Keniya sözü azərbaycan dilində

Keniya

Yazılış

  • Keniya • 99.7783%
  • keniya • 0.2217%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Keniya
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Keniya Respublikası
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Keniya şillinqi
Keniya şillinqi — Keniyanın milli pul vahididir. Bir Keniya şillinqi 100 sentə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — KES-dir. Mübadilədə 1966-cı ilin 14 sentyabrından istifadə olunur.Hal-hazırda pul dövriyyəsində 2003-cü ildə buraxılmağa başlanmış 50, 100, 200, 500 və 1000 nominallı Keniya şillinqinə, 50 sent və 1, 5, 10, 20, 40 nominallı Keniya şillinqinə rast gəlmək olar. == Əsginaslar == Dövriyyədə müxtəlif buraxılış illərinin 50, 100, 200, 500 və 1000 nominallı əsginaslarını görmək olar. Köhnə buraxılış illərinin əsginasları da ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür. == Valyuta məzənnəsi rejimi == == İstinadlar == == Xarici keçidlər == "Банкноты и монеты Кении на сайте Центрального банка" (ingilis). 2012-03-14 tarixində orijinalından arxivləşdirilib. "Фотографии кенийских монет". 2012-03-14 tarixində orijinalından arxivləşdirilib.
Azərbaycan–Keniya münasibətləri
Azərbaycan–Keniya münasibətləri — Azərbaycan Respublikası ilə Keniya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin may ayının 28-də qurulmuşdur.
Keniya muzeylərinin siyahısı
Bu məqaləyə Keniya muzeylərinin siyahısı daxil edilmişdir. Keniyadakı milli və əyalət muzeylərinin bir çoxu Keniya Milli Muzeyləri (NMK) tərəfindən yaradılmışdır. == Muzeylər == Abasuba İctimaiyyət Sülh Muzeyi, Mfanqano adası. Aeumbu İctimaiyyət Sülh Muzeyi, Embu yaxınlığında. Afrikan İrsi Panafrika Qalereyası, Nayrobi. Afrika İrsi Evi, Nayrobi Milli Parkında. Avqust 7-ci Memorial Parkı, Nayrobi. Akamba İctimaiyyət Sülh Muzeyi, Maçakos yaxınlığında. Keniya Boması Keniya İctimaiyyət Muzeyləri Fort Xesus Muzeyi, Mombasa Qarissa Muzeyi Gede Milli Abidəsi Hiraks Hill Site Muzeyi Cumba la Mtvana Kabarnet Muzeyi Kapenquria Muzeyi Karen Bliken Muzeyi, Nayrobi yaxınlığında Kariandusi Tarixdən Əvvəlki dövr Muzeyi Kenya Milli Arxivi, Nayrobi. Kenyatta Evi Kisumu Muzeyi Kitale Muzeyi Koobi Fora Tarixdən Əvvəlki dövr Muzeyi Krapf Xatirə Muzeyi Lamu Muzeyi Lari Xatirə Sülh Muzeyi, Kiambu Rayonu.
Keniya Əmək Federasiyası
Keniya Əmək Federasiyası və ya qısaca KƏF (ing. Kenya Federation of Labor) — Keniyanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. == Tarixi == Keniyada həmkarlar ittifaqları İkinci Dünya müharibəsindən sonra formalaşmağa başlamışdır. Bir sıra təşkilatlar bu istiqamətdə bir müddət müstəqil fəaliyyət göstərdikdən sonra, 1952-ci ildə birləşərək Keniya Həmkarlar İttifaqları Federasiyasını yaradırlar. Təşkilatın rəhbəri o illərdə ölkənin həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən Aqrey Minya seçilir. 1955-ci ildə təşkilatın adı dəyişdirilərək Keniya Əmək Federasiyası adlanır. Ölkədə siyasi vəziyyət çox gərgin olduğu 1963-cü ildə daxili qalmaqallar çevrilişə gətirib çıxardır. Ölkədə bütün idarələr dağıldığı halda, yalnız KƏF salamat qalaraq, işçilər qarşısında vəzifəsini tam olaraq yerinə yetirirdi. Hətta deyilənlərə görə, Keniyada daxili qarışıqlığın sakitləşməsində və hökumətin fəaliyyətinin yenidən bərpa olunmasında federasiyanın böyük rolu olub. Bundan sonra federasiyanın nüfuzu daha da artır.
