Kavala sözü azərbaycan dilində

Kavala

Yazılış

  • Kavala • 97.0588%
  • KAVALA • 2.9412%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kavalalı Mehmed Əli Paşa
Kavalalı Mehmed Əli Paşa (4 mart 1769, Kavala[d], Osmanlı imperiyası – 2 avqust 1849, İsgəndəriyyə, Misir əyaləti) — Osmanlıların Misir və Sudan hakimi və Kavalalı ailəsinin banisi. == Həyatı == === İlk illəri === 4 mart 1769-cu ildə Kavalada dünyaya gəldi. Ailəsinin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyada Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Bəzi tarixi mənbələrdə atası İbrahim ağanı kiçik yaşlarında itirərək əmisi Tosun ağanın himayəsinə girməsi qeyd edilsə də, İbrahim ağanın ölüm tarixinin 1790-cı il olması bu məlumatı təsdiq etmir. Atasının yanında tütün ticarətiylə məşğul olan Mehmed Əli 1787-ci ildə hərbi xidmətə alınmış, bu müddət ərzində vergi ödəməkdən boyun qaçıran kəndlilərin cəzalandırılmasında ön plana çıxmışdır. Həmin il Kavalada dul qalan xalası qızı Əminə xanımla evləndi. Misiri işğal edən fransızlara qarşı hazılanan hərbi birliklər arasında Kavaladan yola düşən 300 nəfərlik dəstənin içərisində yer alan Mehmed Əlinin Misir torpaqlarına ilk gəlişi də məhz 8 mart 1801-ci il olaraq qəbul edilir. Həmin il fransız birliklərinə qarşı vuruşmada fərqləndiyi üçün Misir bəylərbəyi Hüsrəv Mehmed Paşa tərəfindən mayor rütbəsinə yüksəldi və qısa zamanda Misirdəki Osmanlı ordusunun əsasını təşkil edən alban birliklərinin ikinci komandiri oldu. Fransız işğalından sonra ard-arda iğtişaşlar baş verən Misirdə Osmanlı və Məmlük birlikləri idarəni ələ almaq uğrunda mübarizəyə başladı.
Kavalalı Məhəmmədəli paşa
Kavalalı Mehmed Əli Paşa (4 mart 1769, Kavala[d], Osmanlı imperiyası – 2 avqust 1849, İsgəndəriyyə, Misir əyaləti) — Osmanlıların Misir və Sudan hakimi və Kavalalı ailəsinin banisi. == Həyatı == === İlk illəri === 4 mart 1769-cu ildə Kavalada dünyaya gəldi. Ailəsinin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyada Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Bəzi tarixi mənbələrdə atası İbrahim ağanı kiçik yaşlarında itirərək əmisi Tosun ağanın himayəsinə girməsi qeyd edilsə də, İbrahim ağanın ölüm tarixinin 1790-cı il olması bu məlumatı təsdiq etmir. Atasının yanında tütün ticarətiylə məşğul olan Mehmed Əli 1787-ci ildə hərbi xidmətə alınmış, bu müddət ərzində vergi ödəməkdən boyun qaçıran kəndlilərin cəzalandırılmasında ön plana çıxmışdır. Həmin il Kavalada dul qalan xalası qızı Əminə xanımla evləndi. Misiri işğal edən fransızlara qarşı hazılanan hərbi birliklər arasında Kavaladan yola düşən 300 nəfərlik dəstənin içərisində yer alan Mehmed Əlinin Misir torpaqlarına ilk gəlişi də məhz 8 mart 1801-ci il olaraq qəbul edilir. Həmin il fransız birliklərinə qarşı vuruşmada fərqləndiyi üçün Misir bəylərbəyi Hüsrəv Mehmed Paşa tərəfindən mayor rütbəsinə yüksəldi və qısa zamanda Misirdəki Osmanlı ordusunun əsasını təşkil edən alban birliklərinin ikinci komandiri oldu. Fransız işğalından sonra ard-arda iğtişaşlar baş verən Misirdə Osmanlı və Məmlük birlikləri idarəni ələ almaq uğrunda mübarizəyə başladı.
Kavalalı Səid Paşa
Kavalalı Səid Paşa və ya Mehmed Səid Paşa (d. 17 mart 1822 - ö. 18 yanvar 1863) — Osmanlıların Misir və Sudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın oğlu. == Həyatı == === İlk illəri === 17 mart 1822-ci ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun xanımlarından Aynülhəyat xanımdır. Uşaq yaşlarından mükəmməl təhsil aldı. Dənizçiliyə olan marağı nəzərə alınaraq təhsili bu istiqamətdə inkişaf etdirildi. 1832-1835-ci illərdə konsul olaraq Misirdə fəaliyyət göstərən Ferdinand de Lesseps onun həm müəllimi, həm də yaxın dostu oldu. Xüsusilə kökəlməyə meyilli olan Mehmed Səid gənclik illərindən idmana olan marağını da məhz bu dostluğa borclu idi. === Hərbi fəaliyyəti === Təhsil həyatını tamamlamasının ardından dənizçi zabiti olan Mehmed Səid, donanma strukturunda sürətlə yüksələrək atasının ölümündən qısa müddət öncə Misir donanmasının sərdarı oldu (1849).
