş nazir vəzifələrini tutur. 1980-ci ildə qansız hərbi çevriliş edərək ölkənin ilk prezidenti Luiş Kabralı devirir. Uzun müddət avtoritar idarəçilikdən sonra Vieyra 1994-cü ildə keçirilən çoxpartiyalı seçkidə hakimiyyəti əldə saxlayır. 1998-ci ildə vəzifədən çıxarılmış ordu komandanı Ansumane Mane ilə münaqişə vətəndaş müharibəsinə gətirir. 1999-cu ildə Vieyra ölkədən qaçır.
Juan de Herrera
Juan de Herrera de Maliaño (1530 – 15 yanvar 1593, Madrid) — İspaniyalı memar, riyaziyyatçı, sörveyör və hərbçi. Rönesans ispan memarlığının ən böyük nümayəndələrində biri sayılır. Onun şərəfinə Herrerian ayıq və sərt memarlıq üslubu adlandırılıb. II Filipp (ö. 1556-1598) dövrünün təmsilçisi idi və sonrakı İspan memarlığına, əsasən XVII əsr boyunca əhəmiyyətli dərəcədə təsir etdi.
Juan de Loureyru
Juan de Loureyru (port. João de Loureiro) (8 sentyabr 1717 — 18 oktyabr 1791) — Portuqaliya paleontoloqu və botaniki. == Əsərləri == "Flora cochinchinensis: sistens plantas in regno Cochinchina nascentes" (1790), == Biblioqrafiya == Robert Zander, Fritz Encke, Günther Buchheim, Siegmund Seybold. 1984. Handwörterbuch der Pflanzennamen. 13. Auflage.
II Juan (Portuqaliya kralı)
II Con (port. João II) və ya Mükəmməl Şahzadə (port. o Príncipe Perfeito) (d. 3 mart 1455 – ö. 25 oktyabr 1495) — Aviz sülaləsinə mənsub dördüncü Portuqaliya kralı. == Mənbə == McKendrick, Melveena (2000). Playing the king: Lope de Vega and the limits of conformity. Tamesis. p. 55.
Silvinu Juan de Karvalyu
Silvinu Juan de Karvalyu (port. Silvino João de Carvalho; 20 may 1981, Araripina, Braziliya; daha çox Jaba (port. Jabá) adı ilə məşhurdu) — braziliyalı futbolçu, hücumçu. == Həyatı == Jaba 20 may 1980-ci ildə Braziliyada anadan olmuşdur. Jaba hücumçudur. Həm sağ, həm də sol cinahlarda oynaya bilir, sürətlidir, yüksək məhsuldarlıq nümayiş etdirir. Son 4 mövsümü Türkiyənin Ankaragücü klubunda forma geyən Jaba Superliqada 50-dən artıq qola imza atıb. == Karyerası == Jaba 20 may 1981-ci ildə Braziliyada dünyaya gəlib. 2001-2003-cü ildə vətənində çıxış edən hücumçu 2003/06-ci illərdə "Ankaraspor"da forma geyinib. Bu müddətdə 83 oyuna çıxıb 27 qol vuru.
IV Juan (Portuqaliya kralı)
IV Con (port. João IV) və ya Bərpaedici Con (port. João o Restaurador; 19 mart 1604, Vila-Visoza sarayı[d] – 6 noyabr 1656, Ribeyra sarayı) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya kralı. == Mənbə == D.A. Brading (24 September 1993). The First America: The Spanish Monarchy, Creole Patriots and the Liberal State 1492-1866. Cambridge University Press. p. 213. ISBN 978-0-521-44796-6 Davenport, Frances Gardiner (2004). European Treaties Bearing on the History of the United States and Its Dependencies to 1648.
V Juan (Portuqaliya kralı)
V Con (port. João V) və ya Uca Con (port. João o Magnânimo; 22 oktyabr 1689[…], Lissabon – 31 iyul 1750[…], Lissabon) — Braqanza sülaləsinə mənsub dördüncü Portuqaliya kralı. == Mənbə == Azevedo, Joaquim (1789). Chronologia dos Summos Pontifices Romanos Extrahida dos Melhores Authores da Historia Ecclesiástica (in Portuguese). Lisbon: Regia Officina. Bernardes Branco, Manoel (1886). Portugal na Epocha de D. João V (in Portuguese). Lisbon: Livraria Antonio Maria Ferreira. Bianchini, Francesco (2012).