Böyük Rift Dərəsi (Keniya)
Böyük Rift Dərəsi — Keniyada şimaldan cənuba doğru uzanan qitələrarası silsilə sisteminin bir hissəsidir. Tanzaniyada cənubdan başlayan və şimaldan Efiopiyaya doğru davam edən Şərqi Afrika riftinin şərq qolu olan Qreqori riftinin bir hissəsidir. Üç böyük tektonik plitənin, Ərəb, Nubiya və Somali plitələrinin qarşılıqlı əlaqəsi nəticəsində yaranan coğrafi bir inkişafla əmələ gəlmişdir. Keçmişdə, Madaqaskardan Suriyaya qədər uzanan Böyük Rift Dərəsininin bir hissəsi olduğu düşünülürdü. Vadidə Çeranqani təpələri və bir hissəsi hələ də aktiv olan vulkan silsiləsi var. İqlimi mülayimdir, temperaturu ümumilikdə 28 °C (82 °F)-dən aşağı olur. Ən çox yağıntı mart-iyun və oktyabr-noyabr aylarında yağır. Barinqo gölünün qərbindəki Tuqen təpələrində 14 ilə 4 milyon il əvvəl yarananan lava axınlarında qorunan fosillər var. Ərazi insanların əcdadları olan bir çox hominidlərin qalıqları da tapılmışdır. == Xüsusiyyətləri == Vadi şərqdən və qərbdən digər dərələrlə həmsərhəddir.
Keniya Həmkarlar İttifaqları Mərkəzi
Keniya Həmkarlar İttifaqları Mərkəzi və ya qısaca KHİM (ing. Central Organization of Trade Unions - COTU) — Keniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Mərkəzin baş qərargahı Nayrobida yerləşir. == Tarixi == Mərkəz 1965-ci ildə Keniya Əmək Federasiyası və Afrika Əməkçilərinin Konqresinin birləşməsi nəticəsində yaranmışdır. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 39 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mərkəz 1 milyon 500 min işçini özündə cəmləşdirir. == Fəaliyyəti == Mərkəz yerlərdə işçiləri tam müdafiə etmək üçün fəal siyasət aparır. KHİM-də bir sıra komitələr yaradılıb. Bu komitələr ildə bir neçə dəfə iş yerlərində araşdırmalar aparır. Yəni yerlərdə iş şəraitinin mövcud durumu, müəssisələrin aylıq gəlirlərinə nisbətən işçilərin aldıqları maaş, əməkdaşlara ödənilən maddi yardım və müavinətlər, ailə vəziyyəti ilə bağlı qadın işçilər üçün müvafiq şəraitin yaradılması və sair kimi məsələlərə riayət olunması yoxlanılır.