Kavalalı Tofiq Paşa
Kavalalı Tofiq Paşa (d. 30 aprel 1852 - ö. 7 yanvar 1892) — Misir xidivi (1879-1892). == Həyatı == === İlk illəri === 30 aprel 1852-ci ildə Qahirədə dünyaya gəldi. Atası Misirin ilk xidivi Kavalalı İsmayıl Paşa, anası onun xanımlarından Şəfəqnur xanımdır. Təhsil həyatlarının bir hissəsini xaricdə tamamlayan qardaşlarından fərqli olaraq, Mehmed Tofiq öncə Menyel, daha sonra isə Təchiziyyə mədrəsələrində təhsil aldı. Vəliəhd olaraq böyüdüldüyü üçün ərəbcə ilə yanaşı, türkcə, farsca, fransızca və ingiliscə öyrəndi. Atasının xarici ölkələrə etdiyi səyahətlərdə onu naib olaraq əvəz etdi. 19 yaşında xüsusi məclis rəisi, 1879-cu ildə isə vəzir məclisi rəisi təyin edildi. === Misir xidivliyi === Misirin getdikcə artan xarici borclarını ödəyə bilməməsi borcverən ölkələrin Misir maliyyəsini ələ alması ilə nəticələndi.
Kavalalı ailəsi
Kavalalı ailəsi və ya Məhəmməd Əli sülaləsi (türk. Kavalalılar Hanedanı; ing. Muhammad Ali dynasty) — İlk illər Osmanlı imperiyasının tərkibində, daha sonra isə müstəqil şəkildə 1805–1953-cü illərdə Misir və Sudanda hakimiyyəti əlində saxlayan ailə. 1805–1867-ci illərdə vali, 1867–1914-cü illərdə xədiv, 1914–1922-ci illərdə sultan, 1922–1953-cü illərdə isə kral ünvanıyla bölgəni idarə edən bu türk mənşəli ailənin banisi 1805-ci ildə buraya vali təyin edilən Mehmed Əli Paşadır. == Sülalənin mənşəyi == Sülalənin banisi hesab edilən Mehmed Əli Paşa 4 mart 1769-cu ildə Rumeli əyalətinə bağlı Kavalada dünyaya gəldi. Ailənin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyadan Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Ailənin daha sonrakı hakimiyyət illərində türk dilini mənimsəməsi və Osmanlı-türk irsini davam etdirməsi də onların mənşəyi ilə bağlı yetərli məlumatı verir. == Ailənin nəsil ağacı == == Mənbə == Baten, Jörg (2016). A History of the Global Economy.
Kavalalı İbrahim Hilmi Paşa
Kavalalı İbrahim Hilmi Paşa və ya İbrahim İlhami Paşa (d. 3 yanvar 1836 - ö. 9 sentyabr 1860) — Osmanlıların Misir və Sudan hakimi I Abbas Hilmi Paşanın böyük oğlu. == Həyatı == 3 yanvar 1836-cı ildə Qahirədə dünyaya gəldi. Atası Osmanlıların Misir və Sudan hakimi Abbas Hilmi Paşa, anası isə onun xanımlarından Mehvəş xanımdır. 1849-cu ildə möhtəşəm bir mərasimlə sünnət edildi. 1854-cü ilin martında İstanbuldan göndərilən bir elçi Osmanlı sultanı Əbdülməcidin, 10 yaşlı qızı Münirə Sultanı Misir hakiminin oğluyla nişanlamaq istədiyi bildirdi. Verilən bu qərardan məmnun olduğunu bildirən atası Abbas Hilmi Paşa dərhal hazırlıqlara başladı. Cütlüyün həmin ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi. Gəlinə nişan hədiyyəsi olaraq olduqca dəyərli ziynət əşyaları, Çindən gətirilən çini qablar və ətirlər təqdim edildi.
Kavalalı İbrahim Paşa