David Juanq
David Juanq (1 sentyabr 1963) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == David Juanq Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra David Juanq Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. David Juanq Birləşmiş Ştatları 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Juanes
Xuanes (isp. Juanes, tam adı Xuan Esteban Aristisabal Vaskes (isp. Juan Esteban Aristizábal Vásquez); 9 avqust 1972, Medelyin, Kolumbiya) — kolumbiyalı populyar musiqi ifaçısı. 1998-ci ilə qədərEkhymosis ağır rok komandasının heyətində çıxış edib.
Juankum
Juankum (qaz. Жуанқұм) — Qızılqum səhrasının şimal hissəsində yerrləşən qumlu massiv. Qazaxıstanın Qızılorda vilayəti ərazisində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzunluğu 80 km, eni isə 20 km təşkil edir. Ərazisi 1,2 min km²-dir. Allüvi çöküntülərdən ibarətdir. Yeraltı suları 5–20 m dərindədir. Yayda tam quruyan göllərə sahibdir. Ərazisində efemerli bitkilər üstünlük təşkil edir. Saksaul belə görülür.
Portuqaliyalı Juana (Kastiliya kraliçası)
Portuqaliyalı Yuanna (port. Joana de Portugal) (20 mart 1439 – 12 dekabr 1475, Madrid, Madrid vilayəti[d]) — Kastiliya və Leon kralı IV Henrinin xanımı, Portuqaliya infantası. == Həyatı == Yuanna 1455-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Elyanoradır. Atası doğumundan 6 ay öncə vəfat etmişdi və taxta azyaşlı qardaşı V Afonso çıxarılmışdı. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında balaca Yuanna ilə Kastiliyaya qaçmağa məcbur oldu. Uşaqlıq illəri Kastiliyada keçən Yuanna 21 may 1455-ci ildə Kordovada xalası oğlu olan Kastiliya kralı IV Henriylə evləndi. Bu, kralın ikinci evliliyi idi və ilk evliliyindən övladı olmamışdı. Cütlüyün bu nigahdan 6 ildən sonra yalnız bir qızı - Yuanna dünyaya gəldi.
İnfanta Juana
İnfanta Yuanna (port. Infanta Donna Joana) (6 fevral 1452, Lissabon – 12 may 1490) — Portuqaliya infantası. Atası Aviz sülaləsindən Portuqaliya kralı V Afonso, anası isə Koimbra hersoqu İnfant Pyotrun qızı İzabelladır. 1471-ci ildə atasının olmaması səbəbilə kral naibəsi olaraq krallığı idarə etmişdir. == Həyatı == Donna Yuanna atasının ikinci övladı idi. Ancaq kralın ilk övladı 1 aylıq ikən vəfat etmişdi. Bu səbəblə V Afonsonun ən böyük övladı olaraq, kiçik qardaşı İnfant Conun doğulduğu 1455-ci ildədək taxtın varisi olaraq qaldı. Gənc yaşlarında ikən rahibə olmaq istəsə də, atası tərəfindən icazə verilmədi. 1471-ci ildə çıxılan Tanjer səfəri dönəmində atası tərəfindən kral naibəsi təyin edildi. Bir neçə evlilik təklifini geri çevirdikdən sonra 1475-ci ildə atasının da icazəsiylə dominikan kilsəsinə qapandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.57 dəfə / 1 mln.
2003 ••••••••••• 2.36
2004 ••••• 1.01
2005 •••• 0.67
2006 •••• 0.68
2007 ••••••••• 1.90
2008 •••• 0.73
2009 •••• 0.80
2010 •••••••• 1.63
2011 •••••••••••• 2.57
2012 •••••••••••••••••••• 4.30
2013 •••••••••• 2.04
2014 ••• 0.51
2015 •••• 0.68
2016 •••• 0.69
2017 •••• 0.65
2018 ••••• 0.90
2019 •••••• 1.25
2020 •••• 0.66

"juan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#juan nədir? #juan sözünün mənası #juan nə deməkdir? #juan sözünün izahı #juan sözünün yazılışı #juan necə yazılır? #juan sözünün düzgün yazılışı #juan leksik mənası #juan sözünün sinonimi #juan sözünün yaxın mənalı sözlər #juan sözünün əks mənası #juan sözünün etimologiyası #juan sözünün orfoqrafiyası #juan rusca #juan inglisça #juan fransızca #juan sözünün istifadəsi #sözlük