Keniya dağı Milli Parkı
Keniya dağı Milli Parkı — 1949-cu ildə Keniya dağındakı vəhşi həyat və vəhşi heyvanların yaşayış yerini yaradan ətraf mühiti qorumaq üçün yaradılmış qorunana ərazidir. == Tarix == Ərazi milli park elan edilməzdən əvvəl bir meşə qoruğu idi. Hal hazırda milli park meşə qoruğu ilə əhatə olunmuşdur. Ərazi 1978-ci ilin aprel ayında UNESCO-nun Biosfer Qoruğu təyin edildi. Milli park və meşə qoruğu 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.Keniya hökumətinin Keniya dağında və ətrafında milli park yaratmasının dörd səbəbi var. Bunlar turizmin yerli və milli iqtisadiyyat üçün əhəmiyyəti, gözəl mənzərəli bir ərazini qorumaq, park daxilindəki biomüxtəlifliyi qorumaq və ətraf ərazilər üçün su anbarlarını qorumaq idi. == Ərazi == Milli parkın ərazisi 715 kvadrat kilometrdir və əksər ərazilər kontur xəttindən 3,000 metr (9,800 ft) yuxarıdır. Meşə qoruğunun sahəsi isə 705 kvadrat kilometrdir. Ümumi olaraq UNESCO-nun Ümumdünya İrsi ərazisinin sahəsi 1420 kvadrat kilometrdir.Ətraf bölgədəki torpaqlarda vulkanik çöküntülər və yamaclardan enən çoxlu miqdarda təmiz su ərazini əkinçilik üçün əlverişli edir. == Fauna == Bu parkın sərhədlərinin kiçik bir hissəsi fillərin populyasiyası çox olan ərazilərdə fillərin ətrafdakı əkin sahələrindən kənarda qalması üçün elektrikli hasarlara sahibdir.
Keniya 2018 Qış Olimpiya Oyunlarında
Keniya 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Sonuncu dəfə Keniya 2006-cı ildə xizək yarışlaında Filip Boytla təmsil olunmuşdur. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən "A" kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Sabrina Simanderə məxsusdur.
Keniya qadın milli voleybol komandası
Keniya qadın milli voleybol komandası — Keniyanın ən güclü voleybolçularının toplaşdığı milli komanda. Bütün digər ölkələrdəki kimi Keniyada da voleybola nəzarət edən qurum Keniya Voleybol Federasiyasıdır. Federasiya Afrika Voleybol Konfederasiyasının üzvüdür. == Tarixi == Keniya millisi Afrikanın ən güclü milli komandalarından sayılır. Milli komanda 8 dəfə Afrika çempionatının qalibi olmuşdur. Bütün Afrika ölkələri kimi onların da dünya çempionatında medalı yoxdur. Komanda 2 dəfə də Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bütün bunlarla yanaşı 3 dəfə də Afrika Oyunlarının qızıl medallarına yiyələnmişdir.
Keniya 2016 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Keniya 2016-cı ildə Norveçin Lillehammer şəhərində baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında. 12-21 fevral tarixləri arasında Lillehammerdə baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında Keniya 1 idmançı ilə 1 idman növündü təmsil olundu. Keniya Lillehammerdən vətənə medalsız döndü.
Keniyada çayçılıq
Keniyada çayçılıq — Keniya Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi. Keniyada çay istehsalçılarının 90 %-nin plantasiyalarının ərazisinin 0,4 hektardan az olmasına baxmayaraq, ölkə yüksək yarpaq çıxımına malik sortlardan istifadə olunması hesabına 2013-cü ildə dünya bazarına 370 min ton çay ixrac etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.43 dəfə / 1 mln.
2002 •••••••••••••••••• 10.28
2003 •••••••• 4.33
2004 •••• 2.02
2005 •• 0.67
2006 ••••• 2.70
2007 ••••••• 3.81
2008 •••••••••••••••••••• 11.69
2009 ••••• 2.40
2010 ••••• 2.81
2011 ••••••••• 5.06
2012 •••••• 3.01
2013 ••••••• 3.65
2014 ••••••• 3.78
2015 ••• 1.36
2016 •••••• 3.12
2017 ••••• 2.44
2018 ••••• 2.55
2019 ••••••• 3.89
2020 •••• 2.12

keniya sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#keniya nədir? #keniya sözünün mənası #keniya nə deməkdir? #keniya sözünün izahı #keniya sözünün yazılışı #keniya necə yazılır? #keniya sözünün düzgün yazılışı #keniya leksik mənası #keniya sözünün sinonimi #keniya sözünün yaxın mənalı sözlər #keniya sözünün əks mənası #keniya sözünün etimologiyası #keniya sözünün orfoqrafiyası #keniya rusca #keniya inglisça #keniya fransızca #keniya sözünün istifadəsi #sözlük