Kavalalı İbrahim Paşa (d. 1789 - ö. 10 noyabr 1848) — Osmanlıların Misir və Sudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın böyük oğludur. == Həyatı == === İlk illəri === 1789-cu ildə Kavalada dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun ilk xanımı Əminə xanımdır. Bəzi mənbələrdə onun doğum tarixinin 1789 olduğu və Əminə xanımın ilk nigahından dünyaya gəldiyi qeyd edilsə də, bu məlumat doğru deyil. 17 yaşına qədər Kavalada yaşayan İbrahim atasının Misir hakimi təyin edilməsinin ardından kiçik qardaşı Əhməd Tosunla birlikdə Misirə gəldi (28 avqust 1805). Misirdə Qahirə qalasının idarəsi ilə vəzifələndirilən İbrahim bəy 1806-cı ilin oktyabrında, atasının Bab-ı Əliyə verməyi vəd etdiyi vergiyə qarşılıq olaraq girov kimi İstanbula göndərildi. Osmanlı-Rusiya müharibəsinin ilk aylarında (1807-ci ilin fevralında) İstanbul yaxınlığınadək gələn ingilis donanması bir şey əldə etmədən geri çəkildi və dönərkən Misir istiqamətinə irəliləyərək İsgəndəriyyəni zəbt etdi (20 mart 1807). Buna baxmayaraq atası Mehmed Əli Paşa idarəsindəki Osmanlı-Misir hərbi birlikləri bölgəni ingilislərdən müdafiə etdi.
Kavalalı İsmayıl Paşa
Kavalalı İsmayıl Paşa (31 dekabr 1831, Qahirə – 2 mart 1895[…], Konstantinopol, Osmanlı imperiyası) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi. == Həyatı == === İlk illəri === 31 dekabr 1830-cu ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı İbrahim Paşa, anası onun xanımlarından Hoşyar xanımdır. İlk təhsilini Misirdə tamamladıqdan sonra 1846-cı ildə Parisə göndərildi. 2 illik müasir elmlər və mühəndislik üzrə təhsilin ardından Misirə geri döndü. Bir neçə dəfə Avropadakı paytaxt şəhərlərinə və eləcə də, İstanbula işgüzar səfərlər etdi. İlk hərbi xidməti isə əmisi Səid Paşa tərəfindən verilən 14 minlik Misir ordusuna sərdar təyin edilərək Sudandakı üsyanın yatırılması vəzifəsi oldu (1861). === Misir hakimliyi === Əmisi Səid Paşanın ölümünün ardından 18 yanvar 1863-cü ildə Misir hakimi oldu. Babası Mehmed Əli Paşa kimi Misir üçün böyük xəyalları olan İsmayıl Paşa, hər şeydən öncə Misiri Bab-ı Əlinin idarəçiliyindən xilas etmək və ya ən azından daha geniş muxtariyyət hüquqları əldə etmək istəyirdi. Ancaq bunu babası və atası kimi üsyanla əldə edə bilməyəcəyini yaxşı bilən İsmayıl Paşa ikili siyasət yürütməyə başladı: bir tərəfdən Osmanlı dövlət adamlarına mənfəət təmin edərək imtiyaz fərmanının təsir dairəsini genişləndirməyə çalışır, digər tərəfdən isə Avropa dövlətləriylə yaxın münasibət quraraq onların dəstəyini qazanırdı.
Kavalalı Əminə xanım
Kavalalı Əminə xanım (d. 1770 - ö. 1824) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ilk xanımı. == Həyatı == === İlk illəri === Əminə xanım 1770-ci ildə Rumeli əyalətində, Nüsrətli bölgəsində dünyaya gəldi. Atası Kavala sancaqbəyi Nüsrətli Əli ağa, anası isə Kavala əyanlarından Hüseyn ağanın qızı Qədriyyə xanım idi. Cütlüyün Əminə xanımdan başqa, Mustafa və Əli adlı 2 oğlu, Məryəm, Pakizə və İffət adlı 3 qızı vardı. Əminə xanımın ilk evliliyi bölgənin tanınan ailələrindən Əli bəylə baş tutdu. Nigah tarixi dəqiq bilinməsə də, Əminə xanımın 17 yaşında artıq dul qaldığını nəzərə alsaq, bu evliliyin uşaq yaşlarında baş tutduğu məlum olur. İlk həyat yoldaşının hansı səbəblə vəfat etdiyi bilinmir. Ancaq 1787-ci ildə dul qaldığı və həmin il xalası oğlu Mehmed Əli bəylə ikinci evliliyinin baş tutduğu məlumdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.22 dəfə / 1 mln.
2006 •••••• 0.23
2007 •••••• 0.21
2009 •••••••••••••••••••• 0.80
2010 •••••••••••••••• 0.64
2011 ••••••••• 0.34
2013 •••••••• 0.29
2017 ••••• 0.16
2018 •••••••••••• 0.45
2020 •••• 0.13

Oxşar sözlər

#kavala nədir? #kavala sözünün mənası #kavala nə deməkdir? #kavala sözünün izahı #kavala sözünün yazılışı #kavala necə yazılır? #kavala sözünün düzgün yazılışı #kavala leksik mənası #kavala sözünün sinonimi #kavala sözünün yaxın mənalı sözlər #kavala sözünün əks mənası #kavala sözünün etimologiyası #kavala sözünün orfoqrafiyası #kavala rusca #kavala inglisça #kavala fransızca #kavala sözünün istifadəsi #sözlük